15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
15:12 / 20-11-2024
Zaur Mikayılov türkiyəli həmkarı ilə görüşdü
15:10 / 20-11-2024
ABŞ bu raketlərlə Rusiyaya zərbə endirməyə icazə verib
12:46 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:59 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:51 / 17-11-2024
Deputat Elnarə Akimova Xəzər Bağları ərazisində seçicilərlə görüşüb
10:49 / 17-11-2024
Azərbaycanın Yeni Zəfər Simvolu: Zəfər Parkı və Muzeyi
10:47 / 17-11-2024
Sumqayıt Məhkəməsinin hakimi təqaüdə göndərilib
10:46 / 17-11-2024
Zakir Fərəcov Oksford Universitetinin professorları ilə görüşdü
10:44 / 17-11-2024
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
10:42 / 17-11-2024
Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
10:40 / 17-11-2024
Xalq artistinin oğlu vəfat etdi
10:40 / 17-11-2024
Azərbaycanda Milli Dirçəliş Günüdür
10:38 / 17-11-2024
Pivə qutusu ilə baş məşqçinin başını yardılar - Video
14:36 / 16-11-2024
MP8GEm8QpYgQYaMo8oM5NQhRBgDGiLZW5Q
14:21 / 16-11-2024
Leysan yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
14:19 / 16-11-2024
“Vaxtımız azdır, qanunvericiliyi daha da təkmilləşdirməliyik”
14:17 / 16-11-2024
“Brilyant əl”in Annası vəfat etdi - Fotolar
14:12 / 16-11-2024
Yol qəzalarında ölənlərin sayı azalıb - Rəsmi statistika
09:53 / 15-11-2024
Leyla və Arzu Əliyevalar sərgidə - Video - Fotolar
09:52 / 15-11-2024
Məhkəmə zalından azadlığa çıxan Nadir Əliyevin həbsi tələb edilir
09:49 / 15-11-2024
Rayonlara yağış yağıb
11:15 / 14-11-2024
Sənsizliyin necə bir dərd olduğunu ifadə edə bilmirəm ATAM!
13:49 / 11-11-2024
8 noyabr - Zəfər Günüdür
13:42 / 11-11-2024
8 NOYABR
11:47 / 11-11-2024
Sumqayıt-75
10:39 / 11-11-2024
SOCAR-ın zavodunda yanğın olması iddiasına - Rəsmi cavab - Yenilənib
10:33 / 11-11-2024
Bölgələrdən Bakıya gələnlərin nəzərinə!
10:29 / 11-11-2024
Sabah leysan yağacaq
FƏXR EDİRƏM Kİ, YAP-IN YARADICILARINDANAM
Bölməyə aid digər xəbərlər
Qələm dostumuz hüquqşünas, şair-jurnalist Ədalət Əroğlu qardaşı Nüsrət İzzətoğlunun vaxtilə çap olunmuş bir neçə kitabını mənə hədiyyə etdi.Qafarov Nüsrət İzzət oğlu Cəbrayıl rayonunun Hovuslu kəndində anadan olmuşdur.
1982-ci ildə Bakı Dövlət Universitetinin tarix fakültəsini bitirmiş və bir çox qəzetlərin redaktoru işləmişdir.
Nüsrət Qafarovun 7 kitabı işıq üzü görmüşdür. Kitablarından biri " Fəxr edirəm ki, YAP-ın yaradıcılarındanam" adlanır. Kitab ümummilli lider Heydər Əliyevin əziz xatirəsinə həsr olunmuşdur.
2006-cı ildə çap olunmuş kitabın ön söz müəllifi Telman Mehdixanlı yazır:
“Hər bir yazılan bir tarixdir. Əsl insan o kəsdir ki, gördüyünü, anladığını olduğu kimi yaza, gələcək nəslə çatdıra. Bu baxımdan Nüsrət Qafarov istedadlı yazarlardandır. O, dahi şəxsiyyət Heydər Əliyevlə olan görüşlərini, söhbətlərini elə gözəl, səmimi, təbii şəkildə əks etdirir ki, oxucu istər-istəməz həm tarixi həqiqətlərimizin saflığını duyur, həm də əsəri birbaşa oxuyub qurtarmaq istəyir.
Nüsrət Qafarovun dahi şəxsiyyət Heydər Əliyevə olan sonsuz məhəbbəti əsərdə daha qabarıq hiss olunur."
Nüsrət Qafarov kitabında qeyd edir ki, 1990-cı illərin əvvəllərində vaxtilə vəzifə verdiyi adamların Heydər Əliyev şəxsiyyətinə qarşı çıxışları məni rahat buraxmırdı.
Sonralar eşitdim ki, Riyaziyyat İnstitutunda yerləşən "Əlincə" cəmiyyətində Heydər Əliyevin hakimiyyətə qayıdışı ilə bağlı tədbirlər görülür. Həmin tədbirdə ilk tanış olduğum Əli Nağıyev, Ağabəy Əsgərov və Səyyad Aran oldu. Onlar Sumqayıtda gələcəkdə YAP-a ilk arzuolunanları qeydiyyata almaq üçün blankları mənə verdilər. Qısa müddətdə yaxın dostları, qohumları bir yerə yığaraq 100 - dən çox imza topladım və qərargaha təqdim etdim. Onu da qeyd edim ki, Sumqayıt şəhərində Ədliyyə Nazirliyindən qeydiyyatdan keçən ilk təəssübkeş mən olmuşam-deyən Nüsrət Qafarov yazır ki, Naxçıvana YAP - ın təsis konfransına getmək haqqında sifariş aldım. Naxçıvan mənim üçün ən müqəddəs yerlərdən biridir. Məni ikinci dəfə Naxçıvana çəkib aparan Heydər Əliyev məhəbbəti idi;
"Son ümid yerimiz
Heydər babadır,
Deyərək üz tutduq
Biz Naxçıvana.
Sağ olsun, sözümüz düşmədi yerə
Sanki həyat verdi
Azərbaycana.
Nüsrət Qafarov kitabın növbəti bölümündə yazır;
- Axşam saat 11-də Naxçıvan Ali Məclisinə gəldik. Bir neçə dəqiqədən sonra Heydər Əliyev bizi qəbul etdi və özünəməxsus tərzdə salamladı.
Sonra Respublikamızın müxtəlif bölgələrindən gəlmiş əmək adamlarına, ziyalılara söz verdi. Sonra Heydər Əliyev mənə də söz verdi;
"Sumqayıtdan gələn nümayəndə danışsın, görək nə var, nə yox məmləkətimizdə" - yarızarafat, yarıciddi şəkildə mənə tərəf baxdı.
Mən həyəcan keçirirdim. Birtəhər özümü ələ alıb sözə başladım;.
- Hörmətli Heydər baba! Mən Cəbrayıl rayonunda adi zəhmətkeş bir ailədə anadan olmuşam.
Özümü dərk edəndən sizi yaxından görmək həsrətiylə yaşamışam.
Şəxsən sizin imkansız, zəhmətkeş balalarına göstərdiyiniz atalıq qayğısı sayəsində həmyaşıdlarımla birlikdə universitetin hüquq, tarix, şərqşünaslıq fakültələrinə daxil olmuşuq.
Yəqin ki xatırlayırsınız; 70-ci illərin ortalarında BDU-nin rektoru işlımiş Faiq Bağırzadəyə qeyri-rəsmi şəkildə göstəriş vermişdiniz ki, hüquq fakultəsinə ancaq və ancaq fəhlə, kolxozçu və kasıb uşaqlarının sənədlərini götürün. Faiq müəllim isə bir qədər irəli gedərək bunu başqa fakultələrə də tətbiq etmişdi. Sizin verdiyiniz göstərişin ikinci ili universitetə qəbul olundum. Onda mənim kimi yüzlərlə kasıb balaları ömrünüzə dua oxuyurduq.
Heydər Əliyev dərin fikrə getmişdi. Bu an mənə elə gəldi ki, ötən günlər bir kino lenti kimi onun gözləri önündən keçirdi.
Yəqin ki, verdiyi neçə-neçə ədalətli qərarları, rüşvətxorluğa, əliəyriliyə, korrupsiyaya qarşı qol çəkdiyi fərmanları xatırlayırdı. Mənim isə həmin an yadıma Heydər Əliyevin Respublika mətbuatında dərc olunmuş "Qoy ədalət zəfər çalsın" başlıqlı məqaləsi düşdü .
Kiçik fasilədən sonra sözümə davam etdim; - Möhtərəm Heydər Əliyev! Artıq Respublikamızda davam edən erməni - Azərbaycan müharibəsi, haqsızlıqlar xalqı boğaza yığmışdır.
Silahlanmış düşmən torpaqlarımızı işğal etmək istəyir. Cəbhədə əsgərlərimiz ümid, inam yeri kimi Sizin yolunuzu gözləyirlər.
Çıxışım sona çatdı. Hamı Heydər Əliyevə baxırdı.
Rəhbər mənim çıxışımdan sonra xeyli xəyala dalmışdı.
Nəhayət mənə dedi:
- Buyur, əyləş.
Dahi şəxsiyyət dərindən nəfəs alıb aramla söhbətə başladı;
- Bu gənc oğlan mənim yadıma qəribə, maraqlı faktları saldı.
Mən həmişə istəmişəm ki, kasıbların da balaları oxusunlar, irəli getsinlər, haqq- ədalət üzülməsin, varlı-kasıb söhbətləri olmasın.
Heç kimin gözləmədiyi halda H.Əliyev mənə tərəf baxıb dedi; - Bu gəncin indi orta hesabla 34 yaşı var.
Dahi insan yaşımı necə dəqiq demişdi.
Dahi şəxsiyyət sonra dedi; " Xalqımıza belə əxlaqlı, savadlı, düşüncəli gənclər lazımdır".
Tədbirdən sonra Heydər Əliyev mənə dedi; - Oğlum, Görürəm həyəcanlısan. Nə sözün var çəkinmə, de.
Sizin kimi alicənab bir şəxsiyyətlə üzbəüz görüşməyimdən qürur duyduğumu bildirdim .
Dahi insan çox məmnun oldu.
Səhərisi gün YAP- ın təsis konfransında Heydər Əliyev geniş və əhatəli nitq söylədi. Sürəkıi alqışlarla mən də Siyasi Şuraya üzv seçildim.
Axşam isə Heydər Əliyev bizi, yəni Siyasi Şuranın üzvlərini Naxçıvan Ali Məclisinin iclas zalında qəbul etdi.
H.Əliyev mənim haqqımda dedi; - Xalqımıza belə əxlaqlı, savadlı, düşüncəli gənclər lazımdır. Ümumiyyətlə isə gənclər böyük qüvvədir, mən onlara arxalanıram.
Və Sumqayıtda sədr olmaq təklifimə zarafatla;- Get, Sumqayıtı verdim sənə , - dedi.
Bakıya qayıdanda hamı mənə həsədlə baxırdı ...
Onu da qeyd edim ki Nüsrət Qafarov öz ixtisasına uyğun işləsə də, bir dəfə də olsun vəzifəyə keçmək haqda düşünmədi.
Halallıq onun qanında idi. Ona qarşı paxıllıq hissi də çox idi.
Mərhum yazıçı Qalib Əhmədovun "91- lər " kitabında Nüsrət Qafarovun fəaliyyətini xüsusilə qeyd etmişdir.Lakin bəzi bədxahlar, yaltaq və paxıllar nə yolla olursa olsun , Nüsrət Qafarovun irəli keçməsinə maneçilik törətmişlər.Bu haqsızlığa dözə bilməyən və bir müddət işsiz qalan YAP - ın ilk yaradıcılarından olan Nüsrət müəllim 2014 cü ildə dünyasını dəyişmişdir.
Bu gün Nüsrət Qafarov aramızda olmasa da, onun gördüyü xidmətlər unudulmur.
Nüsrət İzzətoğlu YAP- a həsr etdiyi poemalarının birində yazırdı;
Bədxahlar, paxıllar
Min böhtan atdı.
Təzəcə yaranan
birliyimizə.
Faydası olmadı
Şərin, böhtanın,
Xalqımız səs verdi
Haqq səsimizə.
Nüsrət Qafarovun vaxtilə heç kəsin cəsarət edib yaza bilmədiyi bu kitabları vərəqləyərkən onun necə mübariz, prinsipial bir şəxs olduğunu oxucu daha aydın hiss edir.
Mərhum qardaşım, şəhid atası Niyaz Allahverdiyevin acı talehi yadıma düşdü.Nüsrət Qafarovla Niyaz Allahverdiyevin taleləri necə də bir - birinə oxşayır.Niyaz da 19 yaşında olarkən Sumqayıt Boru Yayma zavodunda qabaqcıl tokar işləyərkən partiya sıralarına daxil olmuş , bir neçə il BDU - nin hüquq fakultəsinə imtahan versə də, atasının " Kommunist" ( indiki Xalq qəzeti) qəzetində xüsusi müxbir işləməsini xain qüvvələr qəstdən bəhanə edərək ona qarşı maneçilik törətmişlər.
Azərbaycan KP MK - nın birinci katibi Heydər Əliyev Sumqayıt Boru Prakat zavoduna gələrkən qabaqcıl işçi olaraq tribunada çıxış edən Niyaz Allahverdiyevi dahi şəxsiyyət iki gün sonra qəbul etmiş və Nüsrət müəllimin qabartdığı məsələni Niyaz İlyasoğlu da yada salmışdır....
Nüsrət Qafarovun 1998-ci ildə çap etdirdiyi
"Şəxsiyyətlə üz üzə" kitabı dahi şəxsiyyət Heydər Əliyevlə görüşlərinə həsr edilmişdi.
Son dərəcə Heydər Əliyev siyasətinə sadiq qalan Nüsrət Qafarov doğulduğu yurdunun təəssüf ki, azad olunduğu günü görmədi.
Nüsrət Qafarovun yolunu qardaşı AYB-nin və AJB - nin üzvü, şair-jurnalist, “İzzət” M M C Hüquq xidməti Mərkəzinin rəhbəri Ədalət İzzət oğlu Qafarov şərəflə davam etdirir.
Ədalət Əroğlu 44 günlük Vətən müharibəsində ordumuzun şanlı qələbəsindən, Silahlı Qüvvələrimizin Ali Baş Komandanı İLHAM ƏLİYEVİN sərkərdəlik bacarığından yorulmadan yazıb yaradır.
Yüzlərlə tədbirlərin aparıcısı olan Ədalət müəllim vətəndaşlara hüquqi yardım göstərir. Dövlətimizin daha da qüdrətlənməsi naminə əzmlə çalışır.
Ümid edirəm ki, YAP-ın Sumqayıtda ilk yaradıcısı olan Nüsrət Qafarovun xidmətləri unudulmayacaq və onun yolunu davam etdirən qardaşı Ədalət Əroğlunun səmərəli fəaliyyəti də layiqincə qiymətləndiriləcəkdir.
Rauf İlyasoğlu

Tarix: 31-01-2024, 08:38 Oxunub: 705
Bölməyə aid digər xəbərlər
3-01-2024, 16:30
Şair Ədalət Əroğlunun şeirlərinin təhlili (Nəsib Abid)
17-11-2023, 09:48
“Onun fatihəsini verincə...” - Rövnəq Abdullayev
30-09-2023, 07:30
Ulu öndərimiz Heydər Əliyev daim qəlbimizdə yaşayacaqdır!
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
20-07-2023, 07:54
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
23-06-2023, 17:41
Heydər Əliyev tək liderimizdir!
23-06-2023, 17:37
Heydər Əliyev -100
16-05-2022, 17:27
Yalan ayaq tutar yeriməz
5-12-2021, 10:11
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
29-05-2021, 20:00
Allah rəhmət eyləsin
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
5-08-2020, 18:17
Eldar Mahmudovun bankındakı saxta qızıl qalmaqalı böyüyür - birilliant və sikkələri bankdan kim çıxarıb?
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
26-07-2020, 17:01
Çörəyi şərəfini satmaqla əldə edənlər
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU