11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Yaralı yerimiz qəbiristanlıq

Uzun müddətdir ki, bu barədə yazmaq istəyirdim. Lakin əlimə qələm alan kimi boğazıma yığılıb qalan kəlimələr bir anın içində yox olub gedirdi. Səbəbini heç özüm də bilmədən qələmi əlimdən yerə qoyurdum və düşünürdüm ki, deməli vaxtı deyil...
Bəli, bu gün isə vaxt gəlib çatmışdır. Nə vaxtdan bəri başımda beynimdə gəzdirdiyim kəlimələri səhifələrə sözləri vərəqlərə köçürməyə başlayıram. Bir mahnıda “Ey həyat, sən nə qəribəsən?” kəlimələri hardansa gəlib yadıma düşdü:
Həyat özü boyda bir qəribəliyin içindən başlayır. Nədir həyat? Bu gün kimi dindirsən bir şeylərdən şikayət edəcəklər, bir şeylərin əskikliyindən söhbət edəcəklər. Əslində həyat balaca bir yorğana bənzəyir ayağını örtməyə çalışırsan, qolların üşüyür, qollarını örtməyə çalışarsan ayaqların üşüyər. Bir sözlə, balaca bir yorğandır həyat, ha çalışırsan, ha vuruşursan örtülə bilmirsən ki, bilmirsən, bir yerlərin mütləq açıqda qalır.
Görəsən insanların niyə həyatda iki yolu olur, üçüncü yol niyə olmur?! Yaxşı, tutaq ki, birinci yoldan varlılar keçir, bəs ikinci yoldan kimlər keçir? Niyə kasıb təbəqənin üçüncü yolu yoxdu, niyə onlar getsələr də, getməsələr də ikinci yolla addımlayırlar? Axı ikinci yol daşlı, kəsəkli yoldur, bu yolda hər adam yürüyə bilmir, bu yolun insanları hara apardığından belə yolçunun xəbəri olmur. Yolun əvvəlinə ayaq qoyan insan sonunu düşünmür belə. Ayaqları titrəyə-titrəyə kimlər keşmir bu ikinci yoldan, ilahi! Bax mən də beləcə keçirəm ikinci yoldan, üçüncü yolum yoxdu mənim. Mən nə etsəm, neyləsəm də bu həyatda üçüncü yolu olmayan insanlardan biriyəm.
Həyat mübarizə meydanıdır deyirlər, onu da deyirlər ki, mübarizə etməyən insan deməli mövcud deyil. Bu sözü kim deyibsə yarımçıq deyib, bütöv deməyib. Mənim aləmimdə həyat mübarizə meydanından çox döyüş meydanını xatırladır. Gəlin dörd tərəfimizə bir nəzər salaq: kimlər həyat dediyimiz bu yaşam meydanında döyüşə hazır dayanan əsgər kimi dayanmayıb, kimlər bu döyüş meydanında məhv olmayıb?! Və yenə də kimlərsə bu meydanda vuruşur, vuruşur, vuruşur. Fikir verirəm və görürəm ki, ətrafımızdakı insanların heç biri bu gün mübarizə aparmır, əksinə həyatla döyüşə-döyüşə, vuruşa-vuruşa üçüncü yola doğru addımlayır. Kimi bu yolu başa vurur, kimini də yol başa vurur.
Bəli, kimini də yol başa vurur. Arzuları yarımçıq qalan insanlar həyatda nə qədər desən çoxdur. Kiçicik bir arzuyla, istəklə yaşayan insanların da bu gün arzuları, istəkləri yarımçıqdır. İndi durub bu ölkəni başdan-başa gəzərək soruşsam ki, həyat necə keçir. Hər kəs bir şeylərin əskik olduğunu deyəcək. Kiminin dərdini sorsan, dərd üstünə ayaq açacaq. Bir sözlə, bu dünyada, bu həyatda hep bir şeylər əskikdi, heç bir şey tam deyil. Elə mənim kimi. Mən bu dünyada yarımçıq bir insanamsa, yarımçıqlar isə deməli parça-parçadırlar.
Hacı Ağəddin Mansurzadə həmişə deyərdi ki, baş-ayaq bir ölkədə yaşayırıq. Mən bu sözə o vaxtlar o qədər də əhəmiyyət verməzdim. İndi isə... İndi isə düşünürəm ki, doğurdan da baş-ayaq bir ölkədə yaşayırıq. Əslində təkcə dünyamız baş-ayaq deyil, elə yazılan qanunlar, pozulan qanunlar da baş-ayaqdır. Başqa ölkələrdən nəsə götürmək üçün dəridən-qabıqdan çıxırıq. Ancaq nə mənədirsə, hep pis şeyləri götürürük, heç yaxşı şey götürmürük. Türkiyə və ya Avropa ölkələrini kopyalamaqdan canımız cıxır. Ancaq di gəl ki, yenə də pislikləri kopyalayırıq, xalqa, millətə xeyir verən şeylərdən isə olduqca uzaq qaçırıq.
Baş-ayaq demişkən bir hadisəni danışmaq istəyirəm. Bu yaxınlarda bir tanışım vasitəsi ilə Babayev Elşənlə tanış oldum. Elşən müəllimin dərdi demək olar ki, dağlardan belə ucadır, yazıq ha vuruşur, ha əlləşir, bir nəticəsi olmur ki, olmur. Adam 2005-ci ildə Sumqayıt Bələdiyyəsindən pulunu verərək torpaq sahəsi alıb. Torpaq sahəsi də işin tərsliyindən Corat qəbiristanlığının düz yanında. Kasıbçılıq, yoxsulluq, iş-gücün çoxluğundan adam aldığı torpağı çəpərlədə bilməyib. Bataqlığı xatırladan bu əraziyə 100 maşından çox torpaq tökülüb və bataqlıq bu yolla qurudulub. Yaxşı olar ki, bu barədə elə Elşən müəllimin özü danışsın:
-Cənab Zakir Fərəcov o vaxtlar Sumqayıt Bələdiyyəsinin sədri vəzifəsində işləyirdi. Mən də ondan 12 sot torpaq sahəsi aldım. Hətta torpaq sahəsinə şəhadətnamə də verildi. Sonradan o şəhadətnaməni mən verib Sumqayıt BTR-dən çıxarış da aldım. Elə bil o torpağın başı bəlalı idi. Həmin ərazidə yaşayanlardan biri mənə aid olan əraziyə 4-5 metr giriş etmişdi. Mən də heç bir şey olmaz deyib susdum. Aradan bir müddət keçəndən sonra isə Corat icra nümayəndəliyi, Corat bələdiyyəsinin sədri mənə bildirdi ki, bu torpaq sahəsi Corat qəbiristanlığına məxsusdur, sən burda heç bir şey edə bilməzsən. Soruşdum ki, axı mənim əlimdə sənədim var. mənə dedilər ki, o sənəd saxtadır. Məcbur qalıb haqqımı aramaq üçün Sumqayıt şəhəri İnzibati məhkəməyə müraciət etdim. İşə bir neçə dəfə məhkəmə baxışı keçirilsə də, heç bir qərar qəbul edilmədi. Məhkəmənin çıxaracağı qanunu gözləyirəm. Qanun nə desə, boynum qıldan incədir. Əslində məni maraqlandıran, daha doğrusu heyrətə salan isə mənə məxsus ərazidən bu gün də qəbiristanlıq tərəfindən istifadə olunmasıdır. Həmin torpaq sahəsini bu gün 1200 manata sataraq oranı vəfat etmiş şəxslərin ailələrinə satırlar. Dünən bir, bu gün iki artıq həmin yerə 6 mərhum dəfn olunmuşdur. Bilirsiz həmin ərazidə bo. Sahələr çoxdur, ancaq maraqlıdır ki, vəfat edənləri nəmənədirsə mənə məxsus ərazidə dəfn edirlər. ənim üçün çox maraqlıdır, əgər onların dediyi doğrudursa, niyə ölənlər tələm-tələsik gətirib həmin ərazidə dəfn edirlər? Bir halda ki, mənim sənədim saxtadır, aradan nə qədər vaxt keçsə də, bu sahə yenə də onlara məxsus olacaqdır. Corat İcra nümayəndəliyinin keçmiş müdiri Cəmil bəy Coratda torpaq qalmadı satmamış olsun. Hətta qəbiristanlığın 4 addımlığında da evlər tikilib yaşayanlar var. Əgər eləydisə, onda niyə buna etiraq edən tapılmadı? Bu tikilən evlərin də yeri qəbiristanlığa məxsus olub, bəs niyə bu tikintiyə icazə verilib? Belə çıxır ki, burda kimlərinsə maddi marağı vardır.
Əslində qəbiristanlıq biznesi barədə çoxdan, lap çoxdan yazmaq fikrindəndəydim. Lakin... müəyyən tərəddüdlərim vardı. Daha doğrusu, filankəsdən ayıbdı, filankəs oxuyar, filankəs elə, filankəs belə... deyərək vaxtı uzadırdım. Bu gün isə qəti qərara gəldim ki, bu barədə yazmağın vaxtı çatmışdır.
Qəbiristanlıqda torpaq neçəyədir? Bu sual bu gün bütün insanları maraqlandırır. Heç kəs də doğru-düzgün bir qiymət deyə bilmir. Əslində bu qiyməti heç bu torpağı satanların və pulunu alıb cibinə qoyanların özü də bilmirlər. Onları sadəcə müraciət edən insanların geyimi və ya mindiyi maşın maraqlandırır. Onlar hər gələnə də müxtəlif qiymətlər deyirlər. Dövlət rüsumundan bəhs edirlər. Yaxşı kim deyə bilər, bu dövlət rüsumuyla həll olan bir işdirsə, bəs niyə istədiyi məbləği deyən qəbirstanlıq biznesmeni pulu aldığına dair bir sənəd vermir? Bəs bu haqsıqlığa göz yuman, bu ədalətsizliyə dur deyən bir əlaqədar təşkilat yoxdurmu?
Qəbiristanlıqda hər yerin öz qiyməti var. Bir az düzənlikdədirsə, bir az yuxarı qiymət olacaq, aşağıdırsa, bir az aşağı. Bir neçə ay bundan qabaq bir tanışımın yaxını rəhmətə getmişdi. Ondan dərənin dibindəki yer üçün 280 manat pul alıblar. Mənə maraqlıdır ki, bu pul hara gedir, kimin cibinə gedir və ya bu ölüdən də pul qazanan insan bu pulla necə övlad saxlayır, necə onların boğazından çörək keçirə bilir? Hələ iş bununla da bitmir. Baş daşı üçün qiymətlər də müxtəlifdir. Ən aşağı qiymət 400 manatdan başlayır və bu qiymət 2000-3000 minə qədər qalxır. Qəbirin dörd tərəfinin hörülməsini istəyirsənsə bu ayrı qiymət, torpaq tökdürüb düzəldirmək istəyirsənsə, bu ayrı qiymət. Beləliklə vur-tut bir ölünün qəbiristanlıqda yer almasına və aşağı qiymətlərlə düzəldilməsinə hardan baxsaq 1500-2000 manat pul tələb olunur. Yaxşı, tutaq ki, bu var-dövlət içərisində üzən insanlar üçün bu, elə bir böyük məbləğ də deyil. Bəs aşağı təbəqənin insanları nə etməlidirlər? Onda belə çıxır ki, həmin adamlar ölməməli və ya ölüblərsə də Hindistandakı kimi yandırıldıqdan sonra külləri göyə sovurmalıdır.
Təbii ki, hər kəsin yolu dünyanı fırlansalar da, bir gün bu qəbiristanlıqlardan düşür. Hər kəsin bu qəbir şəhərciyində yaxını, dostu, ata-anası və sairə kimilərisə yatır. Bəs görəsən bu başda oturan başbilənlərimiz niyə bu işə bir əncam çəkmirlər? Qəbiristanlıqda oturan və buranı biznes mərkəzinə çevirən şəxsə və ya şəxlərə niyə “dur” deyən yoxdur? Azərbaycan gör nə gündədir ki, ölünün də kürəyindən pul qazanan vətəndaşlarla doludur. Axı onların da yolu bir gün bu qəbiristanlıqdan düşəcəkdir. Bu elə bir yoldur ki, bu yoldan hamı keçir. Hələ heç kəs deyə bilməz ki, mən bu yoldan keçməyəcəm. Ona görə də bu qəbirlərin arasından keçəndə bir gün burada özünün də yatacağını düşünmək lazımdır.
Əgər ölüyə də bu ölkədə torpaq pulla satılırsa, yazıqlar olsun bizə.
Tahirə Həbliyeva

Bölməyə aid digər xəbərlər
QƏBİRİSTANLIQ BİZNESİ

Tarix: 24-08-2021, 17:30 Oxunub: 143
Bölməyə aid digər xəbərlər
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
29-05-2021, 20:00
Allah rəhmət eyləsin
13-05-2021, 12:18
LAÇINSIZ DÜNYANI NEYNİRƏM AXI?!
24-04-2021, 11:00
UZAQ XARKOV VİLAYƏTİNDƏ İMAM ƏLİ ADINA MƏSCİD
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 15:08
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları – Söhbət təkcə “qurban keçisi”ndən getmir
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
9-08-2020, 13:56
Ağcabədinin sabiq icra başçısının əmisioğlu rayonda “at oynadır”
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
15-07-2020, 10:40
Bakıda möhtəşəm Orduya dəstək yürüşü və... arzuolunmaz sonluq
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
10-07-2020, 16:05
Verilən qərarların hirsini onlardan çıxmayın!