TƏBRİK EDİRƏM!
Bu gün Sumqayıt Cümə məscidinin əməkdaşı Araz Mehdiyevin doğum günüdür. Bu münasibətlə səbəkarı təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram.
Mən uzun müddətdir Arazı tanıyıram. Onun nə qədər səmimi, mehriban, insanların dərd, qəmiylə yaxından maraqlanan bir insan olduğunu yaxşı bilirəm. Bir dəfə tanışlarımdan biri dedi ki, məscidə gələnlərin içində tək bir nəfər belə ola bilməz ki, xoş günündən, sevincindən gəlsin. Məscidə gələnlərin hamısı dərd əlindən gələnlərdir. Maraqlıdır ki, bu gələnlərin hamısını Araz mehriban, səmimi münasibətlə qarşılayır və eləcə də yola salır. Məscidə ayaq qoyanların çoxu da kasıblardı və bu kasıb, yoxsul insanlar da ümid yeri kimi gəldikləri məsciddə Arazla qarşılaşırlar. Araz düzdür elə imkanlı şəxs deyil, lakin buna baxmayar o, yenə də ona müraciət edən insanların ümidini qırmır, onlara imkanı daxilində kömək etməyə çalışır. Dəfələrlə şahidi olmuşam ki, Araz son qəpiyini də kiminsə övladına, kiməsə çörək pulu kimi vermişdir.
Bir söz vardır: insan həyat məktəbində yetişir, bişir. Bax, Araz da belə bir həyat məktəbinin yetişdirməsidir. Onun səmimi münasibəti, gülərüzlüyü insanı sözün həqiqi mənasında valeh edir.
Araz iki qız atasıdır. Bir neçə dəfə Məşhəd ziyarətində, Kərbəla ziyarətlərində olmuşdur. Ən böyük arzusu isə Həcc ziyarətində olmaqdır. İnşallah böyük Yaradanımız Arazın bu arzusunu həyata keçirməkdə yardımçı olacaqdır və mən buna inanıram.
Bəli, bu gün Arazın doğum günüdür. 44 yaşı tamam olur. 44 il, elə böyük bir tarix də deyil. Ancaq Araz üçün çox böyük bir tarixdir. Doğma yurdu olan Ağdamı yenidən görmək arzusu onu vaxtından əvvəl yaşlandırmışdı. Ancaq şükürlər olsun ki, bu gün Ağdam torpağı və beləcə də işğalda olan ərazilərimiz düşmən tapdağından azad olunub. Araz ən böyük ad gününü Ağdamın işğaldan azad edildiyi gün kimi qeyd edir. O, Ağdama gedəcəyi və orada böyük təmtəraqla ad gününü qeyd edəcəyi günü səbirsizliklə gözləyir. Allah bu arzunu həyata keçirməkdə də uca yaradanımız yar və yardımçın olun! Amin!
Araz, əslində səndən çox danışmaq, çox yazmaq olar. Ancaq necə deyərlər, onu buna, bunu da ona qatmaq olmaz. Hər sahənin özünün adı və yazısı var. Sənin də bu gün ad gününü təbrik etmək üçün 2-3 kəlimə xoş söz yazım dedim. İnşallah Ağdamla bağlı müsahibəmi çox yaxın zamanlarda qələmə alacam. İndi isə...
İndi isə, əziz qardaşım, səni doğum günün münasibəti ilə ürəkdən təbrik edir, sənə möhkəm cansağlığı, bütün niyyətlərini həyata keçirmək üçün tükənməz fiziki və mənəvi qüvvə arzu edirəm. Qoy bütün işlərin uğurlu olsun, nikbinlik və xoş əhval-ruhiyyə səni heç vaxt tərk etməsin, hər yeni gün sənə əmin-amanlıq, xoşbəxtlik bəxş etsin!
Bir daha səni təbrik edir, ailənizə möhkəm cansağlığı, xoşbəxtliklər diləyirəm. Qoy o bir olan Yaradan öz lütf və mərhəmətini hər zaman ailənizin üzərində bərqərar etsin!
365 gün qəzeti
Bölməyə aid digər xəbərlər