12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Şair Ədalət Əroğlunun şeirlərinin təhlili (Nəsib Abid)

 
Şeir, könül meyvəsi kimi, insan Ruhunun təcəllasından yaranır... 
Şeir, ruhun sevdası kimi, insan qəlbinin mənəvi işığı ilə üzə çıxır. 
Şeir, idrakın məntiqi və həyati düşüncəsinin seçimi ilə doğulur. Ruhun təcəllasından yaranan şeirlərdə, gözəllik duyğularının ruhani kəşfi var. İnsan qəlbinin mənəvi işığı ilə üzə çıxan şeirlərdə, həqiqətin bəlli üzünün izharı var. İdrakın həyat məntiqi ilə və həyati düşüncənin sillabizmi ilə yaranan şeirlərdə, insanın xəyallar dünyasının gerçəkliyi ilə, həyatın çal-çarpazlı ağrı-acısı var ... Çağdaş şeirimizin inkişafında və həyati ruhu kamilliyinin sənət tanıtmışdır, öz ədəbi stili ilə tanınan şairlərdən biri, Hüquqşünas məsləkli şair, Ədalət Əroğludur. 

Qarabağ diyarının Cəbrayıl bölgəsinin Hovuslu kəndində dünyaya gələn Şairin taleyi, zamanın acılarala dolu tunelindən keçmişdir... ... 

İşğal olub Yurdum, zəhərdir aşım, 
Şəhid olubdular, qohum-qardaşım! 
Axır gözlərimdən, acı göz yaşım, 
Al-qan içindədir, torpağım-daşım! 

Döyüşür əsgərlər, oyanır Vətən, 
Şəhid qanı ilə boyanır Vətən, 
Poladlar çiynində, dayanır Vətən, 
Al-qan içindədir, torpağım-daşım! 

/Al-qan içindədir, torpağım-daşım !/...

Vətən torpağına bağlılıq, insanın mənəvi dəyərlərə söykənən vicdan borcunun möhtəşəmliyini göstərir...
Vətən torpağına sədaqət hissi, insanın həyat dəyərini, əxlaqi saflığını sərgiləyir. Vətən torpağına sevgi amalı bağlılıq, insanın ruhunun həyat sevgisini tapmaqla yaranır... 
Vicdan borcunun ləyaqətlə yerinə yetirmək, Şəhidlərin getdiyi mənəvi yoldur... 
Sədaqət hissi və duyğusu ilə Vətənə olan sevgi, insanın qəhrəmanlığa ucalmasını aparır. 
Vətən sevgisi ilə həyatını, sağlamlığını itirmiş oğulların Şəhidlik zirvəsinə çatması tarixi dəyişdirir. 
Ədalət Əroğlunun lirikası Vətən sevgisini Sözlə ifadə edən lirika kimi, olduqca möhtəşəm hissləri sərgiləyir ...
 ...
Ədalətəm, səsləyirəm Sizləri, 
Ruhum gəzir, o dağları - düzləri. 
Arxa olun, bükülməsin dizləri,
Gülsün yenə, xalqımızın üzləri.
***
Qarabağım haraylayır Bizləri,
Dəyişiblər, Yurdumuzda izləri, 
Dağıdıblar, imarəti-"küz"ləri, 
Təmizləyək, o murdar ilbuzləri! 
/Ədalətin harayı/ ...
 
Vicdan, insan mənəviyyatının çəki daşıdır. 
Vicdan, insan fitrətindən yaranan könül tərəzisidir. 
Vicdan, insan düşüncəsinin ali hisslərinin son duracağıdır. İnsan mənəviyyatının çəki daşı kimi, vicdanla görülən iş öz ləyaqəti ilə tanınır. İnsan fitrətindən yaranan könül tərəzisi kimi vicdanla görülür bütün işlər. İnsan düşüncəsinin Ali hissi kimi, vicdanla yerinə yetirilən işlər öz bəhrəsini hər yerdə verir. 
Ədalət Əroğlunun poeziyası, həyati metaforu ilə, oxucunun qəlbinə yol tapa bilən könül poeziyasıdır… 
… 
Söz deyə bilmirəm, ellər içində, 
Millətə yazığın gəlsin, ay Allah! 
Vicdanım susmayır, coşur içimdə, 
Millətə yazığın gəlsin, ay Allah!
*** 
Çağır vicdanını, ol ona yoldaş, 
Mənliyini, satma rüşvətə, qardaş, 
Vicdanı təmizə, əyərəm mən baş, 
Millətə yazığın gəlsin, ay Allah! 
/Vicdan/ ...
 
Şairlik, insanın mənəvi-ruhani məsləyi kimi yaranan sənətdir. Şairlik, insanın könül dünyasına bağlılıqla yaranan söz məsləyidir. Şairlik, insanın həyat dəyəri ilə meydana çıxan əxlaqi-mənəvi düşüncənin sillabizmidir… 
İnsanın mənəvi-ruhi məsləyi kimi, Şairlik məsləyi ilə, insan duyğularının öz mənəvi aləmini aydına çıxardır. İnsanın könül duyğularının ruhani kəşfi kimi, şairlik insanın daxili dünyasını dizayn edir… 
Əxlaqi mənəvi düşüncənin solkabuzmi kimi, şairlikdə insan düşüncəsinin həyat tablosu yaradılır. 
Ədalət Əroğlunun lirikası, həyati harmoniya təşkil edir, insan duyğusu və düşüncəsi ilə... 
... 
Şairin amalı, istəyi çoxdur, 
Kasıb olsa belə, gözləri toxdur! 
Yazdığı hikmətdir, dəyəri çoxdur, 
Şairlər, Tanrının, - Söz Elçisidir!
*** 
Dərdini yazmasa, yaşaya bilməz, 
Ürəkdə yığılsa, yığışa bilməz, 
Sözü, min dəfə de, naşıya, - bilməz, 
Şairlər, Tanrının, - Söz Elçisidir! 
/Şairlər Tanrının, - Söz Elçisidir!/ ...
 
Ədalət Əroğlunun poeziyasında, həyatın dərinliyinin həyat aynası var. Ədalət Əroğlunun poeziyasında, insanlığın həyat dəyərlərinin qorunması var. 
Ədalət Əroğlunun poeziyasında, qəlbin həyat iztirabları var. Həyat aynası kimi, həyat əsərləri insan taleyinin qaranlıqlarına işıq salır. Həyat dəyərlərinin qorunması kimi, poeziya mühüm rol oynayır daima həyatımızda. Qəlbin həyat sevgisini və iztirablarını aydınlığa rtmaq, olduqca həm duyğusal, həm də çətindir. 
Ədalət Əroğlunun lirikası həyati lirika kimi, insan qəlbinə asanlıqla yol tapa bilən lirikadır... 
...
Dərdli adamlardır, "qərib adamlar", 
Dərdləri sığmayır, Yer-Göy arası! 
Vətəndən ayrılıb, qalıb uzaqda, 
Qəlbində çırpınır, ürək yarası!
*** 
Dərdli adamlardır, "qərib adamlar"
Yaşayır dünyasın, öz kədəriylə, 
Şənliyə qoşulur, - üzü də gülmür, 
Göz yaşın silməyir, öz əlləriylə ! 
/Qərib adamlar/ ...

Ədalət Əroğlunun lirikası Vətən torpağına bağlılıqla seçilən lirikadır. Şairin lirikasının həyəcan saçan sətirlərində Vətənin əsirlik müddətində çəkdiyi əzablar, insanın könül dünyasının qan qaddaşına hopur. 
Söz adamı kimi Ədalət Əroğlunun dörd şeirlər kitabının bütün səhifələrində Qarabağ torpağının ətri var. 
Şairin: 
1."İçimizdə Yurd adlı yaramız var"; 
2."Sözün Yurd ağrısı"; 
3."Turan harayı"; 
4."Oyanan Ruhlar..."; 
5."Ədalətin sözü var": 
6."İçimizdə Yurd adlı yaramız var"/Təkrar və yenidən korreksiya olunmuş nəşr/ kitablarından əlavə "Ədalətin işığında" adlı Almanaxın layihə rəhbəridir. 
Hər bir Vətən şeirlərində nisgilli Yurd sevgisinin ehtişamı oxucunu duyğulandırır. 
Ədalət Əroğlunun poeziyası pafoslu həyat poeziyasıdır... 
... 
Həyatımı, mən şeirə çevirsəm, 
Dünyanın gözünə, "qaranlıq" çökər! 
İçimdə yığılan, qəm-kədərimə, 
Buludlar ağlayıb, - "Göz yaşı" tökər!
*** 
Dərdlərim üst-üstə, qalaq-qalaqdır, 
Hikmət var sözümdə, - o bir dayaqdır! 
Dünyamız dəyişib, baş, əl-ayaqdır, 
Biçarə Ədalət, "göz yaşı" tökər! 
/Tökər/ ...

Ruhun insana verdiyi həyati motivasiya daima insanı həyatın mərkəzinə çəkir. 
Ruhun insana verdiyi həyati duyğular insanı xəyallar dünyasına aparır. 
Ruhun insana verdiyi, həyati harmoniya insanı bərkə-boşa salaraq onun həyat yoluna işıq salır. 
Vətən sevgisi ilə, şerilərində Ruhunun səsini bəyan edir Ədalət Əroğlu. 
Yurd həsrətinin bitməsini, həyat insanına təlqin edir Ədalət Əroğlu. 
Şairin lirikasının həyəcan yaradan tərəfi Vətən sevgisi ilə Ruhun səsinin bütövləşməsi ilə ideal şəkildə ortaya çıxır... 
***
Qarabağ Yurdunun dərdiylə gəzdim, 
Qəm-qüssə, kədəri, Sözümlə əzdim, 
Gecələr, yuxuda Yurdu dolaşdım, 
Vətən həsrətini, belə bilməzdim. 
***
Ay Əroğlu, nə yatmısan dur, oyan, 
Eylə, bu "işğal"ı, Dünyaya bəyan, 
Üçrəngli Bayrağı, qaldır göylərə, 
Vətənin yolunda, ürəklə dayan..! 
/Ruhumun səsi / ... 

Zaman sayımı, insanın həyati yaşamının sayımıdır. Ömür çevrimi, zamanın həyat dəyişkənliyi ilə sonlanır. 
Söz sənətinin zaman anlayışı, tarixə öz notunu salır daima.
Ədalət Əroğlunun poeziyası zamanın həyat qaranlıqlarına aydınlıq gətirən poeziyadır.
Şairin poeziyasının qəlbində, insanın həyat obrazının canlı siluetləri Zamanı da özüylə gələcəyə daşıyır. 
Ədalət Əroğlu, çağdaş poeziyamızın gözəl nümunələrini yaratmaqla Əsrin əvvəllərində Azərbaycan gerçəkliyinin sözlə bəyanıdır. 
Şərəfli ömür yolu olan Hüquqşünas şair Azərbaycan Yazıçılar Birliyinin (AYB), Azərbaycan Jurnalistlər Birliyi (AJB) və Avrasiya Sənət Kültür Ədəbiyyat və Bilim Federasyonun  (ASKEF) da üzvüdür. 
Uğurlar arzulayıram Şair qardaşıma...




           



















     Hörmətlə, Filoloq,
 
          Nəsib Abid

  28 sentyabr 2023-cü il. 
            ...Bakı...

















Tarix: 3-01-2024, 16:30 Oxunub: 345


Bölməyə aid digər xəbərlər
16-08-2023, 17:23 YURD HƏSRƏTİ
4-07-2021, 10:00 Şair Aqşin Dadaşoğlu
29-05-2021, 20:00 Allah rəhmət eyləsin
7-03-2021, 22:45 Təbrik edirəm!