12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
TƏBRİKLƏR


    

Səhər mənim doğum günümdü. Əslində hər doğum günümdə yaxınlarım, doğmalarım, tanışlarım mənim ad günümü təbrik edirdilər və mən buna alışmışdım. Doğum günümdə məni təbrik etmələrini elə səbirsizliklə gözləyirdim ki... Onların təbriki hər zaman mənim üçün əziz olub, sevinmişəm, haqqımda deyilən xoş sözlər üzrəyimi qürurlandırıb. Dostlarımın yazdıqları ürək sözləri, təbrikləri könlümü oxşayıb. Ancaq nədənsə bu il mən özüm özümü təbrik etmək istədim, özü də bir gün əvvəldən. Qoy yaxınlarımdan, doğmalarımdan öncə özüm özümü təbrik edim.
Bəli, səhər mənim ad günümdü. Mən Qərbi Azərbaycanın Qafan şəhərində doğulmuşam. Orta məktəbi doğma kənddə, ali məktəbi isə doğma Bakı şəhərində almışam. 1988-ci ildən isə taleyimi Sumqayıtla bağlamışam. Lakin doğulduğum el-obanı görmək həsrətini bu gün də ürəyimdə saxlamışam.

El-oba həsrəti yandırır məni,
Bu alov qəlbimdə söngümək bilmir.
Qovammadım nə dumanı, nə çəni,
Qırılmış əllərim göz yaşım silmir.

Yurd həsrəti illərdi ki, sinəmdə,
Gedəmmədim o yurduma ay haray.
Kaş qoyalar o torpağa öləndə,
Necə yandım öz oduma ay haray.

Bəzən yuxularımda görürəm doğma yurdumu, Qafan şəhərini və elə bilirəm ki, həqiqətən də o yurddayam. Oyanmaq belə istəmirəm, o yuxudan ayılmaq belə istəmirəm. Gözlərim yumulu xəyallar içində gəzirəm o torpağı, gəzirəm o yurdun dağını, dərəsini. Həsrət necə acı olarmış, İlahi. O torpağın həsrətiylə yaşayıb ölənləri xatırlayıram və düşünürəm ki, onların ruhları necə də narahatdır. İnşallah vaxt gələr o ruhlar da rahatlıqlarına qovuşar.

El-oba yurduna həsrət qalanlar,
Getdilər dünyadan nigaran kimi.
Bu dünyada öz yerini tapanlar,
Geçdi gözlərimdən bircə an kimi.

Nə gedə bilirəm, nə dönə indi,
Yollar da bağlanıb üzümə allah.
Yenə göz yaşlarım gözümdə dindi,
Mən necə dözmüşəm dözümə Allah.

Bəli, mənim doğma yurdum -Qafanım, mən inanıram ki, nə zamansa mən yenidən sənin görüşünə gələcəm  və aradan keçən bu illərdə necə dəyişdiyini görəcəm. Lakin mənim yaddaşımda necə qalmısansa bax mən səni eləcə də arzulayıram. dağın, dərən, gəzdiyim yamaclar, uşaqlığım, gəncliyim səndə qaldı Qafanım, gözəl yurdum, gözəl şəhərim. 

Səhər mənim ad günümdü. İnsanın özü özünü təbrik etməsi qədər gözəıl bir şey yoxuymuş. Başqaları təbrik edəndə, sağ olun, var olun deyirsən, indi isə özüm özümə sağ olum, var olum deyirəm.
Düzdür mən ömrümü gözəl yaşadım, taleyin yazdığı yazıya, taleyə, bəxtə hər zaman minlərlə şükürlər etmişəm və bu gün də edirəm. Mənim taleyim, mənim bəxtim, mənim alın yazım, mən sizdən razıyam, məni kiminsə qarşısında başı aşağı etmədiniz, əksinə məni ucalardan uca etdiniz. Bunun üçün də sizə ayrıca minnətdaram.

Min kərə şükürlər olsun Allaha,
Bu alın yazımı yazdığı üçün.
Heç zaman batmadım acı günaha,
Olmadım taledən,narazı, küsgün.

Yazım xoş yazıldı tanrıya şükür,
İlləri boşuna salmadım yola.
Qafan həsrətidi dizimi bükür,
Qoymadım qəlbimdə güllərim sola.

Nə yaman ağırmış yükü hicranın,
Vallah çəkəmmirəm artıq bu dərdi.
Yadımdan çıxmayır tək bircə anı,
Ömrüm ağ qar kimi necə əridi?

Əslində mənim fikrim öz ad günümü, doğum günümü təbrik etmək idi. Ancaq belə yerdə Qafan adını çəkməmək ən azından günah olardı. Kim bilir, bəlkə bundan sonrakı ad günlərimi doğma yurdumda keçirəcəm, yenə də kim bilir?!
Mən özümə heç bilmirəm nə arzulayım? Arzularım çoxdur, onların birinci sırasında isə doğma yurdu görmək arzusudur. İnşallah doğma yurdda görüşənədək deyirəm. Bir daha ad günüm, doğum günüm mebarək olsun.

Mən yelə vermədim, yola ömrümü,
Xoş günlər yazıldı alnıma mənim.
Hər yola salanda ömür, günümü,
Bir yaş da yazılır ömrümə mənim.

Yaşadım üzü ağ, başım da uca,
Batmadım bircə an günaha Allah.
Əllərim əsəndə olanda qoca,
Yaşatma gəl məni sən daha Allah.


Mahir müəllim ad günüm mübarək olsun bir daha.

Bu gün ad günümdü, mübarək olsun,
Xoş gəldin yeni yaş, xoş gəldin yenə.

Bu gün ad günümdü, mübarək olsun,
Vermədim ömrümü küləyə, yelə.

Bu gün ad günümdü, ən xoş günümdü,
Ömürdən günlərim gedir beləcə.
Gözümün pəri də yanmır, sönübdü,
Kövrəlib yurd, yuvam ağlar eləcə.

Bu gün ad günümdü, təbrik edirəm,
Ömrümü vurmadım başa boş yerə.
Bu tale yoludu düşüb gedirəm,
Şükürlər eylədim Tanrı min kərə.






Mahir Hümbətov,

Yeniazərbaycanhəyatı.com informasiya portalının rəhbəri





Tarix: 1-07-2025, 09:30 Oxunub: 104


Bölməyə aid digər xəbərlər
30-06-2025, 09:22 TƏBRİK EDİRƏM
13-09-2024, 12:31 TƏBRİK EDİRİK!
19-08-2021, 11:30 Təbrik edirəm!
19-08-2020, 11:51 TƏBRİK EDİRƏM!