11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Allah rəhmət eyləsin

Həyat o qədər qısadır ki, bəzən nə vaxt başa çatdığından belə xəbərin olmur. Səhəri axşam, axşamı səhər edə-edə bir da baxırsan ki, ömrün ağsaqqal çağındasan. Əslində insanın özü-özündən heç bir zaman xəbəri olmur, elə bilir ki, elə 20 yaşındakı kimi cavandır. Başqalarının gözündə isə insan necə dəyişdiyinin şahidi olur. Mənə elə gəlirdi ki, mənim saçalarıma heç vaxt dən düşməyəcək. Çünki gözlərimin qarşısında ağ saçları ilə uca bir dağı xatırlatan atam vardı. Danılmaz həqiqətdir ki, ata olan yerdə sən həmişə özünü uşaq sayırsan, ata danışanda susursan, lap 50 yaşın olsa belə. Ata bu dünyada mən deyərdim ki, uca bir dağdır, başı qarlı, ıtıyi yaşıl, ətrafı gül-çiçəklə sarılmış bir dağ. Bax bu dağın kölgəsi ömrü boyu övladlarının üzərində olur, onları dərddən, bəladan qoruyur.
Bəzən uşaq vaxtı yoldaşlarımız arasında anası dünyasını dəyişən uşaqlara “yetim” deyə səslənərdik. Mən indi başa düşürəm ki, təkcə anası ölənə yox, elə atası ölən də yetimmiş, bax elə bu dəqiqə mənim kimi.
Yaman darıxıram səninçün ata,
Başımı dizinə qoymağım gəlir.
Körpə uşaq kimi sarılıb sənə,
Həsrətin gözünü oymağım gəlir.
Satılsaydı həyat omür-gün,
Qanım bahasına alardım Ata.
Olsaydı ömurdən ömürə hədiyyə,
Ömrümdən ömrunə verərdim Ata.
Anamın dünyadan köçdüyü gün nə qədər ağır, acı olsa da, atamın dünyadan köçdüyü gün ondan da ağır oldu. Dörd tərəfimə baxıram, bir zamanlar getdiyimiz yollara mayak kimi işıq salan atam, indi yoxdur, evə bir az gec gələndə pəncərənin önündə əllərini qoynuna qoyan anam yoxdur. Bax bu an, bu saat elə mən də yoxam. Gözlərimi oturduğu stola zilləyirəm, hər qapı döyüləndə atam gəldi deyə ürəyimdən keçirdiyim sevincin yerini indi kədər alıb. Bəzən elə ağlamaq istəyirəm, elə fəryad eləmək istəyirəm. İlahi, atamı sən mənə qaytar deyə. Həqiqət budur ki, atamın getdiyi yerdən hələ qayıdan olmayıb. Kaş belə bir şansımız olaydı.
Atam Hümbətov Səfərəli 1988-ci ildə Ermənistan Respublikasında köçkün kimi gələndən sonra uzun müddət Bakı şəhərində müəllim, sonralar isə Sumqayıt təhsilində səmərəli fəaliyyət göstərmişdir. Onun bilik verdiyi şagirdlərin sayı-hesabı bilinmir. Hərdən onlar mənə “Mən Səfərəli müəllimin şagirdi olmuşam” deyəndə sevincimin həddi-hüdudu olmur. Atam təkcə şagirdlərinə deyil, elə bizə də öz evində, öz yuvasında dərs keçərdi. Bəli, biz atamdan çox şey öyrəndik: düz danışmağı, mərdanəliyi, haramdan qorunmağı, kimsənin malına göz dikməməyi, yetim malı yeməməməyi, kimsənin yanında gözükölgəli qalmamağı... sərt cavab qaytarmağı...
Atamla bağlı evdə bəzi videomateriallarımız var. O videogörüntülərin birində övladlarını başına yığıb və belə bir arzu edir: “Allahdan sizə var dövlət deyil, ruzi və halal çörək arzulayıram... Var dövləti çox olan gecələr yata bilmir, çünki imtahanı, davası çətin olur, halal qazananlar isə rahat yatırlar...

Tək əlac sənsən məndəki dərdə
Balanın derdini ATA bilər də.
Sensiz nece yaşayım bu evdə
ATAsız bir həyat yaman cətindir...
Atasızlıq necədir bilirsiz? Siz onu atasız olanlardan soruşun. Onun yoxluğunda atam belə edərdi, atam bunu sevərdi deməkdi. Atasız olmaq necədir bilirsiz? Mən deyim necədir, o olmaya olmaya onu sevməkdir. Mən atamın oğluyam deməkdir. Sən atan xasiyyətdəsən dediklərində, susub mən onu o qədər çox tanıya bilmədim düşünməkdir. Atasızlıq "Ata" sözünə həsrət qalmaqdır. Atasızlıq necədir bilirsiz? Yatarkən, hardasınız, barı yuxuma gəlin deməkdir. Atasızlıq yarı olmaqdır, həmişə bir boşluğu doldura bilməməkdir. Atasızlıq ad günündə ona gül alıb qəbir üstünə getməkdir,onun oldugu torpağa toxunub onu hiss eləməkdir.Qardaşımın gözündə o yoxluğun izlərini görməkdir atasızlıq. Bəzən simasını belə əziyyətlə xatırlamaqdır atasızlıq, başqasından eşitsəm qınayardım bəlkə də heç xatırlaya bilməmək olar?! Nazını onun qədər kim çəkər ki,o çəkirdi ama oğlumdu deyərək, bax budur onsuzluq. Bağrına basıb saçıma sığal çəkən əlləri axtarmaqdır atasızlıq. Atasızlıq necədir heç bilirsiz, siz onu məndən soruşun. Atasızlıq əslində, atasız qalan andan böyümək deməkdir, uşaqlığını böyük kimi yaşamaq deməkdir.
Insan valideyinləri oləndə böyüyürmüş... Zahirən yox, daxilən! Tək qalırsan çunki, onlarsız qalırsan. Öldülərsə böyüdün deməkdi artıq, uşaqlığını böyük kimi yaşamağa başlayırsan. Onların varlığında hiss eləmədiyin kölgəni dayağı, yoxluğunda hiss eləməyə başlayırsan... Bir böyük iz qalır yaddaşındamı... həyatındamı...yoxsa ürəyindəmi desəm doğru olar heç bilmirəm. Zamanla hər şey düzələcək deyirlər, hec nə duzəlmir, sadəcə öyrəşirsən... bu qədər asan cümlə ilə çətinlik. Düşünürsən daşınırsan, ağlayıb boşalırsan. Amma nə fayda! Deyirlər insan nə yaşında olursa olsun həmişə uşaqdı valideyinləri üçün, düz deyirlər, hələ də körpə kimi ehtiyacım var onlara. Yuxu gördüyündə sevinir insan, real olmasa da real yaşayır, onlarla keçən günlərin xatirində canlanır... yenilənir...
Düz 40 gündür ki, atam bizi tərk edib gedib. Bu 40 gündə mənim 40 saniyə belə yadımdan çıxmayan atam, səninçün elə darıxıram ki! Sən nə qədər ki, həyatdaydın, elə bil dünya doluydu, bu gün elə elə bil dünya boşalıb. Nə yerdə özümə yer tapa bilirəm, nə də göydə. Mən indi başa düşdüm ki, bu dünya səni doldurmurdu, atam, sən özün bu dünyanı doldurudun. İndi boşalan dünyamızı kim dolduracaq, ata.
İrəli gedirəm yoxdur dönüşüm
Bəlkə də bu səni ən son görüşüm.
Nə sevinc qalıbdı, nə də gülüşüm
Gülüşümü özünlə apardın ata...
Məni görürsənmi hələ bilmirəm
Həsrəti gözümdən silə bilmirəm
Bir durub yanına gələ bilmirəm
Yerişimi özünlə apardın ata...
Ürəyim dönübdü qəm yuvasına
Bir qıfıl vurubdu öz qapısına
Hər kəs ağlayarkən öz yarasına
Bilmirəm mən kimə ağlayım Ata.
Ata yarası qaysaq bağlasa da, sağalmayan bir yaradır. Ana yarası isə heç bir zaman qaysaq bağlamır, eləcə qanayır. Anam Hümbətova Güllər Mikayıl qızı bu dünyadakı balaları üçün canını verməyə hazır olan milyonlarla analardan biriydi.
Əzizim qaşı yaxşı,
Kipriyi, qaşı yaxşı.
Anam yatan məzarın,
Torpağı, daşı yaxşı.
Bəlkə də iki saatdır ki, yazı masamın qarşısında var-gəl edirəm. izimdəki kədərimi deyim, sevincimi deyim, bilmirəm, ağ kağızlara köçürməyə çalışıram. Ancaq boğazıma yığılan qəhər buna imkan vermir. Gah bulud kimi doluram, gah da ildırıma çevrilib çaxmaq istəyirəm. Gözlərimdən süzülən göz yaşlarımın hər damlasında anamın yoxluğu görünür. Mənə elə gəlirdi ki, atam, anam hər zaman yanımda olacaq. İndi onların yoxluğu ürəyimi göynədir. Bax bu yerdə tək bircə söz demək istəyirəm: yolun düşsə, bu dünyaya bir də gəl. Ana yoxluğuna inana bilmirəm. Elə bilirəm ki, nə vaxtsa yenidən səninlə qarşılaşacağıq.
Sənsiz inanmıram sevinəm güləm,
Dünyanın sirrini çətin ki, biləm.
Yığılsa məxluqat, yığılsa aləm,
Anamı bir daha görə bilmərəm.
Allahdır ömürlər divarın hörən,
Yoxdur ürəkləri hələlik görən.
Sinəmdə kök salıb inilti verən.
Dərd – qəmi haçansa atacağammı?
Atama, anama çatacağammı?
Mahir Hümbətov,
Yeniazerbaycanheyatı.com informasiya portalının rəhbəri
Bölməyə aid digər xəbərlər
SƏNSİZ BU DÜNYADA YAŞAMAQ OLMUR…

Tarix: 9-07-2021, 21:14 Oxunub: 176
Bölməyə aid digər xəbərlər
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
1-06-2021, 21:00
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
29-05-2021, 20:00
Allah rəhmət eyləsin
16-05-2021, 16:00
Şeirlər
24-04-2021, 11:00
UZAQ XARKOV VİLAYƏTİNDƏ İMAM ƏLİ ADINA MƏSCİD
19-04-2021, 09:00
Maqsud Maqsudov - 80
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 15:08
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları – Söhbət təkcə “qurban keçisi”ndən getmir
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU