11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
ŞAİRİN YENİ ŞEİRLƏRİ

Bölməyə aid digər xəbərlər
Elşən Təhməzov

"Mən səni sevməkdən heç yorulmadım"
Mən səni sevməkdən heç yorulmadım,
Sən isə sevmədin, bezməmisənmi?
Bizim sevgimizi əbədi sandım,
Yanıldım, üzümdən sezməmisənmi?
Qəlbim paramparça, dözmürəm dərdə,
Mən necə sarıyım bu qırıqları?
Göyəmi qeyb oldun, izin yox yerdə,
Məcbur yaşayıram ayrılıqları.
Sən mənim qədrimi bilmədin heyif,
Əğyara meyl etdin, gözlərim dolur.
Alnıma yazıydın, şeirimə rədif,
İndi yazdıqlarım saralıb, solur.
Arzuma yetmədim, qəm məni boğdu,
Həqiqət yox imiş sənin sözündə.
Səni anlayan gün, günəşim doğdu,
Hiylə, kələk varmış baxan gözündə.
"Ayrılıq"
Əzablar çoxalır sevəndə insan,
Ömür zəhərlidir, həyat zülmdür.
Deyirlər: "Ayrılıq ölüm deyil ki",
Ayrılıq - ölümdən betər ölümdür.
Nə yatmaq, nə yemək, nə gəzmək olur,
Yatdığın yuxuda ümid arzusu.
Yediyin yemək də keçmir boğazdan,
Gözlərin hər yerdə gəzir o qızı.
Fikirlər ürpərir xəyal quranda,
Tənhalıq qəlbinin yelkənləridir.
Çölün bir məzarın sükutu kimi,
İçinsə, fırtına, alov kimidir.
Gör necə yanmışam sənin oduna,
Bir baxsan sovrulan mənim külümdür.
Deyirlər: "Ayrılıq ölüm deyil ki",
Ayrılıq - ölümdən betər ölümdür.
"Möcüzə içində həyat"
Yaşardıqca gözlərim
Yüksəlir ah nəfəsdən.
Soyuqlaşır əllərim,
Çox qorxuram bu səsdən.
Bu səs tikan olub
batır qəlbimə
xəyalın buz qaynar bulağı kimi.
Duyğular çevrilir
zəhərə, qəmə
İllərin ot basmış alağı kimi.
Ürəyim nə yaman soyuyur mənim.
Özüm öz-özümə qənim kəsildim.
Bir ömrün xəfifcə səhər küləyi,
Səni görən kimi tir-tir əsirdi.
Bu quru çətirlər, bu yaş çətirlər
İndi nə qüssəni, nə qəmi örtür.
Məni də unutdu, məni də atdı
Min dəfə gəzdiyim küçələr, tinlər.
Möcüzə içində həyat yaşatdı
Qırılan ürəklər, sınan ürəklər.
"Sən mənim sevgimin daş heykəlisən"
Sən mənim sevgimin daş heykəlisən.
Mən sənin sevginin işıqlı yazı.
Sönən ümidlərin son ahəngisən,
Mənsə, ümidlərin bəyaz ulduzu.
Bu illər, fəsillər, ayırdı bizi,
Bu illər, fəsillər qovuşdurmadı.
Vurğun qəmimizdən bizə savayı
Həyatda əbədi heç nə qalmadı.
Bilmirəm, sən mənim qismətim idin?
Bilmirəm, mən sənin birinci andın?
Sən mənim dünyada ilk qışım idin,
Mən sənin dünyada ilk baharındım.
"Bir anlıq xatirələr"
Mən səndən nə istədim?
Xoşbəxt olmaq bəlkə də.
Sənsə, nə istəyirdin?
Düşünürəm hələ də,
amma tapa bilmirəm.
Ümidlərim sən idin,
Gülüşündə açırdım.
Sanki gül-çiçək idim,
Səndə sevinc tapırdım.
İndi tapa bilmirəm.
Bir çılğın vəsvəsədə
Yenə düşdün yadıma.
Qısa cümlələr ilə
Arzumu anlatdığım,
Günlər gəldi yanıma.
Bir az ürək ağrısı,
Bir az da ki, karıxmaq,
Xəyalına əl atdım
və çatmadı dadıma.
Dərdi doyunca çəkdim,
Nəydi axı günahım?
Tumurcuqlu günəşin
Mən idim ilk qurbanı.
Mən idim ilk atılan
Mən idim unudulan.
Susmağın şiddətini,
Sən öyrətdin, deyəsən.
Nə tez keçdi bu ömür?
Nə tez haqladı bizi?
Ayrılığın açarı,
Döydü qapı, dəhlizi
döydü
pəncərəmizi.
Səni kim aldı məndən?
Kim aldı səndən səni?
Pay alaraq kədərdən
Ayırdım məndən məni.
Mən səni sevməkdən heç yorulmadım,
Sən isə sevmədin, bezməmisənmi?
Bizim sevgimizi əbədi sandım,
Yanıldım, üzümdən sezməmisənmi?
Qəlbim paramparça, dözmürəm dərdə,
Mən necə sarıyım bu qırıqları?
Göyəmi qeyb oldun, izin yox yerdə,
Məcbur yaşayıram ayrılıqları.
Sən mənim qədrimi bilmədin heyif,
Əğyara meyl etdin, gözlərim dolur.
Alnıma yazıydın, şeirimə rədif,
İndi yazdıqlarım saralıb, solur.
Arzuma yetmədim, qəm məni boğdu,
Həqiqət yox imiş sənin sözündə.
Səni anlayan gün, günəşim doğdu,
Hiylə, kələk varmış baxan gözündə.
"Ayrılıq"
Əzablar çoxalır sevəndə insan,
Ömür zəhərlidir, həyat zülmdür.
Deyirlər: "Ayrılıq ölüm deyil ki",
Ayrılıq - ölümdən betər ölümdür.
Nə yatmaq, nə yemək, nə gəzmək olur,
Yatdığın yuxuda ümid arzusu.
Yediyin yemək də keçmir boğazdan,
Gözlərin hər yerdə gəzir o qızı.
Fikirlər ürpərir xəyal quranda,
Tənhalıq qəlbinin yelkənləridir.
Çölün bir məzarın sükutu kimi,
İçinsə, fırtına, alov kimidir.
Gör necə yanmışam sənin oduna,
Bir baxsan sovrulan mənim külümdür.
Deyirlər: "Ayrılıq ölüm deyil ki",
Ayrılıq - ölümdən betər ölümdür.
"Möcüzə içində həyat"
Yaşardıqca gözlərim
Yüksəlir ah nəfəsdən.
Soyuqlaşır əllərim,
Çox qorxuram bu səsdən.
Bu səs tikan olub
batır qəlbimə
xəyalın buz qaynar bulağı kimi.
Duyğular çevrilir
zəhərə, qəmə
İllərin ot basmış alağı kimi.
Ürəyim nə yaman soyuyur mənim.
Özüm öz-özümə qənim kəsildim.
Bir ömrün xəfifcə səhər küləyi,
Səni görən kimi tir-tir əsirdi.
Bu quru çətirlər, bu yaş çətirlər
İndi nə qüssəni, nə qəmi örtür.
Məni də unutdu, məni də atdı
Min dəfə gəzdiyim küçələr, tinlər.
Möcüzə içində həyat yaşatdı
Qırılan ürəklər, sınan ürəklər.
"Sən mənim sevgimin daş heykəlisən"
Sən mənim sevgimin daş heykəlisən.
Mən sənin sevginin işıqlı yazı.
Sönən ümidlərin son ahəngisən,
Mənsə, ümidlərin bəyaz ulduzu.
Bu illər, fəsillər, ayırdı bizi,
Bu illər, fəsillər qovuşdurmadı.
Vurğun qəmimizdən bizə savayı
Həyatda əbədi heç nə qalmadı.
Bilmirəm, sən mənim qismətim idin?
Bilmirəm, mən sənin birinci andın?
Sən mənim dünyada ilk qışım idin,
Mən sənin dünyada ilk baharındım.
"Bir anlıq xatirələr"
Mən səndən nə istədim?
Xoşbəxt olmaq bəlkə də.
Sənsə, nə istəyirdin?
Düşünürəm hələ də,
amma tapa bilmirəm.
Ümidlərim sən idin,
Gülüşündə açırdım.
Sanki gül-çiçək idim,
Səndə sevinc tapırdım.
İndi tapa bilmirəm.
Bir çılğın vəsvəsədə
Yenə düşdün yadıma.
Qısa cümlələr ilə
Arzumu anlatdığım,
Günlər gəldi yanıma.
Bir az ürək ağrısı,
Bir az da ki, karıxmaq,
Xəyalına əl atdım
və çatmadı dadıma.
Dərdi doyunca çəkdim,
Nəydi axı günahım?
Tumurcuqlu günəşin
Mən idim ilk qurbanı.
Mən idim ilk atılan
Mən idim unudulan.
Susmağın şiddətini,
Sən öyrətdin, deyəsən.
Nə tez keçdi bu ömür?
Nə tez haqladı bizi?
Ayrılığın açarı,
Döydü qapı, dəhlizi
döydü
pəncərəmizi.
Səni kim aldı məndən?
Kim aldı səndən səni?
Pay alaraq kədərdən
Ayırdım məndən məni.
Tarix: 4-07-2021, 10:30 Oxunub: 250
Bölməyə aid digər xəbərlər
4-07-2021, 10:00
Şair Aqşin Dadaşoğlu
15-06-2021, 17:59
ŞEİRLƏR
29-05-2021, 20:00
Allah rəhmət eyləsin
16-05-2021, 16:00
Şeirlər
13-05-2021, 12:18
LAÇINSIZ DÜNYANI NEYNİRƏM AXI?!
24-04-2021, 11:00
UZAQ XARKOV VİLAYƏTİNDƏ İMAM ƏLİ ADINA MƏSCİD
19-04-2021, 09:00
Oruc tutmaq sağlam olmaq deməkdir
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
24-09-2020, 08:56
Sahil Babayevin işçilərinin DƏFN PULU özbaşınalığı... - NARAZILIQ...
22-09-2020, 15:08
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları – Söhbət təkcə “qurban keçisi”ndən getmir
18-08-2020, 09:48
BDU-da kimin sözü keçərlidir? - İTTİHAM
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 20:12
İlham Əliyev onları təltif etdi - SİYAHI
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
10-07-2020, 10:26
“Belə davam edərsə, yaxın zamanda hamı eynək taxmağa məcbur olacaq” - Həkimdən AÇIQLAMA
















