Bəzən elə olur ki, işimin çoxluğundan ən dəyər verdiyim, bizə əziz, sevdiyim bir insanın ad gününü unuduram. Bunu nəzərə alaraq yadımda ikən və hamıdan öncə bu kiçik yazımla onu təbrik etmək qərarına gəldim. Dünya yaxşıların çiyinləri üstündədir- deyir müdriklər. Xeyirxah insanların əməlləri sayəsində həyat gözəlləşir, ömür şirinləşir.
Belə insanlar haqqında düşünəndə gözlərim önünə bir nəfər də gəlir. Dövlətçiliyə xidməti, mənəviyyatı ilə el içində böyük hörmət, nüfuz sahibi olan dəyərli XANIMIMIZ Almaz xanım Yaşardır.
İnsan oğlunun adına zinət verən onun əməlləridir. Yaxşı ad həyatda zərrə-zərrə, misqal-misqal qazanılır. İnsanın mənəvi zənginlik - deyilən ucalığa canatma arzusu bütün yaxşıların fitrətində olsa da, bu ucalığa yetmək hər kəsə nəsib olmur. Almaz xanım da bu ucalıq zirvəsindədir. Onun adı çəkildikdə, ilk növbədə gülüş, sevimli, mehriban bir xanım obrazı canlanır göz önündə. Qısa bir arayış verim. İnsan ömrü qısa tərcümeyi-halına sığmaz əlbət ki.
Almaz xanım 50 il bundan əvvəl Sumqayıt şəhərində dünyaya gəlib. Orta məktəbi, sonra isə ali məktəbi bitirib. Müxtəlif vəzifələrdə çalışıb. Hazırda isə özünün yaratdığı AY Media Company.az saytının rəhbəridir. Bu günə kimi onlarla yox, yzlərlə məqalənin müəllifidir. Şəhid ailələrinə, qazilərimizə göstərdiyi qayğıya görə dəfələrlə müxtəlif diplomlara, fəzri fərmanlara layiq görülüb.
İnsan özü öz tarixini yaradır, əməli, əqidəsi, həyat yolları ilə. Almaz xanımın da ömür tarixi olduqca zəngin və dolğundur. Bu tarixdən öyrəniləsi çox şey var: gözəl ailə başçısı, qayğıkeş insan olmaq, el-obanın xeyir-şərinə yaramaq, torpağını sevmək, haqqı üstün tutmaq və s...İnsanlığın yaşaması üçün insanlar humanizm kimi ali dəyərlər yaradıblar. Bir insanı tanımaq üçün mütləq deyil ki, gərək həmin insanla ünsiyyətdə olasan. Onun cəmiyyətdəki davranış mədəniyyətinə nəzər salmaq yetərlidir. Mənim fikrimcə, yaxşı insanlar o insanlardı ki, düşüncə tərzləri humanizmə və ləyaqətə söykənir. Almaz xanım yubliley dediyimiz 50 illiyin, 50 yaşın mübarək olsun.
50 illik yubileyinizə cəmi bir neçə gün var. Bu müddətdə çox adamdan ad günü təbrikləri, hədiyyələr, mükafatlar alacaqsız. Amma bunların heç biri sizin ailənizin sizə verdiyi dəyər və qiymət qədər bahalı deyildir! Övladlarının sizə verdiyi sevinc qədər sevincli deyildir! Mən öz adımdan, təmsil etdiyim qəzetimizin adından sizin 50 yaşınızı təbrik edir, sizə uzun ömür, can sağlığı arzulayıram. Gələn hər iliniz çinar gövdənizin bir pöhrəsi olan nəvə, nəticə, kötücə, iticə artımı ilə sevinc dolu keçsin! 100 yaşayın! Mənim də bu yazımı ad günü hədiyyəsi kimi qəbul edin!
Bir daha 50 yaşın mübarək, gözəl xanım, dəyərli Almaz xanım, Almaz Yaşar!
Bölməyə aid digər xəbərlər