11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
TƏBRİK EDİRƏM!

Dünyaya gələn insanlara müxtəlif missiyaları həyat keçirmək üçün İlahi bir ömür payı bəxş edir. Xoşbəxt o insandır ki, ona verilən ömür payını ləyaqət-lə yaşayır, əxlaqı, fəziləti, inamı, etibarı, etiqadı, ruhi əzəməti ilə insanlara və insanlığa nümunə olur. Vaxt keçir, zaman dəyişir, belə insanlar millətin milli kimliyinə, mənəviyyat pasportuna çevrilir. Məktəb yaradan, dərslik yazan, mü-əllim kadrları hazırlayan maarifçilər, maarifpərvərlər həmişə hörmətlə anılır, milli ideologiyanın, milli mənəviyyatın, milli və siyasi elitanın formalaşmasında rollarına görə ehtiramla xatırlanırlar. Jurnalistlər millətin şərəf tarixini, qəhrəmanlıq tarixini, bir sözlə tərcümeyi-halını yazmaqla tarixiləşirlər.
Yaradıcılıq fəaliyyətinin hər gününü tarixə çevirməyi bacaran, hər şeydə bir hikmət və məna axtaran, öz inamı və etiqadı ilə 60 illik şərəfli jurnalist və jurnalist ömrünə bəzək vuran dəyərli ziyalılarımızdan biri də Mahir Hümbətovdur.
Yeri gəlmişkən Jurnalistlik təkcə təhlükəli yox, həm də bir az qəribə, bir az bənzərsiz, bir az da bəxtsiz və içi özünü, çölü özgəni yandıran peşədir. Hətta bir qədər dərinə gedib müasir tələblər baxımından yanaşdıqda, perspektiv peşə sayılan jurnalistliyi bu geniş dünyada, bu milyonlar arasında "tənha” peşə də saymaq mümkündür. Bəlkə də ona görədir ki, jurnalistin səmimi, qəlb dostları əksər vaxt həmkarları olur. Başqaları isə jurnalisti yalnız işi düşəndə, əli qapı arasında qalanda yada salır. Çünki bu təmənnalı zamanada jurnalistin qələmdən savayı sərvəti, yazmaqdan başqa səlahiyyəti yoxdur.
Amma bütün bunların fonunda jurnalistlik həm də bir peşə xəstəliyidir, yoluxdunmu, müalicə edilə bilməyəcəksən, ömrünün sonunacan onun daşıyıcısı olacaqsan. Və nə yaxşı ki, bu gün Azərbaycanda sayı az olsa da, peşəsinin, sözün yaxşı mənasında, xəstəsi olan jurnalistlər var. Onlardan biri də ömür zirvəsinin 60-cı pilləsinə qədəm qoyan, Mahir Hümbətovdur.
Mahir müəllim Qərbi Azərbaycanda dünyaya gəlib. Məlum hadisələrdən sonra Sumqayıt şəhərinə pənah gətirib və bu günə kimi də hamımıza dogma olan Sumqayıt şəhərində yaşayır. Müxtəlif vəzifələrdə işləyib, müxtəlif təşkilatlarda çalışıb, özünün dediyinə görə ən sevimli işi isə jurnalist kimi fəaliyyət göstərməsidir. Elə buna görə də uzun illər öncə Yeni Azərbaycan həyatı adlı qəzetini və Yeniazərbaycanhəyatı.com informasiya təsis edib və hazırda da fəaliyyət göstərir. Mahir müəllim yaradıcı insanlardan biridir və elə buna görə də yeni məqalələr, yeni xəbərlər axtarışında olarkən öz missiyasını da unutmur. Mahir müəllim Qarabağ savaşı başlayandan ta bu günə kimi mütəmadi olaraq məqalələr hazırlayır, şəhidlərimiz barədə oçerklər yazır. Onun dəst-xətti bu gün Azərbaycan jurnalistləri tərəfindən böyük rəğbətlə qarşılanır. O, yaradıcı jurnalist kimi bir çox mətbuu orqanlarının mükafatlarına layiq görülmüşdür. Təbii ki, insan ilk növbədə özünə qiymət verməyi bacarırsa, demək ətrafında olan insanlar da ona qiymət verməyi bacaracaq. Həmçinin də qeyd edim ki, yaxşı və layiqli iş hər zaman qiymətləndirilir. Mahir müəllimin yaradıcılığı və iş fəaliyyəti hər kəs tərəfindən çox yüksək şəkildə qiymətləndirilir.
Mahir müəllim Sumqayıtı özünə nə qədər dogma bilsə də, öz dədə-baba yurdu olan Qafanı da heç vaxt yadından çıxarmır. Ümid edir ki, gün gələcək yenidən o torpaqlara qayıdacaqdır. Elə bu şeirini də yurd sevgisindən qələmə almışdır.
Qafan, dogma yurdum, həsrətəm sənə,
Fələk yaman yerdə ayırdı bizi.
Kaş dövran dönəydi gələydik yenə,
Gəzəydik dağını, gəzəydik düzü.
Eldən ayrı düşmək çətinmiş yaman,
Geriyə qayıda, kaş dönə zaman,
O yurda getməyə qalmayıb güman,
Necə qarşılayar o torpaq bizi?
Bəli, Mahir müəllimin ürəyində bir vətən niskili var və o niskil gün keçdikcə azalmır, əksinə necə varsa, elə də qalır. Qafan dilinin əzbəri, ürəyinin şah damarıdır. Ürəyi nə qədər ki, döyünür, hər vuruşunda sanki Qafan deyərək vurur. İnşallah gün gələr o qorpağın həsrətiylə dünyasını dəyişənlərin də yerinə Mahir müəllim o torpağı ziyarət edər. Mənfur düşmənlərimiz o torpaqlardan da təmizlənər.
Yurd dedim qəlbimin başı göynədi,
Elə bil dağlardan vuruldum yerə.
Yurd dedim Qafanın daşı göynədi,
Gözlərim önündə canlandı yenə.
Mahir müəllimin vətən sevgisi, vətən istəyi heç bir zaman azalan deyil. Əksinə, hər gün, hər an artıq, böyüyür.
Mahir müəllim gözəl jurnalistdir, onun məqalələrini oxucuları sevə-sevə oxuyurlar. Və inanırıq ki, bundan sonra da oxuyacaqlar.
Mahir müəllimin 60 illik mənalı ömrünün ötən günlərini deyil, yadda qalan anlarını qələmə alandan sonra bir daha yəqin etdim ki, o, uğurlu insandır… Onun uğurları bitib tükənən deyil.
Uğurlarınız bol olsun, Mahir müəllim! Sizi 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, yaradıcılıq və təşkilatçılıq fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Bölməyə aid digər xəbərlər
Mahir Hümbətovun 60 illik hesabatı…dövlətə və dövlətçiliyə sadiq bir vətəndaşın, ləyaqətli bir atanın, kövrək qəlbli bir babanın uğur hekayəsidir.

Göz yaşım süzülür gözümdən bu gün,
Nə yaman tez gəldi ALTMIŞ illiyim.
Ömür kitabıma baxıram küsgün,
Nə yaman tez gəldi ALTMIŞ illiyim.
Elə bil dünənki uşaq kimiyəm,
O qərib vətəndən uzaq kimiyəm,
Bir körpə anasız uşaq kimiyəm,
Nə yaman tez gəldi ALTMIŞ illiyim.
Gözümdən getməyir Qafan dağları,
Elə hey gəzdiyim, baxça bağları,
Gözlərim axtarır xoşbəxt çağları,
Nə yaman tez gəldi ALTMIŞ illiyim.
Bəli, hər bir yubiley uğurlu, barlı-bəhrəli illərin hesabatıdır. Mahir Hümbətovun 60 illik hesabatı, hər şeydən əvvəl, Allaha bağlı bir insanın, zəhmətkeş bir jurnalistin, dövlətə və dövlətçiliyə sadiq bir vətəndaşın, ləyaqətli bir atanın, incə ruhlu, kövrək qəlbli bir babanın uğur hekayəsidir. Uğur istedad, zəhmət, səbr, cəsarət, təmkin, qətiyyət və bəxtin vəhdətində yaranır. Bu da təbii ki, Allah sevgisi ilə bağlıdır. Amma müdriklər də yaxşı deyib ki, uğur məbədində açıq qapılar yoxdur. Ora daxil olmaq istəyən özü üçün qapı açmalıdır və bu yeni qapı onun arxasınca elə möhkəm örtülür ki, hətta övladları belə zəhmət çəkmədən oraya daxil ola bilmirlər.
Uğurlarınız bol olsun, Mahir müəllim! Sizi 60 illik yubileyiniz münasibəti ilə ürəkdən təbrik edir, yaradıcılıq və təşkilatçılıq fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.
Zibeyir Səfərov,
"Uğurlu səfər" qəzetinin təsisçisi və baş redaktoru
Tarix: 13-09-2023, 12:29 Oxunub: 233
Bölməyə aid digər xəbərlər
16-05-2022, 17:27
Yalan ayaq tutar yeriməz
18-12-2021, 16:00
TƏBRİK EDİRƏM!
24-08-2021, 17:30
Yaralı yerimiz qəbiristanlıq
19-07-2021, 09:30
Astara şəhəri
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
24-04-2021, 11:00
UZAQ XARKOV VİLAYƏTİNDƏ İMAM ƏLİ ADINA MƏSCİD
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
9-08-2020, 13:56
Ağcabədinin sabiq icra başçısının əmisioğlu rayonda “at oynadır”
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU