10:12 / 12-01-2025
Mülkləri yanğında kül oldu
UZAQ XARKOV VİLAYƏTİNDƏ İMAM ƏLİ ADINA MƏSCİD

UZAQ   XARKOV  VİLAYƏTİNDƏ   İMAM ƏLİ  ADINA MƏSCİD



Azərbaycanda dini köklərə qayıdış prosesi müstəqilliyin ilk illərindən geniş vüsət almışdı. Uzun müddət öz dini inanclarından təcrid olunmuş xalq böyük həvəslə bu boşluğu doldurmağa çalışır, dini ibadət yerləri sürətlə bərpa olur, yeniləri tikilir, insanlar dini ayinləri öyrənir və icra edirdilər. Heydər Əliyevin ölkə rəhbərliyinə qayıtmasından sonra dövlətin bu proseslərdə iştirakı daha da güclənir. Sovetlər dövründə dağıdılmış Bibiheybət məscid-ziyarətgahı bərpa edilir, dini ənənə və dəyərlərə dövlət tərəfindən qayğı göstərilir, müsəlman ölkələri ilə münasibətlər genişləndirilir, regionlarda dini ibadət ocaqları tədricən dindarların ixtiyarına qaytarılmağa başlayıb.  
Azərbaycan İslam dininə, İslam mədəniyyətinə mənsub bir ölkədir. İslam Azərbaycanda VII əsrin ikinci yarısından etibarən dərin kök salmış, insanların davranışına, düşüncəsinə, mənəviyyat və mədəniyyətinə müəyyənedici təsir göstərmişdir. Bu təsir o qədər güclü olmuşdur ki, onilliklər boyu xalqı öz milli-mədəni köklərindən ayırmaq cəhdləri heç bir nəticə verməmiş, dövlət müstəqilliyini qazanmış ölkə yenidən İslama, bu dinin mənəvi-mədəni ənənələrinə üz tutmuşdur. Bu gün dünyanın hər bir yerində İslam dinini təbliğ edən dindarlarımız vardır. Belə dindarlardan biri də uzaq Kiyev şəhərində yaşayan və öz hesabına məscid tikdirərək azərbaycanlıların müstəqil şəkildə namaz qılmasına, dua etməsinə şərait yaradan əslən Cənub bölgəsindən olan Hacı Ağamirzə Nuriyevdir. Onunla müqəddəs Ramazan ayında görüşürük və qəzetimiz üçün ondan balaca bir müsahibə alıram.
-Sizə necə müraciət edə bilərəm, Seyyid,  yoxsa Hacı?
-Mən Seyid nəslindənəm. Mənim babam da seyid olub, atam da. Ümumiyyətlə, bizim cənub bölgəsində bizim nəslimiz seyid nəsli kimi tanınıb. Mənə Seyid deyə müraciət edənlər daha çoxdur və bu ad mənim çox xoşuma gəlir. Siz də bu adla mənə müraciət etsəniz, sevinərəm.
Bizim bölgənin seyidləri, axundları çox olub. Sovetlər dövründə məscidlərə qadağa qoyulduğu dövrlərdə də onlara heç kəs qadağa qoya bilməyib. Danılmaz faktdır ki, Sovetlər dövründə Qurani-Kərim qəti şəkildə qadağan olunmuşdu. Məscidlərin yolu bütün dindarlara, din xadimlərinə yasaq idi. Hətta eşitdiyimə görə, o vaxtlar xüsusi adamlar olub ki, onlar da hansı evdə Qurani-Kərimin olduğunu öyrəniblərsə, həmin an əlaqədar yerlərə məlumat çatdırmış və bundan sonra həmin evin sahibi ya sürgün olunar, ya da həbsə göndərilərmiş.  
-Seyid, Qurani Kərim hazırda ən böyük möcüzə hesab olunur. Bu, həqiqətən də belədirmi?
-Qurani Kərim yer üzərinə sonuncu Peyğəmbərimiz tərəfindən möcüzə kimi göndərilmişdir. Təsəvvür edin ki, Quranda toxunulmayan məqam yoxdu. Quran yer üzünün ən qiymətli kitabıdır. Baxın, Allah-Təala hər dövrə uyğun möcüzələr göndərib. Sehrin-cadunun hökm sürdüyü zamanlarda Musa peyğəmbərlə cadunu yox edəcək güc göndərmiş, tibb elmlərinin bilicisi kimi İsa peyğəmbəri, dilşünaslıq, filologiya, şeriyyat, qəzəliyyat üçün isə Qurani Kərimi göndərmişdi. Qurani Kərim möcüzəli bir kitabdır. Bu kitabin hər ayəsi bir bəşər kəlamıdır, hər bir dərdlinin dərmanı, hər bir xəstənin şəfası bu kitabdadır. Aradığın hər sualın cavabı Qurani Kərimdədir. Mən çox istəyərdim ki, bütün insanlar bu kitaba sığınsınlar. 
-Deyirlər İslam qılınc dinidir. Bu doğrudan da belədir?
-Mən bu sözlə razılaşmıram. Kim deyir ki, İslam qılınc dinidir? Heç vaxt İslam dinində qılınc oynadan olmayıb. Əksinə, qılınc oynadanlara qarşı həmişə mübarizə aparılıb. Hətta Məhəmməd Peyğəmbərin üzərinə qılınc çəkib hücum edənlərlə də İslam dininin qoruyucuları qılıncla cavab verməmiş, yalnız özlərini müdafiə etməyə çalışmışlar. Məhəmməd Peyğəmbər buyurur ki, İslam dini mərdlik, kişilik, böyüklük dinidir. İslam dinində deyilir ki, sənə yaxşılıq edənə sən də yaxşılıq et, amma daha yaxşı olar ki, sənə pislik edənə sən yaxşılıqla cavab verib bağışlayasan, bax əsl mərdlik budur. 
-Ən gözəl səbir hansıdır?
-İslam dininin buyurduğu hər səbr gözəldir. Başqalarına qarşı diqqətli olmaq, başqalarının hirsinə səbrlə cavab vermək ən gözəl səbirdir. Günah müqabilində səbr edib və nəfsani isteklərdən uzaq olmaq ən gözəl səbrdir. 
-Zəkat, xüms, sədəqə. Bir az da bunlar barədə...
- Xüms və Zəkat İslami isə vergidir. Xüms imamın və seyidlərin payıdır, illik gəlirdən əlavə verilən beşdə bir hissəsidir. Yəni insan öz halal əmək haqqından xüms verə bilər. Zəkat fəqirlərin, misginlərin və ehtiyac üzündən korluq çəkənlərin haqqıdır. 
Sədəqə savabı çox olan və Peyğəmbər tərəfindən çox sifariş olunan gözəl bir əməldir. Bu barədə maraqlı bir rəvayət danışmaq istəyirəm. Məhəmməd Peyğəmbər bir gün sədəqənin fəziləti haqqında danışır. Bir nəfər üzünü Peyğəmbərə tutub sədəqə barədə sual verir. Məhəmməd Peyğəmbər həmin şəxsə deyir:
-Sən sədəqə verirsənmi?
Həmin şəxs deyir ki, ya Məhəmməd, imkanim yoxdur.
Məhəmməd Peyğəmbər buyurur:
-Bir xurma sədəqə ver.
-Deyir axı, buna da imkanım yoxdur.
Məhəmməd Peyğəmbər buyurur:
-Xurmanın yarısını böl, ver.
Həmin şəxs yenə deyir:
-Ya Peyğəmbər, axı, buna da imkanim yoxdur.
Məhəmməd Peyğəmbər yenə buyurur:
-Onda bir stəkan su da olsa, sədəqə ver.
-Bəs o da olmasa, ona da imkanım çatmasa, necə?
-Onda xoş sözlərinlə sədəqə ver. Kiminsə könlünü sevindir, bax bu da sədəqədir.
Rəvayətdən də göründüyü kimi sədəqə vermək hər bir insanın borcudur. Xoş söz də, ürək sevindirmək də hardasa sədəqədir. Sədəqə o demək deyil ki, kiməsə pul verəsən, yardım edəsən. Sədəqə könül sevindirməkdir, ürək oxşamaqdır. Sədəqə verməklə bütün dərdlərini, o cümlədən 70 növ bəlanı insan özündən uzaqlaşdırır. Bir sözlə yaxşılıq çox gözəl bir əməldir, sifariş edilən bir ehsandir. 
-İmanlı insanda hansı xüsusiyyət olmalıdır?
-İmanlı insan nümunə olmalıdır, hər kəs ondan necə davranmağı, necə danışmağı öyrənməlidir. İslam dini insanı səbirli olmağa çağırır, başqalarına qarşı diqqətli olmağa səsləyir. İmanlı insan haram yeməz, harama əl uzatmaz, başqalarının haqqını qəsb eləməz. Əslində imanlı insan tək bir kəliməylə mərhə-mət¬li olmalı, sədaqətli olmalıdır və imanlı insan diliylə, əliylə, tək bir sözlə, baxışlarıyla belə kiməsə zülm etməyən şəxsə deyilir.
-Seyid insan nə üçün ölümdən qorxur?
-Ölüm son nöqtə deyildir. Ölüm başqa bir həyatın başlanğıcıdır. Qurani Kərimdə də ölüm barədə çox yazılıb. Insanlar o dünyanın ədalətindən qorxurlar. Qorxurlar ki, o dünyaya əliboş gedərlər, özləri ilə heç nə apara bilməzlər. Ona görə də cəhənnəm odunda yanmaqdan qorxurlar, qiyamət günündən qorxurlar. Əslində müsəlmanların hamısı gərək etmək istədikləri pis əməllərindən qorxsunlar və buna görə də yaxşılığa doğru addımlasınlar. İnsan bu dünyaya çox bağlıdır, əlində olan dəyərləri itirməmək üçün ölümdən qorxur, dünya malını itirməkdən qorxur. Amma həqiqətdir ki, axirət azuqəsini bu dünyada qazanan insanların heç biri o dünyadan qorxmurlar.
-Qiyamət nə zaman baş verəcək?
-Bu barədə Qurani Kərimdə buyrulur ki, o zaman yer-göy titrəyəcək, ulduzlar sönmüş olacaq. Çox böyük fəsadlar baş verəcək. Qiyamət günü–günlərin en dəhşətlisi və ən qorxulusu olacaq. O gün bütün ölülər diriləcək və cəmi insanlar etdikləri əməllərə görə cavab verəcəklər. Artıq geriyə yol olmayacaq. Bütün etdiklərmizin bəhrəsini o an görəcəyik. Aramızdan Cənnətə gedənləri görüb qibtə edəcək, cəhənnəmliklərə baxıb icin-icin aglayacagıq.
Hər kəs canını qurtarmaga yer axtaracaq–ata oğulu, oğul atanı tanımayacaq. çünki hərə öz canının hayında olacaq. Cənnət hər zamankı kimi insanların arzu etdiyi yer olacaq. Qiyamət gününün vaxtını Allahdan basqa hec kəs bilmir. Deyi¬lənə görə o gün cümə gününə təsadüf edəcək. 
Bəli, həqiqətən Allah rəhimli və mərhəmətlidir və biz də Rəbbimizə gunahlarmızın bağıslanması və Qiyamət günü əfv olunanlar sırasında olmaq üçün tövbə etməli və dualar oxumalıyıq, bir də çoxlu savab işlər görməliyik.
-Seyid, fəqirlə misgin arasındakı fərq nədir?
-Hacı, müqəddəs Ramazan ayındayıq. Bu aya on bir ayın Sultanı da deyirlər. 
-Bəli, Ramazan ayı on bir ayın sultanıdır. Ramazan ayı insanlara Allahı sevməyi öyrədir; onlara öz iradəsini, dözümünü yoxlamaq imkanı verir; insanları gözüaçıq, təmizvicdanlı olmağa yönəldir və bunlar orucla ifadə olunur.
 Orucluq öz tarixinə Məhəmməd Peyğəmbər (s.ə.s) tərəfindən Mədinədə bu məqsədlə Ramazan ayı keçiriləndən başlayır.  Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. Qurani Kərimdə yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”.
Kəlimə olaraq "İslam", təslim olmaq, itaət etmək, boyun əymək deməkdir. Termin olaraq "İslam": Peyğəmbərin xəbər verdiyi şeyləri qəbul və onlara bütün varlığıyla təslim olmaq deməkdir. Dolayısı ilə İslam qəlbən təslim olmaqla bərabər, zahirən Allahın və Peyğəmbərlərinin əmirlərinə tabe olmaqdır. Bu mənada hər mömin, müsəlman, hər müsəlman da mömindir.
 Allah Təala buyurmuşdur: "Allah yanında (Məqbul olan) din əlbəttə, İslamdır." (Ali-İmran,19) "Bir din kimi sizin üçün İslamı bəyənib seçdim." (Əl-Maidə,3)
 "Tövbə edib Rəbbininzə dönün. Əzab sizə gəlməmişdən əvvəl ona təslim olun. Sonra sizə heç bir kömək olunmaz". (Əz-Zümər,54)
 "Yalnız müsəlman olduğunuz halda ölün!" (Əl-Bəqərə,132 və Ali-İmran,102).
 "Necə ola bilər ki, onlarAllahın dinindən baqşa bir din axtarsınlar? Halbuki, göylərdə və yerdə olanların hamısı istər-istəməz Ona təslim olmuşlar və onun hüzuruna qayıdacaqlar" (Ali-İmran,83)
 "Kim İslamdan başqa bir din ardınca gedərsə, (o din) heç vaxt ondan qəbul olunmaz və o şəxs axirətdə zərər çəkənlərdən olar!" (Ali –İmran,85)
-Hacı, bu gün vətəndən çox uzaqda yaşayırsınız. Azərbaycanlıların rahat ibadət etməsi üçün məscid tikdirmisiniz. Bir az da bu barədə.
-Mən orta məktəbi bitirəndən sonra uzaq Xarkov vilayətinə gəldim və burada işləyib yaşamağa başladım. Uzun müddətdir ki, mən burada yaşayıb işləyirəm. İmam Əli məcdinin tikintisinə razılıq almaq üçün müəyyən əlaqədar təşkilatlarla görüşdüm. Diasporlarla əlaqəyə girdim və nəhayət razılıq ala bildim. Düçdür, çətinliklərimiz də oldu, lakin biz bu çətinliyin öhdəsindən layiqincə gələ bildik. Bu gün məscidimizə bu ərazidə yaşayan azərbaycanlıların hamısı namaz qılmağa gəlirlər. Onların hər dəfə etdiyi duaları eşidəndə ürəyimdə gördüyüm işlə sözün həqiqi mənasında qürur duyuram.
Bəli, bu gün biz orucluq ayındayıq. Bu ay bizə yaşadığımız bütün ayların hesabatını verməyə məcbur edən bir aydır. Bu ayda insan paklanır, təmizlənir. Etmək istədiyi yaxşılıqları, görmək iatədiyi təmənnasız xidmətləri bu ayda həyata keçirir. Bu gün məscidimizdə hər axşam iftar süfrəsi verilir. Hər bir insan dilindən və dinindən asılı olmayaraq iftar süfrəmizdə iftarlarını açırlar. Bunun üçün də mənə həmişə dəstək olan ayrı-ayrı insanlara, iş adamlarına dərin təşəkkürümü bildirirəm.
Onu da deyim ki, burda naxçıvanlı bir iş adamı var ki, onun hər iki gözü görmür, dünya işığına həsrətdir. Mən onun gözlərinin açılması üçün bəzi adamlara müraciət etdim və bunu qəbul edən bir nəfər tapa bildim. Həmin şəxs naxçıvanlı balasının gözlərinin açılması üçün bütün əməliyyat xərcini, xəstəxana xərçini və bütün başqa xərclərini öz üzərinə götürdü. Bunun üçün də mən həmin şəxsə ayrıca təşəkkür edirəm. Allah razı oldun. Bir adamın ki, gözlərinə işıq verəcək, onu yenidən həyata qaytaracaq, həyatın hər bir gözəlliyini göztərəcək, bax bunun üçün də mən təkrar-təkrar ona sağ ol deyirəm.
Bəli, biz vətəndən uzaq bir yerdə yaşayırıq. Bizim ən böyük problemimiz burda müsəlman qəbiristanlığına yeni yer ayrılması idi. Əslində bizə bir hektar yer ayrılmışdı ki, biz burda vəfat edən bütün müsəlmanları orada dəfn edirdik. Lakin bu gün qəbiristanlıq tam şəkildə dolmuşdur. Yeni torpaq yerinin ayrılması üçün də mən əlaqədar təşkilatlara müraciət etdim və bizə razılıq verildi ki, 8 hektar torpaq sahəsi müsəlman qəbiristanlığına ayrılsın. Hazırda bu torpağın təsdiqi üçün işlərimiz davam edir. Mən bunun üçün də bu gün çox xoşbəxtəm ki, burda vəfat edən müsəlmanların hamısı gəlib yaxınlarının, doğmalarının məzarlarını müsəlman qəbiristanlığında ziyarət edəcəklər. İnanıram ki, yaxın günlərdə bu məsələmiz də öz həllini tapacaqdır.
-Hacı, sizin böyük qardaşınız da burda vətəndən uzaqda dünyasını dəyişdi.
-Bəli, qardaşımın yoxluğu bu gün də ürəyimi göynədir. Hər işimdə, hər günümdə, hər saatımda onun yerini, yoxluğunu görürəm. Bəli, onun cənazəsini vətənə göndərə bilmədik. Məlum hadisələr imkan vermədi ki, mən onu vətən torpağında dəfn edim. Ancaq onun dəfn olunduğu torpaq da bu gün müsəlmanların dəfn olunduğu torpaqdır. Lakin gün gələcək ki, mən onun məzarının torpağından götürüb dogma vətənə, doğulub böyüyüb boya-başa çatdığı kənd qəbiristanlığında basdıracam. Mən elə bilirə ki, ondan sonra mən də rahat olacam, qardaşımın ruhu da.
-Hacı, burda yaşayan azərbaycanlı vətəndaşlara bəxş etdiyiniz məscid, onların ibadətini təşkil etmək böyük savabdır. Siz bu işi savab məqsədiyləmi görmüsünüz?
-Əslində görülən, daha doğrusu xeyirxah məqsədlə görülən bütün işlərin hamısı savab məqsədi də daşıyır. Ancaq o görülən işlərin hansının Allah dərgahında qəbul edildiyini deməkdə çətinlik çəkirəm. Ancaq inanıram ki, bütün tərəzilər əyilsə də, haqqın tərəzisi hər zaman düz göstərir. Uca yaradan hər kəsi də əməlinə görə sorğu-sual edəcək. 
-Müsahibə üçün çox sağ olun, hacı!
-Siz də sağ olun.
Tahirə Həbliyeva

Tarix: 24-04-2021, 11:00 Oxunub: 130


Bölməyə aid digər xəbərlər
19-04-2021, 09:00 Maqsud Maqsudov - 80