10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
QARABAĞ AZƏRBAYCANDIR!

QUBADLIM MƏNİM


QARABAĞ AZƏRBAYCANDIR!

Müsahibim Qubadlı şəhəri 4 saylı tam orta məktəbin direktoru əslən Qubadlı rayonunun Xocahan kəndindən olan Qənirə Kamran qızı Həsənovadır. Onunla məktəbdə görüşürəm. Əslində bu məktəbdə ilk dəfə idi olurdum. Qənirə xanımla da ilk dəfə idi ki, ünsiyyətdə olurdum. Xanımın mehriban, səmimi münasibəti diqqətəmdən yayınmadı. Doğrusu son vaxtlar jurnlistlərə qarşı biganə münasibət demək olar ki, ürəyimizi ağrıdır. Xoş münasibət gördüyümüz hər hansı bir yerdə sevincimiz hədsiz olur. Elə Qənirə xanımdan da belə gözəl münasibət görəndə sevincimizin həddi olmadı. Əslən Qubadlı torpağından olan Qənirə xanımla söhbətimizə də elə Qələbəmizdən başlayırıq.
-Bu Qələbə də təkcə bizim qələbəmiz deyildi. Bu Qələbə neçə illər onu gözləyən milyonları aşmış könülllərin qələbəsi idi. Bu Qələbə 200 il inləyən Haqqın, Hüququn, mənfur düşmən tərəfindən zaman-zaman parçalanaraq qəsb edilmiş vətən torpağının qələbəsi idi. Bu Qələbə “Zəfərə! Zəfərə!” deyən hər Türk ərinin, hər Türk nərinin, Tomris cəsarətli, hünərli qadınının, hər Türk oğlu, Türk övladının qələbəsi idi! Bu zəfər olmalıydı və oldu! Qarabağ bizim idi, bizim oldu! Qarabağ Türkün idi, Türkün oldu!
Bu Qələbəni bizə qazandıranlar var! Biz onları, Qələbə dadını bizlərə daddırmaq üçün canlarından keçmiş şəhidlərimizi, qazilərimizi heç vaxt unutmamalıyıq, unutmayacağıq! Onların qəhrəmanlıqları haqqında kitablar çap edilməli, tarix dərsliklərinə salınmalı, şagirdlərimiz tərəfindən öyrənilməli, qəhrəmanlıq dastanlarını yazmalı, filmlər çəkilməli, barələrində bəstələnmiş nəğmələri dildən-dilə gəzdirməliyik! Qazilər bizim üçün canlarını fəda etməkdən zərrə qədər belə çəkinməyibsə və Şəhidlər öz canlarını qurban veribsə, biz onlara ömrümüz boyu borcluyuq! Baxmayaraq ki, biz nə etsək də, onlara olan borcumuzu ödəyə bilmərik, yenə də bu yolda sona qədər çalışmalıyıq! Şəhidlərimizin ruhu, qazilərimizin sızıldayan canı rahatlıq tapsın deyə bunu etməliyik!
Sumqayıt şəhəri demək olar ki, Qubadlı xalqının, Qubadlıdan gələn gənclərin və Qubadlıdasn olan rəhbərlərin sayəsində tikildi, inkişaf elədi. Bu gün hər hansı bir Qubadlıdan olan sakini dindirsən, deyəcək ki, elə Sumqayıt da bizə Qubadlı kimi dogma və əzizdir. Kamran Bağırovun, Ərşad Kərim və bir çoxunun adları bu gün Sumqayıt sakinlərinin qəlbində, ürəyindədir. Və elə bilirəm ki, Qubadlı sakinləri yenidən öz dogma yurd yerlərinə qayıtsalar, o zaman Sumqayıt bom-boş qalacaq. Sumqayıtı dolduran, Sumqayıtı yaşadan Qubadlıların öz dədə-baba torpaqlarına getməsi uzun illərin arzusudur. 30 ilə yaxın bir müddət ərzində dədə-baba ocaqlarını qərk edib Sumqayıtda məskunlaşanlar bu sevincli günlərin həsrətini çox çəkiblər. –deyən Qəmirə xanım söhbətinə davam edir. –Qubadlı bizim dədə-baba torpağımız olsa da, Sumqayıt da bizim üçün bir o qədər doğmadır. Düzdür, 30 il az bir tarix deyil, lakin bu tarix artıq qələbəylə əvəz olundu. Ötən 30 ilin acı həqiqəti belədir: Dünya haqlının tərəfində olmur. Ədaləti özümüz bərpa etdik. Bu bizim haqq mübarizəmiz idi və qalib gəldik...! Biz çox saydıq təqvimin qaraya bürünmüş günlərini. 10 il keçdi, 15 il keçdi, 25 il keçdi... Öz evindən, öz elindən didərgin düşənlər dillərindən düşürmədilər Qarabağı. Yanıb külə dönmüş evinin açarını əlindən yerə qoymayan nənənin ümidindən güc aldı, övladları gözü qarşısında yandırılan ataların acısından, kədərindən silahlandı, övladının şəhid cənazəsinə bürünmüş bayrağı köksünə basan ananın şəhid övladına verdiyi sözə and içdi Vətən Oğlu. İndi bütöv Azərbaycan saatını Şuşanın, Xankəndinin saatlarına kökləyib. Daha işğal illərini deyil, qələbə günlərini qeyd edəcəyik. Bizə bu gözəl qələbəni yaşatdığına görə cənab prezidentimizə, müzəffər ordumuza minnətdarıq. Ermənilər artıq məğlub olduqlarını yaxşı bilirlər və onların arxasında dayananlar da türkün gücünü, qüvvətini və qeyrətini yaxşı gördü.
Elin gözəl bir məsəli var: “İt araba kölgəsində yatır, elə bilir öz kölgəsidir”. O kölgəsində yatdıqları elə ötən 30 ildə olduğu kimi, indi də “sülh tərəfdarı” kimi nitqlər deyirlər. Azərbaycan insanı təkcə erməninin deyil, elə kölgəsində yatdığı “arabanın” da planlarını pozdu. Xocalı faciəsinə, bir milyon qaçqına, köçkünə, yurd-yuvasından didərgin düşənlərin talehinə qarşı “üç meymun”u oynayanlar indi sülh tərəfdaşı kimi çıxış edirlər. Görəsən, bu keçən ildə Azərbaycanın haqq səsinə qulaq verməyi heç yoxladılarmı? Ya da insanlığa qarşı ən böyük cinayət sayılan Xocalının gerçək hekayəsini dinlədilərmi? Yox, dinləmədilər. Bundan sonra da dinləməsinlər, çünki biz qələbə çaldıq. Daha Şuşa kimi müqəddəs bir şəhərimiz mənfur düşmənlərimizin tapdağında deyil, Qarabağ azaddır, Kəlbəcər, Ağdam, Laçın… artıq Azərbaycan Respublikasının tərkibindədir. Bir də ki, Şuşanın Azərbaycan xalqının qəlbində xüsusi yeri var. Bu, bizim tarixi şəhərimizdir, qədim mədəniyyət ocağımızdır. Etiraf edək ki, QARABAĞA qayıdışın min dəfə xəyalını qursaq da, o xəyallar gerçəyindən daha gözəl deyildi. Azərbaycan əsgəri al bayrağımızı səmaya ucaltdı. Dualar bir ağızdan yüksəldi: Şükür sənə İlahi, Sən bu xalqı məğlub damğasından, qaçqın, köçkün kimliyindən qurtarmağa möhlət verdin.
Bəli, müharibə qurbansız olmur. Gənc əsgərlərimiz fədakarlıq, rəşadət göstərərək doğma torpaqları uğrunda şəhid oldular. Bu, böyük faciədir, xalqımız üçün, onların yaxınları üçün, valideynləri üçün böyük faciədir. İstər mülki vətəndaş olsun, istər hərbçi olsun, fərq etməz, onların hamısı soydaşlarımızdır, övladlarımızdır, qardaşlarımızdır;
Azərbaycan güclü dövlətdir və özünü qoruya bilən bir dövlətdir. İnsanlar mərmi altında yaşayır, oranı tərk etmir, evləri yanır, malları batır, amma deyirlər ki, təki “Vətən sağ olsun!”. Bu, hələ yer kürəsində heç bir xalqa məxsus keyfiyyət deyil. Ana gənc övladını torpağa tapşırır, başını dik tutur. Yaşasın Azərbaycan xalqı, yaşasın Milli Ordumuz, yaşasın cənab prezidentimiz.
Bəli, Artıq yavaş-yavaş ayaq səslərimiz neçə illərdir işğalda olan torpaqlarımızda eşidilir. Bizim gənclər Qarabağı görməyib, yalnız kitablarda, böyüklərin hekayələrindən xəyallarında özləri üçün vətən yaradıblar. Bu gün isə həmin gənclər yenidən Qarabağın şanlı tarixin yazır. Qanları bahasına olsa belə. Yalnız bir şüarları var: “Qarabağ Azərbaycandır!” Bu gün hər bir azərbaycanlının ürəyi səngərdə onlarla bir Qarabağ üçün döyünür. Azərbaycan ordusunun qüdrəti, gücü ondadır ki, bu ordunun generalı cəbhənin önündə, cəbhədə şəhid olursa, bu, ordumuzun vətənpərvərlik ruhunun yüksəkliyini, vətənə, torpağa sevgisini göstərir.
“Qarabağ sənin üçün nədir?” – sualına hərə bir cür cavab verir. Kimisi üçün mədəniyyət, kimisi üçün uşaqlıq, kimisi üçünsə, hər şeydir. Ən kədərli cavablar qarabağlılardan gəlir. Nə də olsa, qəlbi qırıqdı onların vətən sarıdan. Qarabağ deyəndə hərə bir cür hisslər keçirir. Kimisi kədərlənir, kimisi uşaqlığını xatırlayır, kimisi də vətəndən son qalan əşyaları qucaqlayıb ağlayır. Bu gün bu hisslər artıq qələbə sevincinə çevrilib. Qəhrəman xalqın oğulları sayəsində. Azərbaycan xalqının mübarizə ruhunu bu gün kimsə qıra bilməz. Bu neçə ilin həsrətidir. 28 ildir evinin açarını göz bəbəyi kimi qoruyan ananın əzmini, ümidini kim qıra bilər ki? Hər bir vətəndaş bir ağızdan vətən deyir. Haqlı olan savaşımızda bir yumruq olur. El bir olsa, dağ oynadar yerindən. Doğma Şuşamıza, Laçınımıza, Xankəndimizə qovuşduq. Şuşanın dağlarının gözəlliyini, Laçının ecazkar təbiətini mahnılardan, hekayələrdən eşitmişdik, artıq bu yerlərə yenidən qovuşacağıq.
Ayrılarmı Könül candan? – Bizdən ayrı düşən torpağı yenidən qaytardıq. Yenidən bir olduq. Murovun o üzünü gördük. Bu torpaqlarda qələbə sevinci, havalanan xanın səsini, Qarabağın şikəstəsini yenidən eşidəcəyik. Haqq torpaqlarımıza qovuşcağız, bir daha ayrılmamaq, parçalanmamaq şərti ilə. Bəlkə bir həftə, bir ay sonra. Amma bilirik ki, o günlər çox uzaqda deyil. Qanımız bahasına olsa da, BIZ QAYIDIRIQ, VƏTƏN…
Məktəbimizdə də bu gün hər şəraitimiz mövcuddur. Qalır bizə ancaq yaxşı işləmək. Biz təbii ki, məktəbimizin pedaqoji kollektivi ilə birgə bütün şəhərin ictimai-siyasi həyatında yaxından iştirak edirik. Elə götürək bu yaxınlarda ağac əkmə kompaniyasını... Şəhidlərin anım günüylə bağlı ağacəkmə kompaniyası keçirdik və bir də YAP-ın 29 illiyi ilə bağlı ağacəkmə kompaniyasında yaxından iştirak etdik. Mən çox arzulayıram ki, belə bir aksiyanı da Qubadlıda keçirək. Sözümün sonunda onu da qeyd edim ki, bizə bu qələbəni yaşatdığına görə ölkə başçımıza cənab İlham Əliyevə, Mehriban xanıma və biz Qubadlılar üçün hər şəraiti yaratdığına görə icra başçımız cənab Malik İsaqova dərin təşəkkür və minnətdarlığımı bildirirəm.



Tahirə Həbliyeva


QARABAĞ AZƏRBAYCANDIR!
QARABAĞ AZƏRBAYCANDIR!
QARABAĞ AZƏRBAYCANDIR!
QARABAĞ AZƏRBAYCANDIR!
QARABAĞ AZƏRBAYCANDIR!
QARABAĞ AZƏRBAYCANDIR!
QARABAĞ AZƏRBAYCANDIR!
QARABAĞ AZƏRBAYCANDIR!
QARABAĞ AZƏRBAYCANDIR!
QARABAĞ AZƏRBAYCANDIR!
QARABAĞ AZƏRBAYCANDIR!
QARABAĞ AZƏRBAYCANDIR!
QARABAĞ AZƏRBAYCANDIR!
QARABAĞ AZƏRBAYCANDIR!
QARABAĞ AZƏRBAYCANDIR!
QARABAĞ AZƏRBAYCANDIR!


Tahirə Həbliyeva


Tarix: 4-12-2021, 08:32 Oxunub: 337


Bölməyə aid digər xəbərlər
19-08-2021, 11:30 Təbrik edirəm!
10-07-2021, 18:54 QARABAĞ AZƏRBAYCANDIR!
1-07-2021, 18:30 QARABAĞ AZƏRBAYCANDIR!
29-05-2021, 20:00 Allah rəhmət eyləsin
7-03-2021, 22:45 Təbrik edirəm!