12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Heydər Əliyev tək liderimizdir!

Ulu Öndər Heydər Əliyev və müasir ədliyyə sistemi



Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi

Heç kəsə sirr deyil ki, hər bir sahədə olduğu kimi, Azərbaycanda insan hüquq və azadlıqlarının təmin edilməsi, ədliyyə sisteminin hərtərəfli inkişafı sahəsində də atılan ilk addımlar Ulu Öndər Heydər Əliyevin adı ilə bağlıdır. Məhz Heydər Əliyevin həm sovetlər dönəmində, həm də 1993-cü ildən başlayaraq apardığı hüquqi islahatlar nəticəsində ölkəmizdə yeni ədliyyə institutları yaradıldı, insan hüquq və azadlıqlarının təminatı sahəsində bir çox beynəlxalq prinsiplər Azərbaycanın milli qanunvericiliyində də öz əksini tapdı.
Dahi öndərin zəngin dövlətçilik təcrübəsi, siyasi irsi tariximizin ən mühüm və silinməz səhifələrini təşkil edir. Çünki, xalqımız öz dövlətçiliyinin dünyəvi, demokratik, hüquqi əsaslar üzərində bərqərar olunmasına Ulu Öndər Heydər Əliyevin qətiyyəti nəticəsində nail olmuşdur. Dünya təcrübəsi göstərir ki, dövlətin davamlı inkişafı üçün möhkəm hüquqi bazanın yaradılması, ədliyyə və məhkəmə-hüquq sisteminin formalaşdırılması vacib şərtdir.
Böyük siyasətçi insan hüquqları sahəsi çərçivəsində milli ədliyyə sisteminin inkişafına güclü stimul vermişdi. Azərbaycanda ədliyyə siyasətinin əsas prinsiplərinin müəyyən edilməsinin və dövlət səviyyəsində hərtərəfli inkişaf etdirilməsi məhz Heydər Əliyevin adı ilə bağlı olması danılmaz bir tarixi faktdır. Ümummilli liderimiz müstəqil dövlətimizin hüquq sistemində ədliyyə orqanlarının mühüm rolunu dəfələrlə qeyd etmiş, onun mahiyyətcə təkmilləşdirilməsinə xidmət edən islahatlar həyata keçirmişdir.
Hər bir demokratik cəmiyyətdə dövlətin hüquq siyasətinin həyata keçirilməsində, qanunun aliliyinin, insan hüquq və azadlıqlarının təmin olunmasında ədliyyə sistemi mühüm rol oynayır. Bu mənada Azərbaycan ədliyyəsinin müasir hüquq sistemində müstəsna yeri danılmazdır.
Çoxəsrlik dövlətçilik ənənələri olan xalqımızın ədliyyə və məhkəmə sisteminin şanlı keçmişini əks etdirən zəngin tarixi var. Ötən əsrin əvvəllərində Şərqdə ilk dəfə Azərbaycanda demokratik müstəqil dövlət yaradıldıqdan sonra ədalətli cəmiyyət qurmaq dövlətin əsas məqsədlərindən biri olmuşdur. Təsadüfi deyil ki, 1918-ci il may ayının 28-də Azərbaycan Xalq Cümhuriyyətinin elan edildiyi gün ədliyyə sisteminə böyük əhəmiyyət verilərək Ədliyyə Nazirliyi təsis edilmişdir. Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının sədri Fətəli Xan Xoyski öz nitqində bildirmişdir: "... Ədliyyəsi olmayan məmləkətdə tərəqqi olmaz, məmləkət irəliləməz".
Həmin illərdə vəziyyətin mürəkkəbliyinə, imkanların və kadrların məhdudluğuna baxmayaraq, ölkənin ədliyyə sisteminin formalaşdırılması üzrə xeyli işlər görülmüş, o cümlədən ədliyyə strukturları, məhkəmələr və istintaq orqanları bərpa olunmuş, Ədliyyə Nazirliyinin təşəbbüsü ilə bir sıra mühüm qanunvericilik aktları parlamentin müzakirəsinə çıxarılmış, 1918-ci ilin noyabrın 22-də nazirliyin Əsasnaməsi təsdiq edilmişdir.
Ədliyyə sisteminin təkmil bir struktur kimi formalaşması və inkişafında əvəzsiz xidmətləri olan ümummilli lider Heydər Əliyevin 11 noyabr 2000-ci il tarixli sərəncamı ilə noyabrın 22-si ölkəmizdə Ədliyyə işçilərinin peşə bayramı günü kimi müəyyən olunmuşdur.
Cari ildə ədliyyə işçiləri öz peşə bayramlarını böyük ruh yüksəkliyi ilə qarşılayırlar. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi strateji istiqamətlərə uyğun olaraq möhtərəm prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan ədliyyəsi ölkədə geniş vüsət alan məhkəmə-hüquq islahatları çərçivəsində daha da müasirləşərək yeni-yeni uğurlara imza atmışdır.
Dövlət başçısının vurğuladığı kimi, "Azərbaycanda hüquqi dövlət quruculuğu prosesi uğurla gedir. Hüquqi dövlət quruculuğu prosesinin təşəbbüskarı ulu öndər Heydər Əliyev olmuşdur. Onun təşəbbüsü ilə 1990-cı illərin əvvəllərində çox ciddi addımlar atılmışdır. Müstəqil Azərbaycanın Konstitusiyası qəbul edilmişdir. O vaxt belə bir strateji istiqamət müəyyən edilmişdir ki, Azərbaycanda hüquqi dövlət qurulmalıdır, qanunun aliliyi təmin edilməlidir və məhkəmə sistemi dünyada mövcud olan ən mütərəqqi təcrübəyə əsaslanmalıdır".
Ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra da ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə hüquqi dövlət quruculuğu prosesi çərçivəsində ədliyyə orqanlarında əsaslı islahatlar aparıldı, ədliyyə sisteminin hərtərəfli inkişafı üzrə tarixi əhəmiyyətli qərarlar qəbul olundu, bu orqanların fəaliyyətində köklü mütərəqqi dəyişikliklərə başlanıldı.
Ədalətli məhkəmə hüququnun ayrılmaz tərkib hissəsi olan məhkəmə qərarlarının icrası işinin müstəsna əhəmiyyəti nəzərə alınaraq Nazirliyin tərkibində icra xidməti institutu təsis edildi, istintaq idarəsi yaradılaraq ədalət mühakiməsi əleyhinə olan və bir sıra digər cinayətlərin ibtidai istintaqının aparılması Ədliyyə Nazirliyinə həvalə olundu.
Azərbaycan tarixinin Heydər Əliyev dönəmində ilk dəfə olaraq yerli özünüidarə orqanları kimi bələdiyyə institutu formalaşmış və bələdiyyələrə metodoloji yardımın göstərilməsi, eləcə də inzibati nəzarətin həyata keçirilməsi Ədliyyə Nazirliyinə tapşırılmışdır.
Ədliyyə sahəsində aparılan islahatların nəticəsi olaraq Ədliyyə Nazirliyinin cəmiyyətdə rolu və nüfuzu xeyli artdı və o, hüquq siyasətini həyata keçirən əsas orqanlardan birinə çevrildi.
Ümummilli liderimiz Heydər Əliyev tərəfindən ədliyyə işçilərinin peşə bayramı gününün təsis olunması da dahi rəhbərimizin Azərbaycan ədliyyəsinə xüsusi diqqət və qayğısının bariz təzahürü olmuşdur.
Məhz ümummilli liderimizin başladığı köklü islahatların nəticəsidir ki, müasir Azərbaycan ədliyyəsinin inkişafı davamlı prosesə çevrilmiş, onun təməlini qoyduğu hüquqi islahatlar bu gün ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə uğurla həyata keçirilir.

 Burada ulu öndərimizin: "Sağlam mənəviyyat qanun keşiyində duran hər bir məmurumuz üçün əsas meyar olmalıdır" sözlərini xatırlatmaq istərdim. Ümummilli liderimizin bu meyarları nazirliyin kadr işində daim diqqətdə saxlanılır.
Eyni zamanda, ölkəmizdə ilk dəfə olaraq peşə fəaliyyətinə buraxılış institutu tətbiq olunmuş, ədliyyə işçilərinin, prokurorların, vəkillərin və digər hüquqşünasların ixtisasının artırılması yeni yaradılmış Ədliyyə Akademiyasına həvalə edilmişdir.
Bu il dünya azərbaycanlıları Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyini qeyd ediıir. Tarix Heydər Əliyev kimi şəxsləri bir neçə əsrdən bir yetişdirir. Ulu Öndər Azərbaycanın ağır günündə gələrək dövlətimizi xilas edib çiçəklənməsinə nail olmuşdur. Azərbaycanın rəhbərliyinə gəlməklə bütün sahələrin inkişafına nail oldu. Eləcə də, ədliyyə sahəsinin inkişafına da öz töhfəsini vermişdir. Ədliyyə sahəsinin inkişafının şanlı tarixi məhs Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlıdır. Ulu Öndərin Azərbaycan Respublikasna rəhbərlik etdiyi bütün dövrlər ərzində  ədliyyə sahəsi daim diqqət və qayğısı ilə əhatə olunmuşdur

Ədliyyə Nazirliyinin yenidən təsis edilməsi Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrə təsadüf edir.Azərbacan ədliyyəsinin tarixi 1918-ci ildə Azərbaycan Demokratik Respublikasının yaranması ilə başlansa da Azərbaycan Demokratik Respublikasının 1920-ci ildə Rusiyanın XI Qızıl Ordusu tərəfindən işğal edildikdən sonra Ədliyyə Nazirliyi ləğv edilmiş və onun funksiyaları prokurorluq, Ali Məhkəmə, Mərkəzi İcraiyyə Komitəsinə və digər orqanlara verilmişdir.
Xalqımızın müstəqilliyini yenidən bərpa etdikdən sonra Respublikada demokratik hüquqi dövlət quruculuğu prosesinə başlayan dahi lider hüquqi dövlətin Azərbaycan modelini ilk milli Konstitusiyanı yaratmaqla gerçəkləşdirdi. Əsas Qanunun qəbulu ölkədə bütün sahələrdə, o cümlədən ədliyyə sahəsinin inkişafına rəvac verdi.
Ümummilli Lider Heydər Əliyev tərəfindən təməli qoyulmuş demokratik, hüquqi dövlətin və vətəndaş cəmiyyətinin əsaslarından dövlət idarəçilik formalaşması və inkişafı istiqamətində mühüm addımlar atılmışdır.Ulu Öndər Heydər Əliyev tərəfindən ölkəmizdə həyata keçirilən genişmiqyaslı islahatların real təzahürü olaraq, hər şeydən öncə, xalqımızın tarixi ənənələrinə söykənən ədliyyə sahəsində mühüm nailiyyətlər əldə olunurdu. 
Yüksək qürur hissi ilə deyə bilərik ki, möhkəm bünövrə üzərində formalaşmış Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır. Ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən düşünülmüş iqtisadi siyasət və misilsiz əmək nəticəsində Azərbaycan bölgənin aparıcı dövlətinə çevrilmişdir. 
Bu gün tam əminliklə söyləyə bilərik ki, hələ çox-çox illər sonra da gələcək nəsillər dahi şəxsiyyət Heydər Əliyevin misilsiz əməyi nəticəsində yaradılmış yeni hüquq sisteminin bəhrəsini görəcək və onun Azərbaycanda demokratik hüquqi dövlət quruculuğu sahəsində əvəzsiz xidmətlərinin şahidi olacaqlar. 



Ceyhun Qurbanov,
 Daşkəsən rayon qeydiyyat şöbəsinin rəisi

Tarix: 23-06-2023, 17:41 Oxunub: 114


Bölməyə aid digər xəbərlər
23-06-2023, 17:37 Heydər Əliyev -100
14-06-2023, 18:23 Uğurlarınız bol olsun!