10:37 / 21-11-2024
Sumqayıtlı tanınmış vəkil nitqini itirib - Ailəsi açıqladı
10:35 / 21-11-2024
Keçmiş arvadını Sumqayıtda terləşən şirniyyat mağazalarının birində döyən qısqanc ərə elektron qolbaq taxıldı
10:34 / 21-11-2024
Prezident Sumqayıta onları hakim təyin etdi - Sərəncam
10:29 / 21-11-2024
Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ
10:25 / 21-11-2024
BKyTYg4eZC9NCzcL8M3hcUmDhCnBJrSScH
10:20 / 21-11-2024
Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü – Şok təfərrüat
10:17 / 21-11-2024
Sumqayıtda dəmir alan şəxs qonşusunu daş parçası ilə vuraraq döydü - QƏRAR
10:15 / 21-11-2024
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
10:14 / 21-11-2024
Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO
10:12 / 21-11-2024
Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib
10:11 / 21-11-2024
Müqayis Verdiyev yenidən məhkəmə qarşısında
09:48 / 21-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
09:44 / 21-11-2024
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirildi - Fotolar
09:42 / 21-11-2024
53 yaşlı velosipedçini maşın vurub öldürdü
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
15:12 / 20-11-2024
Zaur Mikayılov türkiyəli həmkarı ilə görüşdü
15:10 / 20-11-2024
ABŞ bu raketlərlə Rusiyaya zərbə endirməyə icazə verib
12:46 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:59 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:51 / 17-11-2024
Deputat Elnarə Akimova Xəzər Bağları ərazisində seçicilərlə görüşüb
10:49 / 17-11-2024
Azərbaycanın Yeni Zəfər Simvolu: Zəfər Parkı və Muzeyi
10:47 / 17-11-2024
Sumqayıt Məhkəməsinin hakimi təqaüdə göndərilib
10:46 / 17-11-2024
Zakir Fərəcov Oksford Universitetinin professorları ilə görüşdü
10:44 / 17-11-2024
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
10:42 / 17-11-2024
Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
10:40 / 17-11-2024
Xalq artistinin oğlu vəfat etdi
10:40 / 17-11-2024
Azərbaycanda Milli Dirçəliş Günüdür
10:38 / 17-11-2024
Pivə qutusu ilə baş məşqçinin başını yardılar - Video
QARABAĞ AZƏRBAYCANDIR!
Qəhrəmanlıq bir anda olur, amma neçə əsr, neçə qərinə danışılır. Qəhrəmanlıq mənəviyyat zənginliyindən irəli gəlir. Qəhrəmanlıq davranışı ən təhlükəli vəziyyətə də açıq gözlə baxaraq öz ləyaqəti, təmkini ilə müasir və gələcək nəslin tərbiyəsində müstəsna rol oynayır.
Hər zamanın öz qəhrəmanı olur. Böyük vətən müharibəsinin Sovet İttifaqı Qəhrəmanı Mehdi Hüseynzadə və iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov nəinki o zamanın, elə bu günün də əfsanəsidi, sabah da olacaq. Onların şəxsiyyəti bədii əsərlərin, filmlərin baş qəhrəmanına çevrilib.
Ziya Bünyadov, Gəray Əsədov, Akim Abbasov, Məlik Məhərrəmov, Qafur Məmmədov, Mərdan Musayev, Yusif Sadıqov və başqa həmyerlilərimiz böyük sovetlər torpağında döyüşüb qəhrəmanlıq göstərdiklərinə görə bu yüksək ada – qəhrəmanlıq adına layiq görülüblər. Bu günün və gələcəyin əfsanəsi isə Milli Qəhrəman Mübariz İbrahimovdur. Neçə-neçə qəhrəmanlarımız Qarabağ torpaqlarında döyüşərkən torpaqlarımızın ərazi bütövlüyü naminə canlarını fəda etmiş, əsil qəhrəmanlıq nümunəsi göstərmişlər.
Qəhrəmanlıq etmək, adının tarixin salnaməsinə yazılmasına nail olmaq vətən sevgisindən, torpaq məhəbbətindən irəli gəlir. Vətən sevgisinin rüşeymi insanın ürəyindəki vətənpərvərlik duyğusunda kök atır. Belə vətənpərvər oğullardan biri də Fərəcov Zülfüqar Mübariz oğludur. O, 1996-cı ildə Sumqayıt şəhərində anadan olmuşdur. Orta məktəbi bitirəndən sonra Azərbaycan Texniki Universitetində ali təhsil almışdır. Vaxt-vədə yetişəndə, o, vətən borcunu yerinə yetirməsi üçün özünün uşaq vaxtlarından arzuladığı, kişilik məktəbi olan hərbi xidmətə çağrılış və vətənə borcunu layiqli şəkildə ödəmişdi. Vətən sevgisi həqiqi hərbi xidmətdən sonra onun köksündə daha da alovlanmağa başlamışdı. Vətən müharibəsi başlayanda isə səfərbərlik zamanı torpaqlarımızın müdafiəsinə yollandı. Silah onun Zəfər Yoluna çıxmaq üçün tək yarağı oldu. Zülfüqar Mübariz oğlu öz dastanında arzusunu da bəlli etdi: “Biz bilirdik ki, çoxlu dağlar aşacağıq. Şuşa, Kəlbəcər və digər yerləri işğaldan azad etmək üçün çox keçilməz yerlərdən keçməli olacağıq, öz dədə-baba torpaqlarımızı düşmən tapdağından azad edəcəyik...”
O, Fizulunun, Cəbrayılın, Qırmızı bazarın işğaldan azad edilməsində yaxından iştirak etdi və Şanlı Zəfər yolunun ilk yolçularından biri oldu...! Zülfüqar inanırdı ki, bir gün gələcək və o, torpaqlarımız azad olunacaq və o, canından belə keçməyə hazır olduğu torpağın, vətənin Vətən Qəhrəmanı olacaq!
Zülfüqar isə döyüş yolu barədə belə deyir:
-Vətən müharibəsi başlanan andan bizim döyüş təyyarələrimiz, raketlərimiz, artilleriya qüvvələrimiz düşmənin başına od ələdi. Düşmən 30 ilə yaxın müddətdə inşa edib gizləndiyi istehkamları tərk etməyərək müqavimət göstərirdi. Deyəsən, onlar Azərbaycan əsgərlərindən əməlli-başlı bir dərs almaq istəyirdi. Bu dərsi isə onlara əsgərlərimiz verəcəkdi! Elə verdilər də. Şuşanın alınması isə bizim hamımızın qələbəsi oldu. Bu yolda şəhidlərimiz də oldu... Əslində, bu itki deyil... Biz onları qazanmışıq... Yenidən qazanmışıq... Zəfərlə birlikdə onlar yenidən bizə qayıdıblar... Onlar ölməyiblər... Onlar Şəhidlik zirvəsinə ucalıblar və ruhları şad olaraq azad edilmiş torpaqlarımızın səmalarında dolaşır...
Qırmızı bazar istiqamətində döyüşən bütün əsgərlər qarşılarına məqsəd qoymuşdular: Ya Qələbə, ya da yenə Qələbə! Bundan başqa ikinci yol yoxdur!
Can şirin şey idi, lakin Vətən ondan da şirindi! Qismət... Bəxt... Tale... Döyüş biz döyüşçülərin alnına yazılmışdı Allah tərəfindən! Vətən uğrunda gedən bu döyüşdə ya Qazi olmalıydıq, ya da Şəhid!
Zülfüqar bütün döyüş yolunda ağlından keçirdiklərini bir cümlə ilə ifadə edərdi: “İnşəAllah valideynlərimin sinəsinə övlad dağı çəkdirmərəm, onlar məndən nigaran qalmazlar...”
Mən ali təhsilimi bitirdikdən sonra müəyyən yerlərdə əmək fəaliyyətinə başladım. Ta ki, II Qarabağ müharibəsi başlayana kimi. Və bir gün də səfərbərliyə çağırıldım, canla-başla vətənin müdafiəsinə yollandım. Mən bu gün fəxr edirəm, qürur hissi keçirirəm ki, nə yaxşı ki, mənim də bu vətən torpağının azadlığında payım olub. 44 günlük müharibə zamanı müxtəlif yerlərdə düşmənlərə qarşı mübarizə apardıq. Şükürlər olsun ki, biz qələbə çaldıq, bu zəfəri yaşadıq.
Döyüş yolum Fizulidən başladı. Komandirimiz sözün həqiqi mənasında qəhrəmandı. Mən tək bircə dəfə də olsun görmədim ki, o, bizim arxamızda olsun. Hər zaman öndə olar, hər çətinliyə birinci özü sinə gərərdi. Bizim sanki komandirimiz yox, atamız, böyük qardaşımızıydı. Hər dəfə də bizə özünüzü qoruyun deyə tövsiyyələr verərdi. O, həqiqətən bu vətən müharibəsində çox əziyyət çəkdi. Bir hadisə danışmaq istəyirəm. Bizə gələn ərzaq maşınını ermənilər vurmuşdular. Biz düz 4 gün ac qaldıq. Bu dörd gün ərzində komandirimiz bizə elə sözlər deyirdi ki, yemək heç yadımıza da düşmürdü. Mən düz 44-cü gün yaralandım. Mənim döyüş dostlarım məni atışmanın tam ortasından çəkib çıxardılar. Mən bu gün həyatdayamsa, onların sayəsində həyatdayam. Biz heç bir zaman döyüş bölgəsində nə yaralımızı, nə də şəhidimizi qoymazdıq. Nə yolla olursa-olsun onu çıxarmağa can atardıq. Mən
ayın 10-da Qırmızı bazar uğrunda gedən döyüş zamanı yaralandım. Və məni hospitala gətirdilər. Mən hospitalda eşitdim ki, qələbə çalmışıq. Sevincimi dilə gətirməkdə acizəm. Bax həmin gün bizim əsl qələbə bayramımız oldu.
Mən ilk dəfə döyüş zamanı şəhidi görəndə çəkdiyim əzabı həyatım boyu bəlkə də yaşaya biləcəyim ən böyük acım kimi yaddaşımda yaşadacam. Bu döyüşdə Bayramov Zəlimxan, Ağayev Daşqın şəhid oldular. Allah onlara rəhmət eləsin.
Mən döyüş bölgəsində yaralanandan sonra Bakıda özəl klinikada müalicə olunmağa başladım. Klininkanın baş həkimi mənim müalicəm üçün əlindən gələndən artığını etdi və şükürlər olsun ki, mən qolumu itirmədim. Bu gün mənim müalicəm yenə də davam edir. Mənə hər cür köməklik etdiyinə görə mən klinikanın bütün işçilərinə, o cümlədən baş həkinə dərin minnətdarlığımı dilə gətirirəm.
Bilirsiniz ki, mən Sumqayıt şəhərində yaşayıram. Sumqayıt İcra hakimiyyətinin başçısı cənab Zakir Fərəcov mənə hər zaman maddi və mənəvi dayaq oldu. Dəfələrlə məni yoxlamağa gəldilər. İş üçün müraciət etdiyim günün səhəri məni işlə təmin etdilər. 20 saylı Mənzil Komunal Sahəsində işə başladım. MİS-in rəisi Anar müəllim bu dünyada tanıdığım ən qeyrətli, ən vicdanlı, vətən üçün, xalq üçün canıyla, qanıyla qazilərin arxasında duran əsl Vətən övladı, idarə rəhbəridir. Onu mən bir neçə gündür ki, tanıyıram. Bu bir neçə gün ərzində bəlkə də məndən milyon dəfə soruşub ki, bax, bir şeyə ehtiyacın olar, deməzsən, onda burdan mən sakitcə çıxıb gedərəm. Səhər işə gəlirəm, halımı soruşur, axşam işdən gedirəm ehtiyacımı soruşur. Mən çox sevinirəm ki, nə yaxşı ki, bu dünyada Anar müəllim kimi yaxşı insanlar var və mən bu gün onlarla fəxr edirəm. Bilmirəm, mən indi Anar müəllimlə nə vaxta kimi bir yerdə çalışacağıq, ancaq ona əminəm ki, mən burdan sabah çıxıb getsəm də, Anar müəllim məni və ailəmi hər zaman ziyarət edəcəkdir. Düzdür, mən bu döyüşdə nümunəvi xidmətlər göstərmişəm, müəyyən medallarla təltif olunmuşam. Ancaq mən çox istəyərdim ki, arxada bizə dayaq, arxa duranlara da medallar verilsin. Onu da bilirəm ki, gün gələcək Anar müəllim “Vətənə xidmətlərinə görə” medalı ilə təltif olunacaqdır. Çünki o buna layiqdir. Çünki Anar müəllim xalqını sevir, millətini sevir, xalqına xidmət etməyi özünün mənəvi borcu bilir. O, bu gün bizim idarənin rəhbəri deyil, elə bil bizim böyük qardaşımızdır. Təkcə mənim deyil, elə idarəyə müraciət edənlərin də dərdini elə dinləyər, onlara elə köməklik edər ki, insan istər-istəməz ürəyindən keçirər ki, yaxşı ki, yaxşılar var və bu yaxşıların içərisində Anar müəllimin yeri lap ön cərgədədir. Allah onu daim var eləsin ki, o da var gücü ilə bu vətən üçün, bu xalq üçün əlindən gələndən də artığını etsin. Çünki bizim hamımızın belə qeyrətli, belə vicdanlı insanlara ehtiyacımız var.
Bəli, Zülfüqar bu gün fəxr edir ki, yağı düşmənin qovulmasında iştirak edib! İTİ QOVAN KİMİ düşmənləri qovub! Bununla o, fəxr edir! Düşmənləri qovduğuna görə, hər döyüşdən zəfərlə qayıtdığına görə, yatmış ruhları ayıltdığına, narahat ruhları şad etdiyinə, torpaqları Azad etdiyinə görə fəxr edir! Fəxr edir ki, bu Vətənin övladıdır! Türkdür, Türkün övladıdır!
Babalarının, nənələrinin bir vaxtlar su içdiyi bulaqları, gəzdiyi meşələri, çölləri, çəmənləri, dərələri, dağları, gördüyü hər qarış vətən torpağını azad etdiyinə görə fəxr edirdi, qürur hissi keçirirdi! Hər gün o, hər addım irəli getməsi ilə babalarının ruhunu narahatlıqdan azad edirdi! Buna görə fəxr edirdi! Fəxr edirdi ki, Azərbaycan türküdür və bu azadlıq mücadiləsinin bir parçasıdır!
Tahirə Həbliyeva
Bölməyə aid digər xəbərlər
QƏLƏBƏ SEVINCINI HƏRBI QOSPITALDA QARŞILADIM

Tarix: 10-07-2021, 18:54 Oxunub: 61
Bölməyə aid digər xəbərlər
1-07-2021, 18:30
QARABAĞ AZƏRBAYCANDIR!
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
29-05-2021, 20:00
Allah rəhmət eyləsin
26-05-2021, 19:00
QƏLƏBƏ BİZİM HAQQIMIZ İDİ
23-05-2021, 10:30
ASTARA Azərbaycanın cənub mirvarisidir
10-05-2021, 09:30
Qarabağ müharibəsinin iştirakçıları Möcüzəli Naftalan Sağlamlıq və İstirahət Mərkəzində sağlamlıqlarını bərpa edirlər
26-04-2021, 13:30
Vətən Müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını tarixə yazdı... (FOTOLAR)
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 09:26
XİN rəhbərliyində nə baş verir? - İLGİNC
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
12-08-2020, 10:41
Keçmiş oliqarx-məmurlar “ortada yeyib qıraqda gəzirlər”... - Ramiz Mehdiyevi müdafiə edən Ziya Məmmədov Tovuz hadisələri vaxtı susmuşdu...
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
17-07-2020, 19:20
Bakının Ziya Bünyadov prospekti istiqamətində hərəkət məhdudlaşdırılacaq
15-07-2020, 11:07
Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU