12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Dua Lipa ərə getdi

dua-lipa-ere-getdi 

Dünyaşöhrətli müğənni və aktrisa Dua Lipa Londonda aktyor Callum Turner ilə evlənib.
  cütlük Böyük Britaniyanın ən məşhur nikah məkanlarından biri olan “Old Marylebone Town Hall”da yaxın dostlar və ailənin iştirakı ilə rəsmi nikah bağlayıb.
Dua Lipa nikah üçün xüsusi dizayn olunmuş ağ libas və şlyapa seçib, Callum Turner isə tünd göy kostyum geyinib.
Məlumata görə, Londondakı bu mərasim yalnız rəsmi nikah mərhələsidir. Cütlük yaxın günlərdə İtaliyanın Siciliya bölgəsində daha geniş və 3 gün davam edəcək dəbdəbəli toy mərasimi keçirməyi planlaşdırır.




Tarix: 1-06-2026, 12:01 Oxunub: 2


Bölməyə aid digər xəbərlər