11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
AY LAÇIN, CAN, LAÇIN
44 günlük Vətən müharibəsi Azərbaycanın qələbəsi ilə başa çatdı. Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, Ordumuzun qüdrəti sayəsində Azərbaycanın ərazi bütövlüyü təmin olundu. Təqvimdə 1 dekabr 28 il Vətən, yurd həsrəti çəkən laçınlılar üçün müqəddəs tarixi gün oldu.
31 illik ayrılıqdan sonra Laçına ilk dəfə səfər edəndə Laçının əzəmətli dağlarını, başı ağ buludlara dirənən şiş qayalarını, gurultu ilə axıb gələn suları nəğmə deyən Laçın çaylarını, ürəyə sərinlik gətirən şırıl-şırıl axan buz bulaqlarını, gözəlliyindən göz doymayan yaşıl ormanlarını, adamı valeh edən əlvan çiçəklərini, barlı-bərəkətli bağlarını, ağ buludların arasından məğrurcasına bizə yol göstərən üçrəngli Zəfər bayrağımızı gördükdə ürəyimdən bir hiss keçdi: bu əzəmətli dağların zirvəsinə qalxıb gücüm çatdıqca, səsim yetdikcə qışqırıb "Bura Vətəndir" deməl keçdi könlümdən.
Min illərin tarixindən soraq verən qədim abidələrin, adını xalqımızın qəhrəmanlıq tarixinə yazan coşqun təbiətli övladların vətəni Laçın.
Bir zamanlar hirsin-hikkənin qurbanı olub düşmənə əsir düşüb, dərdi sinəmizdə dağlar boyda olan Laçın. Sənə nə əlimiz çatırdı, nə ünümüz yetirdi... Nə də sənə baxıb ürəklə "Vətəndir" deyə bilirdik. Axı biz vətəni namus bildiyimiz üçün ona ana deyirik. Necə deyərdik ki, anamız Laçın sinəsi dağlıdır, bağrı qanlıdır. Necə deyərdik ki, Laçın dağları 30 ildir başını qara buludların arasından çıxarmır. Bağışla, Laçın, biz vaxtında sənin qədrini, qiymətini düşmən bildiyi qədər bilsəydik, yerinin, yurdunun qiymətini verə bilsəydik, canımızdan keçərdik, səndən keçməzdik. Əsir düşməyin nə qədər "sakit" keçmişdisə, qayıdışın möhtəşəm oldu. Sən Azərbaycan diplomatiyasının qələbəsi, qələbəmizin zirvəsi oldun. Sinən övlad qanı ilə bir də boyanmasın deyə, Azərbaycan Prezidenti, Müzzəfər Ali Baş Komandan səni döyüşsüz geri qaytardı. Aldı yağı düşməndən! Birdəfəlik azad etdi! Yaralı sinənə məlhəm olsun deyə, öz əli ilə bir daha enməyəcək müqəddəs bayrağı başın üstünə özü qaldırdı. İndi sən cənnətin yerdə gözlə görünən, dillə təsvir olunan rəmzisən. Yurd həsrətinin, vətən sevgisinin, vətənə sahiblik hissinin simvolusan...
Müdriklər doğru deyib ki, "Vətən sərhəddən başlanır". Sərhədində sərhədçilərimiz nəzarət-buraxılış məntəqəsi yaradıb. İndi hər istəyən yolundan yol alıb keçə, pis niyyətini həyata keçirə bilmir. Adın düşmənin canına vəlvələ salıb. Cinayətkarlar, əli qanımıza bulaşmış terrorçular adın çəkiləndə qaçıb gizlənirlər. Bilirlər ki, daha Laçından rahat keçə bilməyəcəklər. Anlayırlar ki, bir gün əməllərinin toruna düşəcəklər. Laçın nəzarət-buraxılış məntəqəsi düşmənin gözündə "sirat" körpüsünə dönüb...
Qəhrəmanlıq igidə, mərdə xas xüsusiyyətdir. Yalnız xalqının, millətinin qəhrəman oğulları, yurdun sahibləri torpağı vətən edə bilir. Dövlət başçısı səni yenidən vətən etdi. Dağıntılar altında qalmış, yandırılıb xarabazara çevrilmiş, uçurdulub viran qalmış Laçını yenidən bərpa edib həyat verdi. İndi dünyanın ən məşhur və ən çox səyahət etmiş səyyahını bu şəhərə gətirsən, Avropanın ən gözəl kurort şəhərlərindən birində olduğunu deyər. Bu şəhəri ilk dəfə görən qəti inanmaz ki, bura bir il bundan öncə düşməndən azad edilən Laçındır. Dağların yamacında məskən salmış möcüzələr adası Laçın.
Avqustun 26-sı xalqımız üçün, xüsusilə laçınlılar üçün xüsusi əhəmiyyətli gündür. Xatırladaq ki, Prezident İlham Əliyevin sərəncamı ilə Qarabağ və Şərqi Zəngəzurdakı şəhərlərimizin işğaldan azad edildiyi tarixlər "Şəhər günü" kimi təsis edilib. Bundan sonra vətənsevər Azərbaycan xalqı hər il bu xüsusi günləri sevinclə, qürurla qeyd edəcək. 26 avqust xalqımızın mübarizə və qəhrəmanlıq tarixində xüsusi əhəmiyyəti ilə seçilən Laçın şəhəri günüdür. Harada yaşamalarından asılı olmayarq bütün laçınlılar və vətənsevərlər bu günü böyük bayram sevinci ilə qeyd edəcəklər.
Laçın şəhəri qələbəmizin qibləsidir. Biz Laçında möhkəmləndikcə düşmən zəifləyir. Laçında hər gün evlərdə yanan işıqların sayı artdıqca düşmənin qəlbinə qaranlıq çökür. Laçında gedən abadlıq, quruculuq işləri düşmənə dərd olur. Biz böyüdükcə düşmən kiçilir...
Bu gün laçınlı sahibkarlar öz fəaliyyətlərini doğma torpaqlarında könül rahatlığı ilə həyata keçirirlər. Təbii yem bazası ilə zəngin olan otlaqlar qoyun, quzu, mal-qara ilə doludur. Arıçılar da dillər əzbəri olan Laçın balını yığıb yığışdıra bilmirlər.
Bəli, Laçın təkcə laçınlıların deyil, eyni zamanda bütün Azərbaycan xalqının göz bəbəyidir. İstər o torpaqda doğulanlar olsun, istərsə də başqa bir yerdə, dədə, baba yurdu olan hər bir kəsin göz bəbəyidir Laçın. Mən 1987-ci ildə Bakı şəhərində anadan olmuşam. Lakin mənim dədə-baba yurdum olan Laçın şəhərinin Alxaslı kəndini özümə dogma yurd yeri kimi bilirəm. Çünki, ata və anam, babalarım hamısı Laçın rayonu Alxaslı kəndində anadan olublar. Mənim uşaqlıqda xatirələrim Alcaslı kəndi ilə bağlıdır. Yay aylarında tətil zamanı dogma kəndə getmək mənim üçün əsl toy-bayram idi. Kənd yolları, meyvə bağları mənim ən çox sevdiyim yerlər idi. O yurdu itirəndən sonra ürəyimin lap gizli bir yerində o xatirələri əziz xatirə kimi saxlamışam. Sonuncu dəfə 1991-ci ildə Laçında olmuşdum. Ondan sonra isə Laçını və dogma Alxaslı kəndini xatirələrimdə yaşatmağa çalışmışam. Laçının azad olunduğu gün isə demək olar ki, əsl bayram ab-havası yaşadıq. Sevinc göz yaşlarımız üzümüzdən axmağa başladı. O torpağın həsrətini çəkənlərin hamısı sevincdən ağladılar. Düzdür, qələbə qurbansız olmur. Kəndimizin 12 şəhidi var. Çoxsaylı qazisi bu gün Laçının azadlığının qürur hissini yaşayır. Mənim də üç əmimoğlu şəhidlik xirvəsinə ucaldı. Allah şəhidlərimizə rəhmət eləsin. Qazilərimizə can sağlığı versin. Eyni zamanda Allah ali baş komandanın canını sağ eləsin, onların sayəsində Laçın və bütün şəhərlərimiz, kəndlərimiz işğaldan azad olundu.
Otuz illik həsrətdən sonra 2023 cü il 21 iyulda atam, anam və mən Laçına Alxaslı kəndimizə getdik. Kövrəlməmək mümkün deyildi, keçmiş günlərimiz, xatirələrimiz gözlərimizdə canlandı. Evimizə illər sonra getmək ata, anam üçün çox çətin oldu. Onların göz yaşları sel kimi axırdı. Babam və nənəmin qəbrlərini və kənd qəbrsanlığını ziyarət etdik. Qurban kəsdik. Çox sevindirici haldır ki kənd camaatı kəndimizdə yaşayış olmaya-olmaya yenə də kəndə gedib orada çadırlarda qalırlar. Çünki yurd yerini heç bir ölkədə tapmaq mümkün deyil. Biz kəndə gedəndə 60-dan çox ailə kəndimizdə yaşamağa başlamışdı. Kəndimiz işğal olmamışdan əvvəl kənd sakinləri arıçılıq, maldarlıq, qoyunçuluqla məşğul olurdular. Kəndimiz Laçın rayonunda ən böyük 5 kənddən biridir. 1941-1945 müharibəsində yaxın kəndləri taxılla təmin edib. Kəndimizdə məktəbimiz, klubumuz, dəyirmanımız, poçtumuz və s olub. Mədəniyyət evi də olub Alxaslı kəndində. Yeri gəlmişkən onu da deyim ki, bir sentyabr Bilik günü münasibəti ilə kənd məktəbimizdə tədbir keçirilib, məktəbdə dərs verən müəllimlər də, şagirdlər də sevinclərini gizlədə bilmirlər. Doğurdan da bu sevincin bənzəri yer kürəsinin heç bir yerində yoxdur və ola da bilməz.
Bəli, kəndimizin çoxsaylı ziyalıları, dövlət qulluqçuları var. Təbii ki, Laçın şəhərinin hər bir uğurunu eşidəndə ürəyim dağa dönür. Və mən sevinirəm ki, nə yaxşı ki, mənim Laçın kimi bir diyarım var.
Bizim Ğlməz sənətkarımız Möhübbət Kazımovun oxuduğu “Laçınım” mahnısını dinləyəndə həmişə xəyalən də olsa o yerləri ziyarətə gedərdim. Indi isə xəyalım gerçək olub və biz bu gün bütün laçınlılar o diyarı ziyarətə gedirik. Gün gələcək ki, Laçın yenidən əvvəlki günlərinə qayıdacaqdır və biz laçınlılar da o gözəl diyarı hər zaman ziyarətə gedəcəyik. Çox çükürlər olsun ki, bu gün ürəklə Laçın azaddır deyə bilirik, bizə bu sevinci yaşadan Milli Ordumuza hər zaman borcluyuq.
Tural İsayev
Sumqayıt şəhəri İcra İdarəsinin əməkdaşı
Bölməyə aid digər xəbərlər
Dağıydı Laçının adı düşmənə,
Ellərin qədrini bildi Laçınım.
Neçə həsrət getdi övladın sənə,
Azadlığın mübarəkdi Laçınım.
Gözlərdən uzaqda qalmışdın iraq,
Bilmirdik kimlərdən alaq biz soraq,
İndi yollarını gəzməkdən yoraq,
Azadlığın mübarəkdi Laçınım.
Sevincimiz dilə gəlmir dil donub,
Gülüşümüz miniydi, milyon olub,
Laçınım, yurduna ellərin gəlib,

Tarix: 2-09-2023, 18:10 Oxunub: 544
Bölməyə aid digər xəbərlər
16-08-2023, 17:23
YURD HƏSRƏTİ
16-06-2023, 17:51
QURTULUŞ GÜNÜNÜZ MÜBARƏK!
5-12-2021, 10:11
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
4-12-2021, 08:32
QARABAĞ AZƏRBAYCANDIR!
3-11-2021, 14:20
Allah rəhmət eyləsin
19-08-2020, 11:51
TƏBRİK EDİRƏM!
10-07-2021, 18:54
QARABAĞ AZƏRBAYCANDIR!
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
26-05-2021, 19:00
QƏLƏBƏ BİZİM HAQQIMIZ İDİ
23-05-2021, 10:30
ASTARA Azərbaycanın cənub mirvarisidir
13-05-2021, 12:18
LAÇINSIZ DÜNYANI NEYNİRƏM AXI?!
26-04-2021, 13:30
Vətən Müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını tarixə yazdı... (FOTOLAR)
8-03-2021, 12:04
Strateji planlaşdırma qələbənin əldə olunmasını təmin edən əsas amillərdən biridir.
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO