12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Astara şəhəri


Bugün, 09:29dəfə baxılıb

ÜRƏYİMİZ QARABAĞLA DÖYÜNÜR


Astara şəhəri


Həyatı boyu insan arzularla yaşayır. Şərəfli peşə, sənət sahibi olmaq hər bir insanın ümdə arzusudur. Bu sənət insanlara xeyir verən, nəcib, şərəfli olanda daha gözəl olur. Həkimlər bütün həyatlarını insanların sağlamlığını insanların qorunmasına sərf edirlər. Bundan yaxşı, bundan ülvi nə iş ola bibr! Doğrudur, sənətlər, peşələr, arasında fərq qoymaq, "bu yaxşidir", "bu pisdir" deyə onları bir-birindən ayırmaq düzgün olmaz. Müdriklər demişkən, "xalq üçün, vətən üçün yaşanan ömür əsl insan ömrüdür". Belə insanların ömrü çətin, mənalı və şərəfli olur, başı həmişə el içində uca olur. Onlar öz xoşbəxtliyini, səadətini, varlığını vətənə, xalqa ləyaqətlə xidmətdə görür. Belə insanlar öz xalqının, millətinin mənəvi siması, genefondudur desək səhv etmərik. Tam məsuliyyət və qürurla deyə bilərik ki, belə insanlardan biri də sözün həqiqi mənasında, gözəl insan, Astara rayon xəstəxanasının baş həkimi Oktay Əmənullayevdir.
Oktay həkim deyə bilmərəm nə vaxtdan bu xəstəxanada baş həkim işləyir. Ancaq onu deyə bilərəm ki, Oktay həkim işlədiyi bu müddət ərzində böyük hörmət qazana bilmişdir. Həkimin demək plar ki, qəbul saatı yoxdur, istədiyi vaxt xəstələr onun qapısını döyə bilirlər. Bu günlərdə həkim şəhid ailələri ilə görüş keçcirmişdir. Əslində həkim insanların sağlamlığının keşiyində durur, Oktay həkim isə həm insanların sağlamlığının keşiyində durur, həm də bütün rayon sakinlərinin problemləri ilə yaxından maraqlanır. Onlara müəyyən mənada kömək etməyə çalışır.
Bəli, Vətənimizin bütövlüyü uğrunda şəhid olan gənclərimiz bizə qələbə sevinci yaşadaraq əbədiyyətə köçdülər. Təbii ki, bu qələbədə bizim Astara rayon gənclərinin də əməyi danılmazdır. Onlardan Astara rayonu Maxşan kənd sakini Rauf Xəyyam oğlu Cahangirov, Luvain kənd sakini Babayev Orxan Fədail oğlu, Kijəbə qəsəbəsi Babazadə Xəqani Anar oğlu da bu qələbəinin sevincini yaşadan gənclərimizdən idilər. Xəstəxananın baş həkimi Oktay həkim bu günlərdə şəhid ailələri ilə görüşmüş, onlara maddi və mənəvi dəstək olmağa çalışmışdır. Təbii ki, bu bizim hamımızın mənəvi borcudur deyən həkim, eyni zamanda maddi cəhətdən imkansız olan xəstələrin də müalicəsinə köməklik edər, onların sağlamlığına tez bir zamanda qovuşması üçün əlindən gələni əsirgəmir. Bu işdə Astara rayonundan Millət Vəkili seçilən Rəşad Mahmudov da Astara sakinlərinə yaxından dəstək olur.
Rəşad Mahmudov ikinci dəfədir ki, millət vəkili seçilir. O, əslində ixtisasca həkimdir. Elə buna görə də o, dəfələrlə Astara sakinlərini Bakıya gətirərək müalicə etdirmişdir. Bu yaxınlarda isə Bakıdan bir neçə həkim Astara rayonuna gətirərək Astara şəhərində qəbul keşirmiş, xəstələri qəbul etdirmiş, onlara köməklik etməyə çalışmışdır. Müalicə olunanları orda, daha ciddi xəstə olanları isə öz imkanı daxılındı Bakı şəhərinə gətirərək müalicə və əməliyyat etdirmişdir. Əslində həkimin vəzifəsi xəsətəni qəbul etmək və onun sağlamlığı üçün çalışmaqdır. Rəşad müəllim isə həm xəstələri sağlamlığına qovuşduru, həm də onların bütün xəstəxana xərclərini özü qarşılayır. Elə buna görə də bütün Astaralılar öz millət vəkilləri ilə fəxr edir, seçimlərində yanılmadıqları üçün sevinirlər.
Rəşad müəllim eyni zamanda Astara şəhərində də böyük işlər görmüşdür. O, yol çəkdirmiş, dağ kəndlərini elektrik xətləri ilə təmin etmişdir. Əslində Rəşad müəllimin gördüyü işləri sadalamaqla bitirmək olmaz. Lakin bu, ayrı bir mövzunun söhbətidir.
Bəli, Astara rayon xəstəxanasının baş həkimi Oktay həkim deyir ki,
Yaxşı həkim, yaxşı müəllim və yaxud da digər sahələrdə çalışan insanların yaxşı adını qazanması üçün işinin mütəxəssisi olmaq gərəkdir. Yaxşı həkim olmağın bir neçə qızıl qaydaları var, əvvəla gərək həkim savadlı və məsuliyyətli, düzgün, humanist olsun və ən başlıcası nəfsinə qalib gəlməyi bacaran əsil insani keyfiyyətləri özündə birləşdirən bir şəxs olsun. Həkimin mütəxəssis kimi formalaşması üçün, onun uzun müddət praktik təcrübəyə malik olması vacibdir. Hər bir həkim yaxşı psixoloq olmalıdır. Təcrübədən göründüyü kimi müxtəlif düşüncəli, müxtəlif xarakterli xəstələr müxtəlif problemlərlə, həkimə müraciət edirlər. Xəstələrin içərisində Əqli-ruhi problemlərdən əziyyət çəkənləri də olur. O zaman Həkim xəstənin öz xarakterinə və problemlərinə uyğun onunla davranmağı bacarmalıdır. Necə deyərlər: “Hərə ilə öz dilində danışmağı bacarmalıdır. Bəzən emosional xəstələr olur ki, onlarla da dil tapmalı olursan. Yaxşı həkim vətəninə, xalqına, insanlığa, xidmət etməyi bacarmalıdır.
Bilirsiniz ki, bütün peşələrin özünəməxsus çətinlikləri, məsuliyyət dərəcəsi, ağırlığı olur. Eləcə də həm həkimlik, həm də ki, müəllimlik sənətləri. Öz işinin peşəkarı olanlar üçün heç bir sahə çətin olmaz. Amma bəllidir ki, peşəkarlıq özü də uzun illərin təcrübəsini tələb edir. Yaxşı həkim insanların fiziki cəhətdən sağlamlığına xidmət edir, sağlam fiziki imkanları olan və gözəl əhval-ruhiyyəsi olan, normal psixoloji durumu olan, xoşbəxt bir cəmiyyət formalaşdırır. Yaxşı müəllim isə insanların psixi, tərbiyəsini təmin edir. Cəmiyyətin savadlı, dünya görüşlü və ruhən sağlam olmasına xidmət edir. Nəticə etibarı ilə hər iki sənətdə çalışan insanlar cəmiyyətin sağlam və firəvan formalaşmasına, xalqın rifahına xidmət edir.
Səhiyyədə çalışan insan kimi deyə bilərəm ki, Səhiyyəmizin ən möhtəşəm vaxtıdır. İndi Azərbaycan səhiyyəsi yüksək səviyyədə inkişaf edib. Ölkəmizdə ən son tibbi avadanlıqların və peşəkar həkim kontingentinin səyləri nəticəsində dünyanın ən ağır və riskli sayılan açıq əməliyyatlar da artıq ölkəmizdə aparılır. Əvvəllər əhali müayinə və müalicə üçün xaricə üz tuturdusa artıq insanlar öz ölkəsinə müayinə və müalicə olunurlar. Eləcə də bölgələrdə, hətta ən ucqar kəndlərdə belə ən müasir avadanlıqlarla təmin edilmiş həkim məntəqələri xidmət göstərir. Bir sözlə dövlətimiz xalın sağlamlığına olan xidmətləri dəfələrlə artırıb. Səhiyyəmizə Dövlət tərəfindən külli miqdarda vəsait xərclənir. Nəticə etibarı ilə isə İnkişaf etmiş Avropa ölkələri ilə müqayisə olunacaq qədər inkişafımız var. Bəli, bu gün xəstəxanamızda bacarıqlı, savadlı həkimlərimiz də işlərinə məsuliyyətlə yanaşırlar. Onlardan Şöbə müdiri Gülnar həkim, nevropataloq Jalə həkim, terapevt Nüşabə həkim, Cahangir həkim xəstələrini mehriban, səmimi şəkildə qəbul edər, onlara hər cür xidmət göstərməyə çalışarlar. Mən çox şadam ki, bu gün mənim rəhbərlik etdiyim xəstəxanada belə bacarıqlı, savadlı həkimlərlə bir yerdə çalışıram.
Bəli, bu dünyada dəyərli, qibtə ediləsi hər nə varsa, onu Allah yaradıb. Ancaq deyirlər ki, Allahdan sonra bu heyrətlə dolu dünyada həkimlər də möcüzələr yaradırlar. Allah heç bir bəndəsinin onun əleyhinə işləməsini qəbul etməz. Lakin Allaha ağır getməsin, həyatda yeganə olaraq həkimlər onun "əleyhinə" işləyir fikrində də müəyyən həqiqət var. Tanrı da bəşəriyyətin həyatı naminə nəinki həkimlərin, bu "günahından" keçir, həyada onlara güc-qüvvət də verir. Allahdan sonra insanlara ömür bəxş edən varlıqlar olan həkimlər insanların sevinc və sağlamlığından həzz alırlar.
Son dərəcə çətin və müəllimdən sonra… bəlkə də ikinci vacib peşədir həkimlik. Əlbəttə, peşənin vacibi və ya qeyri vacibi olmur… AMMA müəllimlik bir başqa. Həkim hər zaman öz həyatını, vaxtını, əyləncəsini, ailəsini… digərlərin həyatlarının daha sağlam olması uğrunda fəda edir. Bu çox təbiidir, çünki həkimin borcu xəstəyə şəfa tapmaqdır. Əlbəttə, bu prosesdə həkimlər təmanna umurlar, ummalıdırlar. Lakin, həkimlikdə özündə mütləq sosial məsuliyyətləri birləşdirməlidir. Hakim. Son dərəcə vacib, amma vacib olduğu qədərdə çətin peşədir. Oktay həkimə də bu çətin və şərəfli işində uğurlar arzulayıram.

Mahmudəli Minayev



Astara şəhəriAstara şəhəriAstara şəhəriAstara şəhəri



Tarix: 19-07-2021, 09:30 Oxunub: 297


Bölməyə aid digər xəbərlər
29-05-2021, 20:00 Allah rəhmət eyləsin
7-03-2021, 22:45 Təbrik edirəm!