Fevralın 26-da Azərbaycan Respublikasının Prezdenti İlham Əliyev yerli və xarici media nümayəndələri üçün keçirdiyi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırarkən Ordumuzun əsas hədəfinin ərazi bütövlüyümüzün bərpa olunması idi və hərbi qələbəni qazanmasından danışıb. Ali Baş Komandan eyni zamanda bildirib ki, torpaqlarımızı danışıqlar yolu ilə yox hərbi yolla azad etdik. Azərbaycan Ordusunun döyüşlər zamanı yüksək peşəkarlıq nümayiş etdirdiyini vurşulayıb. Bildiyimiz kimi Azərbaycan Ordusu 44 günlük müharibədə tarixi zəfər əldə etdi. Vətən müharibəsi ordumuzun şanlı qələbəsi ilə başa çatdı. Deyə bilərik ki, cəbhə uğurlarımızın ən başlıca səbəbi Prezdentimizin, Ali Baş Komandan İlham Əliyevin son 17 ildə həyata keçirtdiyi güclü dövlət, güclü ordu strategiyasının nəticəsidir. 44 gün davam edən hərbi əməliyyatlarda Azərbaycan ordusu işğalçı Erməni silahli qüvvələrini darmadağın edərək böyük zəfər qazandı. Azərbaycan əsgəri öz torpağı uğrunda canından kecdi. Ordu quruculuğu prezidentin fəaliyyətində həmişə birinci olub. Ali Baş Komandanımız sayəsində güclü, iradəli ordu yarandı. Ordu quruculugunda müasir silahlara xüsusi önəm verilməsi nəticəsində Ordumuz düşmənin hərbi texnikasını darmadağın etdi. Ordumuz müasir silahlarla düşmənin texnikasını sıradan çıxararaq onu iflic vəziyyətinə saldı. Azərbaycan əsgəri döyüş meydanında əsl qəhrəmanlıq göstərdi. Məhz onların sayəsində erməni ordusu rüsvayçı şəkildə uduzdu. Azərbaycan ordusu Vətən müharibəsində yüksək peşəkarlıq göstərdi. Yüksək dağlıq şəraitində həyata keçirilən Şuşanın ermənilərdən təmizlənməsi əməliyyatı Azərbaycan tarixinə şərəfli, parlaq səhifə kimi yazılacaq. Deyə bilərik ki, strateji planlaşdırma qələbənin təmin olunmasını təmin edən amillərdən biridir. Planlaşdırma düzgün olduğu üçün qələbə çaldıq. Hazırda Azərbaycan Silahlı Qüvvələrinin dünyanın ən güclü 50 ordusundan biri olması ordu quruculuğunun düzgün qurulmasının bariz nümunəsidir. Qələbə göstərdi ki, prezdent İlham Əliyevin ordu quruculuğuna illər ərzində sərf etdiyi gərgin əməyin və qəlblərdə vətənpərvərlik ruhunun yaradılmasının nəticəsidir.
Salyan şəhər 4 saylı tam orta məktəbin tarix müəllimi Fərqanə Əsgərova
Bölməyə aid digər xəbərlər
« Dekabr 2024 » | ||||||
---|---|---|---|---|---|---|
Be | Ça | Ç | Ca | C | Ş | B |
1 | ||||||
2 | 3 | 4 | 5 | 6 | 7 | 8 |
9 | 10 | 11 | 12 | 13 | 14 | 15 |
16 | 17 | 18 | 19 | 20 | 21 | 22 |
23 | 24 | 25 | 26 | 27 | 28 | 29 |
30 | 31 |