15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
09:49 / 15-11-2024
Rayonlara yağış yağıb
13:49 / 11-11-2024
8 noyabr - Zəfər Günüdür
13:42 / 11-11-2024
8 NOYABR
11:47 / 11-11-2024
Sumqayıt-75
10:29 / 11-11-2024
Sabah leysan yağacaq
ABŞ bu raketlərlə Rusiyaya zərbə endirməyə icazə verib


abs-bu-raketlerle-rusiyaya-zerbe-endirmeye-icaze-verib 

“ABŞ Ukraynaya Rusiyanın dərinlərinə zərbə üçün Britaniya istehsalı “Storm Shadow” raketlərindən istifadə etməyə icazə verib”.
“Yeniazərbaycanhəyatı” xəbər verir ki, bu abrədə məlumatı Dauninq-stritdəki mənbəyə istinadən “The Times” qəzeti yayıb.
Qəzetin məlumatına görə, sözügedən raketlərdən istifadəyə icazəni ABŞ-nin prezidenti postunu tərk etməyə hazırlaşan Co Baydenin administrasiyası verib. Bildirilib ki, “Storm Shadow” raketlərini Amerika sistemləri olmadan istifadə etmək mümkün olmadığından bunun üçün Vaşinqtonun da icazəsi tələb olunur. 
Bununla yanaşı, Böyük Britaniyanın Baş naziri Kir Starmer və ölkənin hökumət üzvlərinin məsələ ilə bağlı rəsmi açıqlama verməyəcəkləri qeyd olunub. 
Xatırladaq ki, noyabrın 17-də ABŞ Prezidenti Co Bayden ilk dəfə Ukraynaya Birləşmiş Ştatların ATACMS uzaqmənzilli raketləri ilə Rusiyanın ərazisinə zərbələr endirməsinə icazə verib. Noyabrın 19-da isə “RBK-Ukraina” ölkənin Müdafiə Qüvvələrindəki mənbəyə istinadən Ukrayna Müdafiə Qüvvələrinin Rusiya ərazisinə ilk dəfə ATACMS ballistik raketləri ilə zərbə endirildiyini yazıb. Həmin gün Rusiya Müdafiə Nazirliyi bu faktı təsdiq edib.

Tarix: Dünən, 15:10 Oxunub: 5


Bölməyə aid digər xəbərlər
11-11-2024, 11:47 Sumqayıt-75
28-10-2024, 14:13 Sumqayıt-75