10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
"5 uşaqla acınacaqlı həyat yaşayırıq - Sahil Babayevin nəzərinə...

"5 uşaqla acınacaqlı həyat yaşayırıq
“Əvvəllər fəhləlik edir, günə 7-10 manat qazanırdım. Bir il əvvəl gözümdən əməliyyat oldum. Həkim ağır qaldırmağı, çətin işlər görməyi qadağan etdi. Bundan sonra qara günlərimiz başladı. 5 uşaqla acınacaqlı həyat yaşayırıq”. DİA.AZ xəbər verir ki, Göyçayın Müskürlü kəndinin sakini, 45 yaşlı Cümşüd Qəhrəmanov belə deyir. Bildirir ki, bu il imkansızlıqdan uşaqları məktəbə də göndərə bilməyib.

Qəhrəmanovlar ailəsi 6-cı uşağı gözləyir. Hazırkı övladlarının isə kiçiyi 4, böyüyü 13 yaşındadır. Ailə ötən ilədək onları çətinliklə də olsa, məktəbə göndərə bilib. Bu ildən məktəbə göndərməyin mümkün olmadığını deyirlər.

“İşləmirəm, çünki həkim qoymur. Fəhləlikdən başqa bacardığım bir iş də yoxdur. Gündəlik yemək xərclərini qarşılamaq üçün yoldaşım süpürgə yığır, bağlayıb satır. Ordan gələn qazanc da yalnız gündəlik yeməyimizə çatır. 7 nəfərik. Üstəlik, yoldaşım hamilədir, ona çox çətindir. Ən pisi də odur ki, bu iş gələn ay olmayacaq, mövsümidir”.

Cümşüd Qəhrəmanov deyir ki, əvvəllər atasının evində yaşayıblar. Onda həyətində tövləsi, sürü ilə qoyunu olub. Sonradan bir evdə 11 nəfər yaşamaq çətinləşib və Cümşüd başqa evə çıxmaq qərarı verib. Deyir, buna görə bütün sürüsünü satmalı olub. Həmin sürünün pulu ilə kənddə özünə ev alıb: “Ödənişini yeni verib bitirmişdim ki, gözlərim pis günə qaldı. Yenə borc-xərc edib, əməliyyat olundum. Nəticədə, borc ödəməyin müddəti uzandı”.

Cümşüd Qəhrəmanov deyir ki, artıq aylardır çıxılmaz durumdadır. Elə bu zaman ağlına ünvanlı sosial yardıma müraciət etmək gəlib. Dövlət Sosial Müdafiə Fondunun Göyçay Rayon Şöbəsinə müraciət edib. Deyir, ona “yaşadığın ev öz adına deyil. Odur ki, sənə yardım düşmür”, - cavabı veriblər. Cümşüd Qəhrəmanov isə deyir ki, düzdür, yaşadığı ev hələlik, öz adına keçməyib. Səbəb də pulunu tam ödəyib bitirməməsi olub. Ödəniş yeni bitib, ev sahibinə müraciət edib, həll olunacaq. Ancaq vətəndaş adına ev almaqla yardımın nə əlaqəsi olduğunu anlaya bilmir. Deyir, belə çıxır ki, evi olmayana yardım düşmür?



"5 uşaqla acınacaqlı həyat yaşayırıq
"5 uşaqla acınacaqlı həyat yaşayırıq
 


Tarix: 26-09-2020, 11:36 Oxunub: 58


Bölməyə aid digər xəbərlər
7-03-2021, 22:45 Təbrik edirəm!