12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
HAQQ NAZİLƏR, ANCAQ ÜZÜLMƏZ

Qubadlı şəhər Ə.Mehdiyev adına Uşaq musiqi məktəbiAtaların dediyi kəlam kimi səslənən bu söz bu gün də aktuallığını saxlamaqdadır. Bu kəlamın nə zaman deyildiyini bilməsəm də, bu kəlam bu gün də dilimizin əzbəri, gördüyümüz hər bir haqsızlığın açarıdır. Doğurdan da həqiqətin belə bir xasiyyəti də var ki, aradan illər keçsə belə yenə də aydınlığa çıxır, həqiqət olduğunu bir daha kiminsə gözünə soxa bilir.
Sevda xanım Qobadlı Musuqi məktəbində müəllimə kimi çalışırdı. Əslində onun başına gələn bütün oyunların hamısı insanlara inanmağından, güvənməyindən gəlib. Bu yerdə onu günahlandırmaq mümkün deyil. Çünki insan insana inanar da, daha düşünməz ki, sən inandığın kimi qarşı tərəf də gərək sənin inamını doğrultsun. Beləcə söhbətimizə başlamaq istəyirəm Sevda xanımla:
-Mən 13 ildir ki, Qubadlı Musiqi məktəbində müəllimə kimi çalışırdım. İşimi sevirdim, şagirdlərimi sevirdim. Hər bir şagirdimlə ayrı-ayrılıqda məşğul olur, onların musiqi təhsili almaları üçün əlimdən gələni edirdim. Şagirdlərim mənim balalarımdı, körpə fidanlarımızdı. Kim bilir, bəlkə elə mənim dərs verdiyim şagirdlərin içindən tanınmış bəstəkar, muğam ustası, xanəndə çıxacaqdı. Təbii ki, şagirdlərinin uğuru elə müəllimin də uğurudur. Nə isə... Çox uzatmaq istəmirəm. Anam xəstə idi, kansərdən əziyyət çəkirdi. Bütün günüm anamla keçirdi, onun son günlərini yaşadığını bildiyim üçün onun bütün istəklərini yerinə yetirməyə çalışırdım. Ancaq işimi də axsatmazdım, vaxtı vaxtındə dərsimi deyər, ordan da bir başa anamın yanına gələrdim. Bir gün məktəbdə olarkən şöbə müdirimiz Hürü müəllimə dedi ki, bankaya gedirəm, kimin kartı varsa versin dəyişdirim. Mən də təbii ki, belə bir gündə etiraz etmədən əmək haqqı kartımı ona verdim. O vermək, bu vermək düz on iki il çəkdi. On iki ildən sonra əmək haqqı kartım özümə qayıtdı, nə yazıq ki, həmin kartdan istifadə etmək mənə bir daha nəsib olmadı.
Belə ki, anamın xəstəliyi üçündən əlim yerdən, göydən üzülmüşdü. Əmək haqqı kartım da bir qayda olaraq Hürü müəllimədə qalmışdı. Əmək haqqı verilən zaman mənim əmək haqqımı Hürü müəllimə aləb gətirər və mənə 200 manat pul verərdi. Mən də elə bilərdim ki, əmək haqqım elə bu qədərdi.
Həyat yoldaşımla ayrılmaq məqsədi ilə bir gün məhkəməyə müraciət etdim. Əslində biz çoxdan ayrılmışdıq, lakin rəsmiləşdirməmişdik. Bu prosesdə aliment tələbini də qoymuşdum. Məhkəmə baxışı zamanı hakim mənə dedi ki, sənin əmək haqqın 1600 manatdır, yoldaşının əmək haqqı isə 800 manat, sən bundan nə tələb edirsən? 
Bu sözü eşidəndə quruyub qaldım, mən heç vaxt bu qədər əmək haqqı almamışdım. Məhkmədən çıxan kimi birbaşa Hürü müəllimin yanına gəldim. Əhvalatı ona danışdım. Hürü müəllim mənə dedi ki, sənin əmək haqqını çox yaşmışam ki, sən pensiyaya çıxanda bir az yüksək pensiya alasan. Doğrusu quruyub qalmışdım, bu gündən sabaha etibar olmadığı bir vaxtda Hürü müəllim mənə canyanalıq edərək 15 il sonra çıxacağım pensiyanın dərdini çəkirmiş. Elə bütün hadisələr də bundan sonra başladı. 
Hürü müəllim məni kollektivin içində alçaltmağa, kollektivi və şagirdləri mənin üstümə ayaqlandırmağa başladı. Müəllimlər də qorxularından, işlərini itirməmək üçün Hürü müəllimənin dedilərini təsdiqləyirdilər. Məktəbdəki özbaşınalıq barədə mən internet kanallarında bir neçə dəfə müraciət etdim. Lakin bundan sonra daha da Hürü müəllimə qızışıb məni işdən çıxarmaqla hədələdi. Yuxarı distansiyalara müracət etməli oldum. Lakin onlar da mənim şikayətimə əhəmiyyət vermədilər. Məcbur olub ölkə rəhbərliyinə müraciət etdim. Bundan sonra daha da alovlanan Hürü müəllimə kollektivi mənim üzərimə qaldıraraq mənim işdən qovumağıma şərait yaratdı və məni Əmək Məcəlləsinuin 70 (c) maddəsi ilə işdən kənarlaşdırdılar.
Bundan sonra mən Məhkəməyə müraciət etməyə məcbur oldum. İnşallah qanun heç bir zaman əyilməzdi və mən də öz işimə yenidən bərpa olunacağam.
Məktəbdəki özbaşınalıq, haqsızlıq bu gün də davam edir. Məktəbin direktoru elə bil müqəvvadır, ora qoyublar. Külək hayana əssə, o da oyana əsir. Məndən əvvəl də haqqını tələb etdiyinə görə müəllimin birini şərləyib işdən kənarlaşdırmışdılar. Mənim bu gün də o müəllimə ürəyim ağrıyır. Haqqı deyə-deyə haqsız oldu, mən bunu da bu məktəbdə gördüm, bu məktəbdə yaşadım. Mənim əlimdə səs yazılarım var, onlar müəllimin üzünə necə duracaqlarını etiraf edirlər. 
Əslində mənim bircə kəliməm bu məktəbin opedaqoji kollektivinə od vurdu. Mən dedim ki, əgər imtahandırsa, lap yaxşı, onda direktor da, şöbə müdiri də bizimlə imtahana getsinlər. Bundan sonra şöbə müdiri Hürü müəllim kollektivi mənim üstümə yeritdi. Mənə müxtəlif şər və böhtanlar atdırmağa başladı. Mənim dərdim əslində bəlli idi, mənim əmək haqqımı nəyə görə Hürü müəllimə yeməli idi? Əgər mənim əmək haqqım 1600 manatıydısa, bunu niyə Hürü müəllimə mənimsəməli idi? Deyir ki, mən sənə əmək haqqını yüksək məbləğdə yazdırmışam. Bunun elə özü də cinayət deyilmi? Vallah mən araşdırmaçı deyiləm, hər halda məhkəmə özü araşdıracaq və bunun səbəbkarı da cəzasız qalmayacaq. Mən təbii ki, Kapital Bankdan mənim adıma ayrılan məvscibin, kart hesabımdan çıxarılmasının hesabatını almışam və məhkəməyə də təqdim edəcəm.
Mənim oğlun 44 günlük müharibənin iştirakçısı olub. Bir çox medallara, fəxri fərmanlara layiq görülüb. Mənim bir veteran anası olduğum, tək ailə başçısı olduğum da nəzərə alınmadan mənim işimə xitam verdilər. Haqsızlığı, məktəbdəki özbaşınalığı, müəllimlərin dərsə gəlmədən əmək haqqı aldıqlarını və həmin əmək haqqından kimlərəsə rüşvət verilməsi mənim gözlərimin qarşısında olub. Bunların hamısı məhkəməyə sübut kimi təqdim olunacaqdır. Mən inanıram ki, ədalət Məhkəməsi ədalətli də qərar çıxardacaq və mən işimə bərpa olunacağam. Mənim mənimsənilən əmək haqqım da Hürü adlı qadından alınaraq mənə veriləcəkdir.



Tahirə Həbliyeva

Qubadlı şəhər Əbülfəz Mehdiyev adına Uşaq Musiqi Məktəbinin 55 illik  yubileyi qeyd olundu » Lider.com.az


Tarix: 16-02-2025, 09:53 Oxunub: 312


Bölməyə aid digər xəbərlər
4-12-2021, 08:32 QARABAĞ AZƏRBAYCANDIR!