11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ

Xocavənd rayonunun Qarakənd kəndi üzərində üç yüz metr yüksəklikdə uçan Mİ-8 N72 vertolyotu 1991-ci il noyabrın 20-də saat 14:42 dəqiqədə ermənilər tərəfindən vurulur, Azərbaycanın 22 dəyərli dövlət xadimləri həlak olur. Həlak olan dövlət xadimlərinin arasında o zaman Azərbaycan Respublikası Baş nazirinin müavini Zülfü Saleh oğlu Hacıyev də var idi.
Qarakənd faciəsində qəhrəmanlıqla şəhadətə ucalmış, adı, xatirəsi, həyat yolu, siyasi və ictimai fəaliyyəti xalqımızın qan yaddaşında əbədi həkk olan dövlət xadimi Zülfü Hacıyevin qızı, Lalə xanım Hacıyevadan müsahibə götürüb.
- Lalə xanım, bilirik ki, 20 noyabr Azərbaycanın təqviminə Qarakənd faciəsi olaraq keçib. Bu tarixi xalqımızın hüzün günü olaraq da qəbul etmək olar. Çünki, Azərbaycanın yüksək rütbəli dövlət xadimləri Xankəndinə gedərkən mənfur qüvvələr tərəfindən şəhid edildi. Şəhid məmurlarımızın içərisində Azərbaycan Respublikası Baş nazirinin müavini, sizin də atanız olan Zülfü Hacıyev də var idi. Bizə maraqlıdır, həmin günü necə xatırlayırsınız? Ümumiyyətlə, bu qara xəbəri ilk dəfə kimdən və necə eşitdiniz?
- O faciəvi gündən 33 il ötməsinə baxmayaraq hələ də o günləri xatırlayır, həmin dəhşətli xəbərin təsirindən çıxa bilmirəm. Elə bil ki, hiss etmişdim. Günortadan televizorda ancaq orkestr çalır, heç bir veriliş efirə verilmirdi. Ürəyimdə mənə aydın olmayan ağır bir hiss, həyəcan, sıxıntı var idi. Rahatlığım itmişdi. Otaqlarda vurnuxur, özümə rahatlıq tapa bilmirdim.Abbas,əlləri ilə başına döyüb, evimiz yıxılıb, mənfur düşmənlər vertalyotu vurublar dedi. Elə həmin anda da televizor açıq idi,orkestir çalırdı.Orkestir dayandı, o zamankı diktor Rafiq Hüseynov efirdə görsəndi və çox ağır bir üzüntü ilə vertalyotda həlak olanların adlarını saymağa başladı. Birinci Dövlət Katibi Tofiq İsmayılovun,ikinci atamın adını çəkdi. Dünyam qaraldı. Sonda bütün heyətin qəhrəmanlıqla həlak olduğunu efirdən səsləndirdi.
Sualınızın digər hissəsinə gəlincə atam 33 ilin hər anını bizimlə yaşayıb. Biz onu hec unutmadıq ki, xatırlayaq da... Ölümündən doğulmuşlar unudulmaz.
Hər il noyabrın 20-ni eyni ağrı, eyni hüzünlə, indi olmuş kimi yaşayırıq. Bizim üçün o günləri xatırlamaq çox çətindi. Atamızdan sonra həyatımız da məhv oldu, arzularımız, xəyallarımız da atamın ömrü kimi yarım qaldı, istəklərimiz böyümədən öldü. Bu hadisədən
beş il qabaq anamızı itirmişdik, hələ o itkini qəbul edə bilmədiyimiz ağır bir zamanda atamızın qəfil faciəsi, çətinliklərimizin, ağrılarımızın başlanğıcı oldu.
Çox ağır bir faciə olsa da bu gün atamızdan bizə miras qalmış o ali adla fəxr edir, qürur duyuruq.

- Atanızı sonuncu dəfə nə zaman gördünüz? Onun sizə dediyi son söz nə oldu?
- Atamı sonuncu dəfə 1991-ci il noyabrın 18-i gördüm. Görüşdük, söhbət etdik, hətta mən ona yalvardım ki, Qarabağda vəziyyət çox pisdi, getmə.
Atam bir kəlmə dedi ki,qızım, bu vətən üçün mən getməyim, o getməsin, bəs kim getsin? Son sözü bu oldu. Bəlkə də ürəyimə dammışdı ki, bu atamla son görüşümdü. Çünki evdən atamı yola salanda məni qucaqlayıb, bağrına basdı. Son görüş, son vida və yaddaşlardan silinməyən ağır faciə…..
Heç bir zaman inanmazdım ki, bir gün atasızlığımla üz- üzə qalacam. O zaman uçuş öncəsi atama sual vermişdilər ki, Zülfü müəllim Qarabağdan təzə gəlmisiniz, yenidən niyə gedirsiniz? Cavab vermişdi ki, Tofiq İsmayılovu Qarabağ camaatına təqdim etməliyəm və ona görə mən orada olmalıyam.

- Zülfü Hacıyevin qızı olmaq sizin üçün nəyi özündə ehtiva edir? Yəni, insanlar biləndə ki, Siz Zülfü müəllimin qızısınız, maraqlıdır onların reaksiyası necə olur və bu adın altında olan Lalə Hacıyevaya hansı münasibət göstərirlər?
- Atamın adıyla nə qədər fəxr etsəm də heç vaxt bu addan istifadə etməmişəm. Mənim kimliyim mənim soy adımdan bəllidir. Bəzən məndən atamı soranda da sonsuz sevgi və qürur hissi ilə bəli, mən Zülfü Hacıyevin qızıyam deyirəm. Hər zaman atam haqqındakı xoş xatirələri eşitmək bir övlad kimi məni qürurlandırır.
Bilirsiniz ki, Zülfü Hacıyev Azərbaycanda dövlətçiliyin inkişafı və quruculuq sahəsində böyük işlər görüb.
Sumqayıt şəhərində mədəniyyət ocaqları, Kimyaçılar Mədəniyyət Sarayı, şahmat məktəbi,təhsil müəssələrində fəaliyyət göstərən 56 bağçadan 38-i, 50 orta təhsil məktəblərindən 37-i,hündürmərtəbəli binalar, tibb ocaqları, xəstəxana və uşaq polikilinikaları, “Arzu” və “Aygün” şadlıq evləri atamın təşkilatçılığı ilə tikilib, istifadəyə verilmişdir. Şəhər sakinləri üçün xeyir-şər evlərinin tikintisi də atamın quruculuq işlərindən biridir. Şəhərimizin böyük və geniş küçələrinin memarlığını şəxsən özü edib.
Şəhərimizin loqosunu özündə ehtiva edən sülh simvolu olan "Göyərçin" abidəsinin də qurulması layihəsinin, Almaniya Federativ Respublikasında hazırlanıb, gətirilməsi də atamın adıyla bağlıdı.
Mən çox xoşbəxtəm ki,bu gün onun qurub-yaratdığı bir şəhərdə yaşayır, fəaliyyət göstərirəm. Sumqayıtın hər küçəsində, hər mədəniyyət ocağında, təhsil sektorunda izi qalan Vətən Sevdası ilə ən ali ucalığa, Şəhadətə ucalmış Zülfü Hacıyevin adı şəhərimizdə əbədiləşdirilmişdir.
Sumqayıtda on dörd il işlədiyi trestdə, tikdirdiyi otuz yeddi məktəbdən birinə ( 17 saylı tam orta məktəb),saldırdığı ən geniş, işıqlı, yaraşıqlı küçələrdən dördünə Zülfü Saleh oğlu Hacıyevin adı verilib.
Gəncə şəhərində küçələrdən biri, Sabirabad rayonunda 7 saylı tam orta məktəb də onun adını daşıyır.
Hətta, 1982- ci ildə istehsal olunan gəmi ( IMO N-7912161) Zülfü Hacıyevin adı altında sularda üzür.

- Son olaraq uca tanrı yenidən atanızı sizinlə qarşılaşdrsaydı ona nə deyərdiniz? Yəqinki, ürəyinizdə Zülfü müəllimə deyə bilmədiyiniz sözlər var?
- Həqiqəti deyirəm əgər illər sonra qəfil o böyük insanla görüşümüz mümkün olsaydı, o an nəfəsim tutulardı. Atamı nə zamansa itirəcəyimi heç vaxt düşünməzdim. Bütün gəncliyimiz,cavanlığımız, həyatımızın nəşəsi atamla getdi. . Öz həyatı da yarım qaldı, bizimki də…

Bölməyə aid digər xəbərlər

Tarix: 21-11-2024, 10:29 Oxunub: 83
Bölməyə aid digər xəbərlər
21-09-2024, 08:17
14 noyabr 2023-cü il tarixdə 29 yaşı qeyd olunan Şəhidimiz Cavid Mirzəyevin həyat hekayəsi...
15-06-2024, 10:07
Qurban bayramı günlərində heyvanların satışı və kəsimi xidmətləri göstəriləcək ÜNVANLAR
29-05-2024, 09:46
Prezidentlə xanımı xocalılılarla... - Yenilənib
26-05-2024, 09:43
İlham Əliyev əfv Sərəncamı imzaladı
21-02-2024, 11:35
Xocalı soyqırımı - qan yaddaşımız!
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
30-09-2023, 07:30
Ulu öndərimiz Heydər Əliyev daim qəlbimizdə yaşayacaqdır!
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
16-06-2023, 17:51
QURTULUŞ GÜNÜNÜZ MÜBARƏK!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
26-09-2020, 11:55
Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək