11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
MÜRACİƏT
Bölməyə aid digər xəbərlər
MÜRACİƏT
Bugün, 07:046 dəfə baxılıb
ərdə yolumuzu Kürdəmir rayonunun Qarasaqqal kəndindən salmışdıq. Məqsədimiz gizir Muradov Emin Qubad oğlunun atasının müraciəti ilə yaxından tanış olmaq idi. Əslində Muradov Qubadın redaksiyamıza müraciət etməkdə məqsədi oğlu gizir Emin Muradovun Gəncədəki 777 saylı hərbi hissədən Kürdəmir rayonunda yerləşən hərbi hissədə xidmətini davam etdirməsi idi. Bu barədə istəyirəm Qubad Muradovun özü danışsın:
-Əvvəla mənim müraciətimi nəzərə alaraq buraya gəldiyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Mən özüm də 1993-cü illərdə I Qarabağ müharibəsi iştirakçısı olmuşam. Vətəni sevməyi, vətənə can borcumuz olduğunu övladlarım da məndən öyrənib. İki oğlum, bir qızım var, oğlanlarımın hər ikisi hərbi xidmətlərini başa vurduqdan sonra könüllü şəkildə müraciət edərək hərbidə qalmışlar. Oğlanlarımın hər ikisi vətənə sadiq, yeri gələndə canlarını əsirgəməyən əsl Azərbaycan vətəndalarıdırlar. Qızımın həyat yoldaşı da hərbiçidir, o da Gəncədə hərbi qulluqçudur. Böyük oğlum Şəmkir şəhərində, kiçik oğlum Emin isə Gəncə şəhərində yerləşən 777 saylı Hərbi hissədə gizirdir. II Qarabağ müharibəsi başlayan gündən torpaqlarımız uğrunda gedən müharibədə yaxından iştirak etmişdir. Dəfələrlə göstərdiyi şücaətə görə diplomlara, fəxri fərmanlara layiq görülmüşdür. Torpaqlarımızın işqaldan azad edilməsində, o cümlədən Cəbrayılın, Fizulunun, Qubadlının, bir sözlə ən son Gəlbəcər azad edilənə qədər oğlum yaxından iştirak etmişdir. Torpaqlarımızın azad olundaqdan sonra mütləq bizimlə əlaqə saxlayar, öz sevincini bizimlə bölərdi. Emin vətən uğrunda, torpaq uğrunda düşünmədən canını fəda edən qeyrətli bir hərbiçidir. O, müharibə zamanı sonsuz sayda qəhrəmanlıqlar göstərmişdir. Hətta yaralanmış əsgərləri qurtarmış, onlara yenidən can vermişdir. Komandiri bu gün də Eminə deyir ki, mən sənə bir can borcluyam, sən o odun, alovun içinə girib məni çıxarmasaydın, mən indi şəhid olmuşdum. Amma mən düşmənlərimizdən qisasımızı almadan şəhid olmaq istəmirdim. Şükür ki, bu gün torpaqlarımız azaddır, yağı düşmən öz yuvasına sığınıb.
Bəli, mən Emin balamla fəxr edirəm. O, bu müharibədə bir çox medallara layiq görüldü. Qubadlının, Cəbrayılın, Gəlbəcərin azadlığı uğrunda medallarına layiq görülməsi bizi çox sevindirdi. Biz bu gün də o medallara baxarkən qürur hissi keçiririk. Sevinirəm ki, nə yaxşı ki, mənim hər iki övladımın ürəyində vətən sevgisi, torpaq sevgisi aşılanıb.
Emin bu gün Gəncə şəhərində hərbi xidmətini davam etdirir. 8 ildir ki, vicdanla, qeyrətlə işinə vurğun şəkildə çalışır. Bilirsiniz ki, hər il onlara məzuniyyət verilir. Emin o məzuniyyətin 5 gününü bizlə keçirər, qalan günlərini isə hərbi hissədə başa vurar. Deyəndə ki, ay bala, məzuniyyətdəsən, qal bir az bizimlə vaxt keçir, deyərdi ki, mən darıxıram, hərbi hissədən ayrı mənim həyatım yoxdu, sizi gördüm, mən gedirəm, deyər və gedərdi. Əslində mən Emini heç Gəncədən gətirmək istəməzdim, ancaq məcburiyyət qarşısında qalmışam. Həyat yoldaşım Məleykə xanım 2018-ci ildən onkoloji xəstədir, hər 3 aydan bir onu müalicəyə aparıram. Evə qayıdandan sonra ona baxan olmur, onun qulluğa ehtiyacı var. Mən bu barədə hətta Prezidentimiz cənab İlham Əliyevə də müraciət etmidim. Onlar da cavab vermişdilər ki, bu işi hərbi hissənin komandiri yoluna qoysun. Həmin vaxtda da II Qarabağ müharibəsi başladı, bizim müraciətimiz də eləcə qaldı. İndi şükür müharibə başa çatıb, torpaqlarımız azad edilib. Mən çox istəyərdim ki, oğlum Emin öz doğma rayonumuzda öz vəzifə borcunu davam etdirsin, Gəncədən Kürdəmir şəhərində yerləşən hərbi hissəyə göndərilsin. Bizə də yaxın olar, anası xəstədir, oğlunun evlənməsinin, ailə qurmasının xəyalı ilə yaşayır. Mən çox istəyərdim ki, mənim bu müraciətim nəticəsiz qalmasın. Bir ananın son arzusunu həyata keçirməkdə mənə yardımçı olsunlar.
Bəli, Gizir Muradov Emin uzun müddətdir ki, hərbi hissədə xidmət edir. O, vətənə borcunu yerinə yetirəndən sonra könüllü olaraq hərbidə qalmış, ömrünü hərbiyə həsr etməyə and içmişdir. Biz onunla telefon əlaqəsi saxladıq. Emin bizə dedi ki, mənim üçün vətənin torpağının hər bir qarışı əzizdir, harası olursa olsun, orda xidmət etmək mənim vətəndaşlıq borcumdur. Ancaq anam xəstədir, onun qulluğa ehtiyacı var. Mən uzaqdayam, qardaşım Şəmkirdə yerləşən hərbi hissədə hərbiçidir, bacım da ailə qurub, anama bu gün baxan yoxdur. Mən çox istəyərdim ki, öz doğma rayonumuzda xidmətimi davam etdirim. Heç olmasa anama övladlıq borcumu ödəyə bilim.
Biz Gizir Emin Muradovun anasını xəstə yatağında ziyarət etdik. Ana göz yaşlarını saxlaya bilməyib ağlaya-ağlaya dedi ki, oğluma deyil, mənə kömək edin, mən onkoloji xəstəyəm, ayağa qalxmaqda çətinlik çəkirəm, xüsusi qulluğa ehtiyacım var. Oğlum Emini evləndirmək, onun toyunu görmək mənim son arzumdur. Mənə kömək edin, oğlum öz vəzifə borcunu Kürdəmir şəhərində davam etdirsin. Mən onun toyunu görmək istəyirəm, gəlinimin əlindən bir stəkan su alıb içmək istəyirəm. Bu mənim bir xəstə ana kimi son arzumdur. Üzümü cənab prezidentimizə tuturam, xanım Mehriban Əliyevaya tuturam, mənim bu son arzumu həyata keçirməkdə mənə köməklik etsinlər. Mən demirəm ki, oğlumu birbaşa hərbidən azad etsinlər, mən heç bunu istəmərəm də, mənim arzum oğlumun hərbi hissə yerinin dəyişdirilməsidir. Gəncədən Kürdəmirə dəyişdirilməsidir, mən başqa heç bir şey istəmirəm. Ən azından bir ananın son arzusunun həyata keçirilməsində mənə öz köməkliklərini əsirgəməsinlər. Mən əvvəlcədən hər kəsə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
P.S. Bəli, Gizir Emin Muradovun anası onkoloji xəstədir, xüsusi baxıma ehtiyacı olduğunun da şahidi olduq. Biz öz növbəmizdə üzümüzü əlaqədar təşkilatlara, o cümlədən Müdafiə Nazirinə, cənab Prezidentimizə, birinci vitse prezidentimizə tutub demək istəyərdik ki, bir ananı son arzusuna qovuşdurmaq o qədər də çətin bir iş deyil. Hər şey sizin əlinizdədir, gəlin Mələykə xanımın bu arzusuna biganə qalmayaq. Mən inanıram ki, Gizir Emin Muradovun Gəncə şəhərindəki vəzifəsini Kürdəmir şəhərində davam etdirməsi üçün köməklik edəcəksiniz.
Tahirə Həbliyeva









HƏRBİÇİ AİLƏSİNİN PREZİDENTƏ MÜRACİƏTİ
Bu günl
ərdə yolumuzu Kürdəmir rayonunun Qarasaqqal kəndindən salmışdıq. Məqsədimiz gizir Muradov Emin Qubad oğlunun atasının müraciəti ilə yaxından tanış olmaq idi. Əslində Muradov Qubadın redaksiyamıza müraciət etməkdə məqsədi oğlu gizir Emin Muradovun Gəncədəki 777 saylı hərbi hissədən Kürdəmir rayonunda yerləşən hərbi hissədə xidmətini davam etdirməsi idi. Bu barədə istəyirəm Qubad Muradovun özü danışsın:-Əvvəla mənim müraciətimi nəzərə alaraq buraya gəldiyinizə görə sizə dərin təşəkkürümü bildirirəm. Mən özüm də 1993-cü illərdə I Qarabağ müharibəsi iştirakçısı olmuşam. Vətəni sevməyi, vətənə can borcumuz olduğunu övladlarım da məndən öyrənib. İki oğlum, bir qızım var, oğlanlarımın hər ikisi hərbi xidmətlərini başa vurduqdan sonra könüllü şəkildə müraciət edərək hərbidə qalmışlar. Oğlanlarımın hər ikisi vətənə sadiq, yeri gələndə canlarını əsirgəməyən əsl Azərbaycan vətəndalarıdırlar. Qızımın həyat yoldaşı da hərbiçidir, o da Gəncədə hərbi qulluqçudur. Böyük oğlum Şəmkir şəhərində, kiçik oğlum Emin isə Gəncə şəhərində yerləşən 777 saylı Hərbi hissədə gizirdir. II Qarabağ müharibəsi başlayan gündən torpaqlarımız uğrunda gedən müharibədə yaxından iştirak etmişdir. Dəfələrlə göstərdiyi şücaətə görə diplomlara, fəxri fərmanlara layiq görülmüşdür. Torpaqlarımızın işqaldan azad edilməsində, o cümlədən Cəbrayılın, Fizulunun, Qubadlının, bir sözlə ən son Gəlbəcər azad edilənə qədər oğlum yaxından iştirak etmişdir. Torpaqlarımızın azad olundaqdan sonra mütləq bizimlə əlaqə saxlayar, öz sevincini bizimlə bölərdi. Emin vətən uğrunda, torpaq uğrunda düşünmədən canını fəda edən qeyrətli bir hərbiçidir. O, müharibə zamanı sonsuz sayda qəhrəmanlıqlar göstərmişdir. Hətta yaralanmış əsgərləri qurtarmış, onlara yenidən can vermişdir. Komandiri bu gün də Eminə deyir ki, mən sənə bir can borcluyam, sən o odun, alovun içinə girib məni çıxarmasaydın, mən indi şəhid olmuşdum. Amma mən düşmənlərimizdən qisasımızı almadan şəhid olmaq istəmirdim. Şükür ki, bu gün torpaqlarımız azaddır, yağı düşmən öz yuvasına sığınıb.
Bəli, mən Emin balamla fəxr edirəm. O, bu müharibədə bir çox medallara layiq görüldü. Qubadlının, Cəbrayılın, Gəlbəcərin azadlığı uğrunda medallarına layiq görülməsi bizi çox sevindirdi. Biz bu gün də o medallara baxarkən qürur hissi keçiririk. Sevinirəm ki, nə yaxşı ki, mənim hər iki övladımın ürəyində vətən sevgisi, torpaq sevgisi aşılanıb.
Emin bu gün Gəncə şəhərində hərbi xidmətini davam etdirir. 8 ildir ki, vicdanla, qeyrətlə işinə vurğun şəkildə çalışır. Bilirsiniz ki, hər il onlara məzuniyyət verilir. Emin o məzuniyyətin 5 gününü bizlə keçirər, qalan günlərini isə hərbi hissədə başa vurar. Deyəndə ki, ay bala, məzuniyyətdəsən, qal bir az bizimlə vaxt keçir, deyərdi ki, mən darıxıram, hərbi hissədən ayrı mənim həyatım yoxdu, sizi gördüm, mən gedirəm, deyər və gedərdi. Əslində mən Emini heç Gəncədən gətirmək istəməzdim, ancaq məcburiyyət qarşısında qalmışam. Həyat yoldaşım Məleykə xanım 2018-ci ildən onkoloji xəstədir, hər 3 aydan bir onu müalicəyə aparıram. Evə qayıdandan sonra ona baxan olmur, onun qulluğa ehtiyacı var. Mən bu barədə hətta Prezidentimiz cənab İlham Əliyevə də müraciət etmidim. Onlar da cavab vermişdilər ki, bu işi hərbi hissənin komandiri yoluna qoysun. Həmin vaxtda da II Qarabağ müharibəsi başladı, bizim müraciətimiz də eləcə qaldı. İndi şükür müharibə başa çatıb, torpaqlarımız azad edilib. Mən çox istəyərdim ki, oğlum Emin öz doğma rayonumuzda öz vəzifə borcunu davam etdirsin, Gəncədən Kürdəmir şəhərində yerləşən hərbi hissəyə göndərilsin. Bizə də yaxın olar, anası xəstədir, oğlunun evlənməsinin, ailə qurmasının xəyalı ilə yaşayır. Mən çox istəyərdim ki, mənim bu müraciətim nəticəsiz qalmasın. Bir ananın son arzusunu həyata keçirməkdə mənə yardımçı olsunlar.
Bəli, Gizir Muradov Emin uzun müddətdir ki, hərbi hissədə xidmət edir. O, vətənə borcunu yerinə yetirəndən sonra könüllü olaraq hərbidə qalmış, ömrünü hərbiyə həsr etməyə and içmişdir. Biz onunla telefon əlaqəsi saxladıq. Emin bizə dedi ki, mənim üçün vətənin torpağının hər bir qarışı əzizdir, harası olursa olsun, orda xidmət etmək mənim vətəndaşlıq borcumdur. Ancaq anam xəstədir, onun qulluğa ehtiyacı var. Mən uzaqdayam, qardaşım Şəmkirdə yerləşən hərbi hissədə hərbiçidir, bacım da ailə qurub, anama bu gün baxan yoxdur. Mən çox istəyərdim ki, öz doğma rayonumuzda xidmətimi davam etdirim. Heç olmasa anama övladlıq borcumu ödəyə bilim.
Biz Gizir Emin Muradovun anasını xəstə yatağında ziyarət etdik. Ana göz yaşlarını saxlaya bilməyib ağlaya-ağlaya dedi ki, oğluma deyil, mənə kömək edin, mən onkoloji xəstəyəm, ayağa qalxmaqda çətinlik çəkirəm, xüsusi qulluğa ehtiyacım var. Oğlum Emini evləndirmək, onun toyunu görmək mənim son arzumdur. Mənə kömək edin, oğlum öz vəzifə borcunu Kürdəmir şəhərində davam etdirsin. Mən onun toyunu görmək istəyirəm, gəlinimin əlindən bir stəkan su alıb içmək istəyirəm. Bu mənim bir xəstə ana kimi son arzumdur. Üzümü cənab prezidentimizə tuturam, xanım Mehriban Əliyevaya tuturam, mənim bu son arzumu həyata keçirməkdə mənə köməklik etsinlər. Mən demirəm ki, oğlumu birbaşa hərbidən azad etsinlər, mən heç bunu istəmərəm də, mənim arzum oğlumun hərbi hissə yerinin dəyişdirilməsidir. Gəncədən Kürdəmirə dəyişdirilməsidir, mən başqa heç bir şey istəmirəm. Ən azından bir ananın son arzusunun həyata keçirilməsində mənə öz köməkliklərini əsirgəməsinlər. Mən əvvəlcədən hər kəsə dərin təşəkkürümü və minnətdarlığımı bildirirəm.
P.S. Bəli, Gizir Emin Muradovun anası onkoloji xəstədir, xüsusi baxıma ehtiyacı olduğunun da şahidi olduq. Biz öz növbəmizdə üzümüzü əlaqədar təşkilatlara, o cümlədən Müdafiə Nazirinə, cənab Prezidentimizə, birinci vitse prezidentimizə tutub demək istəyərdik ki, bir ananı son arzusuna qovuşdurmaq o qədər də çətin bir iş deyil. Hər şey sizin əlinizdədir, gəlin Mələykə xanımın bu arzusuna biganə qalmayaq. Mən inanıram ki, Gizir Emin Muradovun Gəncə şəhərindəki vəzifəsini Kürdəmir şəhərində davam etdirməsi üçün köməklik edəcəksiniz.
Tahirə Həbliyeva









Tarix: 30-08-2021, 07:30 Oxunub: 117
Bölməyə aid digər xəbərlər
10-07-2021, 18:54
QARABAĞ AZƏRBAYCANDIR!
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
29-05-2021, 20:00
Allah rəhmət eyləsin
26-04-2021, 13:30
Vətən Müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını tarixə yazdı... (FOTOLAR)
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
24-09-2020, 08:56
Ramiz Mehdiyevin adamından Prezidentə ŞİKAYƏT OLUNDU - "Rasim Məmmədov bizi qəbul etmir..."
24-09-2020, 08:54
Şəhid ailəsi Rafil Hüseynovdan Prezidentə ŞİKAYƏT ETDİ - "Əli Talıbov tək bizim ailənin Şəhidi deyil..."
22-09-2020, 15:08
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları – Söhbət təkcə “qurban keçisi”ndən getmir
21-09-2020, 10:13
Şəhid ailəsi Rafil Hüseynovdan Prezidentə ŞİKAYƏT ETDİ - "Əli Talıbov tək bizim ailənin Şəhidi deyil..."
18-08-2020, 09:53
Ucar sakinləri bu məmurdan şikayətçidirlər...
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
















