10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
Sumqayıt doğma şəhərimizdir

SUMQAYIT HAMIMIZIN ŞƏHƏRİDİR

Dün, 18:1147 dəfə baxılıb

SUMQAYITIN FƏXRİ VƏTƏNDAŞI

SUMQAYIT HAMIMIZIN ŞƏHƏRİDİR

Sumqayıt Sumqayıtı quranlarındır, bu şəhər qədər yaşı olanlarındır. Zamanov Güləməddin Ağasəlim oğlu da Sumqayıtı qurub yaradanlardan biridir. Onunla söhbətimizə də elə Sumqayıtdan başlayırıq.
-Sumqayıt bizim üçün həmişə doğma olub, doğma yurdumuz sanmışıq, doğma şəhərimiz bilmişik. Bu fikir, bu istək neçə illər davam etsə də, dəyişən deyil. Sumqayıtın şəhər kimi yaşı yüz illərə çatmır, vur-tut 70-dən bir az yuxarı yaşı var. Ömrünü-gününü bütün həyatını Sumqayıta bağlayanlar, sumqayıtlı kimi düşünənlər də bu gün nə qədər desən çoxdur. Belə ki, şəhərimizin qurucuları bu gün də ürəklə “mən sumqayıtlıyam” deyə bilirlər. Çünki onlar bu şəhəri bu gün üçün və on illər, yüz illər sonra üçün, bir sözlə gələcək nəsillər üçün tikiblər, qurublar, yaradıblar. Yeri gəlmişkən bu şəhəri qurub yaradıb dünyadan köçənlərə rəhmət, qalanlara isə can sağlığı arzulayıram.
Bəli, bu gün Sumqayıt şəhərinin son illərdə nail olduğu nailiyyəti, uğurları və yüksəlişi görməmək mümkün deyildir. Yenidən qurulan və abadlaşan şəhərimizin inkişafı şəhərimizin sakinləri üçün ən gözəl hədiyyədir. Hələ sovetlər dövründə Azərbaycanın əsas sənaye mərkəzi statusuna sahib olan Sumqayıt indi bu şərəfli adı daha da layiqincə daşıyır. Son illər şəhərdə yeni müəssisələrin yaradılması, bir sıra ənənəvi istehsal sahələrinin fəaliyyətinin canlandırılması bunu təsdiq edir. Bu mənada gənclər şəhəri olan Sumqayıt bir çox istiqamətlər üzrə qazandığı nailiyyətlərlə fərqlənir.
Son beş ildə isə Sumqayıt şəhəri demək olar ki, yenidən tikilib, yenidən qurulub. Sumqayıt İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcoc bu şəhərin qədrini bilən yeganə dövlət rəhbəridir. Onun gərgin əməyinin sayəsində bu gün sumqayıtlıların üzü gülür. Cənab başçımız ilk öncə şəhərimizdəki binaların dam örtüyünü yüksək səviyyədə dəyişdirdi. Bu işlər ünvanlı, konkret və məqsədyönlüdür. İndi hansı istiqamətdən şəhərə girsən, binaların üzlənməsinin, dam örtüklərinin vurulmasının, mövcud dam örtüklərinin yenilənməsinin, yolların genişləndirilməsinin şahidi olarsan. Onu da qeyd edim ki, şəhərimizin belə gözəl görünməsində bizim çalışdığımız Mənzil İstehsalat Birliyinin əməkdaşlarının da zəhməti danılmazdır. Onlar gecə bilmədən, gündüz demədən, hətta yağışlı, qarlı havalarda belə var-gücləri ilə çalışır, onlara tapşırılan hər bir işi vaxtından əvvəl və keyfiyyətlə yerinə yetirirlər.
Mən uzun illərdir ki, MİS-də çalışıram. Demək olar ki, bu şəhərin hər izinə, hər cığırına bələdəm. Bu şəhər mənim üçün o qədər dogma, o qədər əzizdir ki, dillə deyilməz. Eyni zamanda mən sumqayıtlıları da çox sevirəm, onlar da mənim üçün doğmadırlar, onlara xidmət etmək məni sanki rahatladır. Uzağa getmiyək, mənə müraciət edən insanlara xidmət edərkən mən rahatlıq tapıram. Səhərlər onlarla salamlaşarkən, onlarla hal-əhval tutarkən sanki günüm uğurlu olur. Mən hazırda 47 və 48-ci məhələdə nəzarətçi kimi çalışıram. Mənə aidiyyatı oldu, olmadı, kim mənə nə işlə əlaqədar müraciət edərsə, mən ona kömək etməyi özümə mənəvi borc bilirəm. Bu gün bizim məhəllələrdə yerləşən binaların demək olar ki, zirzəmilərində qrunt suları tamamilə qurudulmuş, dam örtükləri yenilənmiş, sakinlərin asudə vaxtlarında istirahət etməsi üçün hər cür şərait yaradılmışdır. Bizim işləməyimiz üçün cənab başçımız hər cür şərait yaradır. Bu gün Sumqayıtın adı demək olar ki, dünya şəhərləri ilə birgə çəkilir.
Söhbətimizin bu yerində 20 saylı MİS-in rəisi Anar müəllim də Güləməddin barədə öz ürək sözlərini dilə gətirdi:
-İşi iş biləndən öyrənərlər deyirlər. Mən ayrı bir sahənin mütəxəssiyəm. Tale elə gətirdi ki, məni buraya rəis göndərdilər. Dediyim kimi, bu sahədən tamamilə xəbərsiz idim. Mən işimi Zamanov Güləməddindən öyrəndim. O, uzun illərdir ki, bu sahədə çalışır və işinin də necə deyərlər ustasıdır. Yenə deyirəm, mən hər şeyi ondan öyrəndim. Bu gün bizim qazandığımız uğurlarda onun payı danılmazdı. Mən gec də olsa, ona öz minnətdarlığımı bildirir, ürəkdən sağ ol, deyirəm.
Güləməddin Zamanov Sumqayıtı qurub-yaradanlardan biridir. Onun adı bu gün də olmasa, sabah tarixin səhifələrində öz yerini alacaqdır. Hətta Sumqayıtın fəxri vətəndaşı adına da layiq görüləcəkdir. Mən buna inanıram.


Tahirə Həbliyeva 

Tarix: 8-05-2022, 12:45 Oxunub: 50


Bölməyə aid digər xəbərlər
8-05-2022, 12:47 SUMQAYITIM MƏNİM
7-05-2022, 18:31 SUMQAYITIM MƏNİM
4-12-2021, 08:32 QARABAĞ AZƏRBAYCANDIR!
10-07-2021, 18:54 QARABAĞ AZƏRBAYCANDIR!
29-05-2021, 20:00 Allah rəhmət eyləsin
19-04-2021, 09:00 Maqsud Maqsudov - 80
7-03-2021, 22:45 Təbrik edirəm!