11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Yalan ayaq tutar yeriməz
Heç kimə sirr deyil ki, media mühiti daim dəyişən, yeni yanaşmalar tələb edən, dövrün çağırışlarına ən operativ şəkildə cavab verməli olan, dinamik xarakterli mühitdir. Cəmiyyətin informasiya təminatçısı olan media öz auditoriyasını düzgün, qərəzsiz, obyektiv, yoxlanılmış və əsaslandırılmış faktlarla təmin etdiyi və bunu edərkən öz peşəsinin etik davranış qaydalarını və prinsiplərini pozmadığı halda peşəkardır, etibarlıdır.
Kimdir jurnalist?
Öz peşəsində uğur qazana bilməyib şansını bu sahədə sınayanlarmı, yoxsa dövlət qurumlarını hədələyib rüşvət alanlarmı? Jurnalistika fakültəsini bitirənlərmi? Hə, kimdir jurnalist? Azərbaycan reallığında bu sualların cavabı o qədər mücərrəd görünür ki…
Müstəqillik qazanandan sonra ölkədə ən asan pul qazanmaq yollarına döndü bu sahə. Nə danım, tərcümeyi halını tam yaza bilməyənlər özlərini “jurnalist” adlandırmağa başladılar. Əlində qələm tuta bilməyənlər, ağzında necə deyərlər, iki kəliməni bir araya gətirə bilməyənlər yollara tökülərək özlərini jurnalist adlandırdılar. Bəlkə elə buna görə də bu sahə demək olar ki, tamamilə bu gün gözdən düşüb. Yeri gəlmişkən: Sumqayıtda yaşayan və hazırda vəfat edən bir bir şəxs vardı. Adına Məstəli deyirdilər. Həmin şəxsin dediyi bir cümlə bu gün də bütün sumqayıtlıların dilinin əzbəridir. Qəzetdə bircə ayın tarixi düzdür, yazılanların isə hamısı yalan. İndi deyəcəksiniz ki, özün qəzet işçisi ola-ola bu sözü necə qələmə alırsan? Çox haqlısınız, lakin məni bu sözləri yazmağa vadar edən siz həmkarlarım oldunuz. Əslində sizə “həmkar” deməyə də utanıram. Çünki əsl jurnalist doğruyu qoyub əyriyi yazmaz.
Son vaxtlar Sumqayıt Səhiyyəsindən və onun rəhbəri Səkinə xanımdan yazanların sayı nə qədər desən çoxalıb. Yazılanlara göz gəzdirməmişdən əvvəl imzaya baxıram. Baxıram ki, bu yazını yazan kimdir axı belə atıb-tutur? İmza tanış gəlmir, rəsmi iş yeri olmadığı üçün təbii ki, müəllifi də tanımıram. Düşünürəm ki, 300 manat verib sayt açdıranlar və ümumiyyətlə bu sahədən xəbəri olmayanlardırlar bu yazını yazanlar. Bu sahədən əgər xəbərləri olsaydı, tanımadıqları bir xanım haqqında yalan-yanlış şeylər yazmazdılar. Indi deyəcəksiniz ki, bəs sən niyə tanımadığın bir dövlət rəhbərini müdafiə edirsən? Bəli, doğurdan da mən Səkinə xanımı tanımıram, onunla heç vaxt ünsiyyətdə olmamışam. Sadəcə olaraq bu şəhərdə yaşayıram və olub keçənlərdən də yaxşı xəbərdaram. Səkinə xanım işini bilən, işinə məsuliyyətlə yanaşan bir xanımdır. Onun nə dərəcədə məsuliyyətli və tələbkar olduğunu mən yaxşı bilirəm. Səkinə xanım vəsifəsindən sui istifadə edənlərdən əsla deyil. Onun nə var-dövləti var, nə də milyonları. O, sadəcə olaraq sumqayıtlılara, ümumiyyətlə səhiyyə işçilərinə hörmətlə yanaşan, hər kəsin dərdinə, qəminə səmimiyyətlə yanaşan bir dövlət rəhbəridir. Onun haqqında yazılanların heç biri həqiqətə uyğun deyildir. Səkinə xanımın əmlakını sadalayanlar heç olmasa yüz dəfə ölçüb biçməli, sonradan yazmalı idilər. Mehriban münasibəti, halal əmək haqqı ilə yaşayıb xalqın hörmətini qazanan bir səhiyyə işçisi barədə bu şəkildə yazan jurnalistlərə mən jurnalist demirəm, onlar çox güman ki, bu yazını sifarişlə yazıblar. Yazan əlləriniz qırılsın, qələminizin kəsəri olmasın, necə ki, hazırdada yoxdur. Bir insanı ləkələmək, bir insanı, ən əsası bir xanımı, bir ananı ləkələmək, gözdən salmaq bu qədərmi asandır? Utanın, abrınız, həyanız olsun, yazanda bir olan Allahdan qorxun. Çünki bu dünyada heç bir şey cəzasız qalmır. Bu gün də olmasa, sabah yazdıqlarınızın cəzasını Allah özü sizə verəcəkdir. Mən buna inanıram.
Bölməyə aid digər xəbərlər
GƏLİN KİŞİLİKDƏN DANIŞAQ… VƏ YA...
Heç kimə sirr deyil ki, media mühiti daim dəyişən, yeni yanaşmalar tələb edən, dövrün çağırışlarına ən operativ şəkildə cavab verməli olan, dinamik xarakterli mühitdir. Cəmiyyətin informasiya təminatçısı olan media öz auditoriyasını düzgün, qərəzsiz, obyektiv, yoxlanılmış və əsaslandırılmış faktlarla təmin etdiyi və bunu edərkən öz peşəsinin etik davranış qaydalarını və prinsiplərini pozmadığı halda peşəkardır, etibarlıdır.Kimdir jurnalist?
Öz peşəsində uğur qazana bilməyib şansını bu sahədə sınayanlarmı, yoxsa dövlət qurumlarını hədələyib rüşvət alanlarmı? Jurnalistika fakültəsini bitirənlərmi? Hə, kimdir jurnalist? Azərbaycan reallığında bu sualların cavabı o qədər mücərrəd görünür ki…
Müstəqillik qazanandan sonra ölkədə ən asan pul qazanmaq yollarına döndü bu sahə. Nə danım, tərcümeyi halını tam yaza bilməyənlər özlərini “jurnalist” adlandırmağa başladılar. Əlində qələm tuta bilməyənlər, ağzında necə deyərlər, iki kəliməni bir araya gətirə bilməyənlər yollara tökülərək özlərini jurnalist adlandırdılar. Bəlkə elə buna görə də bu sahə demək olar ki, tamamilə bu gün gözdən düşüb. Yeri gəlmişkən: Sumqayıtda yaşayan və hazırda vəfat edən bir bir şəxs vardı. Adına Məstəli deyirdilər. Həmin şəxsin dediyi bir cümlə bu gün də bütün sumqayıtlıların dilinin əzbəridir. Qəzetdə bircə ayın tarixi düzdür, yazılanların isə hamısı yalan. İndi deyəcəksiniz ki, özün qəzet işçisi ola-ola bu sözü necə qələmə alırsan? Çox haqlısınız, lakin məni bu sözləri yazmağa vadar edən siz həmkarlarım oldunuz. Əslində sizə “həmkar” deməyə də utanıram. Çünki əsl jurnalist doğruyu qoyub əyriyi yazmaz.
Son vaxtlar Sumqayıt Səhiyyəsindən və onun rəhbəri Səkinə xanımdan yazanların sayı nə qədər desən çoxalıb. Yazılanlara göz gəzdirməmişdən əvvəl imzaya baxıram. Baxıram ki, bu yazını yazan kimdir axı belə atıb-tutur? İmza tanış gəlmir, rəsmi iş yeri olmadığı üçün təbii ki, müəllifi də tanımıram. Düşünürəm ki, 300 manat verib sayt açdıranlar və ümumiyyətlə bu sahədən xəbəri olmayanlardırlar bu yazını yazanlar. Bu sahədən əgər xəbərləri olsaydı, tanımadıqları bir xanım haqqında yalan-yanlış şeylər yazmazdılar. Indi deyəcəksiniz ki, bəs sən niyə tanımadığın bir dövlət rəhbərini müdafiə edirsən? Bəli, doğurdan da mən Səkinə xanımı tanımıram, onunla heç vaxt ünsiyyətdə olmamışam. Sadəcə olaraq bu şəhərdə yaşayıram və olub keçənlərdən də yaxşı xəbərdaram. Səkinə xanım işini bilən, işinə məsuliyyətlə yanaşan bir xanımdır. Onun nə dərəcədə məsuliyyətli və tələbkar olduğunu mən yaxşı bilirəm. Səkinə xanım vəsifəsindən sui istifadə edənlərdən əsla deyil. Onun nə var-dövləti var, nə də milyonları. O, sadəcə olaraq sumqayıtlılara, ümumiyyətlə səhiyyə işçilərinə hörmətlə yanaşan, hər kəsin dərdinə, qəminə səmimiyyətlə yanaşan bir dövlət rəhbəridir. Onun haqqında yazılanların heç biri həqiqətə uyğun deyildir. Səkinə xanımın əmlakını sadalayanlar heç olmasa yüz dəfə ölçüb biçməli, sonradan yazmalı idilər. Mehriban münasibəti, halal əmək haqqı ilə yaşayıb xalqın hörmətini qazanan bir səhiyyə işçisi barədə bu şəkildə yazan jurnalistlərə mən jurnalist demirəm, onlar çox güman ki, bu yazını sifarişlə yazıblar. Yazan əlləriniz qırılsın, qələminizin kəsəri olmasın, necə ki, hazırdada yoxdur. Bir insanı ləkələmək, bir insanı, ən əsası bir xanımı, bir ananı ləkələmək, gözdən salmaq bu qədərmi asandır? Utanın, abrınız, həyanız olsun, yazanda bir olan Allahdan qorxun. Çünki bu dünyada heç bir şey cəzasız qalmır. Bu gün də olmasa, sabah yazdıqlarınızın cəzasını Allah özü sizə verəcəkdir. Mən buna inanıram.
Dediyim kimi, mən Səkinə xanımı tanımıram, heç vaxt da onunla üz-üzə gəlməmişəm. Uzun illər mətbuat sahəsində çalışmağıma baxmayaraq mən bu səhiyyə ocağına heç vaxt yolumu salmamışam. Nə indi, nə də beş il bundan əvvəl, on il bundan əvvəl buraya yolum düşməyib. Onu da deyim ki, bu şəhərdə nələrin baş verdiyini, kimlərin necə işlədiyini mən yaxşı bilirəm. Kimin vəzifəsindən sui istifadə etdiyini, kimin canla, başla xalqına xuidmət etdiyindən də xəbərdaram.
Müəllif yazır ki, səhiyyə şöbəsinin şefi Sumqayıtı yeyib-dağıdır. Nə bilim, villaları, evləri, maşınları, daha nələri, nələri var. Mənə çox maraqlıdır, bu sadaladıqlarınızın hamısından adi vətəndaşın, müəllimin, həkimin də var, eyni zamanda işləyən, halal zəhmətiylə pul qazanan insanların bu gün evi də var, maşını da. Bəs onda niyə onların dırnaqarası var-dövləti barədə danışılmır, səhiyyə şöbəsinin müdirinin var deyə müzakirə səbəbi olur? Bir də əgər sən həqiqəti yazan şəxssənsə, onda bir dön ətrafına bax, gör yazılması nə qədər mövzular var, get onlardan yaz. Daha... nə demək istədiyimi yaxşı başa düşdün.
Bəli, nə danım, mən Səkinə xanım haqqında çox gözəl sözlər eşitmişəm, onun haqqında o qədər xoş sözlər deyiblər ki, mənə, sözün əsl mənasında bu qədər hörmət qazanan bir səhiyyə işçisini tanımaq keçib könlümdən. Ancaq nədənsə qismət olmayıb. Və onun haqqında eşitdiyim xoş sözlər məni bu yazını yazmağa vadar etdi. Çünki yazdığınız sözlər həqiqətə uyğun deyildir. Mən elə bilirəm ki, bir insana “sən yalan danışırsan” demək ən böyük təhqirdir. Bu çəkilişi edənlərlərin gözlərinin içinə bütün sumqayıtlılar “siz yalan danışırsız” deməklə sizi sözün əsl mənasında təhqir etdilər. İndi qalxın bunun altından, əgər qalxa bilsəniz.
Danılmaz faktdır ki, son vaxtlar dövlət müəssisələrində çalışan rəhbərlərin hər biri jurnalistlə ünsiyyətdə olmaqdan yayınırlar. Əslində mən onları həmişə qınayardım. İndi isə düşünürəm ki, onlar doğurdan da haqlıymışlar. Çünki yalan-yanlış yazanlardan uzaq olmaq daha yaxşıymış.
Harda oxuduğumu xatırlamasam da, hələ bu peşəyə gəlməmişdən əvvəl bir müdrik kəlamına rast gəlmişdim. Eynilə belə idi. “Jurnalist boşluqları məharətlə sözlə doldura biləndir”. Ancaq nəzərə alsaq ki, araşdırmalar, müsahibələr, qaynaq tapmaq bir jurnalistin bəzən həftələrlə zamanını ala bilir, bu o deməkdir ki, o, təkcə boşluqlardan məharətlə istifadə edən deyil, həm də tükənməz enerji sahibi, zəngin söz ehtiyatına malik, eyni zamanda peşəkar psixoloq olmalıdır. Yoxsa yalan yanlış sözlərlə və ya kiməsə xoş gəlmək xətrinə söz demək kişilikdən deyildir.

Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də bu peşə sahiblərinin gərgin əməyini görərək deyirdi: “Jurnalist əməyi qeyri-adi əməkdir”. Azərbaycan Respublikasının ana qanununa əsasən “dördüncü hakimiyyət” hesab edilir. Lakin bu dördüncü hakimiyyətdən istifadə edənlər də nə qədər desən çoxdur.
Jurnalistika sahəsi fədakarlıq, sevgi istəyir. Əslində jurnalistikanı tək bir cümlə ilə ifadə etsəm deyərdim ki, bu peşədə imzanın qalmasını istəyirsənsə, işini ya sevməlisən, ya da ki, çox, çox sevməlisən. Ona qəlbən, bütün varlığınla sevgini verə bilmirsənsə, istedadın, bacarığın da sənə bir yerə qədər kömək edə bilər.
Əziz qələm sahibləri, nə oxucu, nə tamaşaçı, nə də dinləyici başqasının zehninin, gərgin əməyinin bəhrəsini sənin, mənim, bizim təqdimatımızda sevməyəcək. Onlar hər məqamda bizi axtaracaq, qələmimizi sorğulayacaq. Bir növü xalqın tərəzi hesab edilən gözündən, həm də ələkdən narın olan sürtgəcindən keçirəcək. Axı jurnalistin hər sözü bir tarixdi. Bu tarixi isə hər yoldan ötən yaza bilməz. Gəlin yazdığımız yalan-yanlış yazılarla mübahisə etməyək, əksinə gəlin kişilikdən danışaq, gəlin yalanlarınızla bu sahəni kirlətməyin. Axı bu sahənin usta yazarları da var. Əziz həmkarlarım, yalanlarla yazdığınız cümlələrin sabah tarixin tozlu səhifələrində qələminizi, adınızı və imzanızı axtarışa verməyə tələsməyin. Adınızı yaxşı mənada tarixə saldırın, YAXŞI...
Tahirə Həbliyeva

Tarix: 16-05-2022, 17:27 Oxunub: 114
Bölməyə aid digər xəbərlər
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
8-03-2021, 17:31
Sumqayıt polisinin yeni rəisini yaxından tanıyaq...
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
26-09-2020, 11:55
Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
22-09-2020, 15:08
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları – Söhbət təkcə “qurban keçisi”ndən getmir
14-09-2020, 09:07
Goranboyda büdrəyən YENİ SİYASƏT... - İslahatlara kim mane olur?
12-09-2020, 10:25
Biləsuvarda yol polisi yeni dərs ilinin başlanması ilə əlaqədar profilaktiki tədbirlər həyata keçirir
20-08-2020, 10:22
Belarus ssenarisi Azərbaycanda niyə mümkün deyil? - TƏHLİL
5-08-2020, 18:17
Eldar Mahmudovun bankındakı saxta qızıl qalmaqalı böyüyür - birilliant və sikkələri bankdan kim çıxarıb?
5-08-2020, 18:01
"Hətta xaricdə yaşayanlar da məsuliyyətə cəlb oluna bilərlər"
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU