12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Ad günün mübarək

Mahir Hümbətov- Qafan mənim dədə-baba yurdumdur


Qərbi Azərbaycanda doğulub boya-başa çatanların hamısı illərdir ki, o torpağa həsrət qalıblar. Hər dəfə də o yurdun adı çəkilləndə yaşlıların gözü dolur. Əslində o yurddan gələnlərin çoxu o yurdun həsrətiylə dünyasını dəyişdi. Uşaqlar da böyüyüb, cavanları isə ahıllaşıb. Gənc yaşlarında Qafandan qaçqın düşərək Sumqayıta gələn Mahir müəllimin artıq bu gün 61 yaşı olur. 61 ilin 20 ilini Qafanda keçirən Mahir müəllimin bu gün də o yurd üçün ürəyi göynəyir, o yurda qayıdacağı günü səbirsizliklə gözləyir. İnşallah Mahir müəllim kimi o yurdun həsrətini çəkənlər bir gün o yurda qovuşacaqlar, o yurdda qalan dədə-baba məzarlarını ziyarət edə biləcəklər. 
Mahir müəllim üçün Qafan ayrı bir aləm olub, bu ayrı alımin də dərdini gör neçə illərdir ürəyində gəzdirir.

Qafan deyə-deyə alışdım, yandım,
O yurdun dərdi də şirindi mənə.
Vətənin başına gəzdim, dolandım,
Dərdim alovlandı, közərdi yenə.

Dağ boyda dərdim var, zirvəsi qarlı,
Ürəyim doludu, gözlərim yaşlı,
Elə bir yurddanam, meyvəsi barlı,
Dərdim alovlandı, közərdi yenə.

Mahir müəllim üçün Qafan deyəndə dağları yadına düşür, gəncliyi yadına düşür, məktəb illəri yadına düşür, ən nəhayət isə dədə-babasının nakam ruhları yadına düşür, elə ona görə də ürəyi göynəyə-göynəyə yazır:

Dağ dedim, dərdimi yel aparmadı,
Su dedim, könlümü su yuyammadı,
Başımdan dərdimi heç qovammadım,
Gözümdə yaşlara döndü Qafanım.

Necə həsrət qaldım yurduma necə,
Gözümdə gündüz də olubdu gecə,
Ömür yad ellərdə dönəndə heçə,
Könlümdə elə bil öldü, Qafanım.




Mahir müəllim uzun müddətdir ki, Sumqayıtda yaşayır, elə burda da yazıb-yaradır. Bəzən əlləri əsə-əsə, ürəyi titrəyə - titrəyə qələmə aldığı şeirlərini, yazılarını rəhbəri olduğu "Yeni Azərbaycan həyatı". com informasiya portalında oxucularıyla bölüşür. Onun yazdığı şeirləri ürək göynərtisi ilə oxumamaq olmur, məqalələri ürək sızladır. Hamısı da necə deyərlər vətən dərdindən yoğrulan yazılar, şeirlərdir. Elə ürək ağrısıyla yazdığı şeirlərindən birini də oxucularımıza təqdim edirəm:

Nə deyim, taleyim yazıldı belə,
vətəndən didərgin düşəsi oldum.
Necə həsrət qaldım doğmaca elə,
Ağaran saçımı əlimlə yoldum.


Gözümü dikirəm gəldiyim yola,
Əllərim qoynumda könlüm ağlayır,
Nə ola yuxular kaş gerçək ola,
Gerçəklər ağırdı ürək dağlayır.


Bəli, Mahir müəllimin yazıları ayrıca bir mövzunun söhbətidir. Bu gün isə Mahir müəllimin doğum günüdür. Bu münasibətlə Mahir müəllimi təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram. 100 olmasa da, 99 il yaşaması diləyi ilə: Osman Sarıvəlli demişkən:

Hər kəs 100 il yaşamasa,
Günah onun özündədir.

İnşallah Mahir müəllim də bu günaha batmaz və 100 il yaşayar. Bir daha ad gününüz mübarək.





Ədalət Əroğlu,
AYB və AJB-nin üzvü





Tarix: 7-09-2025, 10:42 Oxunub: 165


Bölməyə aid digər xəbərlər
13-09-2024, 12:31 TƏBRİK EDİRİK!
19-08-2021, 11:30 Təbrik edirəm!
19-08-2020, 11:51 TƏBRİK EDİRƏM!
4-08-2021, 09:58 Allah rəhmət eləsin