10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
QƏLƏBƏ BİZİM HAQQIMIZ İDİ


BİZ QAYIDIRIQ, VƏTƏN…



"Mən özümü xoşbəxt insan hesab edirəm ki, bu sevincli xəbərləri doğma xalqıma çatdırıram"
İlham Əliyev


       Bu gün Şanlı Zəfərimizin bir neçə ayı tamam olur. Əslində qələbə günümüzü böyük yürüyüşlə, paradla qeyd etdik. O gün o parad həm də bizim böyük Qələbə Paradımızıydı! O Parad təkcə bizim deyil, bütün Türk dünyasının, haqqın batil üzərində qazandığı Zəfərinin Paradıydı!
Bu Zəfərin əldə olunması üçün düz 44 gün çarpışdıq, vuruşduq, güllələrə sinə gərdik, döyüşdən döyüşə atıldıq, Türkün gücünü Qarabağın hər yerində mənfur düşmənə qarşı sübut etdik. 1945-ci ildə azərbaycanlı əsgərlərimiz döyüşə-döyüşə Berlinə necə çatdılarsa, 75 il sonra onların nəvələri, nəticələri və kötücələri də öz doğma Şuşamıza eləcə çatdılar. Zəfər ab-havası ilə... Hisslər müxtəlif olsa da, hamısı sevinc hissi ilə birləşirdi. Onlar Şuşaya çatanda bu qədər sevinəcəyimizi, sevincimizdən Xarı Bülbül kimi qanadlanıb uçacağımızı bəlkə də bilmirdilər. Bizim şanlı əsgərlərimiz o xəbəri bütün Azərbaycan xalqına çatdırdılar... Və Azərbaycan xalqı ən böyük arzusuna çatdı! QƏLƏBƏYƏ! Artıq bir söz dillərdə əzbər idi: “QƏLƏBƏ!”
      Bu barədə Xıdırlı kənd orta məktəbinin dirüktoru Savalan müəllim danışdı:
QƏLƏBƏ BİZİM HAQQIMIZ İDİ
   -Bu Qələbə də təkcə bizim qələbəmiz deyildi. Bu Qələbə neçə illər onu gözləyən milyonları aşmış könülllərin qələbəsi idi. Bu Qələbə 200 il inləyən Haqqın, Hüququn, mənfur düşmən tərəfindən zaman-zaman parçalanaraq qəsb edilmiş vətən torpağının qələbəsi idi. Bu Qələbə “Zəfərə! Zəfərə!” deyən hər Türk ərinin, hər Türk nərinin, Tomris cəsarətli, hünərli qadınının, hər Türk oğlu, Türk övladının qələbəsi idi! Bu zəfər olmalıydı və oldu! Qarabağ bizim idi, bizim oldu! Qarabağ Türkün idi, Türkün oldu!
Bu Qələbəni bizə qazandıranlar var! Biz onları; Qələbə dadını bizlərə daddırmaq üçün canlarından keçmiş şəhidlərimizi, qazilərimizi heç vaxt unutmamalıyıq, unutmayacağıq! Onların qəhrəmanlıqları haqqında kitablar çap edilməli, tarix dərsliklərinə salınmalı, şagirdlərimiz tərəfindən öyrənilməli, qəhrəmanlıq dastanlarını yazmalı, filmlər çəkilməli, barələrində bəstələnmiş nəğmələri dildən-dilə gəzdirməliyik! Qazilər bizim üçün canlarını fəda etməkdən zərrə qədər belə çəkinməyibsə və Şəhidlər öz canlarını qurban veribsə, biz onlara ömrümüz boyu borcluyuq! Baxmayaraq ki, biz nə etsək də, onlara olan borcumuzu ödəyə bilmərik, yenə də bu yolda sona qədər çalışmalıyıq! Şəhidlərimizin ruhu, qazilərimizin sızıldayan canı rahatlıq tapsın deyə bunu etməliyik!
Sumqayıt şəhəri demək olar ki, Qubadlı xalqının, Qubadlıdan gələn gənclərin və Qubadlıdasn olan rəhbərlərin sayəsində tikildi, inkişaf elədi. Bu gün hər hansı bir Qubadlıdan olan sakini dindirsən, deyəcək ki, elə Sumqayıt da bizə Qubadlı kimi dogma və əzizdir. Kamran Bağırovun, Ərşad Kərim və bir çoxunun adları bu gün Sumqayıt sakinlərinin qəlbində, ürəyindədir. Və elə bilirəm ki, Qubadlı sakinləri yenidən öz dogma yurd yerlərinə qayıtsalar, o zaman Sumqayıt bom-boş qalacaq. Sumqayıtı dolduran, Sumqayıtı yaşadan Qubadlıların öz dədə-baba torpaqlarına getməsi uzun illərin arzusudur. 30 ilə yaxın bir müddət ərzində dədə-baba ocaqlarını qərk edib Sumqayıtda məskunlaşanlar bu sevincli günlərin həsrətini çox çəkiblər. –deyən Savalan müəllim söhbətinə davam edir. –Qubadlı bizim dədə-baba torpağımız olsa da, Sumqayıt da bizim üçün bir o qədər doğmadır. Düzdür, 30 il az bir tarix deyil, lakin bu tarix artıq qələbəylə əvəz olundu. Ötən 30 ilin acı həqiqəti belədir: Dünya haqlının tərəfində olmur. Ədaləti özümüz bərpa etdik. Bu bizim haqq mübarizəmiz idi və qalib gəldik...! Biz çox saydıq təqvimin qaraya bürünmüş günlərini. 10 il keçdi, 15 il keçdi, 25 il keçdi... Öz evindən, öz elindən didərgin düşənlər dillərindən düşürmədilər Qarabağı. Yanıb külə dönmüş evinin açarını əlindən yerə qoymayan nənənin ümidindən güc aldı, övladları gözü qarşısında yandırılan ataların acısından, kədərindən silahlandı, övladının şəhid cənazəsinə bürünmüş bayrağı köksünə basan ananın şəhid övladına verdiyi sözə and içdi Vətən Oğlu. İndi bütöv Azərbaycan saatını Şuşanın, Xankəndinin saatlarına kökləyib. Daha işğal illərini deyil, qələbə günlərini qeyd edəcəyik. Bizə bu gözəl qələbəni yaşatdığına görə cənab prezidentimizə, müzəffər ordumuza minnətdarıq. Ermənilər artıq məğlub olduqlarını yaxşı bilirlər və onların arxasında dayananlar da türkün gücünü, qüvvətini və qeyrətini yaxşı gördü.
Elin gözəl bir məsəli var: “İt araba kölgəsində yatır, elə bilir öz kölgəsidir”. O kölgəsində yatdıqları elə ötən 30 ildə olduğu kimi, indi də 



                                           QƏLƏBƏ BİZİM HAQQIMIZ İDİ


“sülh tərəfdarı” kimi nitqlər deyirlər. Azərbaycan insanı təkcə erməninin deyil, elə kölgəsində yatdığı “arabanın” da planlarını pozdu. Xocalı faciəsinə, bir milyon qaçqına, köçkünə, yurd-yuvasından didərgin düşənlərin talehinə qarşı “üç meymun”u oynayanlar indi sülh tərəfdaşı kimi çıxış edirlər. Görəsən, bu keçən ildə Azərbaycanın haqq səsinə qulaq verməyi heç yoxladılarmı? Ya da insanlığa qarşı ən böyük cinayət sayılan Xocalının gerçək hekayəsini dinlədilərmi? Yox, dinləmədilər. Bundan sonra da dinləməsinlər, çünki biz qələbə çaldıq. Daha Şuşa kimi müqəddəs bir şəhərimiz mənfur düşmənlərimizin tapdağında deyil, Qarabağ azaddır, Kəlbəcər, Ağdam, Laçın… artıq Azərbaycan Respublikasının tərkibindədir. Bir də ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağımızdır. Etiraf edək ki, QARABAĞA qayıdışın min dəfə xəyalını qursaq da, o xəyallar gerçəyindən daha gözəl deyildi. Azərbaycan əsgəri al bayrağımızı səmaya ucaltdı. Dualar bir ağızdan yüksəldi: Şükür sənə İlahi, Sən bu xalqı məğlub damğasından, qaçqın, köçkün kimliyindən qurtarmağa möhlət verdin.
Bəli, müharibə qurbansız olmur. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid oldular. Bu, böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük faciədir. İstər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı soydaşlarımızdır, övladlarımızdır, qardaşlarımızdır;
Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. İnsanlar mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!”. Bu, hələ yer kürəsində heç bir xalqa məxsus keyfiyyət deyil. Ana gənc övladını torpağa tapşırır, başını dik tutur. Mən belə bir xalqın, vətənin oğlu olduğum üçün qürur duyuram. Yaşasın Azərbaycan xalqı, yaşasın Milli Ordumuz, yaşasın cənab prezidentimiz.
Bəli, Artıq yavaş-yavaş ayaq səslərimiz neçə illərdir işğalda olan torpaqlarımızda eşidilir. Bizim gənclər Qarabağı görməyib, yalnız kitablarda, böyüklərin hekayələrindən xəyallarında özləri üçün vətən yaradıblar. Bu gün isə həmin gənclər yenidən Qarabağın şanlı tarixin yazır. Qanları bahasına olsa belə. Yalnız bir şüarları var: “Qarabağ Azərbaycandır!” Bu gün hər bir azərbaycanlının ürəyi səngərdə onlarla bir Qarabağ üçün döyünür. Azərbaycan ordusunun qüdrəti, gücü ondadır ki, bu ordunun generalı cəbhənin önündə, cəbhədə şəhid olursa, bu, ordumuzun vətənpərvərlik ruhunun yüksəkliyini, vətənə, torpağa sevgisini 

göstərir.QƏLƏBƏ BİZİM HAQQIMIZ İDİ
“Qarabağ sənin üçün nədir?” – sualına hərə bir cür cavab verir. Kimisi üçün mədəniyyət, kimisi üçün uşaqlıq, kimisi üçünsə, hər şeydir. Ən kədərli cavablar qarabağlılardan gəlir. Nə də olsa, qəlbi qırıqdı onların vətən sarıdan. Qarabağ deyəndə hərə bir cür hisslər keçirir. Kimisi kədərlənir, kimisi uşaqlığını xatırlayır, kimisi də vətəndən son qalan əşyaları qucaqlayıb ağlayır. Bu gün bu hisslər artıq qələbə sevincinə çevrilib. Qəhrəman xalqın oğulları sayəsində. Azərbaycan xalqının mübarizə ruhunu bu gün kimsə qıra bilməz. Bu neçə ilin həsrətidir. 28 ildir evinin açarını göz bəbəyi kimi qoruyan ananın əzmini, ümidini kim qıra bilər ki? Hər bir vətəndaş bir ağızdan vətən deyir. Haqlı olan savaşımızda bir yumruq olur. El bir olsa, dağ oynadar yerindən. Doğma Şuşamıza, Laçınımıza, Xankəndimizə qovuşduq. Şuşanın dağlarının gözəlliyini, Laçının ecazkar təbiətini mahnılardan, hekayələrdən eşitmişdik, artıq bu yerlərə yenidən qovuşacağıq.
Ayrılarmı Könül candan? – Bizdən ayrı düşən torpağı yenidən qaytardıq. Yenidən bir olduq. Murovun o üzünü gördük. Bu torpaqlarda qələbə sevinci, havalanan xanın səsini, Qarabağın şikəstəsini yenidən eşidəcəyik. Haqq torpaqlarımıza qovuşcağız, bir daha ayrılmamaq, parçalanmamaq şərti ilə.
Bəlkə bir həftə, bir ay sonra. Amma bilirik ki, o günlər çox uzaqda deyil. Qanımız bahasına olsa da, BIZ QAYIDIRIQ, VƏTƏN…

Mahir Hümbətov,
Yeniazerbaycanheyatı.com  saytının təsisiçisi və baş redaktoru

Tarix: 26-05-2021, 19:00 Oxunub: 63


Bölməyə aid digər xəbərlər
19-04-2021, 09:00 Maqsud Maqsudov - 80
7-03-2021, 22:45 Təbrik edirəm!