Sumqayıtda tarixi görüş: “Sumqayıt” – “Fehervar” oyunu keçirilib
Maraqlı və gərgin keçən qarşılaşma “Fehervar”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb. “Sumqayıt”ın heyətində 20-ci dəqiqədə Səbuhi Abdullazadə hesabı açıb. Lakin, 39-cu dəqiqədə Tobias Kristensen “Fehervar”ın bərabərlik qolunu vurub. Görüşün 52-ci dəqiqəsində Ksaba Spandler qonaq komandanı irəli çıxaran qolu vurub.
Qarşılaşmanın 33-cü dəqiqəsində “Sumqayıt”ın futbolçusu Murad Xaçayev qırmızı vərəqə alaraq meydançadan kənarlaşdırılıb. Bu hadisə “Sumqayıt” üçün vəziyyəti çətinləşdirib və oyun qonaq komandanın xeyrinə nəticələnib.
Qeyd edək ki, “Sumqayıt”la “Fehervar” arasında cavab görüşü iyulun 31-də Macarıstanda keçiriləcək. Bu oyun Azərbaycan futbolu üçün böyük əhəmiyyət kəsb edir.
Bölməyə aid digər xəbərlər