Bəzən elə olur ki, işimin çoxluğundan ən dəyər verdiyim, bizə əziz, sevdiyim bir insanın ad gününü unuduram. Bunu nəzərə alaraq yadımda ikən və hamıdan öncə bu kiçik yazımla onu təbrik etmək qərarına gəldim. Dünya yaxşıların çiyinləri üstündədir- deyir müdriklər. Xeyirxah insanların əməlləri sayəsində həyat gözəlləşir, ömür şirinləşir.
Belə insanlar haqqında düşünəndə gözlərim önünə bir nəfər də gəlir. Dövlətçiliyə xidməti, ağsaqqal müdrikliyi, xeyriyyəçi mənəviyyatı ilə el içində böyük hörmət, nüfuz sahibi olan dəyərli ağsaqqalımız Xəlil Xəlilovdur.
İnsan oğlunun adına zinət verən onun əməlləridir. Yaxşı ad həyatda zərrə-zərrə, misqal-misqal qazanılır. İnsanın mənəvi zənginlik - deyilən ucalığa canatma arzusu bütün yaxşıların fitrətində olsa da, bu ucalığa yetmək hər kəsə nəsib olmur. Xəlil müəllim də bu ucalıq zirvəsindədir. Onun adı çəkildikdə, ilk növbədə gülüş, sevimli, mehriban bir kişi obrazı canlanır göz önündə. Qısa bir arayış verim. İnsan ömrü qısa tərcümeyi-halına sığmaz əlbət ki.
Xəlil müəllim Xəlil Xəlilov 1950-ci ilin fevral ayının 20-də Göyçay rayonunda anadan olub. 1968-ci ildə Sumqayıt şəhərinə gəlmiş və burada yaşamağa başlamışdır. İxtisasca mühəndis, kimyaçı, texnoloqdur.
Ali məktəbi Bakı şəhərində bitirdikdən sonra Sumqayıt şəhərində əmək fəaliyyətinə Sintetik kauçuk zavodunda növbə rəisi kimi başlamışdır. Sonralar texnoloq, sex rəisi kimi vəzifələrdə çalışmışdır. Azərməbnzil Təmir Tikinti Şirkətində əməyin mühafizəsi və təhlükəsiz texnikası üzrə mühəndis işləmişdir. Özünün yaratdığı Zamin MMC adlı şirkətin baş direktoru olub. Hazırda isə təqaüddədir. Müxtəlif Mətbuat orqanlarında o cümlədə Yeni Azərbaycan Həyatı informasiya portalında redaktor vəzifəsində çalışmışdır.
nsan özü öz tarixini yaradır, əməli, əqidəsi, həyat yolları ilə. Xəlil müəllimin də ömür tarixi olduqca zəngin və dolğundur. Bu tarixdən öyrəniləsi çox şey var: gözəl ailə başçısı, qayğıkeş insan olmaq, el-obanın xeyir-şərinə yaramaq, torpağını sevmək, haqqı üstün tutmaq və s...İnsanlığın yaşaması üçün insanlar humanizm kimi ali dəyərlər yaradıblar. Bir insanı tanımaq üçün mütləq deyil ki, gərək həmin insanla ünsiyyətdə olasan. Onun cəmiyyətdəki davranış mədəniyyətinə nəzər salmaq yetərlidir. Mənim fikrimcə, yaxşı insanlar o insanlardı ki, düşüncə tərzləri humanizmə və ləyaqətə söykənir. Xəlil Xəlilov kimi!
74 yaşın mübarək, Xəlil müəllim!
74 illik yubileyinizə cəmi bir neçə gün var. Bu müddətdə çox adamdan ad günü təbrikləri, hədiyyələr, mükafatlar alacaqsız. Amma bunların heç biri sizin ailənizin sizə verdiyi dəyər və qiymət qədər bahalı deyildir! Övladların, nəvələrin sizə verdiyi sevinc qədər sevincli deyildir! Mən öz adımdan, təmsil etdiyim şuranın və qəzetimizin adından sizin 74 yaşınızı təbrik edir, sizə uzun ömür, can sağlığı arzulayıram. Gələn hər iliniz çinar gövdənizin bir pöhrəsi olan nəvə, nəticə, kötücə, iticə artımı ilə sevinc dolu keçsin! 100 yaşayın! Mənim də bu yazımı ad günü hədiyyəsi kimi qəbul edin!
Bir daha 74 yaşın mübarək, Xəlil müəllm!
Yeni Azərbaycan Həyatı
Bölməyə aid digər xəbərlər