11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
ŞAİRİN YENİ ŞEİRLƏRİ

QARABAĞDAN İLHAM ALAQ
Bölməyə aid digər xəbərlər

QAFAROV ƏDALƏT İZZƏTOĞLU (ƏROĞLU)
Hüquqşünas, Şair
Azərbaycan Yazıçılar Birliyinin (AYB)
Azərbaycan Jurnalistlər Birliyinin üzvü (AJB),
"Qızıl Qələm" Media Mükafatı Laureatı,
"Ulu Öndər" Media Mükafatı laureatı,
"YURD" Jurnalının Redaktoru.
MİLLƏTİM
Doğma yurdda, öz elimdə nər idim,
Ayrı düşdüm, qəm-kədərdən əridim.
Yağı düşmən, elə bilmə kiridim,
Yaxşı anla, uduzmayıb millətim.
Tez bir zaman azad olsun ellərim,
Yağsın yağış, coşsun yurdda sellərim,
Qarabağda əssin tufan, yellərim,
Yaxşı anla, uduzmayıb millətim.
Allaha şükr edib, hər gün deyirəm,
Mən vətən oğluyam, qorxaq deyiləm,
De, düşmən önündə niyə əyiləm?
Yaxşı anla, uduzmayıb millətim.
Vətən igidlərim səf-səf düzülsün,
Qələbədən göz yaşlarım süzülsün,
Kim ki, sevmir millətimi, üzülsün,
Yaxşı anla, uduzmayıb millətim.
Öyünmə, dövranın çoxdan keçibdir,
Milli Ordum Qələbəni seçibdir,
Zəfər bizim, artıq tufan keçibdir,
Yaxşı anla, uduzmayıb millətim.
Xain millət torpağa göz dikibdir,
Neçə İgidlərim Şəhid gedibdir,
Ədalət yüz dəfə, bəyan edibdir,
Yaxşı anla, uduzmayıb millətim.
Millətim ayıqdır, ey qanmaz, nadan,
Küləklər əssə də şimal-cənubdan,
Lakin bizimlədir Ulu Yaradan,
Yaxşı anla, uduzmayıb millətim.
ARXADA DANIŞIB, GÜLMƏYƏ
NƏ VAR?
Boş-boşuna danışırsan niyə, sən?
Başda papaq əsas deyil, biləsən.
Sözün varsa, sözü üzə deyəsən,
Arxada danışıb, gülməyə nə var?
Şeytan olub, insanlara qarışdın,
Qeybət edib, orda-burda danışdın.
Bilirsənmi, günahlarla barışdın...
Arxada danışıb, gülməyə nə var?
Gözündə bir tiri görməyən fələk,
Bu gözəl həyatda edirsən kələk.
Etmə, əməlinlə özünü həlak.
Arxada danışıb, gülməyə nə var?
Mələklər sağında, solunda yazır,
Tanrıya yönələn bir yolumuz var.
İzzətoğlu sözün düzünü yazır,
Arxada danışıb, gülməyə nə var?
QARABAĞDAN İLHAM ALAQ
Qarabağdan gələn sular,
Bizə həsrət gətirmişdir.
Səmada da, uçan quşlar,
Bizə həsəd gətirmişdir.
Xəbər verir o ellərdən,
Bizsiz qalmış o çöllərdən,
Dağıdılmış mənzillərdən,
Bizə “qismət” gətirmişdir.
Yurdlarımız darmadağın,
Yaddan çıxmaz Qarabağım,
Yurdda sönüb, o çırağım,
İtmiş ismət gətirmişdir.
Bulud olub göyə qalxaq,
Şimşək olub göydə çaxaq,
Göz götürüb yurda baxaq,
Acı, xislət gətirmişdir.
Düşmənləri yurddan qovaq,
Düşmənin burnunu ovaq,
Qarabağdan ilham alaq,
Geniş vüsət gətirmişdir.
UNUDA BİLMİRƏM
Nə qədər yazsam da, əlim yorulmaz,
Şəninə söz desəm, dilim yorulmaz,
O yerlər cənnətdi, elim yorulmaz,
Unuda bilmirəm mən səni, ellər.
Xəzərin suları coşur, durulmur,
Fikirlər başımda daşır, qurulmur,
Yatmıram gecələr, gözüm yumulmur,
Unuda bilmirəm mən səni, ellər.
Bülbül həsrət ilə, oxuyur bəmdən,
Düşündüm, oxuyur görəsən nədən?
Bəlkə ayrı düşüb, o da Vətəndən,
Unuda bilmirəm mən səni, ellər.
Qəm oxudun ürəyimə toxundun.
Vətən adlı həsrətimə toxundun.
Aylar keçdi, illərimə toxundun,
Unuda bilmirəm mən səni, ellər.
Ədalət, bu zülmə dözüb, yorulma.
Getdiyin bu yoldan bezib, burulma,
Baş əymə düşmənə, naümüd olma,
Unuda bilmirəm mən səni, ellər.
VƏTƏNIMDƏ CƏBRAYILTƏK RAYON VAR
Sevgi dedin, sevgimizdə kimsə var.
Ürək dedin, ürəyimdə nəysə var,
Sevgi dolu, ürək dolu rayon var,
Vətənimdə Cəbrayıltək rayon var.
***
Sözlərində, əməlində düz olar,
Artıq, əskik danışmazlar, söz olar.
Yurdsuluqdan ürəklər də, köz olar,
Vətənimdə Cəbrayıltək rayon var
***
Abır-həya, namus-qeyrət ar olar,
İnsanlara mərhəmətdə yar olar.
Yazan əllər, deyilən söz, var olar,
Vətənimdə Cəbrayıltək rayon var
***
Düşmənlər yurdumuzu yandırdı,
Tar-mar etdi,vəhşi olduğun andırdı.
Əroğlu da düşmənini qandırdı,
Vətənimdə Cəbrayıltək rayon var.
DÜNYA
Hər dəfə şəninə söz yazıram mən,
Görüm nəyi isə düz yazıram mən?
Hərdən, yazdığımı tez pozuram mən,
Baş-başa qalmışam səninlə dünya.
Xəyalım dolaşıb gəzir hər yanı,
Seçmədim özümə şöhrəti, şanı,
Başıma tac bildim Azərbaycanı,
Baş-başa qalmışam səninlə dünya.
Dağların üstünə dağlar ələdin,
Bağça-bağlarıma sən qar ələdin,
Şimşək olub çaxdın, odlar ələdin,
Baş-başa qalmışam səninlə dünya.
Daş olub qalmışam qürbət ellərdə,
Vədəsiz ağardı, başda tellər də,
Ötüb keçdi cavanlığım yellərdə,
Baş-başa qalmışam səninlə dünya.
Çalınmır nə vaxtdır Pərinin sazı,
Bölünüb vətənim, qalıbdır azı,
Qan ağlayır, Xan Çinarım, Arazım,
Baş-başa qalmışam səninlə dünya.
VAR
Bu dərdli günümdə, qəmli günümdə,
Gözümün yaşını silənlərim var,
Dərdimi bölüşüb fani dünyada,
Qələmin ucuyla bölənlərim var.
Almışam sinəmə sədəfli sazı,
Ömrümün ötüşüb gedibdi yazı,
Dediyi bir dürdür, yazıram yazı,
Qələmin ucuyla bölənlərim var.
Dərdimi demirəm bildirmək üçün,
Gözümün yaşını sildirmək üçün,
Yazmıram vaxtımı öldürmək üçün,
Qələmin ucuyla bölənlərim var.
Deyə də bilmirəm, gözlərim gəzir,
Dağlayır sözlərim, qəlbləri əzir,
Ətrafa boylanıb dostları gəzir,
Qələmin ucuyla bölənlərim var.
Almışam sinəmə sədəfli sazı,
Göylərə qalxıbdır, ruhu, avazı,
Başında papağa vurur qapazı,
Qələmin ucuyla bölənlərim var.
Bölünüb vətənim, gəlibdir gözə,
İzzətoğlu dərdə de, necə dözə?
Güc verdim qələmə, güc verdim sözə,
Qələmin ucuyla bölənlərim var.
KİMƏ NƏ?
Hər gün qutu yığan görürəm,
O, ağbirçək nənəni.
Kirayədə yaşayır, bu qoca yaşında da...
Qoy, yaşayır, yaşasın, kimə nə?
Hərdən yazıram,
gördüyümü ağ vərəqə...
Çörəyi nisyə alan görürəm,
alırsa, alsın, kimə nə?
Zibillikdəki qutulara
möhtac dolanır...
Bax, bu acını duyan qəlb,
görən göz gərək,
ay zalım!!!
Qarşımdakı da dinləyib deyir ki,
şair, yazma, sus,
ağrıyar başın!...
Əroğlu!
Niyə susum ki?
Mən ki, haqq, ədalət çarçısıyam?!
Qoy kimə təsir edir, etsin,
axı, bizə nə?!
Oxucum, sən də oxu,
demə, mənə nə?
Vicdanlı olaq, deməyək ki,
kimə nə?
HƏR ÜZÜNDƏ YAŞAYIRIQ
DÜNYANIN
Nə işim var, bu dünyanın işiylə,
Kölgəsində yaşayırıq dünyanın.
İşim yoxdur, baharıyla, qışıyla,
Hər üzündə yaşayırıq dünyanın.
Şair könlüm gör nələri istəyir,
Ürək dərdli, qamətimi dərd əyir,
Dünya daim xəlbirini ələyir,
Hər üzündə yaşayırıq dünyanın.
Qap-qaradır dünyamızın zor üzü,
Son qalacaq yerimizdi, gör üzü,
Ədaləti tapacaqdır, hər üzü,
Tor üzündə yaşayırıq dünyanın.
Dərdimi yazıram, öz yaddaşımdır.
Qanlı faciələr göz yaddaşımdır.
Həsrətdən yanıram, köz yaddaşımdır,
Sumqayıt-Qarabağ dərd qardaşıdır.
Şəhidlər məzarı qan yaddaşımdır,
Dənizim şəhərlə can sirdaşıdır.
Hamımız Qarabağ vətəndaşıdır,
Xəzər Qarabağın bir göz yaşıdır.
Vətən iztirabı çəkən qardaşım,
Sorma, halın pərən-pərən Vətənin,
Başına şərabı çəkən sirdaşım,
Halına yanarmı görən vətənin?
Vətən keşyini çək, vətəndaşım,
İmansız, dinsizin sözünə uyma.
Qoru torpağını, yurdu, yurddaşı,
O vəhşi iblisin sözünə uyma.
Axı, Vətən bizim, hər bir kəsindir,
Qələbə sədası ürək səsimdir.
Dərdimin çarəsi yurd-Vətənimdir,
Sevinci gülüşü öz nəfəsimdir.
Tarix: 13-12-2023, 13:15 Oxunub: 296
Bölməyə aid digər xəbərlər
17-11-2023, 09:48
“Onun fatihəsini verincə...” - Rövnəq Abdullayev
1-11-2023, 11:30
Ədalət ƏROĞLU-nun şeirləri
16-08-2023, 17:23
YURD HƏSRƏTİ
26-05-2022, 19:30
“Məmurların xahişlərini icra etmirəm, məndən inciyirlər”
4-12-2021, 08:32
QARABAĞ AZƏRBAYCANDIR!
4-07-2021, 10:30
ŞAİRİN YENİ ŞEİRLƏRİ
4-07-2021, 10:00
Şair Aqşin Dadaşoğlu
29-05-2021, 20:00
Allah rəhmət eyləsin
26-05-2021, 19:00
QƏLƏBƏ BİZİM HAQQIMIZ İDİ
13-05-2021, 12:18
LAÇINSIZ DÜNYANI NEYNİRƏM AXI?!
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 09:03
Kobe Brayant ölümündən sonra “Emmi” mükafatına layiq görüldü
15-07-2020, 11:07
Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
















