11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
TƏBRİK EDİRİK!

Bu gün Sumqayıt Cümə Məscidinin imam müavini Nahid Zülfüqarovun doğum günüdür. Bu münasibətlə Nahid müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.
Nahid müəllim, sən bilirsən ki, təbriklər qısa olur, hələ doğum günlərinin təbriki isə iki kəlməylə yekunlaşır. Ancaq sənin haqqında mən uzun-uzadı bir təbrik yazmaq istəyirəm. Çünki sən haqqında yazılmağa layiq olan insanlardan, daha doğrusu şəxsiyyətlərdən birisən. Bilirəm ki, indi deyəcəksən ki, mən kim, şəxsiyyət kim? Əslində şəxsiyyətlər elə balaca adamlar olur. Düzdür, sən yaşca balaca olsan da, əməlcə, insanlıqca, xıdmətlərinlə ən böyük insanlardan da böyüksən. Sən çox uzaq olmasa da balaca bir tarixdir ki, Sumqayıt Cümə Məscidində çalışırsan. Bu qısa müddət ərzinə çox böyük işlərə imza atmısan. Dininə bağlı, vətəninə bağlı, xalqın xidmətində duran əsl ziyalı qardaşımızsan. Sən bu gün Corat qəsəbəsində yaşayırsan və mən inanmıram ki, Coratı sənin qədər sevən ikinci bir insan olsun. Coratın tarixi abidələrinin qorunması üçün dəfələrlə kimlərlə mübarizə apardığını yaxşı bilirəm. Əsrlərin yaddaşından qopub gələn Gülxatun məscidinin qorunub saxlanmasında da sənin xidmətlərin danılmazdır. Sən bu xalq üçün, daha dəqiq desək coratlılar üçün, Corat qəsəbəsi üçün əlindən gələni etməyə çalışırsan. Corat şəhidlərinin hər birinin yas mərasimlərində yaxından iştirak etmiş, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində yorulmadan çalışmısan. Şəhidlərin xatirə bulaqlarının və ya xatirə lövhələrinin yaradılmasında sənin əməyin sonsuzdur. Onlar haqqında dəfələrlə məqalələr yazmısan, Corat şəhidlərini tanıtmağa çalışmısan. Onların bukletlərini hazırladıb ailələrinə də öz əllərinlə təqdim etmisən.
Yeri gəlmişkən bir dəfə səndən soruşdum ki, hardasan? Dedin ki, qəsəbəmizin qəhrəman əsgərlərindən biri şəhid olub, onu qarşılamağa gedirəm. Mən bilirəm ki, sən o şəhid qardaşımızı göz yaşlarınla qarşıladın, göz yaşlarınla da yola saldın. Sən ürəyi ilə vicdanı təmiz olan və özünü bu çirkli dünyada təmiz saxlamağa çalışan on insandan birisən. Səninlə Corat qəsəbə sakinləri və eləcə də çalışdığın kollektivin işçiləri həmişə qürur duyurlar. Bu dünyanın cənnətini qazanmaq hər insana nəsib olmur. Sən bu dünyanın cənnətini qazanan insanlardan birisən.
Bu günlərdə məsciddə keçirilən sünnət aksiyasında necə ürəklə çalışdığının şahidiyəm. Uşaqla uşaq, böyüklə böyük, kiçiklə kiçik və ən əsası varlıyla varlı dilində, kasıbla kasıb dilində danışmağı bacaran insansan sən.
Nahid müəllim, yuxarıda dediyim kimi, təbrik iki, üç kəlməylə tamamlanır. Ancaq sənin haqqında o qədər gözəl söz, o qədər ürək açan kəlimələr demək olar ki, nə saymaqla qurtarar, nə də yazmaqla. Tək bir kəlmə demək istəyərdim, sən həqiqətən də əsl Azərbaycan oğlusan.
Bəli, bu gün sənin doğum günündür. Sənə nə arzulayım, bilmirəm ki... Bir tək onu deyərdim ki, Uca Yaradan səni hər zaman qorusun. Doğum günün mübarək, qardaşım!
Bölməyə aid digər xəbərlər
TƏBRİK EDİRİK!

Bu gün Sumqayıt Cümə Məscidinin imam müavini Nahid Zülfüqarovun doğum günüdür. Bu münasibətlə Nahid müəllimi ürəkdən təbrik edir, ona uzun ömür, can sağlığı arzulayırıq.
Nahid müəllim, sən bilirsən ki, təbriklər qısa olur, hələ doğum günlərinin təbriki isə iki kəlməylə yekunlaşır. Ancaq sənin haqqında mən uzun-uzadı bir təbrik yazmaq istəyirəm. Çünki sən haqqında yazılmağa layiq olan insanlardan, daha doğrusu şəxsiyyətlərdən birisən. Bilirəm ki, indi deyəcəksən ki, mən kim, şəxsiyyət kim? Əslində şəxsiyyətlər elə balaca adamlar olur. Düzdür, sən yaşca balaca olsan da, əməlcə, insanlıqca, xıdmətlərinlə ən böyük insanlardan da böyüksən. Sən çox uzaq olmasa da balaca bir tarixdir ki, Sumqayıt Cümə Məscidində çalışırsan. Bu qısa müddət ərzinə çox böyük işlərə imza atmısan. Dininə bağlı, vətəninə bağlı, xalqın xidmətində duran əsl ziyalı qardaşımızsan. Sən bu gün Corat qəsəbəsində yaşayırsan və mən inanmıram ki, Coratı sənin qədər sevən ikinci bir insan olsun. Coratın tarixi abidələrinin qorunması üçün dəfələrlə kimlərlə mübarizə apardığını yaxşı bilirəm. Əsrlərin yaddaşından qopub gələn Gülxatun məscidinin qorunub saxlanmasında da sənin xidmətlərin danılmazdır. Sən bu xalq üçün, daha dəqiq desək coratlılar üçün, Corat qəsəbəsi üçün əlindən gələni etməyə çalışırsan. Corat şəhidlərinin hər birinin yas mərasimlərində yaxından iştirak etmiş, onların xatirəsinin əbədiləşdirilməsi istiqamətində yorulmadan çalışmısan. Şəhidlərin xatirə bulaqlarının və ya xatirə lövhələrinin yaradılmasında sənin əməyin sonsuzdur. Onlar haqqında dəfələrlə məqalələr yazmısan, Corat şəhidlərini tanıtmağa çalışmısan. Onların bukletlərini hazırladıb ailələrinə də öz əllərinlə təqdim etmisən.
Yeri gəlmişkən bir dəfə səndən soruşdum ki, hardasan? Dedin ki, qəsəbəmizin qəhrəman əsgərlərindən biri şəhid olub, onu qarşılamağa gedirəm. Mən bilirəm ki, sən o şəhid qardaşımızı göz yaşlarınla qarşıladın, göz yaşlarınla da yola saldın. Sən ürəyi ilə vicdanı təmiz olan və özünü bu çirkli dünyada təmiz saxlamağa çalışan on insandan birisən. Səninlə Corat qəsəbə sakinləri və eləcə də çalışdığın kollektivin işçiləri həmişə qürur duyurlar. Bu dünyanın cənnətini qazanmaq hər insana nəsib olmur. Sən bu dünyanın cənnətini qazanan insanlardan birisən.Bu günlərdə məsciddə keçirilən sünnət aksiyasında necə ürəklə çalışdığının şahidiyəm. Uşaqla uşaq, böyüklə böyük, kiçiklə kiçik və ən əsası varlıyla varlı dilində, kasıbla kasıb dilində danışmağı bacaran insansan sən.
Nahid müəllim, yuxarıda dediyim kimi, təbrik iki, üç kəlməylə tamamlanır. Ancaq sənin haqqında o qədər gözəl söz, o qədər ürək açan kəlimələr demək olar ki, nə saymaqla qurtarar, nə də yazmaqla. Tək bir kəlmə demək istəyərdim, sən həqiqətən də əsl Azərbaycan oğlusan.
Bəli, bu gün sənin doğum günündür. Sənə nə arzulayım, bilmirəm ki... Bir tək onu deyərdim ki, Uca Yaradan səni hər zaman qorusun. Doğum günün mübarək, qardaşım!
Tarix: 7-05-2022, 18:36 Oxunub: 67
Bölməyə aid digər xəbərlər
5-12-2021, 10:11
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
8-10-2021, 08:30
Məktəb illəri
24-08-2021, 17:30
Yaralı yerimiz qəbiristanlıq
19-08-2021, 11:30
Təbrik edirəm!
19-08-2020, 11:51
TƏBRİK EDİRƏM!
4-08-2021, 09:58
Allah rəhmət eləsin
9-07-2021, 21:14
Allah rəhmət eyləsin
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
17-06-2021, 17:00
TƏBRİK EDİRİK!
29-05-2021, 20:00
Allah rəhmət eyləsin
24-04-2021, 11:00
UZAQ XARKOV VİLAYƏTİNDƏ İMAM ƏLİ ADINA MƏSCİD
19-04-2021, 09:00
Maqsud Maqsudov - 80
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
















