11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
TƏBRİK EDİRƏM!
Bu gün Sumqayıt şəhərinin canlı ensiklopediyası və eyni zamanda Sumqayıtın Fəxri vətəndaşı adına çoxdan layiq olmuş Bəxşeyiş Ələmşahovun həyatının 65-ci baharı tamam olur və 66-cı baharına ayaq qoyur. Bu münasibətlə hər zaman hörmətini saxladığım, ziyalılığı, mədəniyyəti, səmimiyyəti qarşısında baş əydiyim yubilyarı təbrik edir, ona uzun ömür, can sağlığı arzulayıram. Hər zaman arzuladığı və bu gün də ürəyinin ən dərin guşəsində bir sirr kimi saxladığı Qərbi Azərbaycan torpağına qayıtmağını cani könüldən arzulayıram. Arzu edirəm ki, 1988-ci ildə öz doğma dədə-baba diyarından qoparıb gətirdiyi və bu gün də göz bəbəyimi kimi qoruduğu min illərin yadigarı olan eksponatları yenidən dədə-baba torpağına qaytarmağın xoşbəxtliyini yaşasın. Hər zaman aid olduğu yerlərə bir gün gələcək qayıdacaq deyərək Sumqayıt tarix muzeyində də bu gün qorunub saxlanan eksponatları yenidən Qərbi Azərbaycana qaytarmaq və orada saxlamaq nəsibi olsun.
Bəxşeyiş Ələmşahov mənim üçün kimdir? Əgər bir gün mənə bu sualla müraciət edən olsaydı, mən o zaman ürəklə deyərdim ki, mənim müəllimim. Geniş ürəkli, incə ruhlu, mübariz, axtarışlarla zəngin olan bir ömrün yaradıcısı. Əslində, bu və digər keyfiyyətləri özündə birləşdirən insanlar varlıqlarının yaradıcılarıdır deyirlər. Daxilindəki bacarıq və qabiliyyəti üzə çıxarıb, ağlın diqtəsi və məntiqlə hərəkət etmək cəmiyyətdə öz yaradıcına çevrilmək deməkdir. Səmimi etiraf edək ki, Bəxşeyiş Ələmşahov da yaradıcılığa gəldiyi zamandan özündə olan daxili keyfiyyətləri üzə çıxarmaqla mənəvi portretinin müəllifidir.
65 il, 65 bahar, 65 xəzan, 65 qış yaşamış bir ömrün- zaman məsafəsindən boylanan illəridir bu onilliklər. Bu illəri arxada qoyub,¬ ömrün müdrikliyinə qədəm qoyan Bəxşeyiş müəllimin haqq-hesab verməyə tərcümeyi-halında dəyərli məqamlar var. Bu, onun yaradıcılıq bioqrafiyasının əsasında duran dəlillərdir.
Ömür biblioqrafiyasının ilk səhifələrindən oxuyuruq. Bəxşeyiş müəllim Qərbi Azərbaycan dediyimiz o qədim diyarda dünyaya gəlib. 1988-ci ildə dədə-baba torpağı olan Qafan şəhərindən köç edərək Sumqayıt şəhərinə pənah gətirib. Əmək fəaliyyətinə Qafan şəhərində başlasa da, Sumqayıt İcra Hakimiyyətində davam etdirmişdir. Hazırda isə Sumqayıt şəhərində ən öndə olan məktəblərdən biri olan 39 saylı tam orta məktəbin direktorudur. Məktəbə daxil olarkən elə foyedəcə səni elə bir rəsm qarşılayır ki, bu rəsmin hətta bənzərini belə yer kürəsini gəzsən də tapa bilməzsən. Mən hər dəfə o məktəbə ayağımı qoyanda bu böyük portretin qarşısında bir anlıq ayaq saxlayır, sonra direktorun otağına yaxınlaşıram. Yeri gəlmişkən onu da deyim ki, Qərbi Zəngəzurdan olan vətənpərvər ziyalımız Bəxşeyiş Ələmşahovun 1988-ci il deportasiyası zamanı erməni tapdağından xilas edib özü ilə gətirdiyi və Sumqayıt muzeyinə hədiyyə etdiyi eksponatlarla da son dərəcə çoxdur və həmin eksponatlar tarix muzeyində qorunub saxlanılır.
Bəxşeyiş müəllim söhbət etmək çox asandır. Onunla istədiyin mövzuda sphbət edə bilərsən. Bəxşeyiş müəllim deyir ki, 44 günlük müharibə zamanı Azərbaycan haqq savaşında qalib oldu. 30 il davam edən müharibə 1988-ci ildə başlasa da, əslində mənfur düşmənlərimizlə bizim davamızın kökü daha qədimlərə dayanır. Belə ki, 1988-ci ildə Zəngəzur ərazisindən, Qafandan, Mehridən, Sisiandan, Gorusdan azərbaycanlıları kütləvi şəkildə qovmağa başladılar. Həmin vaxta qədər Zəngəzur yolu ilə gediş-gəlişimiz var idi. Amma səfərlər tam sakit, stabil olmurdu. Ermənilər özlərinin xain niyyətlərini, türkləri sevməməklərini həmişə büruzə verirdilər. O zaman Naxçıvan qatarı Mincivana gəlirdi. Mincivan böyük dəmiryol stansiyası sayılırdı. Orada iki qatar yolu ayrılırdı, biri Qafana, digəri Naxçıvana gedirdi. Ermənistanda yaşayan azərbaycanlılar Mincivana qədər rahat hərəkət edirdilər. İnsanlar düşünürdülər ki, Mehri rayonunun stansiyasında düşmək lazım deyil. Çünki ermənilər Naxçıvan qatarı Mehri stansiyasına çatanda həmişə orada dava salırdılar. Ermənilər həm də qorxaq millətdir. Davanı da azərbaycanlıları sevmədiklərindən, özlərinə təhlükə olaraq gördüklərindən ötrü salırdılar. Yəni deməyim odur ki, kökü əsrlərə dayanan davanın qığılcımları 1988-ci ildə alovlanmağa başladı. Mənfur düşmənlərimiz təkcə Qərbi Azərbaycana sahib olmaqla yetinmədilər, eyni zamanda Azərbaycana məxsus ərazilərə də sahib çıxdılar. Şükürlər olsun ki, bu gün onların əsarətində olan torpaqlarımız öz əsl sahiblərinə qaytarıldı. Bu sevinci bizə yaşadan ordumuza, başda Ali Baş Komandanımıza dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Bəxşeyiş müəllim uzun illər Sumqayıt Şəhər İcra Hakimiyyətində işləyib. Kimliyindən və istəyindən asılı olmayaraq Bəxşeyiş müəllim vicdanla və məsuliyyətlə insanların istəklərini yerinə yetirməyə çalışmışdır. Elə bunun nəticəsidir ki, bu gün Sumqayıt küçələrində Bəxşeyiş müəllimlə rastlaşan hər bir kəs hörmət əlaməti olaraq onun qarşısında baş əyir. Təbii ki, bu sevgini Bəxşeyiş müəllim özü qazanmışdır. Onu da deyim ki, Bəxşeyiş müəllim həmişə cavan yaradıcı insanlara köməklik eləyib. Onlara arxa-dayaq olub. Onların inkişafı üçün əlindən gələni etməyə çalışıb. Uzun illər həyatını Azərbaycan dövlətinə, dövlətçiliyinə sərf eləyən, bu mövzularda çoxlu maraqlı yazılar yazan, Qarabağ müharibəsinə həsr elədiyi yazılarında ermənilərin işğalçılıq siyasətini dünya mətbuatına çıxaran və saytlar vasitəsi ilə dünya xalqlarına çatdıran Bəxşeyiş Ələmşahovu 65 illik yubileyi münasibəti ilə bir daha təbrik edib, ona həyatda can sağlığı və yaradıcılıqda yeni-yeni uğurlar arzu edirik. Və hamının adından deyirik: “65 yaşınız mübarək”!
Mahir Hümbətov,
yeniazerbaycanheyati.com informasiya portalının rəhbəri
Diqqət!
Saytın materiallarından istifadə etmək üçün hyperlinklə istinad etməyiniz xahiş olunur!
Bölməyə aid digər xəbərlər

Tarix: 18-08-2022, 14:42 Oxunub: 339
Bölməyə aid digər xəbərlər
30-05-2022, 17:30
Sumqayıtın qonaqları
8-05-2022, 12:45
Sumqayıt doğma şəhərimizdir
7-05-2022, 18:33
Sumqayıtn fıxri vətəndaşı
6-03-2022, 10:15
Sumqayıt doğma şəhərimizdir
4-12-2021, 08:32
QARABAĞ AZƏRBAYCANDIR!
24-08-2021, 17:30
Yaralı yerimiz qəbiristanlıq
19-08-2021, 11:30
Təbrik edirəm!
19-08-2020, 11:51
TƏBRİK EDİRƏM!
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
26-05-2021, 19:00
QƏLƏBƏ BİZİM HAQQIMIZ İDİ
13-05-2021, 12:18
LAÇINSIZ DÜNYANI NEYNİRƏM AXI?!
19-04-2021, 09:00
Maqsud Maqsudov - 80
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU