11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Ədalət Əroğlu Açıq Məktub

Bölməyə aid digər xəbərlər
AÇIQ MƏKTUB...
(2020-ci ildə yazdıqlarım)
27 İL ƏSİRLİKDƏ QALAN ATA YURDUMA…

ATA YURDUM HOVUSLU KƏNDİMƏ, CƏRAYILIMA, XAN ÇİNARIMA, XUDAFƏRİNƏ, ZİYARƏT DAĞINA, HACI QARAMAN PİRİNƏ, YURDLARIMIZDA QALAN MƏZARLIQLARIMA, UŞAQLIQ İLLƏRİNDƏ GƏZDİYİM SAF HAVASI OLAN DAĞ MEŞƏLƏRİMƏ BUZ KİMİ ŞIRIL AXAN BULAQLARIMA...ORADA QALAN AYAQ İZLƏRİMƏ...
Bu məktubu yazarkən acı göz yaşlarım içərisində yazıram, doğma ATA-ANA YURDUM....
Bilirəm ki, məni bir dogma övladınız olaraq qınayacaqsınız. Mən sizi çox yaxşı başa düşürəm və sizin məni qınaq etməyə çox böyük haqqınız vardır. Niyə də etməyəsiniz? Demirəm ki, mənim günahlarım yoxdur. Günahlarım olmasaydı 27 ildir doğulub boya-başa çatdığım Cəbrayıl rayonunun Hovuslu kəndimi, Doğma Qarabağımızı, Zəngəzurumuzu, digər işğalda qalmış İgid ərənlər yetirmiş Ata-baba yurdlarımızı itirib acı göz yaşları ilə bu məktubu yazmazdım...
Bir Hüquqşünas-şair, jurnalist olaraq, bir övladınız olaraq bu məktubu yazmağa məcburam. Elə bilməyin ki bu yazıları yazmaq mənə asandlıqla başa gəldi....
Doğma Yurdum. Siz məni bağışlamasınız da, mən Sizi heç vaxt UNUTMARAM! UNUTMARAM! UNUTMARAM!
Məhs yazdığım “İÇİMİZDƏ YURD ADLI YARAMIZ VAR” şeirlər kitabı da məhz Siz dogma Ata-baba yurdlarımın həsrətindən yarandı…
HƏSRƏT AĞLAYIR...
Sumqayıtdan Hovusluya, elimə,
Yolu bağlı görüb qəlbim ağlayır.
Alışıb içimdəki yanan közümə,
Deyə bilmədiyim sözüm ağlayır.
Danışma qardaşım, danışma hələ,
Yurdsuz qalmışıq Vətəndə belə.
Düşmüşük fitnəyə, düşmüşük felə,
Yaza bilmədiyim sözüm ağlayır.
Yurdumun həsrəti üzübdü məni,
Saçıma salıbdır vaxtsız ağ dəni.
Ağladıb qəlbimi, veribdi qəmi,
Yolu bağlı görən gözüm ağlayır.
Boylanıb yollara baxdım yoruldum,
Gözümün kökündən saralıb soldum.
Qocalıb axırda lap ahıl oldum,
Səbrim ağlayır, dözüm ağlayır.
Əhvalım dəyişir hər gün, hər gecə,
Mən yurdsuz-yuvasız yaşayım necə?
Bu dərdi qəlbimdə daşıyım necə?
Qələmim qan tökür, sözüm ağlayır.
Yurdsuz zəhər olub suyum, çörəyim,
O müqəddəs yerdir mənim gərəyim.
Ədalətəm, burda qəlbim, ürəyim,
Oralarda qalan izim ağlayır...
Doğma Yurdum! Sizin o yaralı qəlbinizi ovundurmağa çalışardım, ancaq bilirəm ki, bu mümkün deyil. Bilirəm ki, mənim fikirlərim hamısı Sizin üçün boş və mənasızdır... Bilirəm ki, sizin üçün şeir yazıb, sözlər qoşaraq min tərif etsəm də belə heç bir xeyri də olmayacaqdır... Ancaq mən yazıram…
YURDUM-YUVAM TALAN OLUB
Qarabağım yad əllərdə,
Qız gəlinim oldu girov.
Ah-naləsi ərşə qalxıb,
Yurdum-yuvam talan olub.
Cəbrayılda yurdum qalıb,
Yaddan çıxmır o ellərim.
Müjdə dolu o günlərim,
Yurdum-yuvam talan olub.
Gül-çiçəkli bağçam solub,
Bağça-bağım viran olub.
Səbr kasam vallah, dolub,
Yurdum-yuvam talan olub.
Bu nə halət, bu nə dövran,
Yadımdan heç çıxmır bir an.
Niyə belə gəldi zaman?
Yurdum-yuvam talan olub.
Bilməz idim kədər, ələm,
Əlimdəydi kitab-qələm.
Yurd həsrəti mənim şələm,
Yurdum-yuvam talan olub.
Gül-çiçəyin üzərdim mən,
Demirəm ki, bezərdim mən.
O, dağlarda gəzərdim mən,
Yurdum-yuvam talan olub.
Ay Ədalət, gəlsin səsin,
İçindəki yurd həvəsin.
Azad olsun yurd qəfəsin,
Yurdum-yuvam talan olub.
Bilirəm ki, bu yaraları sağalda biləcək bir məlhəm, bir loğman yoxdur. Bir də bilirəm ki, bu dərdi, bu acıları, bu kədəri özünüz və Uca Tanrıdan başqa heç kim duyaraq yaşaya bilməz. Axı bu acı həyatı siz yaşayırsınız...
Nə edəsiniz? Buna məcbursunuz...
Diliniz də yoxdur ki, qoynunuzda böyüdüb, boya-başa çatdırdığınız qulağı eşidən, danışa bilən, əl-ayağı olub qoynunda saxlayıb böyütdüyünüz, dərdlərinizə şərik olacaq bir şəxsi, mən Ədaləti, yaxud da, yağı düşmənlər tərəfindən hüquqlarınızı pozaraq, qoynunuzda döyüş səngərləri, silah, sursat anbarları tikməsindən, qəlbinizi və ruhunuzu barıt qoxusu ilə zəhərlədiklərinə görə Haqq-Ədaləti haraylayasınız...
Siz haqlısınız. Mən və digər vətən övladlarından da küsməyə haqqınız vardır...
V Ə T Ə N
Salam, ey Vətən, canımsan, Vətən!
Xalqımız üzülüb, qalıbdır, Vətən!
Parçalanıb parça-parça olubsan,
Dözə də bilmirəm yarana,Vətən!
***
Ayrı düşdük yurdumdakı evimdən,
Elə bil ki, ürəyimin telindən,
Şah damarım kəsilibdir dibindən.
Dözə də bilmirəm yarana, Vətən!
***
Namərdin ayağı yurda dəyməsin,
İgidlər düşmənə başın əyməsin.
Boran, çovğun bu ellərdə əsməsin,
Dözə də bilmirəm yarana, Vətən!
***
Namərd əllər uzanmasın yurduma,
Qüvvət gəlsin millətimə, orduma,
Gün gələcək çatacağam arzuma.
Dözə də bilmirəm yarana, Vətən!
***
Ya Rəbbim, Ədaləti ruhuna qaytar,
Bulağına, çeşməsinə, suyuna qaytar,
Pərişan Qarabağa, yurduna qaytar.
Dözə də bilmirəm yarana, Vətən!
Dözmək də olmayır bu yaralarına, ağrı-acılarınıza...
Mən isə bir vətəndaş olaraq Ulularımızdan bizə ərmağan edilmiş bu gözəlliklərə biganə qaldım...
Vətən müqəddəsdir, vətən ülvidir. Vətənimin hər yeri - dağı, daşı, torpağı, suyu, səması mənim üçün əzizdir, doğmadır. Əgər öz yaşadığım yerin, oxuyub təhsil aldığım, boya-başa çatdığım torpağımın keçmişini, bu gününü yaxşı bilməsəm, onun sərvətini qorumaq, çoxaltmaq və gələcək nəsillərə saxlamaq qayğısına qalmasam, mən əsl vətəndaş ola bilmərəm…Belə ki, bu mənimlə yanaşı hər bir Azərbaycanlının vətəndaşlıq borcudur…
Müstəqil Azərbaycan dövləti mənim Vətənimdir və mən bu diyarı həyatım qədər sevirəm. Mən bu diyarın oğluyam, lazım gələrsə, canımı da, qanımı da, Vətənimin yolunda fəda etməyə hazıram.
Əzizim mənim. Mən hələ də dünyanın yaranışından bu günkü günədək sizin çəkdiyiniz əzablarınızı anlamamışam...
Əgər anlamışıqsa, bəs niyə biz sizinlə birlikdə deyilik?...
Sizinlə bərabər əsirlikdə qalmış, ah-naləsi göyün yeddinci qatına çatan qız-gəlinlərimizin, oğullarımızın səsini, ömürlərinin tumurcuqlanmış dövrlərində Şəhid olmuş İgidlərin yarımçıq talehini mən hara yazım?
Nə qədər canımda can varsa, unuda bilmərəm mən ATA YURDUMU.
Yazıram, ürəyimi boşalmaq üçün...
CƏBRAYIL
Gözlərim yoldadır, qulağım səsdə,
Ürəyim döyünür sanki qəfəsdə,
Taqətim tükənib, əhvalım xəstə,
Yaşaya bilmirəm, Cəbrayıl, sənsiz.
***
Qalmışam intizar, gözüm yol üstə,
Yurdumun havası qalıb nəfəsdə,
Ağlayıb düşürəm mən üzü üstə,
Yaşaya bilmirəm, Cəbrayıl, sənsiz.
***
Ziyarət dağımın lap zirvəsindən
Ayı bulağının saf çeşməsindən,
Ayrıla bilmirəm xoş nəşəsindən,
Yaşaya bilmirəm, Cəbrayıl, sənsiz.
***
Ürəyim kədərlidir, sıxılır hərdən,
Danış torpağımdan, danış vətəndən.
Ağlayır Xan Çinarım, o da kədərdən.
Yaşaya bilmirəm, Cəbrayıl, sənsiz.
***
Uca dağlarımın zirvəsi qarlı,
Ədalət vətənsiz olub zavallı,
Əhvalı pərişan, özü xəyallı,
Yaşaya bilmirəm, Cəbrayıl, sənsiz.
Axı mən neçə ayrı yaşayım sizsiz, dogma yurdum?
Artıq az müddət deyil ki sizdən ayrılmışam. 27 ildir Sizin görüşünüzə gələ bilmirəm. Sonuncu dəfə avqust 1993-cü ildə düşmənlər ilə üz-üzə gəldim doğma rayonumda... Mən əli yalın, düşmənlər isə silahla, tankla... Heç nə edə bilmədim sizə, doğma yurdlarım... İnşəallah bu həsrətə son qoymaq ümüdüm ölməz…
DÖZMÜRƏM
Hədsiz bağlanmışam ana torpağa,
Əlçatmaz xəyalım uçur o dağa.
Həyatım dönübdür solmuş yarpağa,
Dözmürəm həsrətə, bu ayrılığa.
***
Bir quş olub uçam gedəm o dağa,
Qanad çalam, qonam kəhriz, bulağa,
Salam verəm Xan Çinara, budağa,
Dözmürəm həsrətə, bu ayrılığa.
***
Qoyma ümidimə yağış, qar yağa,
Baxıram ümüdlə sola, həm saga,
Qurmusan yoluma səddlə qadağa,
Dözmürəm həsrətə, bu ayrılığa.
***
Danışıb gülmədim sizsiz, ay ellər,
Üstümüzdən əsibdi boranlı yellər.
Həsrətdən ağardı başımda tellər,
Dözmürəm həsrətə, bu ayrılığa.
***
Dağların başını duman çən alıb,
Qəlbimin sevinci o yurdda qalıb.
Uşaqlıq illərimə xoş izlər salıb,
Dözmürəm həsrətə, bu ayrılığa.
***
Nə ola, ay Allah, köçəm o yurda,
Toy-düyünlə qayıdaq vətənə, yurda.
Gücümüzü göstərək o qansız qurda,
Dözmürəm həsrətə, bu ayrılığa.
***
Ədalət, yollarda qalıbdır gözün,
Ordumuz döyüşdə deyəcək sözün,
Bir daha deməyin, bir az da dözün,
Dözmürəm həsrətə, bu ayrılığa.
Necə dözüm bu ayrılığa, həsrətə???…
Neçə illərdir ayrı düşmüşəm ocağımdan, elimdən. Hələ də sizlərə qovuşmaq arzusu ilə yaşayıram. Bu arzularımın çin olması üçün xəyallarımda yollar çəkirəm...
Ç Ə K İ R Ə M
Yadımdan çıxmadı bu sabah yenə,
Ötüb keçən illərin dərdin çəkirəm.
Əsən küləklərin həzin mehinə,
Əlimi uzadıb, sığal çəkirəm.
***
Fələk də bilməyir, nələr çəkirəm,
Dərdlərim ha çoxdu, gizli çəkirəm.
Acı həqiqətdən qurtarmaq üçün,
Dağların qoynunda yollar çəkirəm.
***
Yollarım uzanır, uzundur yollar,
Kədərli qoynuma sarılıb qollar.
Yaranır başımda çoxlu suallar...
Bir baxın, dərdimi necə çəkirəm.
***
Qəlbimə yığılıb dolan dərdimi,
Atəşin oduyla yanıb, çəkirəm.
Qalxıbdır tüstüm də uca göylərə,
Bu açıq səmada nalə çəkirəm.
***
Qəlbimdə alışıb yanan dərdlərə,
Vətənin yolunda dözüb, çəkirəm.
Ürəkdə sızlayıb qalan dərdlərə,
Aşırımlı dağlardan yollar çəkirəm.
***
Qarabağın dərdi sinə dağlayır,
Gör neçə analar qara bağlayır.
Əsirlərim vətən deyib ağlayır,
O bağlı qapıya yollar çəkirəm.
***
Bülbül də oxuyur nalə səsiylə,
Haqqını axtarır saf nəfəsiylə.
Oxuyur qəfəsdə öz həvəsiylə,
Qəfəssiz həyata yollar çəkirəm.
***
Ədalət, qocalma, həyatın əlvan,
Dünyamıza ətirli güllər əkirəm.
Düşünüb fikirlər cəm olan zaman,
Cümləyə çevirib, sözdə çəkirəm.
Günlərin bir günü günortadan başlayaraq rəhbərlik etdiyim "İZZƏT" MMC HÜQUQ XİDMƏTİ VƏ TƏDRİS MƏRKƏZİNİN qarşısında yanıqlı səsi ilə axşam qaranlıq olanadək oxuyan bir bülbül elə bil mənim vətən həsrətli keçən ağır, faciəli dərdlərimə dərd caladı…
Dayanmadan yanıqlı səsi ilə məni başqa bir aləmə, uşaqlıq illərimə qaytardı və o zamanlar cəh-cəh ilə oxuyan bülbülləri acı göz yaşları ilə xatırladım…
OXU, BÜLÜBÜL
Bülbül, nalə çəkdin, bu necə səsdi?
Qərib düşən ürəyim yaman əsdi.
İllər ötdü, ömür keçdi, tələsdi,
Saç ağardı, bel büküldü, ta bəsdi.
***
Ürəyimin sarı simi oyandı,
Axan çaylar bir anlığa dayandı,
Sevinc hissim kədərimə boyandı,
Göz yaşlarım selə döndü, ta bəsdi.
***
Qəlbimi sızlatdı yanıqlı səsin,
Keçmişə qaytardı sənin nəfəsin.
Sərvan tapa bilmir sanki dəvəsin.
Karvan gedir, cığır qalır, ta bəsdi.
***
Oxu bülbül, dərd calama dərdimə,
Dərdim böyük, dərd gətirmə dərdimə,
Oxuduqca, sən qoşuldun dərdimə,
Dərd əlindən üzülmüşəm, ta bəsdi.
***
Ədalətəm, vətənimə bağlıyam,
Kür, Araza, Xəzərimə bağlıyam,
Qaramanlı Ocağına bağlıyam,
Yandı ürək, hey sızladı, ta bəsdi.
Qeyd etmək istərdim ki, Ata-baba yurdlarımızın işğalı, haqsız olaraq tökülmüş Şəhid qanları, əlil olmuş gənclərimizin bu günkü ağrı, acıları qarşısında baş əyirəm və yazıram…
MƏNİ DİNDİRMƏYİN, GÜLƏN DEYİLƏM
Şəhid qanı ilə boyanır daşlar,
Ağrıyır ürəklər, çatılır qaşlar.
Axır gözlərimdən sel kimi yaşlar,
Məni dindirməyin, gülən deyiləm.
Qoyma igidlərin ağrıya başı,
Əsgərlər gəncdilər, vardı az yaşı.
Ananın naləsi, həm də göz yaşı,
Məni dindirməyin, gülən deyiləm.
Dərd-kədərin olubdur bizə qardaş,
Acı talelərlə olmuşuq yoldaş.
Sirri demək üçün yoxdu bir sirdaş,
Məni dindirməyin, gülən deyiləm.
Ədalət, hardasan, yurd-yuvan harda?
Əsir düşmüş gözəl torpağın darda,
Nə vaxtandı həsrət qalmısan yurda,
Məni dindirməyin, gülən deyiləm.
Müqəddəs yerlərdən gəlmir bir soraq,
Düşmən əlindədi anam Qarabağ,
Tezliklə yerini tutacaqdı haqq,
Vətənin torpağın bölən deyiləm,
Məni dindirməyin, gülən deyiləm.
Vətən yurdlarımızn acıları olan xəyalımda yurdlarımıza yollar çəkirəm və bu yolların ucu bucağı hələ də görsənmir….
Hələ də sənin ilə görüşmək üçün çəkdiyim yollar xəyallarımda qalıb, dogma yurdum.... Gecə və gündüzlərim siznlədir, ey ata yurdum.
O YURDA TƏRƏF
Bağlanıb yollarım, qalmışam naçar,
Vicdanım qəlbimdə bir alov saçar,
O ata yurdumda paslanıb açar,
Açacam yolları, o yurda tərəf.
***
Ömür taheyimdə dərd qapıları,
Gəzirəm, tapacam mərd qapıları…
Vurub əzəcəyəm sərt qapıları,
Açacam yolları, o yurda tərəf.
***
Yazıram qələmim əsir əlimdə,
Ürəkdə qalıbdır yurd diləyim də.
Əsəcək vətəndə şərq küləyim də,
Açacaq yolları, o yurda tərəf.
***
Açılsa yollarım, qəlbim açılar,
Bir günəş doğular, şəfəq saçılar,
Ədalət, gəzdiyin yollar açılar,
Açacam yolları, o yurda tərəf.
Vətənimizin gənc nəsli olan, şeirlərimin ilk dinləyicilərindən biri olub kədərimə şərik çıxan, mənimlə bərabər bu ağrı, acıalrı yaşayan Oğluma…
O Ğ L U M A
Vətən, yurdum işğal olub,
Dözmür artıq məndə ürək.
Qeyrətinə qurban olum,
Qoyma qala, darda Oğul!
***
Vətənimə girib düşmən,
Əsirlikdə qalıb Obam.
O yurdumda yanmır sobam,
Qoyma qala, darda Oğul!
***
Qoçalıram, illər ötür,
Yurd həsrəti üzüb məni.
Həyat keçir kələ-kötür,
Qoyma qala, darda Oğul!
***
Ədalətəm, ömür bitir,
Dağlarımdan soraq gətir.
Ömrümüzə olsun çətir,
Qoyma qala, darda Oğul!
(ARDI VAR...)
HÜQUQŞÜNAS-ŞAİR
QAFAROV ƏDALƏT İZZƏT OĞLU (ƏROĞLU)
AJB, AYB-nin üzvü
Tarix: 18-08-2025, 10:48 Oxunub: 152
Bölməyə aid digər xəbərlər
25-11-2024, 10:23
75 yaşlı Sumqayıt: Son 10 ildə reallaşan 75 YENİLİK
21-09-2024, 08:17
14 noyabr 2023-cü il tarixdə 29 yaşı qeyd olunan Şəhidimiz Cavid Mirzəyevin həyat hekayəsi...
29-05-2024, 09:46
Prezidentlə xanımı xocalılılarla... - Yenilənib
23-04-2024, 09:21
ŞAİRİN VƏTƏNPƏRVƏR ŞEİRLƏRİ
21-02-2024, 11:35
Xocalı soyqırımı - qan yaddaşımız!
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
29-12-2023, 08:30
Ziya Kazımov və Ülvi Rəşidov məhkəmə zalında həbs edildi
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
16-08-2023, 17:23
YURD HƏSRƏTİ
24-08-2021, 17:30
Yaralı yerimiz qəbiristanlıq
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
24-04-2021, 11:00
UZAQ XARKOV VİLAYƏTİNDƏ İMAM ƏLİ ADINA MƏSCİD
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
















