09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Təbrik edirəm!

Sumqayıt Rabitə iscilərinin xanımlarını 8 Mart Beynəlxalq qadınlar günü münasibət ilə təbrik edirəm! Bütün xanımlara su qədər təmiz,həyat qəder canli,cicək qədər təravətli, dunyamizin ən böyuk hədiyəsi ,nəməti olan,can salığı arzulayıram.
Qadın anadır, qadın ictimai xadimdir, qadın bəstəkardır, bir sözlə, qadın həyatdır, həyatın başlanğıcıdır. Yer üzündə elə bir insan olmaz ki, bu Allah tərəfindən yer üzərinə göndərilmiş mələklərin qarşısında baş əyməmiş olsun. Mən deyərdim ki, Qadın həyatın özüdür.
Qadınlar həyatın mənası, bəzəyi və əbədi gözəlliyidir deyirlər. Ülvilik, zəriflik və gözəllik rəmzi olan qadın adı, ana adı ölkəmizdə həmişə uca tutulmuşdur. Azərbaycan qadınları bütün dövrlərdə öz istedadı, zəkası, iradəsi və əzmi ilə milli-mənəvi dəyərlərimizin qorunub saxlanması və yaşadılmasında müstəsna xidmətlər göstərmişdir. Belə qadinlardan biri barədə bir-iki kəlmə demək istəyirəm. 
Əslində qadin gücdür, lakin o gücünü hər zaman nümayiş etdirməyi sevməz. Qadın sevgidir – çətin sevər, amma tam mənasıyla sevər. Qadın dünyadır–o dünyaya hər kəs girə bilməz. Qadın müdrikdir–xəyal edə bilmədiyiniz nələr edər o. Qadın həyatdır, çünki həyat onunla gözəldir. Qadın həyatı, yaşamı bizə bəxş edən ən gözəl, ən müqəddəs varlıq, zərif çiyinlərində çox zaman ağır yük daşıyan, cəmiyyətə yararlı övladlar böyüdən, pis-yaxşı gününə şükr edən, öz namusunu başqaları üçün deyil, özü üçün qoruyub saxlayan, evini cənnətə çevirən anadır, bacıdır. Qadın cənnətdir, qadın iffətdir, qadın anadır. Qadın Peyğəmbəri (s.a.s) dünyaya gətirəndir.
 Qadın dediyin–Anadır! Özünü balasına qurban edən, balasını isə Vətəninə qurban verməyi bacaran Ana… Hardansa oxuduğum bu şeir parçası gəlib yadıma düşdü:

Qadınlar anadı, bacıdı, yardı…
Adı da, özü də bizə müqəddəs,
Onlarsız bu həyat, necə olardı? 
Ey məni dünyaya gətirən qadın,
İlk sənin adını söylədiyimçün,
Dilimdən bir ömür düşməyir adın… 
Anasız sevinməz ürəklərimiz,
O bizi həyata gətirib, demək,
Qadın hesabına yaşayırıq biz …

8 mart Qadınlar Bayramını yer kürəsinin demək olar ki, hər yerində qeyd edirlər. Mənim aləmimdə isə qadınların bayramı elə hər gündür. Onlar yaşatdıqları və yaradıqları kiçicik belə şeylərlə sevinən, xoşbəxt olan insanlardılar. Onların bayramı övladlarının uğur qazandıqları gün, şagirdlərinin uğurlara atdıqları imzalarda daha gözə çarpan  olur. Bax həmin gün onların əsl bayramıdır.
Mən uzun müddətdir ki, Sumqayıt Poçtamtında çalışıram.   Burada çalışan xanımların hamısı mənə olduqca  əziz və doğmadır. Onlar Xanım kimi xanım, ana kimi anadırlar.  Mən  bütün xanımlarımızı, ana  və bacılarımızı 8 mart Qadınlar Bayramı münasibəti ilə ürəkdən təbrik edirəm. 

Mahir Hümbətov,
Yeniazərbaycanhəyatı.az saytnın təsisçisi və baş redaktoru

Tarix: 7-03-2021, 22:45 Oxunub: 555

Bölməyə aid digər xəbərlər