11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!









Bölməyə aid digər xəbərlər
ÖMRÜNÜ VƏTƏNƏ FƏDA EDƏN ŞƏHİDLƏRİMİZ
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nəzdində yerləşən Həzi Aslanov adına "Ordu İdeoloji və Mədəniyyət Mərkəzi" Zabitlər Evində "Şəhidlər ölməz, Vətən bölünməz" adlı silsilə tədbirlər keçirilir. Belə tədbirlərdən biri də Ay Media Company təsisçi direktoru Almaz Yaşar tərəfindən şəhidlərimizin xatirələrini yad etmək məqsədi ilə keçirildi. Belə ki, şəhidlərimizdən Müdafiə Nazirliyinin Kəşfiyyat İdarəsinin Baş Zabiti Mayor Kərimov Taleh Adil oğlunun, Mayor Tabor Komandiri Rahib Bəxtiyar oğlu Babayevin və Kapitan Heydərov Anar Bəhruz oğlunun xatirəsi anıldı. Tədbirdə şəhid ailələri, şəhid xanımları, şəhid övladları, şəhidlərin döyüş yoldaşları, qazilər, KİV nümayəndələri, Sumqayıt şəhəri şəhid anaları, "Dəmir yumruq" AlfaA cəmiyyətinin sədri Ülviyyə xanım Əsədova, Qanun yolu.info.az saytının rəhbəri Arif Süleymanlı, Murov qartalı şəhid Fəxri Qəribzadənin anası Mehparə xanım, "AY MEDİA COMPANY"-in əməkdaşı Süsən Hüseynova və fəxri qonaqlar iştirak edirdilər.
Tədbiri giriş sözü ilə açan tədbirin təşkilatçısı və aparıcısı Ay Media Company təsisçi direktoru Almaz Yaşar qonaqları və şəhid ailələrini salamlayaraq dedi:
- 27 sentyabr 2020-ci ildə Azərbaycan xalqı, dövləti və ordusu elə bir tarix yazdı ki, bu, bütöv bir millətin ləyaqət rəmzinə, milli qeyrət nümunəsinə çevrildi. Biz yağı düşmənin üstümüzə atdığı ləkəni təmizlədik, biz qamətimizi düzəltdik, biz 30 ildir itirdiyimiz dəyərləri özümüzə qaytardıq, biz illərlə həsrətində olduğumuz torpaqlarımıza qovuşduq. Biz heç nəyi unutmadıq, unutmadıqca da möhkəmləndik, gücləndik və nəhayət, dünyanın illərdir göz yumduğu ədalətsizliyi özümüz təkbaşına aradan qaldırdıq. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşən Azərbaycan xalqı 30 illik mərhumiyyətə cəmi 44 günə son qoydu. Tariximizdə yeni səhifə yazıldı. Vətən müharibəsi Azərbaycan xalqının Zəfər məramına, milli kimlik mücadiləsinə, torpaq və Vətən sevgisinə şahidlik etdi.
Tarixi torpaqlarımızı 30 ildir işğal altında saxlayan Ermənistanın hərbi təxribatları müntəzəm xarakter alanda Azərbaycan cavab vermək məcburiyyətində qaldı. Şanlı aprel döyüşlərindən sonra dərs almayan Ermənistan rəhbərliyi ötən ilin iyul və avqust aylarında yenidən hərbi təxribatlara əl atanda yəqin düşünürmüş ki, bu, onlara itirilmiş ictimai nüfuzu qaytaracaq və yaxud Azərbaycan üzərində kiçik qalibiyyət belə onlara erməni cəmiyyətində lovğalanmaq üçün bir xeyli vaxt qazandıracaq. Amma bu dəfə onların fikirləşdiyi kimi olmadı, Vətən müharibəsi Ermənistanın bütün mənfur planlarını alt-üst etdi, 27 sentyabr tarixi onların dırnaqarası arzularının tükənən günü oldu. Azərbaycan xalqı öz Prezidentinin ətrafında sıx birləşməklə bütün dünyaya sübut etdi ki, Qarabağ millətimizin milli ləyaqət rəmzidi və Azərbaycan xalqı 30 ildə bir an da olsun Qarabağ arzusundan bir addım geri çəkilməyib. Prezident İlham Əliyevin həyata keçirdiyi millət quruculuğu prosesi ona gətirib çıxardı ki, Xalq-Prezident-Ordu birliyi qalib gəldi, düşmən 30 ildir işğal altında saxladığı torpaqlarımızdan qovuldu. Təbii ki, bu qələbədə itkilərimiz də oldu. Şəhidlik zirvəsinə yüksələn igidlərimiz tarixin səhifələrinə adlarını qızıl hərflərlə yazdılar. Bu gün belə adını tarixin səhifəsinə yazdıran şəhidlərimizin anım gününə toplaşmışıq. Allah bütün şəhidlərimizə rəhmət eyləsin, məkanları cənnət olsun. Biz onları sayəsində qələbə sevincini yaşadıq və Azərbaycan xalqı yaşadıqca şəhidlərimiz də xatirələrdə, ürəklərdə yaşayacaqlar.
Sonra Taleh Kərimovun həyat yoldaşı Nəzakət xanım çıxış edərək Talehin necə mərd, necə vətən, torpaq sevən bir igid olduğundan danışdı. Uzun illər hərbidə çalışdığından, hərbi geyiminə və bayrağımıza necə vurğunluğundan söz açdı. Şəhid xanım onu da qeyd etdi ki, Taleh həddindən artıq vətənə vurğun bir insan idi. Səmimiyyəti, mədəniyyəti ilə hər kəsin qəlbində taxt qurmuşdu. Onun yoxluğu həyatımızın hər anında görünür, Talehin yeri elə bilirəm ki, heç bir zaman dolan deyil. Taleh kimi oğullar dünyaya yüz ildən bir dəfə gəlirlər.
Sonra döyüş yoldaşı gizir Sərxan Abbasalıyev çıxış edərək dedi:
-Vətən sevgisi hər oğulda olmur. Vətəni canı qədər sevənlər şəhidlik zirvəsinə ucaldılar. Onların qəhrəmanlığı barədə çox danışmaq olar. Dövlətimizin qətiyyəti, ordumuzun gücü, xalqımızın misilsiz dəstəyi sayəsində əldə olunan bu möhtəşəm qələbə, əlbəttə ki, tariximizin şanlı zəfəri kimi gələcək nəsillərin xatirəsində əbədi yaşayacaq. Vətən müharibəsində xalqımız tarixində olmadığı dərəcədə yüksək birlik, həmrəylik nümayiş etdirdi, vahid amal uğrunda birləşdi. Ay yarım davam edən bu savaş xalq-iqtidar birliyindən güc alan Azərbaycanın qüdrətinin, milli birliyinin sarsılmazlığının göstəricisi oldu. Eyni zamanda Azərbaycan xalqının qazandığı zəfərin möhtəşəmliyi ölkə başçısı İlham Əliyevin mümkünsüzü mümkünə çevirmək qüdrətindən bəhrələndi. Böyük qələbə son əsrlərin ən böyük torpaq qazancı, münaqişənin birdəfəlik bitməsi, Qarabağla yanaşı, Naxçıvanın Vətənimizin Şərq torpaqlarına birləşməsi, dünya Azərbaycanlılarının yumruq kimi bir olması ilə tarixə yazıldı. 28 il yarım işğal altında qalan Şuşanın işğaldan azad olunması, ulu öndər Heydər Əliyevin “Azərbaycan üzükdür, Şuşa onun qaşı” sözləri yenidən öz dəyərinə qovuşdu. Qətiyyətli Azərbaycan Ordusunun gücü, qüdrəti ilə bu qədim şəhər öz sahiblərinə qaytarıldı. Dövlət başçımızın qeyd etdiyi kimi, Şuşada yenə də azan səsi eşidiləcəkdir. Sənətkarlar beşiyi olan bu qədim şəhərdə artıq Azərbaycan bayrağı dalğalanır. Bu təbii ki, qəhrəman ordumuzun sayəsində baş tutdu. Allah şəhidlərimizə rəhmət eyləsin, məzarları nurla dolsun.
Şəhid Rahib Babayevin hərbiçi dostlarından Qaşqay Davudov, gizir Sərxan Abasquliyev də çıxış edərək hərbiçilərimizin ömür yolundan söhbət açdılar. Şəhidin qaynatası İntiqam Quliyev də Rahib barəsində ürək yanğısı ilə danışdı.
Kəşfiyyat Baş İdarəsinin əməkdaşları Dadaşov Elvin Kamil oğlu və Şirəliyev Əsgər Həzran oğlu da anım tədbirində iştirak edirdilər. Onlar da çıxışlarında şəhidlərimizin keçdikləri şərəfli ömür yolundan, qəhrəmanlıq salnamələrindən ağız dolusu danışdılar.
Şəhid Anar Heydərovun yaxınları da öz ürək sözlərinin dilə gətirdilər. Məmmədli Fərid, Məmmədov Hikmət, Həyat yoldaşı Zərifə xanım çıxış etdilər. Zərifə xanım çıxış edərək qonaqları salamlayıb tədbirin təşkilatçılarına dərin təşəkkür və minnətdarlığını bildirdi. Onu da qeyd etdi ki, həyat yoldaşı Anar vətəninə bağlı bir hərbiçi idi. O, uzun illərdi ki, hərbidə çalışırdı. Vətənin hər qarışı onun üçün əziz və doğma idi. Canı qədər sevdiyi vətən torpağına canını qurban etdi. Onun arzuları çox idi. Ən böyük arzusu isə vətən torpağını azad görmək idi. Şükürlər olsun ki, bu gün vətən torpağı azaddır.
Tədbirdə qonaqlarla yanaşı şəhidlərin dostları, hərbiçilər, qazilər də öz ürək sözlərini dilə gətirdilər. Səma adlı körpə balamız şəhidlərimizə həsr olunmuş şeir parçası ilə qonaqlarımızı kövrəltdi. Zabitlər evinin müğınniləri də öz mahnı töhfələrini qonaqlarımıza təqdim etdilər.
Tədbirin sonunda "AY MEDİA COMPANY" təsisçi direktoru Almaz Yaşar tərəfindən şəhid ailələrinə Təşəkkürnamə təqdim edildi və xatirə şəkilləri çəkildi.
Süsən Hüseynova,
"AY MEDİA COMPANY"-in əməkdaşı









Tarix: 25-05-2022, 18:11 Oxunub: 167
Bölməyə aid digər xəbərlər
8-05-2022, 12:11
ULU ÖNDƏRİMİZ HEYDƏR ƏLİYEVİ QÜRURLA ANIRIQ
18-12-2021, 16:00
TƏBRİK EDİRƏM!
4-12-2021, 08:32
QARABAĞ AZƏRBAYCANDIR!
7-10-2021, 07:56
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
30-08-2021, 07:30
MÜRACİƏT
4-08-2021, 09:58
Allah rəhmət eləsin
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
1-06-2021, 21:00
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
26-04-2021, 13:30
Vətən Müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını tarixə yazdı... (FOTOLAR)
12-04-2021, 15:47
Allah rəhmət eyləsin!
12-04-2021, 15:30
Allah rəhmət eyləsin!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
24-09-2020, 08:56
Ramiz Mehdiyevin adamından Prezidentə ŞİKAYƏT OLUNDU - "Rasim Məmmədov bizi qəbul etmir..."
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 10:22
Şəhid polkovnik-leytenantın həyat yoldaşı: “Polad Həşimovun şəhid olması xəbəri ailəmizi ikinci dəfə sarsıtdı”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 20:14
Bəzi şəxslərə fəxri adlar verildi - SİYAHI
22-07-2020, 20:12
İlham Əliyev onları təltif etdi - SİYAHI
22-07-2020, 10:52
Anar Kərimov kollektivə təqdim edildi
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
11-07-2020, 14:33
Baş nazirdən qərar: Yeni statusda kolleclər yaradılır - SİYAHI
















