11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Məktəb illəri

... Bu yolu bütün insanlar keçiblər və yenə keçirlər. Elə bir insan yoxdur ki, məktəbə getməsin, parta arxasında əyləşməsin və müəllimindən elm, öyüd-nəsihət almasın. Çünki bu özü bir ömür yoludu və bu ömür yolunu çoxları addımlamağa məcburdur. Sumqayıt şəhərində də zamanından və məkanından asılı olmayaraq, bütün dövrlərdə təhsilə, elmə və tədrisə böyük önəm verilib. Təbii ki, hər bir kəsin ömür yolunun təməli də məktəbdə qoyulur. Bu təməli də təbii ki, ibtidai sinif müəllimləri qoyur. Onların zəhməti heç bir zaman nə unudulur, nə də yaddan çıxır. Belə ibtidai sinif müəllimlərindən biri də Sumqayıt şəhəri 21 saylı tam orta məktəbin ibtidai sinif müəlliməsi Natella Bəşirovadır. Natella xanım gənc olmasına baxmayaraq öz sözünü deyə bilən müəllimlərdəndir. Onunla balaca bir söhbət edirik. Müəllimənin dediklərindən:
-Müəllim sözünü, şərəfini və qürurunu bu adı daşıyan insanlar həmişə uca tutublar. Çünki əsl müəllim, əsl ziyalı və böyük işıq deməkdir. Onun düşüncəsindən, savadından minlərlə insan qida alır. Əlbəttə, belə müəllimlərə həmişə xalq arasında böyük hörmət qoyulub. Bu məktəbdə də öz peşəsini sevən və müəllim şərəfini uca tutan ziyalı insanlar var.
Hər bir müəllim jurnalı götürüb sinfə girəndə və dərs deyəndə fikirləşmirlər ki, hansı çətinliklərlə, hansı əziyyətlərlə və hansı problemlərlə üzləşəcəklər. Onlar fikirləşirlər ki, bir 45 dəqiqədə parta arxasında əyləşən şagirdlərə nəyi öyrədəcəklər və necə öyrədəcəklər. Bu müəllimlər onu da fikirləşirlər ki, parta arxasında əyləşən o şagirdlərə lazımı bilikləri vaxtında verməsələr, həmin şagirdlərdən deyilən dərsi tələb etməsələr, onlar məktəbi bitirəndən sonra çox əziyyətlə üzləşə bilərlər.Təbii ki, hər bir şagirdin həyatında məktəb illərinin yeri və önəmi vardır. Yaxşı oxumaq və ya gələcəkdə yaxşı yaşamaq və ya işləmək də məhz məktəbdən başlayır. Hər bir şagird bilməlidir ki, məktəb onların gələcəyinin təməl daşını qoyan bir müəssisədir. Bu təməl daşı nə qədər möhkəm olarsa, o qədər yaxşı olar. Yəni irəlidə yaşayacağı çətinliklərdən üzü ağ çıxmağı bacara biləcəkdir.
Bəli, hər bir sənətin çətinliyi vardır. İbtidai sinif müəllimlərin isə çətinliyi daha çoxdur. Çünki onlar oyun meydançasında toplanıb gətirilən körpələrə yeni həyat dərsi verməyə çalışırlar. Yəni, oturmağı, durmağı, yazmağı, oxumağı öyrətməyə çalışırlar. Bunun nə qədər əziyyətli və çətin olduğunu da hamımız bilirik. Lakin irəliləyən zamanlarda körpələrin yazdıqları ANA, VƏTƏN sözlərini oxutanda insanın ürəyi dağa dönür. Sevinirsən ki, sən nə yaxşı ki, bu şagirdlərə bu sözləri açılaya bildin. Onu da deyim ki, insan oxuduğu illər ərzində çox müəllimlərlə qarşılaşır. İstər orta məktəbdə, istərsə də ali məktəbdə. Düzdür, onların heç biri yaddan çıxmır, unudulmur, hər birinin də şagird, tələbə ürəyində yeri qalır. Lakin ibtidai sinif müəllimi insanın ömrü boyu yadından çıxmır. Aradan illər keçsə belə yenə də ibtidai sinif müəlliməsi hörmətlə xatırlanır, yada salınır və kimliyindən asılı olmayaraq, bax bu mənim ilk müəllimim olub deyirlər. Bu da təbii ki, bizim üçün ən böyük sevinc payıdır.
Natella Bəşirova sənətini sevən, ona vicdanla yanaşan müəllimlərimizdən biridir. Sənətini sevən müəllimlər isə bütün çətinliklərə sinə gərə biləcəklər. Danılmaz faktdır ki, ibtidai sinif müəlliminin zəhməti böyükdür. Onlar ilk dəfə şagirdlə öyüd, nəsihət verirlər, bilik, savad verirlər, yazmağı, oxumağı öyrədirlər. Bir də axı vaxtında verilməyən öyüd nə vaxtsa o şagirdin həyatda uğursuzluğuna səbəb olur. Amma nə yaxşı ki, bu cür vicdanlı, namuslu və ziyalı müəllimlərimiz var. O müəllimlər həmişə şagirdlərinin, məzunlarının yaddaşında qalacaq və xoş xatirələrə çevriləcəklər... Elə Natella müəllimə kimi...
365 gün

Bölməyə aid digər xəbərlər
Məktəb illəri
Bugün, 08:172 dəfə baxılıbMƏKTƏBDƏN BAŞLANAN YOL...

Tarix: 8-10-2021, 08:30 Oxunub: 102
Bölməyə aid digər xəbərlər
24-08-2021, 17:30
Yaralı yerimiz qəbiristanlıq
19-08-2021, 11:30
Təbrik edirəm!
19-08-2020, 11:51
TƏBRİK EDİRƏM!
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
29-05-2021, 20:00
Allah rəhmət eyləsin
19-04-2021, 09:00
Maqsud Maqsudov - 80
8-03-2021, 17:31
Sumqayıt polisinin yeni rəisini yaxından tanıyaq...
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
14-08-2020, 12:29
Sabiq təhsil nazirindən yeni təhsil nazirinin müraciətinə cavab - Məktəb, yoxsa ev?
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
9-08-2020, 13:56
Ağcabədinin sabiq icra başçısının əmisioğlu rayonda “at oynadır”
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
9-07-2020, 18:22
“Microsoft” şirkəti Azərbaycan təcrübəsi haqqında yazdı
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU