11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
20 YANVAR ŞƏHİDLƏRİNƏ ŞEİR

ŞƏHİDLİK ZİRVƏSİ

QAFAROV ƏDALƏT İZZƏTOĞLU (ƏROĞLU)
Hüquqşünas, Şair
AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ (AJB),
"Qızıl Qələm" Media Mükafatı Laureatı
Bölməyə aid digər xəbərlər
İyirmi Yanvarda qanlı bir sabah,
Düşmənlər etdilər ölkəmə tamah.
Qarşısın almağa qalxdı Şəhidlər.
Sabaha ümüdlə baxdı Şəhidlər.
Bu vətən, bu torpaq, “mənimdi!” deyib,
Düşmənin yolunu kəsdi Şəhidlər.
Qatil gülləsinə qurban da gedib,
Sabaha ümüdlə baxdı Şəhidlər.
Xalq ayağa qalxdı, o günü seçdi
Zirehli tankların önünə keçdi.
Vətənin yolunda, canından keçdi,
Sabaha ümüdlə baxdı Şəhidlər.
O gecə Şəhidlər boyandı qana,
Vətənin yolunda qıydılar cana,
Baxmadı düşmənin od silahına,
Sabaha ümüdlə baxdı Şəhidlər.
Faşistlər tankları sürdü ölkəmə,
Bakımı çevirdi qanlı görkəmə,
Rəhm etmədi uşaq, böyük heç kimə...
Sabaha ümüdlə baxdı Şəhidlər.
Qorxu bilməyibdi, mənim millətim,
İblisdən gəlsə də ağrım, zillətim,
Qüruru sınmadı, dözdü dövlətim,
Sabaha ümüdlə baxdı Şəhidlər.
Odur ki, sadiqəm, dövlətim sənə,
Şirin canımdan da əzizsən mənə,
Əroğluyam, “var ol!” deyirəm yenə,
Sabaha qürurla baxdı şəhidlər.
ŞƏHİDLİK ZİRVƏSİ
Baş sağlığı verdik sizə, o gecə,
Ayrıldı bədəndən ruhunuz necə?
Qorxmadınız oddan, alovdan necə...
Şəhidlik zirvəniz dönmədi heçə.
Qan ilə yazdınız əbədi yaddaş,
Sizə yandırıldı o məşəl, atəş,
Azadlıq yolunda əyilmədi baş,
Şəhidlik zirvəniz dönmədi heçə.
Bakının dərdi var, Bakı qan ağlar,
Görünən mənzərə ürəyi dağlar,
Qana bülənibdi çiçəkli bağlar,
Şəhidlik zirvəniz dönmədi heçə.
Mənim əziz Bakım, boyandı nə var,
Şəhidlər qanıyla boyandı diyar,
Xəyallar dolaşır diyarba-diyar,
Şəhidlik zirvəniz dönmədi heçə.
Ruhları vətəndə gəzən Şəhidlər,
Qərənfil yağışda üzən Şəhidlər,
Əbədi həyata köçən Şəhidlər,
Şəhidlik zirvəniz dönmədi heçə.
Bu il də qərənfil səpdik üstünə,
Baş əydik məşələ, yanan büstünə,
Əroğlu da yanır ocaq-tüstünə,
Şəhidlik zirvəniz dönmədi heçə.
AZƏRBAYCAN
Mən sənə bağlıyam, vətən torpağı,
Qoynunda al güllər bitən torpağı.
Axır azad etdik itən torpağı,
Vurğunam mən sənə, Azərbaycanım!
***
Namus-qeyrətimdir, üçrəngli bayraq,
Uğrunda vuruşduq Mübariz sayaq,
Vətənə, dövlətə, biz olduq dayaq,
Vurğunam mən sənə, Azərbaycanım!
***
Can verdim sinəmlə, anam vətənə,
Sinəsi od tutub yanan vətənə,
Səcdə eyləyirəm, hər an, vətənə,
Vurğunam mən sənə, Azərbaycanım!
***
Döyüşdük biz ulu, vətəndən ötrü,
Bu azadlıq yolu, -vətəndən ötrü,
Şəhid verdik çoxlu, vətəndən ötrü,
Vurğunam mən sənə, Azərbaycanım!
***
Fələk taleyimə yağdırıbdır qar,
Heç bilmədim necə keçdi son bahar,
Qəlbimdə vətənə sonsuz sevgi var,
Qurbanam, can-Ana! Azərbaycana!
LAL OLDUM
“Romantik şair ol, şeir yaz” -dedin,
Elə bil sən mənə qəbir qaz dedin.
Eşqi-məhəbbətdən sən də yaz dedin,
Dayanıb lal oldum, bir qaya kimi.
De mənə, hardayam, o yurdum harda?
Qalmışam ocaqsız, boranda, qarda.
Bəs sən bilmirsən ki, Vətənim darda?
Dayanıb lal oldum, bir qaya kimi.
Şəhid qatındadır mənim bu yurdum,
Tapdaq altındadır mənim o yurdum,
Dərdimi öz niskilimlə yoğurdum.
Dayanıb lal oldum, bir qaya kimi.
Dağlarda uçuşur qara qarğalar,
Qoynunda gəzişir indi dığalar,
Qəlbimimin yarası haçan sağalar?
Dayanıb lal oldum, bir qaya kimi.
Əsirlikdə qalıb neçə insanlar?
Zülmət gecələr də yatmır o canlar,
Səsinə səs verə bilmədim, dağlar,
Dayanıb lal oldum, bir qaya kimi.
İzzətoğlu, doğma yurdu unutma,
Söz deyən dilini əsla qurutma,
Vətənin yasını sakitcə tutma,
Dayanıb lal oldum, bir qaya kimi.
ÇIXAR...
Özgənin malında gözün qalmasın,
Vaxt gələr qazancın gözündən çıxar...
Verdiyin nəsihət ürəkdən gəlsə,
Səhvini deyərsən, özündən çıxar...
Alışan bir alov yandırıb, tökər,
Ocağın istisi közündən çıxar...
Hirsli başla heç bir işə başlama,
Səbrin də lap coşub dözümdən çıxar...
Haqqını yeməyin yetim-yesirin,
Ədalət səs salar, söz ündən çıxar...
QAFAROV ƏDALƏT İZZƏTOĞLU (ƏROĞLU)
Hüquqşünas, Şair
AZƏRBAYCAN JURNALİSTLƏR BİRLİYİNİN ÜZVÜ (AJB),
"Qızıl Qələm" Media Mükafatı Laureatı
Tarix: 19-01-2024, 08:35 Oxunub: 132
Bölməyə aid digər xəbərlər
3-01-2024, 16:30
Şair Ədalət Əroğlunun şeirlərinin təhlili (Nəsib Abid)
13-12-2023, 13:15
ŞAİRİN YENİ ŞEİRLƏRİ
1-11-2023, 11:30
Ədalət ƏROĞLU-nun şeirləri
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
7-12-2022, 09:26
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
30-05-2022, 16:30
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
25-05-2022, 18:11
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
4-08-2021, 09:58
Allah rəhmət eləsin
10-07-2021, 18:54
QARABAĞ AZƏRBAYCANDIR!
1-06-2021, 21:00
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
29-05-2021, 20:00
Allah rəhmət eyləsin
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
28-07-2020, 15:48
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
15-07-2020, 11:07
Tovuz istiqamətində törədilən son təxribatlarla bağlı siyasi partiyaların milli həmrəyliyə dair BƏYANATI
15-07-2020, 09:35
Azərbaycan balaca ölkədir, amma Azərbaycan qürurlu ölkədir
13-07-2020, 13:12
Şəhidin atası: “Sonuncu dəfə babası ilə danışmışdı” - FOTO
11-07-2020, 14:26
COVID-19-dan sağalmış Aytən Cəfərova: “Atam komada olub, anamın 20 gündür temperaturu aşağı düşmür” – MÜSAHİBƏ
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
















