10:12 / 12-01-2025
Mülkləri yanğında kül oldu
Şairin yeni şeirləri

Qəhrəman Eminoğlu




























QUBADLIDA

Nurdan doğularaq nurdan yaranan,
Mir Sədi ocağı var Qubadlıda.
Necə min insana şəfalar verən,
Mir Sədi ocağı var Qubadlıda.


****** 
Dədə Süleymanın söz səltənəti,
İlahi varlıqdan olan sənəti.
Vasili hünərin, Kərəm qeyrətin,
Tərlan oylağını gör Qubadlıda.


***** 
Həsənin səsindən titrədi dağlar,
Əliyar nərəsindən düşmən qan ağlar.
Həkəri, Bərgüşad əbədi çağlar,
Verər hər ağacı bar Qubadlıda.


**** 
Kamran dühasından yaranan şəhər, 
Nizami, Arif tək müsəlləh əsgər.
Şəkil möcüzəsi dillərdə əzbər,
Hər dərdin dərmanın sor Qubadlıda.


**** 
Nəbinin hünəri dönüb dastana,
Həcəri, Boz atı hələ bir yana,
Şöhrəti  yayılıb bütün cahana,
Hər daşın altında nər Qubadlıda.


**** 
Sevgi qələmindən süzülən sözlər,
Ramiz qələmindən düzülən sözlər,
Haqqın dərgahına dikilən gözlər, 
Görübdür həmişə nur Qubadlıda.
****
Mayası hiylədən yapıb yoğrulan,
Namusa toxunub evlər dağıdan,
Zatı qırıq olan əcayib nadan,
Yoxdur beləsinə yer Qubadlıda.


**** 
Seyr etmək istəsən saf təbiətin,
Yəqin dərəcəksən gülün cənnətin,
Qəbul et dəvətin Mirməhəmmədin,
Gəl onun mehmanı ol Qubadlıda.


****
Ulu Tanrım budur səndən diləyim,
Qəhrəmançün əsəndə ölüm küləyi,
Yanıma gələndə ölüm mələyi,
Buyruq ver, canımı al Qubadlıda.



MƏN ELƏ SAĞIKƏN ÖLƏN ADAMAM


Bu zalım dünyada haqq öldü artıq, 
Eysan da verilmir, yas da verilmir,
Əlim göylərdədir, amandır Allah,
Haqqı öldürənə söz də deyilmir,
Səni həyatımdan silən adamam, 
Mən elə sağıkən ölən adamam.


**** 
Ürəyim gizlincə çəkir harayı,
Gözüm qan ağlayır, yaşı bilinmir.
Tikən elə tikib bəxt sarayımı,
Torpağı bilinmir, daşı bilinmir.
Xəyanət etdiyini bilən adamam,
Mən elə sağıkən ölən adamam.
**** 
İndi pul ağadır, haqq olub nökər.
Pul yoxdursa həyatın olubdur zəhər,
Pul ilə qazanılır indi hər zəfər,
Dünyanın işinə gülən adamam,
Mən elə sağıkən ölən adamam. 


**** 
Namusun, qeyrətin pula satanlar,
Yediyi çörəyə haram qatanlar, 
Təpədən dınağa çirkə batanlar, 
Beləsin zibil tək atan adamam.
Mən elə sağıkən ölən adamam.


**** 
Pul üçün Allaha üz çevirənlər,
Pulu da özündən artıq sevənlər, 
Tikan olub haqq yolunda bitənlər.
Beləsin doğrayıb tökən adamam,
Mən elə sağıkən ölən adamam.
**** 
Xəyanət qurbanı olan Qəhrəman,
Gül kimi saralıb solan Qəhrəman
İçində qıvrılaraq qalan Qəhrəman.
Zamanın hökmünə dözən adamam,
Allahı, Quranı sevən adamam,
Mən elə sağıkən ölən adamam.


ANAM MƏNİM 


Zamanın hökmünü dəyişə bilsəm,
Analı dünyama qayıda bilsəm,
Diz çöküb önündə əyilə bilsəm,
Səcdagahım mənim, anam mənim.
****
O zaman özümü xoşbəxt sanardım,
Qəm, qüssə, kədərdən uzaq olardım,
Cənnətin ətrini onla anardım,
Tacım  mənim, şahım mənim, anam mənim.


**** 
Namusu hər şeydən o üstün bildi,
Xəyanət üstünə, xəyanət gəldi.
Anasız dözməyən Qəhrəman öldü,
Qibləgahım mənim, anam mənim.


















BU ZALIM DÜNYANIN NƏYİNDƏN KÜSÜM

Bəşirin əşrəfi olan insanı,
Müqqədəs and yeri olan Quranı,
Pul üçün yandırar bütün cahanı,
Bu zalım dünyanın nəyidən küsüm.


**** 
Birini böhtanın qurbanı etdi,
Birini nadanın qurbanı etdi.
Birini şeytanın qurbanı etdi,
Bu zalım dünyanın nəyidən küsüm.


**** 
Birini qeyrətin qurbanı etdi,
Birini neymətin qurbanı etdi.
Birini şəhvətin qurbanı etdi,
Bu zalım dünyanın nəyidən küsüm.


**** 
Hanı Əmir Teymur, hanı İsgəndər,
Dünyanı, cahanı fəth eləyənlər,
Bir ovuc torpağa dönüb gedənlər,
Bu zalım dünyanın nəyindən küsüm.


***
Kərəmi Əslinin dərdi yandırdı,
Məcnunu  Leylinin eşqi yandırdı.
Adəmi şeytanın feli sındırdı,
Bu zalım dünyanın nəyindən küsüm.


****
Sultan Bəyazidin dizin qatlayan,
Fironun canını sularda alan,
Yalanlar içində yalan uyduran,
Bu zalım dünyanın nəyindən küsüm.


**** 
Dədə Ələsgərin sazını alan,
Qurbanı, Alını didərgin salan,
İndidə yalandan sazını çalan,
Bu zalım dünyanın nəyindən küsüm.


****
Qubadlısız yetim qalan Qəhrəman,
Göyyal həsrətindən yanan Qəhraman,
Bu hicrandan dəli olan Qəhrəman,
Bu zalım dünyanın nəyindən küsüm.


BU DƏLİ KÖNLÜMDƏN AĞLAMAQ KEÇİR


Qohum, qardaş indi mənə yad oldu,
Bu dəli könülmdən ağlamaq keçir,
Düşmənin ürəyi yaman şad oldu,
Bu dəli könlümdən ağlamaq keçir.


**** 
Talehim sücgəcdən elə süzüldü.
Nadanlar qarşımda səf-səf düzüldü,
Haqqdan, ədalətdən əlim üzüldü,
Bu dəli könlümdən ağlamaq keçir.


**** 
Bir yalançı eşqin qurbanı oldum,
Yamanca saraldım, yamanca soldum,
Xəyanət görməkdən tamam yoruldum,
Bu dəli könlümdən ağlamaq keçir.


**** 
Səmada görünür durna qatarı,
İtib taleyin qızıl açarı.
Ölürəm döndərir qibləyə sarı 
Bu dəli könlümdən ağlamaq keçir.



ADSIZ ŞER


Şükür dərgahına, ey qadir Allah,
Bu nə bəxt, talehdir mənə yazmısan?
Bəlkə imtahandır, bəlkə sınaqdır
Bu nə möcüzədir deyə bilmirəm.


**** 
Min hikmət sahibi olan Allahım,
İsmayılı qurban yazan Allahım,
Yusifi zindana salan Allahım,
Bu nə möcüzədir deyə bilmirəm.


**** 
Quranın sahibi olan Allahım,
Dərd verib dərman da verən Allahım,
Qəhrəmanı sonsuz sevən Allahım,
Bu nə möcüzədir deyə bilmirəm.



KİMƏ SÖYLƏYİM
 
Bu xəstə könlümün ahı-zarında,
Bu xəstə könlümün solmuş bağında.
Bu xəstə könlümün şah budağında,
Solan xatirəmi kimə söyləyim.
**** 
Gəncliyimin izi qalan illərdə, 
İgidliyin rəmzi olan günlərdə, 
İndidə söylənən şirin dilimdə,
Qalan xatirəmi kimə söyləyim.


**** 
Yaxşılıq edərək yamanlıq gördüm,
Sınmış könüllərin divarın hördüm.
Qəhrəman ömürdü, sən onu sürdün,
Ötən xatirəmi kimə söyləyim.


DAĞLARIN 


Yenə pərinşansan, ay qara bəxtim,
Solub saralıbdır gül dağların.
Gözüm qan ağlayır soyuq zindanda
Seyr edə bilmirəm ulu  dağları?


**** 
Demə mənə tələ quran varmış,
Demə məzarımı qazan varmış.
Qanımı zəli tək soran varmış,
Sürünərək olum qulu dağları?


**** 
Xəyanətdən fəryad edən Qəhrəman,
Xəyanətdən zülümə qalan Qəhrəman.
Xəyanətdən nakam ölən Qəhrəman,
Daşlaşaraq olum qolu dağların?


MƏN DAHA SEVMƏYİN DAŞINI ATMIŞAM


Zalım qadın etdin mənə xəyanət, 
Çökdü həyatıma qaranlıq, zülmət,
Alasan cəzasını yəqin ki, əlbət,
Mən daha sevməyin daşını atmışam.


**** 
Çəkdirdin sinəmə silinməz dağlar,
Boğuldu içimdə incə duyğular,
Daha bundan sonra gözüm qan ağlar,
Mən daha sevməyin daşın atmışam.


**** 
Ülvi, saf məhəbbət heç oldu getdi
Xəyanətə görə puç oldu getdi
Qəhrəman ömründən köç oldu getdi,
Mən daha sevməyin daşın atmışam.



TANIMADIMI 


Bu gün bu yerlərdə gəldik üz-üzə,
Bu dərdi pünhanı tanımadınmı,
Yurdunu dağıdıb viran qoyduğun,
Xəyanət qurbanı tanımadınmı,
Bəs sən Qəhrəmanı tanımadınmı.


**** 
Ömrünün baharın qış eylədiyin,
Əzib talehini xış eylədiyin,
Əridib sümüyün şiş eylədiyin. 
Bu dərdli insanı tanımadınmı,
Bəs sən Qəhrəmanı tanımadınmı.


****
Haqqın, ədalətin yolunu azan,
Min dona düşərək məni aldadan,
Sakitcə, xəbərsiz qəbrimi qazan,
Məzarda yatanı tanımadınmı,
Bəs sən Qəhrəmanı tanımadınmı.


ADSIZ ŞEİR


Bir ana bətnində dünyaya gələn,
Bir ana bətnində halal süd əmən,
Hiylə işlədərək başını kəsən,
Demə cəllad kimi qardaşda varmış.


**** 
Anamı öldürən, qadını öpən,
Sonra saçlarına lalələr səpən.
Qadın qışqıranda titrədib əsən 
Demə arvad kimi qardaş da varmış.


**** 
Ana həsrətindən yanan Qəhrəman,
Gül kimi saralıb solan Qəhrəman.
Bu dərd dözməyib ölən Qəhrəman,
Bundan ləzzət alan qardaşda varmış.



DEMƏ İBLİS İMİŞ XƏBƏRİM YOXMUŞ

 
Bir qadınla evlədim gənc yaşımda, 
Demə iblis imiş xəbərim yoxmuş,
Əyninə geyibdir mələk donunu,
Demə iblis imiş xəbərim yoxmuş.


**** 
Zaman-zaman əridərək o məni,
Dəyirman tək üyüdərək o məni, 
Xəyanətdən çürüdərək o məni,
Demə iblis imiş xəbərim yoxmuş.


**** 
Qəhrəman, anasız yanan ürəyim,
Şam kimi əriyib sönən ürəyim.
Bu dərdə dözməyib ölən ürəyim
Demə iblis imiş xəbərim yoxmuş.


KƏRƏM HƏSRƏTİ


Kərəm yandı məhəbbətdən,
Əl çatmayan, ün yetməyən həsrətdən.
Yandı Kərəm, külə döndü,
Dağla, daşla pəncələşən selə döndü.

Aşdı, coşdu, oldu ülvi məhəbbətin şöhrəti,
Ürəklərə bir ad qaldı,
O da Kərəm həsrəti.


AĞLAYARDI


Dünya eşitdiyin dərk eyləsəydi,
Tökərdi gözündən yaş ağlayardı,
Suçunu bilsəydi qoca təbuət.
Bir az işlətsəydi baş ağlayardı.


**** 
Vay o günə dözəsən dözüm dərdinə,
Dözmək olarmı ki, sözün dərdinə,
Kömək eləməyə gözün dərdinə,
Kiprik qoşalaşıb qaş ağlayardı.
**** 
Xoş gündə yanıma gələn dostlarım,
Yalandan üzümə gülən dostlarım,
Nələr çəkdiyimi bilən dostlarım,
İndi də yalandan kaş ağlayardı.
**** 
Namərd eylədilər qovaraq mərdi,
Fərqi yox ər oğlu həmişə ərdi.
Qəhrəman çəksəydi sən çəkən dərdi,
Torpaq göynəyərdi daş ağlayardı.



MAT QALMIŞAM BU DÜNYANIN İŞİNƏ
 
Bülbül susdurldu qəfəsə düşdü,
Qarğa başa keçib işə girişdi,
Haqq, ədalət işi tora ilişdi,
Mat qalmışam bu dünyanın işinə.


****
Nə ağsaqqal qaldı, nə böyük qaldı,
Biqeyrət, binamus yaman çoxaldı.
Namərdlər mərdləri quyuya saldı,
Mat qalmışam bu dünyanın işinə.


****
Xainlik, loğvalıq həddini aşdı,
Özünü şah bilən tülküdə çaşdı.
Şir dovşan görəndə yamanca qaçdı,
Mat qalmışam bu dünyanın işinə.


****
Mat qalmışam bu dünyanın işinə,
Dovşan şirə parçalamaq öyrədir,
Namusdan,qeyrətdən xəbərsiz bir kəs,
Digər  şəxslərə qeyrət öyrədir.


**** 
Qurana and içmək yalan olubdur,
Haqq, ədalət işi talan olubdur,
Qəhrəman ömrüdə viran olubdur,

Mat qalmışam bu dünyanın işinə.

ADSIZ ŞER


Kömək eylə mənə unudum səni,
Məndə rahatlaşım, səndə rahatlaş.
Mən səni yox sanım, səndəki məni,
Mən də rahatlaşım, sən də rahatlaş
**** 
Bizi bağlayan ip incəsən incə,
Qırılıb düşmüşük hərə bir küncə,
Bu işin carəsi tək budur məncə,
Mən ölüm, sən yaşa qəlbin olsun şad.
Mən də rahatlaşım, sən də rahatlaş.


**** 
Bilrəm qoymuşam iz ürəyində,
Dözülməz olsa da, döz ürəyimdə,
Eşqimi dəfn edib öz ürəyində,
Altına qoy bir daş, üstünə bir daş,
Mən də rahatlaşım, sən də rahatlaş.


**** 
Qəhrəman bu zülmdən mən ölüm gərək,
Dayanıb, sönəmdə vurmasın ürək,
Əlində tutaraq bir torba təzək,
Atıb məzarıma söyləsən kaş,
Artıq mən rahatam, səndə rahatlaş.


ŞAİR SEVİYƏ


Şair Sevi, rahat yat məzarda,
İndi sənı layla çalır Həkəri,
Göyyal dağlarında bitən gül-çiçək,
Məzarın üstünə çəkib çəpəri.

 
**** 
Sair Sevi, sözünü yerinə yetirib,
Bibimin qəbrini sənli öpmüşəm,
Göyyaldan bir ovuc torpaq gətirib,
Qərib məzarının üstünə səpmişəm.


****
Ustadın olmusan, canım olmusan,
Şöhrətin olmusan, şanın olmusan,
Damarımda axan qanım olmusan,
Şair Sevi, rahat yat məzarında.


**** 
Şair Sevi, nəslimin örnəyisən,
Namus, qeyrət, ərənlik dirəyisən,
Sən bizlərin həmişə gərəyisən,
Tövhən yaşar, rahat yat məzarda.


**** 
Göyyalda olarkən yaşlı bir insan,
Dedi Sevi indi keçdi yanımdan,
Əzəmətli qaya dilləndi birdən,
Görmədin şairi, ötdü önümdən.


**** 
Torpaq da, daş da dil açdı birdən,
Dedi şair Sevi keçdi üstündən,
Səmadakı quşlar, canlı təbiət,
Oxuyur Sevinin şeirlərindən.


Demə Şair Sevi yaşayır ucaldıb haqq səsini,
Yenə şeir- yazır-ədəbiyyat nəğməsini.


Tarix: 28-02-2024, 13:21 Oxunub: 84


Bölməyə aid digər xəbərlər
13-12-2023, 13:15 ŞAİRİN YENİ ŞEİRLƏRİ
4-08-2021, 09:58 Allah rəhmət eləsin
4-07-2021, 10:00 Şair Aqşin Dadaşoğlu
29-05-2021, 20:00 Allah rəhmət eyləsin