
Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcovun vəzifədən azad etdiyi Baş memar Rəşad Əhmədəliyevin bəzi mülklərinin siyahısı ortaya çıxıb.Məlumata görə, Əhmədəliyev həmin mülkləri özünün və atasının adına rəsmiləşdirib.Siyahını təqdim edirik:Elşad Kərəm oğlu Əhmədəliyevin adına rəsmiləşdirilənlər: Sumqayıt şəhəri, 4-cü mikrorayon, qeyri-yaşayış sahəsi, ev 30/80 - 43,80 kvadratmetr; Sumqayıt şəhəri, Bulvar küçəsi, qeyri-yaşayış binası, 102 - 333,70 kvadratmetr; Sumqayıt şəhəri, 4-cü mikrorayon, qeyri-yaşayış sahəsi, ev 30/80 - 29,40 kvadratmetr; Sumqayıt şəhəri, 6-cı mikrorayon, Zülfü Hacıyev küçəsi, qeyri-yaşayış binası, giriş 105C - 20,70 kvadratmetr; Sumqayıt şəhəri, İsmət Qayıbov küçəsi, torpaq sahəsi, 104 - 0,06 hektar; Rəşad Elşad oğlu Əhmədəliyevin adına rəsmiləşdirilmiş Sumqayıt şəhəri, "Samur-Abşeron" kanalının şimalı, Yeni yaşayış massivi, torpaq sahəsi, 4A-cı məhəllə - 0,0507 hektar; Sumqayıt şəhəri, "Samur-Abşeron" kanalının şimalı, Yeni yaşayış massivi, Əli Mustafayev küçəsi 197, fərdi yaşayış evi - 86,50 kvadratmetr. Qeyd edək ki, sabiq baş memar zənglərə cavab verməyib.Mənbə: Pravda.az
Bölməyə aid digər xəbərlər
















