11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Sumqayıt doğma şəhərimizdir
Bildiyimiz kimi, yaşıllıq atmosfer sağlamlaşdırır və insanların əhval-ruhiyyəsini yaxşılaşdırır. Bir ərəb məsəlində deyilir: "Ağacda ləyaqət, nəciblik və gözəllik var, o həyat rəmzidir”. Doğrudan da, ağaclar, kollar,yaşıllıq sahələri təmiz hava, mülayim iqlim, münbit torpaq, bol su, bütövlükdə insan sağlamlığının "Yaşıl xalatlı” keşikçisidir. Yaşıllıq sahəsi salmaq, ağac əkmək hələ işin yarısıdır, onu qorumaq və böyütmək lazımdır. Tədqiqatlara görə yaşıllıq sahəsi çox olan ərazilərdə xəstəlik törədən mikroorqanizmlər 8 dəfə, zərərli qazların miqdarı isə 5 dəfə az olur. Bir hektar meşə, yaşıllıq sahəsi il ərzində 70 ton tozu tutaraq süzgəcdən keçirir.Rəsmi məlumatlara görə respublikamızda meşə fondunun sahəsi 1213,7 min hektar olmaqla, ümumi ərazinin 14 %-ni təşkil edir. Meşə ilə örtülü sahələr 1021 min hektardır, bu da respublika ərazisinin 11.8 %-ni əharə edir. Təəssüf ki, işğal olunmuş ərazilərimizdə 261 min hektardan çox meşə sahələri ermənilər tərəfindən qırılıb məhv edilmişdir, qiymətli ağac növləri isə kəsilərək xarici ölkələrə daşınmışdır. Beləliklə, Azərbaycanın meşə fonduna ciddi ziyan vurulmuşdur.
Respublikamızda son illər istər meşə, istərsə də qeyri-meşə fondu torpaqlarında milyonlarla ağac-kol əkilmiş, yaşıllıq sahələri artırılmışdır. Deqradasiyaya uğramış torpaqlarda meşə bərpa işlərinin aparılmasını nəzərdə tutan Bonn çağırışına əsasən, Azərbaycan 2030-cu ilədək 270 min hektar meşə ərazisinin bərpa etməyi öhdəsinə götürüb.
Yaşıllıqların mühafizə olunması, qulluq və qayğı göstərilməsi hər bir vətəndaşın borcu olmalıdır. Görkəmli akademik, Həsən Əliyev yazırdı ki, o 1958-ci ildə Yunanıstanda Təbiəti Mühafizə Konqresində iştirak edərək, diametri 5 metr olan zeytun ağacı görmüşdür. Ağacın üzərində "Platonun zeytunu” sözləri yazılmış lövhə də olmuşdur. Yunan mifologiyasına görə hər bir cavan oğlan uşağı 7 zeytun ağacı əkib becərməlidir. Onun nəticəsidir ki, həm zeytun, həm də zeytun yağı istehsalına görə Yunanıstan dünyada 3-cü yerdədir.
Ulu öndər Heydər Əliyev 1969-cu ildə Respublika rəhbərliyinə gəldikdən sonra ətraf mühitin mühafizəsi tədbirlərinin həyata keçirilməsi geniş vüsət aldı. Əsasən, iməclik yolu ilə Bakı şəhərində, o cümlədən,digər şəhər və rayonların ərazisində yeni yaşıllıq sahələri, parklar, meşə zolaqları salındı. Təkcə Abşeron yarımadasında min hektarlarla badam və zeytun bağları salınmışdır.
Sovetlər Birliyi dövründə meşə fondu torpaqlarındakı yaşıllıqların qorunması, mühafizə olunması üçün çoxlu sayda qanunvericilik aktları mövcud olsa da, meşə fonduna aid olmayan torpaq sahələrindəki yaşıllıqların mühafizə olunmasına dair qanunvericilik aktları, demək olar ki, mövcud deyildi. Becərilməsi çətin başa gələn və becərilməsinə çoxlu vəsait xərclənmiş yaşıllıq sahələri bəzən tikinti-quraşdırma işləri üçün torpaq sahəsi ayrılarkən, ərazinin yaşıllıq təyinatlı olması nəzərə alınmamış,nəticədə yaşıllıq sahələri tikinti altına verilmiş, bu da bir çox hallarda ağacların məhv olmasına səbəb olmuşdur. Bunun qarşısının alınması üçün Ölkə Başçısının müvafiq sərəncam və göstərişi əsasında respublikada yaşıllığın mühafizə olunması üçün qanunvericilik aktları qəbul olunmuşdur.
Hal-hazırda respublikamızda yaşıllıqların mühafizə olunması məqsədilə hər il yaşıllıq sahələrinin uçotu, monitorinqi, inventarizasiyası və kadastrı aparılaraq hər il üçün yaşıllıqların mühafizəsinə dair Tədbirlər Planı hazırlanır və yerli Ekologiya İdarələri ilə razılaşdırılır.
Azərbaycan Respublikası Prezidenti, cənab İlham Əliyevin 02 may 2014-cü il tarixli Fərmanı ilə "Yaşıllıqların mühafizəsi haqqında” Azərbaycan Respublikası Qanunu qəbul olunmuşdur. Qanun Azərbaycan Respublikasında yaşıllıqların mühafizəsi ilə əlaqədar münasibətləri tənzimləməklə, bu sahədə dövlətin, bələdiyyələrin, fiziki və hüquqi şəxslərin hüquq və vəzifələrini müəyyən edir.
Bundan sonra, qanunun tətbiqi ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə "Yaşıllıqların götürülməsi Qaydası”, "Yaşıllıqların bərpası Qaydası”, "Yaşıllıqların müfəssəl siyahısının tərtib edilməsi Qaydası”, "Yaşıllıqların mühafizəsinə nəzarətin həyata keçirilməsi Qaydaları”, "Yaşıllıqların uçotunun, kadastrının və monitorinqinin aparılması Qaydası” təsdiq edilmişdir. Bu qaydalar, meşə fondu torpaqlarında və xüsusi mühafizə olunan təbiət əraziləri və obyektlərində olan yaşıllıqlar, habelə kənd təsərüfatı məhsulları istehsalı üçün istifadə edilən bitkilərdən ibarət yaşıllıqlar (əkinlər) istisna olmaqla, respublika ərazisindəki yaşıllıqlara şamil olunur.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 05 yanvar 2018-ci il tarixli 01 saylı Qərarı ilə "Yaşayış məntəqələrinin yaşıllıqla təmin ediləməsi Normaları” da təsdiq edilmişdir. Bu normalar Azərbaycan Respublikasının "Şəhərsalma və Tikinti Məcəlləsi”nə uyğun olaraq hazırlanmış və yaşayış məntəqələrinin yaşıllıqla təmin edilməsi normalarını müəyyən edir.
Normalara görə yaşayış məntəqələri layihələndirilərkən, ayrılmış ərazinin 40 %-i yaşıllıq olmalıdır. Əhalinin mövcud məckunlaşdığı məhəllələr yenidən layihələndirilərkən yaşıllıq faizi həmin ərazinn 25 %-ni təşkil etməlidir. Bir adama düşən yaşıllıq sahəsi əhalisinin sayı bir milyondan çox olan şəhərlərdə (çox iri şəhərlər qrupu) 10 kv.m, əhalisinin sayı 250 mindən 1 milyonadək olan şəhərlərdə (iri şəhərlər qrupu) 10 kv.metr, əhalisinin sayı 100 mindən 250 minədək olan şəhərlərdə (böyülk şəhərlər qrupu) 9 kv.m, əhalisinin sayı 50 mindən 100 minədək olan şəhərlərdə (orta şəhərlər qrupu) 7 kv.m, əhalisinin sayı 50 minədək olan şəhərlərdə (kiçik şəhərlər qrupu) 8 kv.m, qəsəbələrdə 8 kv.m, kəndlərdə 12 kv.m. olmalıdır. Yaşayış məntəqələrində küçə və prospektlərin layihələndirilməsi zamanı 1 adama düşən yaşıllıq norması çox iri, iri və böyük şəhərlərdə 5 kv.m, orta şəhərlərdə 4 kv.m, digər yaşayış məntəqələrində isə 3 kv.m olmalıdır. Əhalinin məskunlaşma ərazisi tərəfdən sanitariya mühafizə zolağının eni 100 metrədək olduqda, 20 metr və 100 metrdən çox olduqda isə 50 metr ağac və kol bitkilərindən ibarət arasıkəsilməz yaşıllıq zolağı salınmalıdır.
Beynəlxalq Səhiyyə Təşkilatının təsdiq etdiyi normalara görə şəhərlərdə yaşıllıq sahəsi ümumi ərazinin 10 %-dən az olarsa, bu aşağı göstərici, 40-60%-ni təşkil edərsə, bu yüksək göstərici hesab olunur. Beynəlxalq təcrübələrə görə şəhərlərdə adambaşına düşən yaşıllıq sahəsi 25 kv.m, paytaxt şəhərlərində isə 15 kv.m.-dən az olmamalıdır.
Sumqayıt şəhərinin ümumi sahəsi 94170 hektar, ümumi yaşıllıq sahəsi isə 1064, 66 hektardır. Bunun 591 hektarı ictimai yaşıllıq sahəsi, 288,6 hüktarı məhdud istifadə yaşıllıq sahəsi, 185.06 hektarı isə xüsusi istifadədə olan yaşıllıq sahəsidir. Rəsmi məlumatlara görə, Sumqayıtda adambaşına düşən yaşıllıq sahəsi 27,2 kv.m-dir. Sumqayıt şəhəri layihələndirilərkən yaşıllıq sahələrinin salınması nəzərdə tutulmuş, məhəllədaxili küçə və prospektlərdə yaşıllıq sahələri salınmış, sanitar-mühafizə məqsədilə şəhərin cənubunda və şimalında şəhəri küləklərdən qorumaq üçün xüsusi təyinatlı yaşıllıq zolaqları da salınmışdır.
Çox təəssüf ki, şəhərimizdə də yaşıllıq sahələrinin tikinti altına verilməsi halları da baş vermişdir. Bakı şəhərində isə mövcud yaşıllıq sahələri 14 min hektar olmaqla, adambaşına 6 kv. metr yaşıllıq sahəsi düşür. Son illər Sumqayıt şəhərində yaşıllışdırma işlərinin aparılması şəhər rəhbərliyinin diqqət mərkəzindədir. Bakı-Quba avtomobil yolundan başlayaraq Sülh küçəsinin yenidən qurulması həmin ərazilərdə 100 minlərlə ağac, kol və dekorativ güllər əkilmişdir.
Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığı ilə şəhər icra hakimiyyəti tərəfindən qısa müddət ərzində Xəzər dənizi boyunca ümumi sahəsi 106 hektar olan "Bulvar” Kompleksi yaradılmışdır. 2019-cu ildə ərazisi 32 ha. artırılaraq, ümumi ərazi 138 ha olmuşdur. Bulvar ərazisində 100 minədək ağac, 500 mindən çox dekorativ gül-kol əkilmişdir. 100 min kv.m. sahədə çəmənlik salınmışdır. "Bulvar” Kompleksinin tikilib istifadəyə verilməsi şəhərimizdə yaşıllıq sahəsinin artmasına, ekoloji durumun sağlamlaşdırılmasına böyük töhvədir. Təkcə İmadəddin Nəsiminin anadan olmasının 650 illiyi ilə əlaqədar Respublikamızda 2019-cu ilin dekabr ayının 6-da 650 min ağac, Sumqayıt şəhərində isə 26650 ədəd ağac əkilmişdir. Hazırda da ağac və gül kollarının əkilməsi işləri davam etdirilir.
Ümumiyyətlə, Sumqayıt şəhərində istər yaşıllıq sahələrinin salınması, istərsə də digər sahələrdə bir çox ekoloji tədbirlərin keçirilməsi ətraf mühitin sağlamlaşdırılmasına xidmət edir.
Ölkə Başçısı, İlham Əliyev 12.05.2020-ci il tarixdə Sumqayıt şəhərində "Gilan Tekstil” Parkında olarkən demişdir: " Bu gün Sumqayıtın havası Bakının havasından daha təmizdir”. Sumqayıtda aparılan yaşıllaşdırma işləri, yeni parkların salınması, ekoloji tədbirlərin görülməsi, uzun illər sumqayıtlıları narahat edən "Acı-Dərə” kanalının tamamilə təmizlənməsi və yenidən qurulması xüsusi əhəmiyyət daşıyır... Mən bu yaxınlarda növbəti şəhərciyin tikintisi ilə tanış olmuşam, abadlıq işləri aparılır, Sumqayıt Bulvarı da nəhayət ki, fəaliyyətə başlayıb. Bu mənim çoxdankı arzum idi və bildirirəm ki, sumqayıtlılar da həmişə bunu arzulayırdılar. Artıq neçə ildir ki, Sumqayıt Bulvarı sumqayıtlıların istifadəsinə verilib və çox gözəl istirahət zonasıdır.
Şəhərimizin ekoloji təmizliyini istəyən hər bir şəxs yaşıl sərvəti göz bəbəyi kimi qorumalı, yaşıllıqların artırılmasında, becərilməsində yaxından iştirak etməlidir.
Bölməyə aid digər xəbərlər
YAŞILLIQLARIN MÜHAFİZƏ OLUNMASI... SUMQAYIT

Asəf Bayramov
ekoloq, kimya üzrə
fəlsəfə doktoru
Tarix: 31-03-2024, 09:20 Oxunub: 176
Bölməyə aid digər xəbərlər
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
16-08-2023, 17:20
SUMQAYITIM MƏNİM
14-06-2023, 18:13
Xəzərin sahilində
6-03-2022, 10:15
Sumqayıt doğma şəhərimizdir
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
23-05-2021, 10:30
ASTARA Azərbaycanın cənub mirvarisidir
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
14-08-2020, 12:29
Sabiq təhsil nazirindən yeni təhsil nazirinin müraciətinə cavab - Məktəb, yoxsa ev?
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
5-08-2020, 18:01
"Hətta xaricdə yaşayanlar da məsuliyyətə cəlb oluna bilərlər"
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:18
Qışa oduncaq tədarükü ilə bağlı ictimai dinləmələr keçiriləcək
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
8-07-2020, 18:35
Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir - ARAŞDIRMA
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ