11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Sinif yoldaşlarımla neçə illərdən sonra görüşdülər.

Ömür su kimidir, bir baxırsan axıb gedir, bir də baxırsan ki, durğun bir göl kimi dayanıb. Bu axan ömür elədir ki, getdikcə gedir, tutub saxlamaq qeydi mümkündür. Biz də çarəsiz şəkildə bu axıntının qabağına düşüb gedirik. gedən axıntı da bizim hərəmizi bir tərəfə atır, bir baxırsan həyat toy-bayramdı, bir də baxırsan ki... Bizim ən gözəl günlərimiz də məktəb illərinə düşdü. Sonradan isə məlum hadisələrdən sonra bu axıntı bizim hərəmizi bir ölkəyə, bir şəhərə apardı. Mənim də taleyim Sumqayıtla barışdı və 1988-ci ildən Sumqayıtı özümə doğma şəhər saydım də doğmam bildim. Doğma bildiklərimi də bu şəhərdə qarşıladım, bu şəhərdə ağırladım.
Bəli Qafan şəhərindən didərgin düşəndən sonra sinif yoldaşlarımızla da ayrı düşdük. Aradan bu qədər zaman keçməsinə baxmayaraq yenidən bir araya gəldik. Köhnə xatirələri çözələdik. Nənə, baba olmuş sinif yoldaşlarımla ömrün nec tez keçib getdiyindən söhbət etdik. Həqiqətən də insan ömrü su kimidir, axıb gedir, tutb saxlamağa isə heç kəsin gücü çatmaz.
Ömür keçib getdi, axan su kimi,
Bir də o zamana qayıtmaq çətin.
Elə yorulmuşam dinməz dərdimi,
Bilmirəm kimlərə söyləyim, deyim.
Qəlbimdə yurd həsrəti, yurd sevgisi nə azalır, nə də dinir. El bil bir lal qaya kimi, dibi qurumuş quyu kimi səssiz olmuşam. O yerlərə qayıtmağın arzusu ilə yaşayıram.
Necədə gözümdə tütür o yerlər,
elə bil dünən gəlmişəm ordan.
Tərtəmiz olardı yurdumda göylər,
Xoşbəxtlik nə imiş bilirəm ordan.
Gözlərimizin yaşı hələ də qurumayıb. Vətən dərdi hər birimizin ürəyində qövr edən yaradır. Doğmalarımızdan ayrılmaq, onlardan uzaq qalmağın da özü ayrıca bir dərddir.
Təbii ki, vətən dərdi heç bir zaman qəlbimizdə azalan deyil. Ancaq vətən dərdini danışan dostlarım, sinif yoldaşlarımla görüşəndə azalırmış.
Aradan illər keçməsinə baxmayaraq yenidən sinif yoldaşlarımla bir araya gəlirik. Xoş-beşdən sonra hər kəsin yaralı yeri olan Qafandan başlayırıq, Qafanda keçən xoş günlərimizdən söhbət edirik. Gözəl Xızı dağlarında Qafanı yad etməyin özü də bir ayrı aləm idi.
Qafan dərdi nə azlan, nə bitən,
Elə bil dağlardan ağırdı dərdim.
Heç bilmirəm ömrümdən nədir itən,
Xoş günümü sankü küləyə verdim.
Bəzən insan, məktəb illəri haqda düşünür və xəyallara dalır. Adam heç inana bilmir ki, neçə illərdir bir yerdə dərs oxuyan və dostluq edən şagirdlər, məktəbi bitirdikdən sonra hərə bir yerə dağılışacaq. İllər onları bir-birindən ayıracaq. Bəli insan həyatında elə günlər olur ki, ömür boyu unudulmur. Həyatda elə xatirələr var ki, illər keçsə də o xatirələrdən içində yaşadığımız günlər – uşaqlıq... məktəb... gənclik illəri...
Uşaqlığımızın ən çılğın, ən qayğısız vaxtları məktəb illərində olub. Xatırlana biləcək günlərdən biri də “Son zəng” günümüz idi. Hər dəfə məktəbdən söz düşəndə, məktəbi görəndə ürəyimiz sızıldayır, qəlbimizin dərinliklərindən “kaş o günlərə dönə biləydik” arzusu keçir.
Gözümdən axan yaş lap yağış oldu,
Nə silə bilirəm, nə yuya indi.
Ömrün gözəl günü gül kimi soldu,
Dərdim dostlarımla birlikdə dindi.
Bu günlərdə sinif yoldaşlarımla birgə Xızı rayonuna keçmiş günləri yad etmək üçün toplaşmışdıq. Aradan illər keçib qapqara saçlara dən düşüb, qayğısız uşaqlıq, gənclik illərinin yerini qayğılı, problemli günlər əvəz edib. Görüşdə artıq ana-ata, nənə-baba adını daşıyan köhnə məzunlar sevinclə bir-birinin əlini sıxır, doğmalar kimi qucaqlaşır, kövrəlirdilər.
aradan neçə illər keçməsinə baxmayaraq məktəb illərini sevinclə, qürur hissi ilə xatırlayırıq. Uşaqlıqdan qocalığa qədər hər birimizin təfəkküründə saf, təmiz, qayğıkeş, mehriban bir qəhrəmana çevrilərək bütün həyatımız boyu əməllərimizdə yanımızda olan müəllimlərimizə də təşəkkürümüzü bildiririk. Dünyasını dəyişən müəllimlərimizə Allahdan rəhmət, sağ olan müəllimlərimizə can sağlığı arzulayıram. Kiçik bir çıxışla söhbətə başlayıram:
-Məktəb illəri kimi qayğılı şən günlər həyatımızın heç bir anında olmur, yaddaşlarımızda yaşayır. Aradan uzun illər keçməsinə baxmayara yenə də o günləri xatırlayırıq. Dalaşdığımız, küsüşüb barışdığımız günlər bu gün də şirin bir xatirə tək yaddaşımıza yazılıb. Bəlkə elə şair də o günləri belə gözəl xatırladığına görə yazıb:
Şirin bir xatirtək qalacaqdır dünyada,
Sevərək yaşayanlar, sevərək ölənlər.
Məktəb illəri ömrümüzün ən gözəl günləri, çağları idi. Kaş indi o günləri yenidən yaşaya biləydik, yenidən o günlərin ağuşunda özümüzü xoşbəxt sanaydıq, xoşbəxt yaşayaydıq.
Bəli, Müəllimlərimizin illər sonra anlayacağımız öyüd və nəsihətləri yaddaşımıza həkk olunub. Onlar bizim üçün həqiqət carçısı, qəlb dostumuzdur. Hər birimizin layiqli bir vətəndaş kimi yetişməyimizdə müəllimlərimizin əvəzsiz xidməti olub. Məktəbdə bizə təkcə oxumaq yox, həm də bizə yaşamağı, yaratmağı, Vətəni sevməyi də öyrədirdilər. Bu gün burada iştirak edə bilməyən sinif yoldaşlarımızın özləri burda olmasalarda ürəyi burdadır.
Nə yaman tez getdi ömrün illəri,
Dünən yaşayanlar bir nağıl oldu.
Necə lal eylədi fələk dilləri,
Saçımı el yoldu, külək apardı.
Məktəb xatirələrimizdən biri ilk dəfə əlimizə çanta alıb birinci sinifə getdiyimiz gün və sonra orta məktəbi bitirdiyimiz il. İlk və son günlər…
Həqiqətən də neçə illər əvvəl orta məktəbdə bir sinifdə oxumuş məzunları bir araya yığmaq özü həm qoçaqlıqdır, həm də dosta sədaqətin bariz nümunəsidir. Xarici ölkələrdə, Azərbaycanın digər bölgələrində yaşayan, üzürlü səbəbdən görüşə gələ bilməyən ürəkləri bizimlə döyünən dostlarımızada öz salamlarımızı çatdırırıq.
Dəvət üçün hər kəsə təşəkkürünü bildirirəm. Nə gözəl, xoş xatirələri xatırladan bir gün yaşadıq. Həm kövrəldik, həm sevindik, həm o illərin xatirəsini xatırlayaraq yaşadıq.
Özümü çox xoşbəxt hesab edirəm, fəxr edirəm ki, belə gözəl, səmimi bir sinifin şagirdləri ilə təhsil almışam. Düzdü bütün siniflərdə olduğu kimi bizimdə sinifdə də dərs əlaçıları, yaxşı və pis oxuyan uşaqlar olub. Biz həmişə mehriban, sözümüz bir olan sinif olmuşuq. Ömürümüzün bu çağında bir araya gəlməyimiz ruhumuzu təzələdi, yaşamaq eşqimizi artırdı. Məyər insan üçün bundan böyük sevinc ola bilərmi?! Dəyərli dostlarım, hər birinizə sevincli ömür arzulayıram!
Hər bir görüş iştirakçısı bu görüşdən məmnun qaldıqlarını bildirdilər. Daha sonra məşhur "Məktəb illəri" mahnısının sədaları altında düzülərək yenidən görüşmək ümidi ilə ayrıldılar.
Bu son görüş yeri, bəlkə də sondu,
Bəlkə də seyrələcək sıramız.
Qəlbimə bir kədər quş kimi qondu,
Yaman sağalmazdı vallah yaramız.
Yaramız nə qədər dərin olsa da, bu görüş yaramızı az da olsa, sağaltdı. Gələn görüşlərədək.....

Bölməyə aid digər xəbərlər

Mahir Hümbətov,
Yeniazərbaycanhəyatı.com informasiya portalının rəhbəri

Tarix: 3-06-2025, 09:51 Oxunub: 145
Bölməyə aid digər xəbərlər
25-11-2024, 10:23
75 yaşlı Sumqayıt: Son 10 ildə reallaşan 75 YENİLİK
21-09-2024, 08:17
14 noyabr 2023-cü il tarixdə 29 yaşı qeyd olunan Şəhidimiz Cavid Mirzəyevin həyat hekayəsi...
19-09-2024, 08:22
Qayınanasının taleyini yaşayan gəlin - 40-a çata bilməyən ata-oğul...
7-06-2024, 07:51
Sumqayıt: Gözəlliklər şəhəri, möhtəşəm quruculuğun ünvanı
29-05-2024, 09:46
Prezidentlə xanımı xocalılılarla... - Yenilənib
27-05-2024, 11:38
Pulsuz qaldığım şəhərdə pendirə 88 manat verdim - Fotolar
19-05-2024, 11:11
Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib
21-02-2024, 11:35
Xocalı soyqırımı - qan yaddaşımız!
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
20-07-2023, 07:54
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
24-08-2021, 17:30
Yaralı yerimiz qəbiristanlıq
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
29-05-2021, 20:00
Allah rəhmət eyləsin
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO