Bir qrup Ucar rayon sakini Prezidenti İlham Əliyevə, Birinci vitse- prezidenti Mehriban xanım Əliyevaya, Dövlət Təhlükəsizlik Xidmətinin rəisi Əli Nağıyevə, Baş prokuror Kamran Əliyevə rayon Kommunal Müəssisələr Kombinatının rəhbərindən və İcra başçısı Mənsur Məmmədovdan eləcədə onun müavini Vaqif Mehdiyevin qanunsuz əməllərində şikayətçi düşüb
İxa.az-ın elektron ünvanına göndərilən həmin şikayət məktubunu olduğu kimi təqdim edirik:
"Biz bu şikayət ərizəsini imza edən şəxslər "DOST" İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayonu Kommunal Müəssisələr Kombinatında fəhlə vəzifəsində işləyirik.
2020-ci ilin İyul ayı tarixində heç bir qanunu əsas olmadan çoxlusayda işçinin əmək haqqısının verilməmsi barədə akt tərtib edilmiş nəticədə də bizim maaşlar ödənilməmişdir.
Bunu isə Ucar rayon İcra Hakimiyyəti başçıs Mənsur Məmmədovun sifarişi ilə onun müavini Vaqif Mehdiyev edib.Əsas isə onu göstərirlər ki, guya aktda adları qeyd edilmiş işçilər iyul ayında işə gəlməyiblər.
Ancaq əslində isə bu akt hər hansı qanun pozuntusunun qarşısının alınması yox əksinə korrupsiya cinayətinin həyata keçirilməsi üçün icra başçısı Mənsur Məmmədov və onun müavini Vaqif Mehdiyev planlı şəkildə tərtib ediblər.Ən dəhşətlisi isə budur ki, "DOST" İş Mərkəzinin direktoru Firudin Cəbrayılovda bu cinayətkarlarla əlbir olub onlara dəstək verir.
Belə ki, həmin aktda adları qeyd edilmiş işçilərin əksəriyyəti daima işə çıxanlardır.Bu korrupsioner cütlüyün niyyəti aktda adları qeyd edilən işçilərdən hər ay haqq almaqdır.Çünki adları həmin aktda qeyd edilməyən "DOST" İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayonu Kommunal Müəssisələr Kombinatında fəhlə vəzifəsində işləyən 200 nəfərdən çox işçinin əksəriyyəti ( 90 %-i) Vaqif Mehdiyevə ayda haqq verirlər deyə işə gəlmirlər.Həmin haqq verib işə gəlməyən işçilər ayda və ya həftədə bir dəfə gəlib tabelə imza edib gedirlər.Çox vaxt isə həmin şəxslərin əvəzinə mühasiblər özləri tabelə imza edirlər.Bunu xəttşünaslıq ekspertizası etsələr subut olunacaq.
Hətta elə işçi var ki, uzun müddətdir ki, Ucar rayonundan kənarda Bakı şəhərində və ya digər yerdə yaşayıb işə heç vaxt gəlməsələrdə adlarına maaş yazılır hər ay əmək haqqlarını yaşadıqları ərazidəki bankomat vasitəsi ilə alırlar.
Mənsur Məmmədovun və Vaqif Mehdiyevin bu planı iki başlıdır.Yəni ya işçilərdən hər ay haqq almaq və yaxud da işdən çıxarıb onların yerinə 1500 manat pul alıb yeni işçi qəbul etməkdir. Artıq iş axtaran rayon sakinlərinə bu barədə öz əlaltıları vasitəsi ilə sözlər çatdırılıb.
Qeyd edim ki, Ucar rayon İcra başçısı Mənsur Məmmədov və onun müavini Vaqif Mehdiyevin adları işdə olan özləri işə gəlməyən işçilərin maaş kartlarını uzun müddət idi ki, özlərində saxlamışdılar. 2020-ci ilin müxtəlif aylarında bir neçə rayonun icra başçıları həbs edilən zaman onların seyflərindən ictimai işlərə cəlb edilmiş işçilərin maaş kartları çıxdı.Həmin vaxt Ucar rayon icra başçısı Mənsur Məmmədov və müavini Vaqif Mehdiyev təşvişə düşüb gecəliklə özlərində olan maaş kartlarını sahiblərinə qaytarmışdılar.Buna dair bizdə video faktlar var.
İndi ara sakitləşib deyə icra başçısı və onun müavini öz maddi maraqlarına görə yenidən korrupsiya əməllərini həyata keçirmək istəyirlər. Onları bu çirkin işə, kapital toplamaq həvəsinə salan nəfisləri məcbur edir.Çünki bu yaramazların iş fəaliyyətlərinin əsasını saxtakarlıq yolu ilə kapital toplamaq təşkil edir.
"DOST" İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayonunda ictimai işlərə cəlb edilmiş işçilərin əksəriyyəti Ucar şəhərinin mərkəzindən uzaq məsafələrdə yerləşən kəndlərdə yaşayırlar. Onların uzaqda yerləşən həmin kəndlərdən (40-35 km-r) hər gün Ucar şəhərinə işə gəlib 8 saat işləyib evlərinə qayıtmaları mümükün deyil.Həm məsafə baxımından, həmdə onların aldıqları maaş buna kifayət etməz.Buna görə də həmin şəxslər hər ay aldıqları maaşlarının yarısını Vaqif Mehdiyevə haqq verirlər deyə işə gəlmirlər.Onlar bu pulu birqadirləri vasitəsi ilə Vaqif Mehdiyevə çatdırılar.
Həttda iş o yerə çatıb ki, birqadirlər də öz yaxın qohumlarının adını işə yazdırıb əlavə zəhmətsiz maaş alırlar.
Məhz maaşları dayandırılan işçilər Vaqif Mehdiyevə haqq verə bilmədiyi üçün onların barəsində qanunsuz akt tərtib edilmiş əmək haqqları ödənilməmişdir. Həmin akta Vaqif Mehdiyev, onun əməkdaşı Ceyhun Qəhrəmanov və Ucar rayon Kommunal Müəssisəslər Kombinatının müdiri vəzifəsini icra edən Ruşan Ruşanov imza ediblər. Ucar rayon Kommunal Müəssisəslər Kombinatının müdiri vəzifəsini icra edən Ruşan Ruşanov həmin aktın qanunsuz olduğunu və Vaqif Mehdiyevin təkidi ilə akta imza etməyə məcbur olunduğunu etiraf edib.Buna dair telefon danışı olan səs yazısını təqdim edirik.
Qeyd edək ki, "DOST" İş Mərkəzi MMC-nin xətti ilə Ucar rayon Kommunal Müəssisəslər Kombinatına işə qəbul olunanlar arasında icra başçısı Mənsur Məmmədovun, birinci müavin Əliş Cəbrayılovun, Vaqif Mehdiyevin, Kombinatın direktoru İslaməli İsmayılovun qohumları, tanışları yer alırlar.
Bunlar aşağıdakılardır;
1) Həsənov Simuzər Sədyar qızı Vaqif Mehdiyevin sürücüsü Nəsib Həsənovun həyat yoldaşı.Adam bir gündə olsun işə gəlməyib.
2) İsmayılova İradə Ağalı qızı Qazyan kənd sakini, Vaqif Mehdiyevin qohumu işə gəlmir
3) Rəhimova Nübar İsa qızı Qazyan kənd sakini, Vaqif Mehdiyevin qohumu
4) Sadıqov İlqar Ramiz oğlu Qazyan kəndi sakini, Vaqif Mehdiyevin qohumu,
5) Nəbiyeva Aygün Vaqif qızı Qazyan kənd sakini birinci müavin Əliş Cəbrayılovun sürücüsü Nəbi Nəbiyevin həyat yoldaşı.Adam bir gündə olsun işə gəlməyib.
6) Həmidova Maisə Oktay qızı Əliş Cəbrayılovun bacanağı Nəzər Həmidovun gəlni.İşə gəlməyir.
7) Vahidov Zaur Məhəmmədəli oğlu Əliş Cəbrayılovun qohumu,
----İcra başçısı Mənsur Məmmədovun 30 km-aralıda yerləşən Qazıqumlaq kəndində yaşayan qohumları və qonşuları;
Əhmədov Müşfiq Əhməd oğl (Mənsur Məmmədovun xalası oğlu), onun həyat yoldaşı Əhmədova İlhamə Mehdi qızı, Kərimov Məcid Valik oğlu, Məmmədov Mehman Əhməd oğlu, Məmmədov Şamil Ərəstun oğlu, Məmmədova Afət Rafiq qızı, Şərifov Nurəddi Əli oğlu, onun oğlu Şərifov Vüsal Nurəddin oğlu və həyat yoldaşı Şərifova Tahirə Fərrux qızı sonucu bir ailənin üç üzvü Mənsur Məmmədovun villasında qulluqçu işləyirlər.Əmək haqqlarını isə DOST İş Mərkəzi ödəyir.
Ucar rayon Kommunal Müəssisələri Kombinatının müdiri İslaməli İsmayılovun "DOST" İş Mərkəzində və Ucar rayon Kommunal Müəssisələri Kombinatında işləyən qohum-əqrabası bunlardır.
Əsgərov Sahib Mirzəağa oğlu qaynı, onun həyat yoldaşı və gəlni, Sahib Əsgərov Ucar kolxoz bazarında maqazin işlədir, özü və ailə üzvüləri işə gəlmirlər hər ay maaş alırlar.
İslaməli İsmayılovun əmisi qızı İsmayılzadə Kəmalə Musa qızı Ucar rayon Kommunal Müəssisələri Kombinatının baş mühasibi işləyir ki, onun qohumları "DOST" İş mərkəzində və Ucar rayon Kommunal Müəssisələri Kombinatında işləyirlər ancaq işə gəlmirlər. İsmayılzadə Fərda Mübariz oğlu baş mühasib Kəmalənin qardaşı oğlu, İsmayılova Samirə Abduləhəd qızı qardaşı Natiqin həyat yoldaşı, qardaşı Mübarizin həyat yoldaşı Şəhla İsmayılova, qardaşı Natiqin qaynı Behbudov Seymur Əbdüləhəd oğlu.Bu adamaların adı işdə getsədə işə gəlmirlər hər ay maaş alırlar.
Qeyd edək ki, Ucar rayon Kommunal Müəssisələri Kombinatının müdiri İslaməli İsmayılov Mingəçevir şəhər İcra Hakimiyyəti başçısı İlham İsmayılovun qardaşıdır.
Mingəçevirin icra başçısı İlham İsmayılovun Ucarda at oynadan qardaşı İslaməli İsmayılov müdiri olduğunu idarəni ailə ansanbılı ilə idarə edir.Bacısı Elmira İsmayılova mühasib köməkçisi, əmisi qızı Kəmalə İsmayılzadə baş mühasibdir.Ucar rayon Kommunal Müəssisələr Kombinatın mühasib köməkçisi Xatirə Abdullayevanın qardaşı Abdullayev Fəqan Rza oğlu və qardaşı arvadı Abdullayeva Məlahət Fikrət qızınında adları orada işdə gedib işə gəlmirlər hər ay maaş alırlar. Hansı ki, Fəqan Abdullayevin Ucar rayonunda bir neçə maqazini və cücə ferması var.
Ucar rayonunun mərkəzindən 30 km aralıda yerləşən Lək kənd sakini olan şəxslər işə gəlməyib aylıq haqq verənlərin siyahısı aşağıdakıdır.
Abbasov Elvin Əzizağa oğlu, Allahverdiyev Rəvan Qənimət oğlu, Babaşov Azər Məhəmməd oğlu, Əliyev İlqar Əbülfəz oğlu, Həsənov Bəxtiyar Əsgər oğlu, İsayev Ədalət İsaxan oğlu, Mehdiyev Telman Cəmil oğlu, Priyeva Səidə İbrahim qızı, Qasımov Zahid Muxtar oğlu, Əliyev Əhliman Həsənxan oğlu,Rzayev Ramazan Məhəmməd oğlu.
Ucar rayonu Bərgüşad kənd sakinləri Musayev Cavid Fəti oğlu, onun qardaşı Musayev Sehran Fəti oğlu və bacıları Abdurəhimova Xəyalə Fəti qızı adları işdə gedir işə gəlmirlər. Ucar rayonu Şahlıq kənd sakini Şakirli İbrahim İlqar oğlu,
Hər bir vətəndaşın işlə təmin olunmaq hüququ var.Ancaq dövləti aldadıb pulunu talan etmək olmaz.
Bu siyahı çox genişdir ki, yazdığımız şikayət ərizəmiz araşdırılan zaman təqdim edəcəyik.
Ucar rayonuna "DOST" İş Mərkəzindən yoxlama ezam olunan kimi Vaqif Mehdiyev haqq aldığı şəxslərə məlumat verir deyə onların əksəriyyəti orada görünürlər və sonra əvvəlki kimi yoxa çıxıb işə gəlmirlər.
Onuda qeyd edək ki, icra başçısı Mənsur Məmmədov və Vaqif Mehdiyev "DOST" İş Mərkəzinin yoxlamaya gələn əməkdaşları ilə "dil" tapıb onları razı sala biliblər deyə onlar haqlarını alıb bu cinayətləri görməməzliyə vurub gedirlər.Əksinə haqlı şikayət edən vətəndaşı haqsız çıxarırlar.
"DOST" İş Mərkəzi MMC-nin direktoru Firudin Cəbrayılov özü şəxsən bu cinayətkar cütlüklə əlbrilik edir. «DOST» İş Mərkəzindən yoxlama adı ilə gələnlər əvvəlcədən xəbər verirlər deyə Vaqif Mehdiyev haqq aldığı işçilərə məlumat verir deyə onlar işə gəlirlər gözə görsənib sonrada yoxa çıxırlar.Bir idarənin 400 nəfərə yaxın işçisi olsada rayon zibillik işində itib batır, küçələr vaxtlı-vaxtında süpürülmür, zibillər təmizlənilmir, ağaclar iri buynuzlu heyvanlardan qorunmur, ağaclar sulanmır, kanalizasiyalar təmizlənmir.Kommunal Müəssisələri Kombinatının avtomaşınları şəxsi işlərlə məşğul olur, şəxsi həyətlərdə saxlanılır.Bütün bu neqativ halları yaratmış Mənsur Məmmədov və onun müavini Vaqif Mehdiyevin vəzifədən təmizlənməsinə zərurət var.
Bu korrupsioner cütlüyün qanunsuz əməlləri nəticəsində çoxlu sayda işçinin hüquqları pozulmuş qanusnzu olaraq əmək haqlarından məhrum olunublar.
Onuda qeyd edək ki, bu şikayətdən sonra icra başçısı və onun müavinləri özlərini sığortalamaq üçün adı işdə olan özləri işə gəlməyib hər ay maaş alan qohumlarını işdən çıxaracaqlar. (dəqiq məlumat var ki, artıq bir neçəsinə işdən çıxarılması barədə tələsik ərizə yazdırılıb). Ancaq onlar uzun müddətdir maaş alıb dövlət büdcəsinə külli miqdarda ziyanlar vurublar.İşdən çıxarılmaq çıxış yolu deyil.Bu cinayətkar vəzifəli şəxslərin əməlləri obyektiv araşdırılmalı barələrində ciddi tədbirlər görülməli, vurduqları ziyanlar dövlət büdcəsinə qaytarılmalıdır.
Qeyd edək ki, Mənsur Məmmədov "DOST" İş Mərkəzinin xətti ilə Ucar rayonunda ictimai işə cəlb edilmiş işçilərin maaş kartlarını sahiblərinə qaytarsada "6 saylı avtomobil yollarının yaşıllaşdırması" MMC-nin işçilərinin maaş kartlarını hələdə özündə saxlayır.Ən çox adı işdə olub maaş kartları icra başçısında olan idarə oradır. "6 saylı avtomobil yollarının yaşıllaşdırması" MMC-nin müdiri Mənsur Məmmədovun qardaşı Mahir Məmmədov olub.Bir neçə rayonun icra başçısının həbsindən sonra qaradşını vəzifəsən xəstəlik bəhanəsi ilə çıxarıb digər qohumunu ora müdir vəzifəsinə təyin etdirib.Ancaq həmin müəssisəni faktiki Mənsur Məmmədov özü idarə edir.Bu barədə mətbuata geniş məlumat verəcəyik.
Hörmətli prezident İlham Əliyev işsiz kasıb vətəndaşların işlə təmin olunması üçün «DOST» İş Mərkəzi MMC-nin yaradılması barədə sərəncam imzaladı.İşsiz vətəndaşlar sevindi ki, işlə təmin olunub ailələrini dolandıracaqlar.Ancaq Ucar rayonunda korrupsioner vəzifəli şəxslər bundan sui-istfadə edib maaş kartlarını ələ keçirib vətəndaşları ac qoyub, dövlət büdcəsini talan etdilər.Biz prezident İlham Əliyevə inanırıq onun siyasi kursunu dəstəkləyirik.İnanırıq ki, bu şikayət ərizəmiz bizim iştirakımızla yerində obyektiv araşdırılacaq.
Mətbuat vasitəsi ilə Sizdən xahiş edirik şikayət ərizəmizi bizim iştirakımızla yerində araşdırıb korrupsiya şəbəkəsi yaratmış icra başçısı Mənsur Məmmədovun, müavini Vaqif Mehdiyevin və "DOST" İş Mərkəzi MMC-nin direktou Firudin Cəbrayılovun barəsində qanunu və ciddi tədbirlər görəsiniz.Obyektiv yoxlama aparılacağı təqdirdə bu şəbəkənin cinayət yolu ilə dövlət büdcəsini talan etdikləri subut olunacaq. "
İmza; Ucar rayon sakinləri
Purqafari Azər Ələsgər oğlu 055 672-03-03
Fərəcova Səadət Gülalı qız
Məmmədov Cavid Sadıq oğlu (055) 231-53-55
Şirinov Raqif Ayaz oğlu
Həbibov Elvin Rafiq oğlu (077) 566-86-76
Purqafari Mirəli Ələsgər oğlu
Bölməyə aid digər xəbərlər