11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Şair Aqşin Dadaşoğlu

Dəniz gözlüm, bilirsənmi, yağışlar,
Ləpələri döyər, keçər xəbərsiz.
Gülüşünün ən sevimli yerindən
Qağayılar ötər, keçər xəbərsiz
Bədii təsvir və ifadə vasitələrindən məharətlə istifadə edən, şeirlərində oxucuya aşıladığı fikri qüvvətli formada çatdıran, əsərlərində fəlsəfi, didaktik məqamların duyulduğu, müasir Azərbaycan ədəbiyyatının istedadlı nümayəndələrindən biri də Aqşin Dadaşoğludur. O 1969-cu il 1 iyul tarixində Xaçmazda dünyaya gəlmişdir. Yaradıcılığa gənc yaşlarından başlayan şair bir çox mövzuda əsərlərini qələmə almış dövrü mətbuatda çap olunmuş və ədəbi mühitdə tanınmışdır.
Aqşin Dadaşoğlu şeiriyyatında məhəbbət mövzusu özünəməxsus yer tutur. Şair 80-cilər nəslinə aid olsa da, əsərlərində modernizm ruhu sezilir. Sevgi mövzulu əsərlərində nakam məhəbbətin, kədərin duyulduğu kimi, həm də qovuşmaq arzusunun mövcud olduğu da qeyd olunur. Məsələn, görkəmli yazarın “Mənə yoxsan demə” şeirində biz kədər görə biliriksə, ümid də görə bilirik. Əsərin müəyyən misralarına nəzər yetirək:
Bir az ayağımı şeh isladıbdı,
Ucuz köynəyimi cırıbdı kollar.
Meşədə, dənizdə, bulaq başında,
Dağın zirvəsində görünərəm mən.
Uçuram, çapıram, üzürəm belə,
Xəyaldan yıxılsam sürünərəm mən.
Mənə yoxsan demə,
Mən hələ varam,
Hələ xırdalanıb qurtarmamışam.
Bu gözəl şeir nümunəsində sevgiyə müxtəlif prizmalardan yanaşılmışdır. Bu da xarizmatik şairin nə qədər istedadlı olduğunu və oxucunun da böyük məhəbbətlə mütaliə etdiyinin göstəricisidir.
Digər mövzulara nəzər yetirsək, heç şübhəsiz ki, vətən-şəhid mövzusu ən ön sıralarda durar. 1991-1993-cü illər Azərbaycan torpaqlarının işğal altına düşməsi gənc şairi dərin kədərə bürümüşdü. Onun 90-cı illərdə yazdığı vətən şeirlərində ictimai iztirab duyulurdu, lakin müzəffər Azərbaycan ordusunun layiqli qələbəsi ilə əldə olunan zəfər şairin yaradıcılığında nikbin ruhları artırdı, amma torpaqların uğrunda şəhid olan şəxslər yenə də Aqşin Dadaşoğlu yaradıcılığında dərin fəlsəfi hüznlə yad edildi. Bu şeirlərə nəzər salaq:
Nə var boş qalan qucaqda?
Xatirəsi hər bucaqda,
Vətən adlı bir ocaqda,
Yanmaqdı, qovrulmaqdı bu.
*
Şəhidlər namusdur, qeyrətdir, dindir,
Şəhidlər Allahın ər balasıdır.
Harda şəhid varsa, ora vətəndir,
Yurdum Kərbəlalar Kərbəlasıdır.
Bu nümunələrdə istər xalq şeiri üslubu, istərsə də müasir ruh duyulur, həmçinin mükəmməl təşbeh və hər kəsin ürəyinə toxunan misraları görürük.
Aqşin Dadaşoğlu yaradıcılığınının mühüm bir hissəsini də tənqidi şeirlər tutur. Onun bu şeirləri ictimai fikir səviyyəsində özünəməxsus yer saxlayır. Şairin bu tip əsərlərində həm dini mövhumatın geriliyi, həm də insanları narahat edən məsələlər müzakirə edilmişdir.
Nəzir qutusuna girir qəpiklər,
Nəzir qutusundan villalar çıxır.
*
Kimin ilməsi var bəs bu düyündə?
Yenə xəlifəlik Əlinin deyil?
Başı kəsilən də, başı kəsən də
“Ya Allah”, “Ya Allah”, “Ya Allah” deyir.
2019-cu ilin sonlarında yaranan, 2020-ci ildən isə kütləvi hal alan koronavirus amilinə də şairin əsərlərində rast gəlinir. Söz incisi Aqşin Dadaşoğlu bu barədə yazır:
Başı batsın koronanın, vaksinin,
İldə bir yol toyxanada süzərdik.
Bu misralardan da göründüyü kimi bir neçə ölkədə heç bir əks təsir göstərməsə belə dünyanı cənginə almış koronavirus haqqında şairin əsərlərində bu haqda yer verilmişdir və tamamilə bütün xalqın arzusunda olduğu əvvəlki adət-ənənələrə qayıtmaq arzu edilir.
Bildiyimiz kimi Azərbaycanın gözəl guşələrindən biri də Xaçmaz şəhəridir. Şairin böyüyüb başa çatdığı bu əziz torpaqlar, kənd və əsrarəngiz mənzərələr güclü qələm sahibinin şeirlərində özünü yüksək səviyyədə göstərir. Belə ki, müəllif uşaqlıq çağları və kənd həyatı ilə bağlı olaraq deyir:
Çubuq atı külək kimi çapardım,
Gah xəzriyəm, gilavaram deyərdim.
Babam məni haraylardı uzaqdan,
“Gələvaram”, “Gələvaram” deyərdim.
*
Fındıq ağacına sığal da çəkdim,
Öpdüm yanağından çiyələklərin.
Şehli torpağımda bir çiçək əkdim,
Bu gün qonağıyam kəpənəklərin.
Görkəmli şair dərd haqqında yazdığı şeirlərlə, həm də ədəbiyyatımızda dərdə yeni bir obraz verdi.
Keç içəri təzə dərdim,
Qapıda gözləmə belə.
Gəl qonaq ol, gündə yüz yol,
Kandarımda məni yorma.
Hər hansı dərd olursan ol,
Təkcə vətən dərdi olma.
Son iki misra isə şeirin möhtəşəmliyini, şairin də dahiliyini üzə çıxaran ən mükəmməl səbəblərdən biridir.
Məqalənin müəllifi – Yazar Elşən Təhməzov

Bölməyə aid digər xəbərlər
ŞAİRİN YENİ ŞEİRLƏRİ BARƏDƏ....

Tarix: 4-07-2021, 10:00 Oxunub: 289
Bölməyə aid digər xəbərlər
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
15-06-2021, 17:59
ŞEİRLƏR
29-05-2021, 20:00
Allah rəhmət eyləsin
13-05-2021, 12:18
LAÇINSIZ DÜNYANI NEYNİRƏM AXI?!
8-03-2021, 17:31
Sumqayıt polisinin yeni rəisini yaxından tanıyaq...
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 10:56
DİM abituriyentlərə müraciət etdi
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
8-07-2020, 10:22
Azərbaycanlı professor əlilliyi olan ifaçılar üçün nəzərdə tutulan layihə haqqında - FOTO