11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Ağcabədinin sabiq icra başçısının əmisioğlu rayonda “at oynadır”
Son vaxtlar yerlərdə bəzi vəzifə sahiblərinin minbir qanunsuzluğa söykənən əməllərini gördükcə, yaxud da eşitdikcə, o halda belə bir qənaətə gəlmək mümkün olur ki, hələ də ayrı-ayrı vəzifə sahibləri cənab Prezidentin verdiyi tapşırıq və tövsiyyələri qulaqardına vurmaqla məşğul olurlar.
Bölməyə aid digər xəbərlər
Son vaxtlar yerlərdə bəzi vəzifə sahiblərinin minbir qanunsuzluğa söykənən əməllərini gördükcə, yaxud da eşitdikcə, o halda belə bir qənaətə gəlmək mümkün olur ki, hələ də ayrı-ayrı vəzifə sahibləri cənab Prezidentin verdiyi tapşırıq və tövsiyyələri qulaqardına vurmaqla məşğul olurlar.
Məhz, belə bir səbəblər üzündən də vəzifə sahibi olan həmin şəxslərlə sadə sakinlər arasında qarşıdurma yaranır, hətta elə hallar da olur ki, qol qoyulan qanunsuzluq əməllərinə görə, hansısa formada etiraz aksiyaları da həyata keçirilir. Diqqət yetirmək lazımdır ki, vəzifə sahiblərinin bu yöndə atdıqları addımların kökündə birbaşa xalqla cənab Prezident arasında inamsızlıq hissi yaratmaq, sadə sakinləri dövlət-hakimiyyət orqanlarından narazı salmaq, bir sözlə yürüdülən dövlət siyasətinin əleyhinə mövqe nümayiş etdirmək planı durur.
Qeyd etdiklərimizin əsaslı sübutu olaraq bir-iki gün bundan öncə Gundemxeber.Az saytının redaksiyasına daxil olan şikayət ərizəsinin mahiyyətinə və təqdim olunan video-çəkilişə diqqət yetirmək kifayət edər ki, əsl həqiqətlər haqda xəbərdar olmaq mümkün olsun. Məsələn, Ağcabədi rayonu, Yuxarı Qiyaməddinli icra nümayəndəliyinin Mirzəhaqverdili kənd sakini Hacıyev Rafiq Mustafa oğlu tərəfindən redaksiyamıza şikayət ərizəsi və video-çəkiliş daxil olub. Adı çəkilən bu şəxs yazmış olduğu ərizəsində və video-çəkilişdə bildirir: “Bu gün mənimlə bərabər qardaşlarım Rafiq Hacıyev (bu qardaşım Dağlıq Qarabağ müharibəsi veteranıdır) və Ağalar Hacıyev, vaxtilə Rayon Aqrar İslahat Komissiyasının qərarı ilə bizə verilmiş pay torpaq sahəmizin 1 (bir) ha sahəsində minbir əzab-əziyyətlə pambıq əkib-becərsək də, hazırda pambıq sahəmizi heç cür suvara bilmirik. Belə bir səbəb üzündən də, indiyə kimi ərsəyə gətirdiyimiz pambıq bitkiləri susuzluqdan məhv olur. Belə bir problemlərin kökündə isə, Yuxarı Qiyaməddinli bələdiyyəsinin sədri Əzizağa Məmmədovun kənd sakinlərinin minbir əzab-əziyyətlə ərsəyə gətirdikləri artezian quyularını əlimizdən alması və həmin quyulara sahib çıxmasıdır. Belə ki, bu gün o, bələdiyyə ərazisində elə bir formada “fironluq edir” ki, üç artezian quyusundan çıxan suyu istədiyi kənd sakininə verir, istmədiyi sakinə vermir. Belə bir səbəb üzündən də, əksər sakinlərin aylar ərzində yetişdirdikləri kənd təsərrüfatı məhsulları susuzluqdan məhv olub sıradan çıxır.
O da hər kəsə məlum olsun ki, bu gün Ağcabədi rayonu ərazisində Əzizağa Məmmədovun təqribən 40-50 ha sahədən çox torpaq sahəsi var. Bu şəxs elə bir iştahanın sahibidir ki, o, ələ keçirdiyi torpaq sahələrindən başqa, hətta Ağdam rayonun Yusifcanlı kəndinin təmas xəttinə yaxın ərazilərdəki torpaq sahələrini də, məhz ələ keçirərək özününküləşdirə bilmişdir. Bir sözlə, hal-hazırda Qiyaməddinli bələdiyyəsinin sədri rəhbərlik etdiyi bələdiyyənin ərazi hüdudlarında əməlli-başlıca “at oynadır”. Bu şəxs ötən 20 il ərzində bələdiyyə sədri vəzifəsini daşısa da, o, bu gün də özü üçün çalışır, özü üçün var-dövlət toplayır, bir sözlə heç bir halda sakinlərin problemləri onu düşündürmür. Əzizağa Məmmədov indiyə kimi o qədər var-dövlətə sahib olub ki, bu gün onun 300 baş qoyunu, 40-50 baş iribuynuzlu mal-qarası var. Bu şəxs ona məxsus olan torpaq sahələrini lazımınca suvarsa da, bu gün bizə bir-iki hektarlıq torpaq sahələrimizi suvarmağa imkan vermir.
Başqa bir faktı da qeyd edim ki, ötən günlərin birində əksər kənd sakinlərə qarşı “qoçuluq edən” bələdiyyə sədrindən su istədiyimə görə, o, biçilmiş taxıl sahəsinə od vurub yandırdı. Guya ki, yanmış ərazini mən məqsədli şəkildə yandırmışam və belə bir yolla ekologiyaya ziyan vurmuşam. Bu azmış kimi, o, akt bağlatdırdı və məni cərimə etdirməyi də bacardı. Onu da bildirim ki, Qiyaməddinli bələdiyyəsinə sədrlik edən Əzizağa Məmmədov, Ağcabədi RİH-nin sabiq başçısı Şahin Məmmədovun dopdoğmaca əmisioğludur. Yəni, bu şəxs əmisioğlu icra başçısı olarkən ona yaradılmış imkanlardan lazımınca yararlandı, özü üçün var-dövlət topladı, bu gün də rəhbərlik etdiyi bələdiyyənin ərazi hüdudlarında əmlli-başlıca “fironluq edir”. Bələdiyyə sədri tərəfindən bu cür addımların atılması onu söyləməyə əsas verir ki, sabiq icra başçısı Ağcabədidən gedəndən sonra, o, bu əraziləri ona tapşırıb.
Diqqəti cəlb edən hal odur ki, bu ilin 23 iyulunda cənab Prezidentin sədrliyi ilə keçirilən məlum müşavirədə ölkəmizin su problemi ciddi şəkildə müzakirə olundu, bu sahədəki çatışmazlıqların həlli yöndə cavabdehlik daşıyan şəxslərə lazımi tapşırıqlar verildi. Təəəssüf hissi ilə qeyd edək ki, hələ də ölkə rəhbərinin bu yöndə vermiş olduğu tapşırığı Ağcabədi RİH-nin sabiq başçısı Şahin Məmmədovun dopdoğmaca əmisioğlu saya salmır. Yəni, bu şəxs özünə sərf edən addımını atır, sadə kənd sakinlərinin çoxunu su üzünə həsrət qoyur. Əzizağa Məmmədovun bu yöndə atdığı addımların varlığı səbəbindən, hal-hazırda pay torpağı sahələrimizdə minbir əzab-əziyyətlə əkib becərdiyimiz məhsullar məhv olub gedir”.
Biz də bir redaksiya olaraq daxil olan şikayət ərizəsinin mahiyyətinə və təqdim olunan video-çəkilişə diqqət yetirməklə belə bir qənaətə gəldik ki, bu cür addımların atılması həm vəzifədən sui-istifadədir, həm də birbaşa məmur özbaşınalığıdır. Baxmayaraq ki, ölkə rəhbəri cənab İlham Əliyev dəfələrlə keçirilən tədbirlərdə səsləndirib ki, “Dövlət məmurları xalqa xidmət edir və etməlidirlər. Dövlət məmuru cəmiyyətdə hər bir vətəndaş üçün nümunə olmalıdır. Təvazökarlıq, saflıq və vətənə xidmət nümunəsi. Dövlət məmurları seçilmiş insanlar olmalıdır. Onların həm peşəkarlığı, həm də mənəvi keyfiyyətləri yüksək səviyyədə olmalıdır. Məmur-vətəndaş münasibətləri hörmət əsasında qurulmalıdır. Harada ki, nöqsanlar, pozuntular vardır, əlbəttə ki, tədbirlər görülür və bu proses bundan sonra da davam etdiriləcəkdir”. Görəsən cənab Prezident tərəfindən bu yöndə verilmiş tapşırıqların Qiyaməddinli bələdiyyəsinə sədrlik edən Əzizağa Məmmədova aidiyyatı yoxdurmu ki, o, bu gün də bu cür “fironluq edir”, hər cür əndazəni aşır. Axı, ölkəmizdə pambıqçılıq təsərrüfatını inkşaf etdirmək, kənd təsərrüfatı məhsullarının yetişdirilməsi işi ilə məşğul olanların suya olan ehtiyaclarının ödənilməsini təmin etmək, məhz cənab Prezidentin diqqət mərkəzində saxladığı məsələlərdəndir. Çünki, son illər pambıqçılıq təsərrüfatının inkişaf etdirilməsi qarşıya əsas vəzifə olaraq qoyuldu və belə bir fəaliyyət növü ilə məşğul olanlara büdcədən güzəştli kreditlər də verildi. Söz yox ki, bütün bunlar cənab İlham Əliyevin vermiş olduğu tapşırıqlar əsasında baş tutdu. O halda sual oluna bilər ki, Qiyaməddinli bələdiyyəsinə sədrlik edən Əzizağa Məmmədov, görəsən hansı səlahiyyətə sahib olan şəxsdir ki, o, bu gün ölkə rəhbərinin iradəsinə zidd addımlar atmağı qarşısına əsas məqsəd qoyub?
Düşünürük ki, bu məqalənin yayımlanmasından sonra aidiyyatı dövlət qurumları Ağcabədi RİH-nin sabiq başçısı Şahin Məmmədovun doğma əmisioğlu olan, hal-hazırda Qiyaməddinli bələdiyyəsinə sədrlik edən Əzizağa Məmmədovun əməllərinə hüquqi müstəvidə hüquqi qiymət verəcəklər. Çünki, bu gün ölkəmizdə baş verən hər bir olay, vəzifə sahibi olan şəxslərin atdıqları addımların hər biri cənab Prezident tərəfindən diqqətdə saxlanılır. Əgər bu gün ölkəmizdə hansı vəzifə sahibi sadə sakinlərə problemlər yaradırsa, rüşvətə və korrupsiyaya qol qoyursa, bir sözlə yürüdülən dövlət siyasətinin əleyhinə çıxırsa, o halda DTX-nin əməkdaşları həmin şəxsə qarşı lazımi addımını atıb, ona necə işləməyin “izahını verirlər”. Məqalədə adı çəkilən hər kəsin mövqeyini dinləyə bilərik.
Bu yöndə araşdırmamız davam edəcək. Mövzu diqqətimizdədir.
GundemXeber.Az
Tarix: 9-08-2020, 13:56 Oxunub: 230
Bölməyə aid digər xəbərlər
5-08-2020, 18:17
Eldar Mahmudovun bankındakı saxta qızıl qalmaqalı böyüyür - birilliant və sikkələri bankdan kim çıxarıb?
5-08-2020, 18:01
"Hətta xaricdə yaşayanlar da məsuliyyətə cəlb oluna bilərlər"
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
26-07-2020, 16:55
Xaricdəki soydaşlarımızın milli birliyi hansı xainləri və niyə qıcıqlandırır? - TƏHLİL
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
22-07-2020, 10:52
Anar Kərimov kollektivə təqdim edildi
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 18:35
Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir - ARAŞDIRMA
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
















