09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Təmizlik evimizdən başlayır

SUMQAYITIN TƏMIZLIK IŞÇILƏRI- ONLAR HƏM DƏ
BIZIM SAĞLAMLIĞIMIZI  QORUYURLAR…
TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!Sumqayıt küçələrində külək hər zaman tüğyan edir. Şəhərimizin təmizlik işçiləri-süpürgəçiləri həva şəraitinə, istisinə, soyuğuna baxmadan  küçələri süpürürlər. Hər səhər gün doğmadan  iş başında olan bu qadın və kişilər əslində təkçə küçələrin təmizliyini deyil, elə bizim sağlamlığımızı da qoruyurlar.  Vaxt vardı ki, bu işlə Sovetlər Biriliyi dağılmamışdan əvvəl təqaüd alan qadınlar məşğul olurdular. İndi isə bu işlə işsizlik üzündən cavan xanımlar, qızlar, oğlanlar məşğul olurlar. Üz-gözünü bürüyərək küçələri təmizləyən qadınlarla demək olar ki, hər gün rastlaşırıq. Belə xanımlar   toz-torpaqdan deyil, bəzən isə tanınmasınlar deyə üz-gözlərini bürüyürlər. Əslində bu, heç də doğru deyildir. Çünki halal çörək qazanmağın utancı olmamalıdır. Halal çörək hansı işdə olursa olsun, fərqi yoxdur, halal olanda utanılmaz.
Sumqayıt şəhərində 47 və 48-ci məhəllə ərazilərindəki təmizlikdən, əkilən güllərin gözəlliyindən  yolunu burdan salan Sumqayıt sakinləri yaxşı xəbərdardır.  Şəhərin ən böyük məhəlləsi olan 47 və 48-ci  məhəllə sakinləri bu təmizliyi yaradan təmizlik işçilərinə minnətdarlıqlarını dilə gətirirlər.  Bu günlərdə yolumu mən də bu ərazidən saldım. 48-ci məhəllədə yenicə açılan güllər insanı həqiqətən də valeh edirdi. Məhəllənin işərisiylə irəlilədikcə gülün gülü, bülbülün də bülbülü çağırdığı məkanın bura olduğuna bir daha əmin olursan.  Burdakı təmizlikdən isə söhbət açmağa həqiqətən dəyər. Binaların arası, zibil yeşiklərinin qoyulduğu ərazilər tər-təmiz idi. Bu gözəlliyi görəndən sonra insan istər-istəməz əhsən deyir. 
Sumqayıt şəhəri 20 saylı Mənzil Kommunla Sahəsinin mühəndisi Atamoğlan müəllimlə də elə söhbətimizə təmizlikdən başlayırıq:
-Təmizlik olan yerdə bərəkət olar deyirlər. Bu doğrudan da belədir. Təmizlik evimizdən başlayır, yaşadığımız ərazidən başlayır, gəzdiyimiz küçələrdə, dolaşdığımız parklardan başlayır və iş yerimizdə də bitir. Bizim isə işimiz, yəni təmizliyimiz iş yerindən başlayır. Mən demək olar ki, hər gün bu ərazilər gəzirəm. Süpürgəçilərimiz hər səhər gün doğmamışdan işlərinin başında olarlar. Onlar isti soyuq bilmədən işlərini vicdanla və ürəklə görərlər.  Səhərlər edilən təmizliklə iş bitmir. Süpürgəçilərimiz günün ikinci yarısı da işlərini davam etdirərək təmizlik işiylə məşğul olurlar.    Hər bir kəs erkən saatlarda iş başında olur ki, insanlar işə getdiyi vaxt artıq küçələr, yollar təmiz olsun, şəhər təmiz olmalıdır. Ona görə, qrafik əsasında günün digər saatlarında da təmizlik işi aparılır. Onu da deyim ki, bizim Mənzil Kommunal Sahəsinin tabeliyində vicdanla çalışan işçilərimiz çoxdur. Yeri gəlmişkən onların bir neçəsinin adını burda çəkməyi özümə borc bilirəm. Belə ki, süpürgəçilərdən Pərvanə, Sevinc, Qızılgül, Ruhanə, Kəmalə, bağbanlardan isə Fərhad, İsaq, Fərəməz, Siracəddin və adlarını sadalamadığım bütün işçilərimiz vicdanla və məsuliyyətlə işlərini görürlər. Onlar məhəllənin təmizliyi və gözəlliyi üçün əllərindən gələni edirlər. Mən onlara ürəkdən sağ olun deyirəm.
Yeri gəlmişkən onu da deyim ki, əslində şəhərimizin təmizliyi bizim hər birimizdən asılıdır. Belə ki,  Zibil qutularındakı zibillərin düzgün utilizasiya edilməsində, düzgün atılmasında insanlarımız öz əməklərini səfərbər etməlidirlər. Əvvəllər nəqliyyat vasitələrindən kağızların, sellofan paketlərin, içki butulkalarının və s. atılması halları ilə daha çox qarşılaşırdıq. İndi bu kimi hallar da azalıb. İnsanlar şəhərin təmizliyinin qorunmasında daha maraqlı görünürlər. Buna baxmayaraq, yenə problemlər var. İnşallah çox yaxında bu problemlərdən də tamamilə azad olacağıq. 
Mühəndis Nazim müəllimdə də balaca bir söhbət edirik.
-Əslində iş yeri insanın ikinci evi sayılır. İnsan evində xoşbəxt və rahat olanda işləri də bir o qədər yaxşı gedir. Bizim kollektivimiz də bir ailə kimidir. Mənzil Kommunal Sahəsini müdiri Anar müəllim sözün əsl mənasında yaxşı rəhbər, yaxşı insan və yaxşı dostdur. Onunla hər sahədə söhbət etmək mümkündür. İşçilərin hər bir problemiylə yaxından maraqlanar və yerindəcə həll etməyə çalışar. Eyni zamanda sakinlərin də Anar müəllimə xüsusi hörməti var. Sakinlər günün istənilən saatında Anar müəllimin qapısını döyə bilirlər. Onu da deyim ki, Anar müəllim sakinlərə xidmət etməkdən həzz alır. Onları səbrlə dinləyər və istəklərini də yerindəcə həll edər. Bütün işçilərimiz Anar müəllimdən razılıqlarını hər zaman dilə gətirər, onun kimi bir müdirlə işləməkdən razılıq edirlər. 
Bəli, şəhərin təmizliyi təbii ki, süpürgəçilərimizdən asılıdır. Onlar bircə gün bu şəhəri təmizləməsələr şəhər başdan-başa zibillə dolar. Bildiyiniz kimi bizim 20 saylı Mənzil Kommunal Sahəsinin işçiləri də hər səhər gün doğmamışdan işlərinin başında olar, hər tərəfi süpürüb təmizləyərlər.  Onların çox vaxt  işləri də ağır olur. Belə ki, iş yükü o halda çox ola bilər ki, işlədikləri ərazidə zibillənmə səviyyəsi daha çox olsun.  Bizdə tullantıları qablara deyil, yerə atmaq problemi də böyükdür. Bu da onların iş yükünə təsir edə bilir. Mən çox istəyərdim ki, sakinlərimiz evlərini necə təmiz saxlayırlarsa, yaşadıqları əraziləri də eləcə təmiz saxlasınlar. Daha deməsinlər ki, süpürgəçilər süpürəcək. Axı bu süpürgəçilər də birinin anası, birinin bacısı, birinin həyat yoldaşıdır. Gəlin hamılıqla şəhərimizi təmiz saxlayaq. Yeri gəlmişkən onu da deyim ki, küçələrin təmizliyi əhalinin inkişaf səviyyəsi barədə mühüm göstəricidir. Xarici jurnallarda ölkəmiz haqqında nə qədər çox yazılsa da, çıxışlar edilsə də, bundan daha təsirli olan ölkəyə gələn turistlərdə yaranmış fikirdir. Ölkədə təmizlik olanda bu, həm xalqın nüfuzunu qaldırır, həm də əhalinin özündə bir rahatlıq yaradır.
Sumqayıt küçələrində axşam saatlarında, səhərin sübh çağında gəzərkən, bəzən yolun düşən yerlərdə sanırsan ki, qırğın-dava olub, camaat əlində nə var, nə yox küçələrə səpələyib. Adətən belə pinti mənzərənin “olmazsa olmaz”ı siqaret kötükləri, tum qabıqları, çeklər və s. olur.
 Adamın gözünü-könlünü bulandıran bu qəbildən tullantıların siyahısını artırmaq da olar. Bu cür hallarda ətrafa göz gəzdirdiyində, adətən ya zibil qabları dolub-daşır, ya da zibil qabının bir küncdə-bucaqda, haradasa “gizləndiyini” insanların isə əlindəki zibili ora-bura ataraq keçib getdiyini müşahidə edirsən.
 Əlqərəz, səfil insan evini xatırladan belə küçələrə bircə gün süpürgəçilərin əli dəyməsə, yəqin ki, addım atmağa bir qarış yer tapa bilmərik.
 Bütün bunlarla yanaşı, bir də küçədə gəzərkən yerə tüpürməyə adət etmiş varlıqlar gözünə dəyir. İnsan adına, heç bir mədəniyyətə sığmayan bu hərəkəti edənlərə irad tutanda da adam söz deməyə lap peşman olur. “Qanmazı qandırınca adam özü qanmaz olur” deyirlər. Elə bu cür əməl sahibləri də həmin məsəldəki adamı qanmaza döndərən tiplərdir.
 Bəs bunları islah etməyin bir yolu yoxdurmu? Necə edək ki, hər kəsi ümumi evimiz olan şəhərimizin təmizliyinə dörd divarı arasına sığındığımız evin təmizliyinə, səliqəsinə fikir verdiyi kimi diqqət etməyə, bu məsələdə daha həssas olmağa həvəsləndirək, yeri gəlsə, lap vadar edək? Əslində belə insanlar üçün cəza tətbiq edilsə, məncə məsələ kökündən həll olmuş olar. Mənə elə gəlir ki, belə bir cəza qardaş dövlətimiz olan Türkiyədə tətbiq olunmuşdu. Ancaq nəticəsi necə olmuşdu, bax onu deyə bilmərəm. Yerə tüpürmək həddindən artıq mədəniyyətsizlikdir. Axı buranı süpürən qadının bu tüpürcəyi görəndə nə hallar keçirəcəyini heç təsəvvür belə etmək mümkün deyil. 
Nə isə, mövzunu çox uzatmaq istəmirəm. Qayıdaq öz söhbətimizə. Şəhərimizin təmizliyi süpürgəçilərimizdən, gözəlliyi isə bağbanlarımızdan asılıdır. Elə 47 və 48-ci məhəllənin gözəlliyi və təmizliyi kimi. Bu ərazidə işləyən hər bir kəs öz işinin öhdəsindən layiqincə və vaxtında gəlir. Rəhbərliyin verdiyi bütün tapşırıqları yerindəcə həll edirlər. Süpürgəçilər onu da deyirlər ki, onların işlədiyi kollektiv bir ailədir və bu ailənin də səmimi və mehriban bir başçısı var. 
İnsan yaşadığı və işlədiyi illərdə çoxlarıyla qarşılaşır, istər müdir olsun, istərsə də adi vətəndaş olsun. Hər qarşılaşdığın və ya ünsiyyətdə olduğun adamlardan da bir şey öyrənməyə çalışırsan. Bəzən insanlıq öyrənirsən, bəzən mərhəmət, bəzən də xeyirxahlıq. Mən uzun illərdir mətbuat sahəsində çalışıram. Onlarla müdir, direktor və ya adi vətəndaşla ünsiyyətdə olmuşam. Onların çoxunu bu gün də xatırlamıram. Ancaq elə insanlar var ki, onları bu gün də görəndə sevinirəm, onlarla görüşdüyümə şad oluram. Mən deyə bilmərəm onlardan bu günə kimi mən nəyi öyrənmişəm və ya nəyi öyrənməyə çalışımışam. Yenə də deyə bilmərəm. 
Anar müəllimi tanıdığım elə bir uzun tarixə təsadüf etmir. Ancaq mən belə bir dövlət məmuruyla, belə bir xeyirxah insanla tanışlığıma o qədər şadam ki, sözlə deyə bilmərəm. Bu qısa zaman ərzində mən Anar müəllimdən çox şey öyrəndim, insanlıq öyrəndim, darda olanın dadına necə yetmək lazımdırsa, onu öyrəndim, şəhidlərə necə qardaşlıq etdiyini öyrəndim, şəhid ailələrinə, qazilərə necə səmimim hisslərə yanaşdığını öyrəndim. Qısacası mən Anar müəllimdən insanlıq öyrəndim. Və mən bunun üçün Anar müəllimə sonsuz minnətdaram.
Sumqayıt şəhəri 18-ci mikrorayon ərazisində bir 20 saylı Mənzil   İstismar Sahəsi var və mən bu idarəni özümə o qədər doğma, o qədər yaxın hiss edirəm ki, sözlər kifayət etməz ki, mən onu dilimə gətirə bilim. İdarənin bütün işçiləri mehriban, səmimi və gülərüzdülər. Buraya gələn sakinlər də bu kollektivdən son dərəcə razılıq edirlər. Çünki bu idarənin insan kimi insan olan direktoru Anar müəllimdir. Onu da deyim ki, Anar müəllim general A. Abbasovun nəvəsidir. Bu ağalığı, bu insanlığı, vətənə, xalqa vurğunluğunu da təbii ki, babasından almışdır.  Allah generalımıza qəni-qəni rəhmət eyləsin, məkanı cənnət, torpağı bol olsun. 

Tahirə Həbliyeva

TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!
TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!
TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!
TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!
TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!


TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!TƏMİZLİYİ ÖZÜMÜZ ETMƏLİYİK!

Tarix: 31-07-2022, 10:56 Oxunub: 72


Bölməyə aid digər xəbərlər
9-07-2021, 21:14 Allah rəhmət eyləsin
1-07-2021, 18:30 QARABAĞ AZƏRBAYCANDIR!
29-05-2021, 20:00 Allah rəhmət eyləsin
19-04-2021, 09:00 Maqsud Maqsudov - 80
7-03-2021, 22:45 Təbrik edirəm!