11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
TƏBRİK EDİRƏM!

Bəxşeyiş İldırım oğlu Ələmşahov Qərbi Azərbaycanın Zəngəzur mahalının Qafan rayonunda dünyaya gəlib. Azərbaycan Dövlət Universitetinin tarix fakültəsini bitirib və təyinatla Qərbi Azərbaycana işləməyə gedib. 1988-ci ildə azərbaycanlılara qarşı erməni gavurlarının apardığı soyqırım nəticəsində, minlərlə azərbaycanlılar kimi Bəxşeyiş müəllim də Şimali Azərbaycana pənah gətirib və ailəsi ilə Sumqayətda məskunlaıb. Həmin vaxtı oradan gələn insanlar öz evlərinin əşyalarını gətirəndə, amma Bəxşeyiş Ələmşahov Qafanda yaratdığı Tarix Muzeyinin əşyalarını özü ilə gətirib. İndi həmin muzey Sumqayıt Tarix Muzeyində Qaçqın Muzey adı ilə ora gələnlərə təqdim olunur. Bəxşeyiş müəllim bir müddət Sumqayıt şəhər 12 nömrəli tam orta məktəbdə tarix müəllimi işləyib və sonra Sumqayıt şəhər İcra İcra Hakimiyyətınə işə dəvət olunub. Artıq 10 ildir ki, Sumqayıt şəhər 39 nömrəli tam orta məktəbin direktoru vəzifəsində işləyir. O, həm də Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasını fərqlənmə diplomu ilə bitirib. İxtisasca palitoloqdur. Onun rəhbərlik etdiyi məktəb Sumqayıt şəhərinin ən aparıcı məktəblərindən biridir.
İnsan harada yaşamasından asılı olmayaraq öz doğulduğu yeri həyatının sonuna kimi unutmur. Hər yerdə, hər zaman öz doğulduğu torpağln adını çəkir, ora düşmən torpağl olsa belə oranı özünün vətəni, yurdu sayır. Əslində Qərbi Azərbaycan torpağında bu gün ermənilər məskunlaşsa da, bu torpaq dədə-babalarımızdan Azərbaycan torpağı olub. Və murdar qonşularımız hansı yollasa bu ərazilərə sahib çıxıb, oranı özlərinə yaşayış məskəni seçiblər. Düzdür, bu gün orada ermənilər yaşasa da, tarixən o torpaqlar bizim olub, adlarından da bəlli olduğu kimi o torpaqlarda azərbaycanlılar yaşayıb. Zəngəzur, Qafan, Göyçə və başqa rayonlar bizim torpaqlarımız olub. Zəngəzurda azərbaycanlıların tarixən ən geniş məskunlaşdığı rayon Qafan (hazırda Kapan) rayonu sayılır. Zəngəzur Ermənistana verildikdən sonra Qafan rayonu inzibati ərazi kimi 1930-cu il sentyabrın 9-da təşkil olunmuşdur. Qafan rayonu Sisyan, Gorus, Meğri və Zəngilan rayonları ilə həmsərhəddir. Murdar qonşularımızın sanki dişində şirə qalmış kimi indi də Qarabağa sahib şıxmaq istədilər. Bəlkə elə buna görə də öz murdan niyyətlərini həyata keçirərək öz ərazilərini daha da genişləndirmək istədilər.
Şükürlər olsun ki, onların bu niyyəti gözlərində qaldı.
44 günlük Vətən Müharibəsindən sonra işğaldan azad olunmuş torpaqlara kim gedirsə, onsuz da elə uça-uça gedir, qəlbində 44 günə düşmən işğalından azad edilmiş torpaqların sevinci, sinəsində Zəfər qazanmış ordunun vüqarı. 27 illik intizar Qarabağa səfər edənləri yuvasına can atan qaranquş kimi özünə çəkir.
Bu dəfə isə həqiqətən Qarabağa uça-uça gedirik. Allahın gördüyü məqamdan əyan olur.
Dağılmış evlər, külü göyə sovrulmuş yurd yerləri, cəngəlliyə çevrilmiş şəhərlər, qəsəbələr... Uzandıqca uzanan xarabalıqlar... Hər biri yüzlərlə, minlərlə insanın nisgilindən xəbər verən ocağı sönmüş evlər.
Yurd-yuvalarından didərgin düşmüş, illərlə çadır şəhərciklərində, ağır şəraitdə yaşamağa məcbur qalmış, min cür məhrumiyyətlərlə üzləşmiş insan taleləri...
27 il sonra bu torpaqların, bu yurd-yuvaların qayıtmasına şükür edirsən. İlahi ədalətin bərpasına sevinirsən. Və gözlərin yerdə bu mənzərələrin üzərindən bir ağı kimi keçib gedərkən üzünü özündən yuxarı tutub demək keçir könlündən: Bu dərdə 27 gün belə dözmək olmazdı, sən necə 27 il dözdün, İlahi?!
Amma demirsən, yerə baxma, adam göydə belə küfr şeylər fikirləşməz... Nə isə…
İlahi, yurd yerim dərd yerim oldu,
Torpaqla sınağa çəkilməyəydim.
Dağlara baxıram dağlanır sinəm -
Bu dağla sınağa çəkilməyəydim.
Gəzir xəyalımda gəzdiyim yaylaq,
Saralmış yarpağam, qurumuş budaq.
Ürəyim deyəni demir ha dodaq,
Dodaqla sınağa çəkilməyəydim.
Əslində vətən dərdi, yurd dərdi elə böyük bir yanğı dərddir ki, ondan nə qədər yazılsa da azdır, nə qədər danışılsa da, yenə də azdır. Bəxşeyiş müəllimin isə sinəsi lap qaynar qazan kimidir, elə o yerlərdən, o torpaqlardan danışdıqca danışmaq istəyir. Zəngəzur dərdi onun ürəyində göyüm-göyüm göynəyir. Bu yerdə hardansa bu şeir parçası gəlib yadıma düşdü:
Sazlı-sözlü bir diyarın oğluyam,
Qoy bir deyim nələri var kəndimin.
Dəmyələrdə daşdan çörək çıxaran,
Qabar-qabar əlləri var kəndimin.
Ha gözləyər geri dönməz gedəni,
Hey aranar bir tapılmaz itəni,
Yada salma hər başından ötəni,
Ağı deyən dilləri var kəndimin.
Bəli, kəndimizin ab-havasından, yetişdirdiyi ər oğullarından, ziyalılarından danışdıqca danışmaq istəyirsən. Maraqlıdır ki, Zəngəzurdan Azərbaycanlıların çıxarılmasından 30 ildən bir az artıq bir vaxt keçsə də, elə bil Zəngəzur yarası hələ də qanayır, hələ də qaysaq bağlamayıb. Və mən inanıram ki, vaxt gələcək o torpaqlara Bəxşeyiş müəllimlə birgə gedəcəyik. Mən bilirəm ki, bu, Bəxşeyiş müəllimin ən böyük arzusudur.
Yazılıb qismətim sınıq qələmlə
Süslənib hər sözüm qəmlə, ələmlə...
Boynuma biçilmiş ağır şələmlə -
Gəlirəm...
Və gələcəyik də.
Bəxşeyiş müəllim Sumqayıta pənah gətirdiyi gündən Sumqayıt gəncləri üçün, Sumqayıt şəhəri üçün əlindən gələni edibdir. İstər dərs dediyi məktəblərdə, istər işlədiyi Sumqayıt şəhər İcra Hakimiyyətində, istərsə də hazırda direktoru olduğu 39 saylı tam orta məktəbdə. Bəxşeyiş müəllim ziyalı, vətənpərvər, vətənini canı qədər sevən bir vətən övladıdır. 44 günlük müharibədən sonra yaşadığı sevinci dilə gətirməkdə acizəm. Bəxşeyiş müəllimlə hər söhbətimizdə deyərdi ki, o torpaqlara qayıtmağın yolunu gözləməkdən yoruldum.
Allah, yoruldum daha,
Dincəlmək keçir içimdən…
Yır-yığış eləyən ruhum –
Sakitcə köçür içimdən!
Bəli, müzəffər ordumuzun və Ali Baş Komandanımızın gücü, qüdrəti sayəsində Zəngəzura qayıtmağımıza da az qalıb və mən buna cani könüldən inanıram.
Göydə uçan quş çağırır,
Gözündəki yaş çağırır.
Dağ çağırır, daş çağırır,
Doğma olan yurd yerinə.
Mənim bu yazım əslində Bəxşeyiş müəllimin ad günüylə bağlı idi. Ancaq o, vətən torpağının o qədər həsrətini çəkib ki, bu yazımda o torpaqlardan yazmasaydım, elə bilərdim ki, günah etmiş olaram. Çünki Bəxşeyiş müəllimin ürəyi Zəngəzurla döyünür, Zəngəzurla birgə vurur.
Qardaş, bu dağların qarı o deyil,
Payızda bəhrəsi, barı o deyil.
Heyvası o deyil, narı o deyil,
Barlı ağaclarım Göyçədə qaldı.
Bu yazını yazarkən öz-özümə belə bir sual verdim: Bəxşeyiş müəllim mənim üçün kimdir? Özüm də özümə cavab verdim. Bəxşeyiş müəllim mənim üçün Zəngəzurdu, Qafan elidir, Qarabağdır, Şuşadır, Laçındır, bir sözlə o, mənim üçün vətəndir, vətən torpağıdır. Bəxşeyiş müəllim ziyalıdır, yazardır, qələm əhlidir, torpaq adamıdır, vətən oğludur, Sumqayıtın fəxri vətəndaşıdır. Düzdür, bu ad hələ ona verilməyib, ancaq mən inanıram ki, bu ad zaman gələcək Bəxşeyiş müəllimin adının önünə yazılacaqdır. Əslində Bəxşeyiş müəllim haqqında nə qədər yazılsa, yenə də azdır. Mənim bu balaca yazım hörmətli ziyalımızı doğum günü münasibəti ilə təbrik etmək məqsədi güdür. Bəxşeyiş müəllim, mən uzun uzadı təbrik demək istəmirəm. Tək bircə kəlimə demək istəyirəm: Zəngəzurda, o gözəl torpaqda növbəti ad gününü keçirmək nəsibin olsun. 100 yaşa Bəxşeyiş müəllim. Osman Sarıvəlli demişkən:
Hər kim 100 il yaşamasa,
Günah onun özündədir.
Və mən inanıram ki, sən bu günahı yaşamayacaq, 101 il yaşayacaqsan. Ad günün mübarək əziz dostum, əziz qardaşım, əziz Bəxşeyiş müəllimimiz.
Mahir Hümbətov,
Yeniazerbaycanheyatı.com informasiya portalının rəhbəri
Bölməyə aid digər xəbərlər
ZƏNGƏZURDA GÖRÜŞƏRIK…

Tarix: 19-08-2020, 11:51 Oxunub: 76
Bölməyə aid digər xəbərlər
19-08-2021, 11:30
Təbrik edirəm!
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
29-05-2021, 20:00
Allah rəhmət eyləsin
19-04-2021, 09:00
Maqsud Maqsudov - 80
8-03-2021, 17:31
Sumqayıt polisinin yeni rəisini yaxından tanıyaq...
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
24-09-2020, 08:54
Şəhid ailəsi Rafil Hüseynovdan Prezidentə ŞİKAYƏT ETDİ - "Əli Talıbov tək bizim ailənin Şəhidi deyil..."
21-09-2020, 10:13
Şəhid ailəsi Rafil Hüseynovdan Prezidentə ŞİKAYƏT ETDİ - "Əli Talıbov tək bizim ailənin Şəhidi deyil..."
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
12-08-2020, 16:12
Şübhəli ov: Pentaqon Azərbaycanda da yarasaların toplanmasını sifariş edib? - AMEA əməkdaşından iddalara cavab
5-08-2020, 18:17
Eldar Mahmudovun bankındakı saxta qızıl qalmaqalı böyüyür - birilliant və sikkələri bankdan kim çıxarıb?
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 17:57
Son hadisələrdə saxta “məzlum erməni” obrazı necə məhv oldu? - TƏHLİL
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU