11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!

Qədim tarixə malik olan Azərbaycan xalqı heç bir zaman şəhidlərini unutmayıb, şəhidlərimiz heç bir zaman unudulmayıb. Aradan illər, əsrlər, hətta qərinələr belə keçsə, şəhidlərimiz hər zaman hörmətlə yada salınıb, yad edilib. Elə bu gün də belədir. 1988-ci ildən ta bu günə kimi torpaqlarımız uğrunda şəhid olan gənclərimiz, igidlərimiz hər zaman hörmətlə xatırlanır, onların xatirəsi əbədiləşdirilir. Düzdür, bəzən belə ailələrin haqlı narazılığını da eşidirik. Lakin “mənim şəhidim unudulub” deyən hər bir valideynə ürəklə deyə bilərəm ki, kimliyindən asılı olmayaraq bu torpaq üçün, bu vətən üçün canından keçən hər bir igidimiz, şəhidimiz bizim canımızda, qanımadadırlar.
“Mənim şəhidim, mənim balam, mənim övladım unudulub” deyən 1994-cü ildə Ağdam uğrunda gedən döyüşlərdə şəhid olan Azər Məlikovun anası Şəkər xanım Məlikovanındır bu sözlər. Əslində ana haqlıdır, çünki indiyə kimi Azərin adını daşıyan və ya adının hallandırıldığını gördüyü bir məkan, bir yer belə yoxdur. Hətta məzun olduğu Sumqayıt şəhəri 14 saylı tam orta məktəbdə də şəhidin şəkili və ya adı yazılan lövhə yoxdur. Ananın dərdi böyükdür, aradan illər keçib, lakin yarası dünənki, bu günkü kimi qanayır. Yaxşı olar ki, bu barədə ananın özünü dinləyək:
-Oğlum Məlikov Azər Sumqayıt şəhərində dünyaya gəlib. Birinci sinifə 15 saylı məktəbdə getsə də, orta məktəbi 14 saylı tam orta məktəbdə başa vurub. Azər oxuduğu məktəbdə müəllimlərin sevimlisi, necə deyərlər, gözdə bəbəyi idi. Tərbiyəsi, mədəniyyəti, səmimiyyəti, savadı, biliyi onu məktəbdə müəllimlərə nə qədər sevdirmişdisə, həyatdə də, dostları arasında da böyük hörmətə sahib idi. Orta məktəbi bitirəndən sonra ən böyük arzusu ali məktəbə daxil olmaq idi. Elə sənədlərini də toplayıb verdi. Lakin istədiyi ali məktəbə daxil ola bilmədi. Lakin Sumqayıt şəhərində yerləşən Politexnik Texnikumuna qəbul olundu. Birinci kursu bitirən kimi vətənə borcunu yerinə yetirmək üçün hərbi xidmətə yola düşdü. O vaxtlar ölkədə Qarabağ müharibəsi gedirdi. Dəfələrlə etirazımıza baxmayaraq Azər ön cəbhəyə yola düşdü. Bəzən əlaqə saxlayardı, onda da hər şey yaxşı olacaq deyirdi. Azər vətənini, millətini sevən, dövlətinə vurğun olan bir oğlan idi. Çox böyük bir ürəyi vardı. Mən Azəri atasız böyütmüşəm. Onun yoxluğu bu gün də məni yandırır. Mən çox istəyərdim ki, oğlumun adını əbədiləşdirmək üçün əlaqədar təşkilatlar mənə köməklik etsinlər. Mən demirəm, adına küçə verilsin, məktəb verilsin, mən şox istəyərdim ki, oğlumun yaşadığı binanın qarçısına oğlumun adını daşıyan bir barelyef vurulsun. Mən bir şəhid anası kimi üzümü Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı cənab Zakir Fərəcova tutub deyirəm: Hörmətli Zakir müəllim, mənim ürəyim illərdir qan ağlayır, düzdür, oğıum vətən yolunda gedib, vətənə hamımızın canı fəda. Mən çox istəyərdim ki, oğlumun adı əbədiləşdirilsin. Bəlkə bundan sonra mənim yaralı ürəyimin fəryadı dinə. Bəlkə ondan sonra mən rahat bir nəfəs alaram. Xahiş edirəm, oğlumun adının əbədiləşdirilməsində, yaşadığımız evin üzərində oğlumun adını daşıyan barelyefin vurulmasına razlıq verəsiniz. Mən bunun üçün sizə əvvəlcədən dərin təşəkkür və minnətdarlığımı bildirirəm.
Şəhid Azər Məlikovun bacısı Mətanət xanımın gözlərinin yaşı sel kimi axırdı. Xanım qardaşı barədə danışdıqca ürəyinin sızıltısı göz yaşlarında dinirdi. Mətanət xanım şəhid qardaşına həsr etdiyi şeiri oxuyarkən elə məni də kövrəltdi.
Necədə tez getdin aramızdan sən,
Bacın heç doymadı səndən a qardaş.
Gözəl gülüşünə, qara gözünə,
Şəklinə baxıram gendən, a qardaş.
Azər balam hanı? deyib ağlar hey anam,
Dərdinə bilmirəm, heç hardan yanam,
Bu acı gerçəyi kaş yuxu sanam,
Yoluna baxıram hərdən, a qardaş.
Anan ağlar qalıb getdiyin gündən,
Yaman nigarandı, nagaran səndən,
İndi boynu bükülüb sənin dərdindən,
Balam getdi deyib ağlayır anam.
Elə bir dərddi ki, dərmanı yoxdu,
Qəlbinə vurulan amansız oxdu,
Bir deyil, yüz deyil, dərdi lap çoxdu,
Qanlı yaş tökərək ağlayır anam.
Balasından heç doymadı,
Toyun edib oynamadı,
Gecələri heç yatmadı,
Yana-yana ağlar anam.
1988-ci ildə erməni daşnaklarının Qarabağa hücumundan sonra xalqımızın igid oğulları vətəni qorumaq üçün hərbi xidmətə yollandılar. Azər Mikayılov da vətənə borcunu ödəmək üçün Sumqayıtdan hərbi xidmətə yola düşür. Əvvəlcə Ağdərədə, sonra isə Ağdam istiqamətlərində gedən döyüşlərdə iştirak edib. Elə son döyüş yeri də Ağdamda olub. Yaralanandan sonra bir müddət Gəncə şəhərində müalicə alıb, elə sağalar-sağalmaq da yenidən cəbhəyə yola düşüb. Ağdam istiqamətlərində gedən döyüşlərdə də...
Anası Şəkər xanım bu gün də oğlunun şəkli əlində xiyabanlarda dolaşır. Elə bil bütün şəhid anaların anası kimi onlara ağı deyir, ağlayır. Ananın dərdi böyükdür, heç nəylə nə onu unutdurmaq olar, nə də dərdini azaltmaq mümkündür. Düzdür, bu dərd təkcə şəhid ailəsinin dərdi deyil, elə hamımızın dərdidir. Yenə də ən ağır dərd ananın bala dərdidir. Hər ana da övladının adının əbədiləşdirilməsini istəyir. Qoy gələcək nəsillər tanısın, bilsin ki, Qarabağ kimlərin sayəsində azad olundu.
Tahirə Həbliyeva

Bölməyə aid digər xəbərlər
ŞƏHİDLƏR UNUDULMAZ

Tarix: 2-11-2021, 08:30 Oxunub: 132
Bölməyə aid digər xəbərlər
7-10-2021, 07:56
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
4-08-2021, 09:58
Allah rəhmət eləsin
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
1-06-2021, 21:00
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
29-05-2021, 20:00
Allah rəhmət eyləsin
26-05-2021, 19:00
QƏLƏBƏ BİZİM HAQQIMIZ İDİ
26-04-2021, 13:30
Vətən Müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını tarixə yazdı... (FOTOLAR)
12-04-2021, 15:47
Allah rəhmət eyləsin!
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
9-08-2020, 13:56
Ağcabədinin sabiq icra başçısının əmisioğlu rayonda “at oynadır”
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi