İlham Əliyev Azərbaycan tarixində çox möcüzələr yaradıb. Çox əlçatmaz arzuları reallığa çevirib. Torpaqlarımızın azadlığı bunların ən misilsizidir. Belə ki, Qarabağ torpağı bu gün azaddır, Bütöv Azərbaycan diyarında yaşayırıq. Daha bundan sonra heç kəs deyə bilməz ki, bizim işğal altında olan torpaqlarımız var. Bu gün o torpaqdan çıxanların hamısı o torpağı ziyarət etməyin qürurunu yaşayır. Ziyarətgahımız sayılır o torpaqlar.
Bu günlərdə yolumu Zəngilan şəhər məktəbinin Sumqayıtda məskunlaşan məktəbinə salmışdım. Məktəbin direktoru İradə müəlliməni elə uzun müddət deyil ki, tanıyıram. Otuz il Sumqayıtda yerləşməsinə baxmayaraq məktəbə üçüncü dəfə idi ki, gedirdim. Məktəbin kollektivi sözün həqiqi mənasında mehriban, səmimi, gülərüz müəllimlərdir. Təbii ki, bu mehribançılıqda İradə müəllimənin rolu danılmazdır. Müəllimləri başına toplayan direktor onların dərdini, problemlərini və ya məktəbin hər hansı bir problemini birlikdə həll etməyə çalışır. İradə müəllimə bu günlərdə dədə-baba yurdunu ziyarətə getmişdi. Onunla bu ziyarətin təssuratlarını bölüşdük:
-Zəngilan, bu ad hər səslənəndə ürəyim göynəyib, ürəyim titrəyib. Elə bilirdim ki, o torpağa qayıtmaq bir də mənə qismət olmayacaq. Lakin bu gün Zəngilan şəhəri kimi bütün Qarabağ torpağı azaddır. Bizə bu zəfəri yaşadan şəhidlərimizə, qazilərimizə hər zaman borcluyuq. Başda Ali Baş Komandanımız olmaqla bütün əsgərlərimizə minnətdarıq.
Bəli, 30 il əvvəl tərk etməyə məcbur olduğumuz, 30 il nisgilini qəlbimizdə ən böyük dərd, ələmi kimi saxladığımız, 3 il öncə isə müzəffər Ali Baş Komandanın “Dəmir Yumruğ”unun qətiyyəti sayəsində BİZİM olan Zəngilanımızdayıq...Zəngilana səfərimi dilə gətirməkdə o qədər acizəm ki, sözlə ifadə edə bilmərəm.
Keçirdiyim, keçirdiyimiz duyğuları ifadə etməyə sözmü var?!..
Ağrı ilə sevinc, kədərlə qürur, dağıntıların qüssəsi ilə qayıdışın qüruru - eyni anda, eyni məqamda iki təzadı yaşayırdım...
Zəngilan torpağına qədəm qoyanda dağlara baxdım, uşaqlığım gğslərimin önündə canlandı... Uşaq vaxtı tez-tez bu dağlara çıxardıq. Çiyin-çiyinə durmuş təpələrə çay daşları, çınqıllar daşıyıb iri hərflərlə sözlər, şüarlar yazardıq. Bu sözlərin tarix kimi qalmasını istərdik. İndi bu dəmir yolları boyunca, azad olunmuş bu torpaqların köksündə, İlham Əliyevin yaratdığı abadlıq-inkişaf mənzərələri ilə yeni bir tarix yazılır...
Bu yeni tarixin sözlərini, zamanın diktə elədiyi şüarlarını zəfər tarixinin şahidləri olan xoşbəxt gənclər əzəmətli qələbə bayrağının dalğalandığı bu yurdlarda müstəqil Azərbaycanın bütövləşmiş xəritəsini dağlara, təpələrə hörəcəklər:
Qarabağ Azərbaycandır!
Zəngəzur Azərbaycandır!
Bu yurdların xilaskarına eşq olsun!
Böyük qayıdışımız mübarək, cənab Prezident!
Şəhərə qədəm qoyanda kümirdiyim hisslər dilə gəlməz, ata yurduma üz tutdum. Evimizin yerində yellər əsirdi, doğmalarımın qəbirlərini axtardım, məzarlıqda da yellər əsirdi, darmadağın etmişdilər. lakin mən atamın qəbrinin yerini bilirdim, onu ziyarət etdim Növbəti gedişimdə isə şəklini apardım yatdığı toqpağa vurdurdum və ilk sözüm bu oldu ki, biz doğma yurddayıq, biz qayıtdıq, ATA...
Bəli, bu illlər ərzində ümidimiz qalmamışdı, lakin hardasa ürəyimizin dərinliyində bir ümid işığı yanırdı və heç vaxt azalmayan ümidimiz yaşayırdı. Əzəli torpaqlarımızda yenidən var olduğumuzu təsdiqləmək üçün tək güvənc yerimiz olan ümid. O ümidlə yaşadıq və onun yurda qayıdış inamına çevriləcəyi gün naminə dözdük. Nə xoşbəxtik ki, o müqəddəs gün gəldi. Yurd yağıdan qurtarıldı. Qalib Azərbaycan əsgərinin azad etdiyi torpaqlarda bu gün həyat yenidən canlanır. Bərpa edilən, yenidən tikilən şəhərlərimizdə, kəndlərimizdə o yerlərin əsl sahiblərinin səsi eşidilir, doğma insanların isti nəfəsi dağı-dərəni qızdırır, əlləri dörd bir yanı gülüstana çevirir. Yurda dönüş karvanlarının düzəni getdikcə daha da sıxlaşır. Yəqin nə vaxtsa onlardan birində mən də doğma yerlərə dönəcəyəm. Dönəcəyəm ki, "uçuq divarlardakı izlərimiz"ə sığal çəkim, dünənlə bu günün qovuşağında olmağın həyacanını yaşayam.
Dirçəlişin mübarək, əziz Zəngilanım. Səninlə növbəti görüşənədək!
İradə müəllimə məktəbdəki uğurlarından da danışdı. O, dedi ki, məktəbmiz 30 ildir ki, Sumqayıtda məskunlaşıb. Bu otuz ildə çox şagirdi məzun, çox şagirdi də birinci sinifə qəbul etmişik. Məzunlarımızın soraqları indi ayrı-ayrı yerlərdən gəlir, uğurlarına hər zaman sevinirik. Hər bir əlamətdar günləri məktəbimizdə şagirdlərimizlə birgə qeyd edirik. Məktəbmizin musiqi müəlliməsi Sevinc müəllimənin oxuduğu "Üçrəngli bayraq" mahnısı bu gün dillər əzbəridir. Mən inanıram ki, gün gələcək bu mahnını doğma Zəngilanımızda oxuyacağıq. O gün çox uzaqda deyil.
Sonda İradə müəlliməyə bu gözəl sphbət üçün minnətdarlığımı bildirib məktəbdən ayrılıram. Gələn görüşlərə kimi İradə müəllimə, hələlik...
Tahirə Həbliyeva
Bölməyə aid digər xəbərlər
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |