
Zakir Fərəcov 1954-cü ildə fevral ayının 3-də Laçın rayonunun Qazıdərə kəndində anadan olmuşdur. 1961-1971-ci illərdə orta ümumtəhsil məktəbində təhsil almışdır. 1975-ci ildə D.Bünyadzadə adına Xalq Təsərrufatı İnstitutunun "Sənaye İqtisadiyyatı" fakültəsisin axşam şöbəsinə daxil olmuş, 1980-cı ildə həmin İnstitutu bitirmişdir.
• Əmək fəaliyyətini 1971-ci ildə Sumqayıt Superfosfat zavodunda fəhlə kimi başlamışdır.
• 1972-ci ilin noyabr ayından 1974-cü ilin noyabr ayınadək Murmansk vilayətinin Severomorsk şəhərində keçmiş Sovet Ordusunda həqiqi hərbi xitmətdə olmuşdur.
• 1971-ci ilin yanvar ayında Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik kimi işə başlamışdır.
• 1978-ci ildə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı birliyində şöbə rəisi, 1981-ci ildə baş direktorun müavini, 1988-ci ildə Mənzil Kommunal İstehsalat birliyinə baş direktor təyin olunmuşdur.
• 1999-cu ildə keçirilən bələdiyyə seçkilərində iştirak etmiş və Sumqayıt şəhər bələdiyyəsinin sədri seçilmişdir. 2005-2015-ci illərdə isə Abşeron Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışmışdır.
• Azərbaycan Respublikası Prezidentinin 2 sentyabr 2015-ci il tarixili Sərəncamı ilə Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunmuşdur.
Abşeron rayonunun yaradılmasının 50 illiyi münasibətilə və rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə 26 dekabr 2012-ci il tarixli 2625 saylı Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən "Şöhrət" ordeni ilə, Sumqayıt şəhərinin sosial-iqtisadi inkişafında xidmətləri olan şəxslərin təltif edilməsi haqqında 4 oktyabr 2016-cı il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Sumqayıt şəhərinin 70 illik yubileyi ilə əlaqədar və şəhərin sosial-iqtisadi inkişafında xidmətlərinə görə 21 noyabr 2019-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə, Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə 03 fevral 2024-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə 1-ci dərəcəli “Əmək” ordeni ilə təltif olunub.
Əmək fəaliyyətinə 44 il öncə, 1971-ci ildə Sumqayıt şəhərində Superfosfat zavodda fəhlə kimi başlayan Zakir Fərəcovun Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı təyin olunması şəhər sakinlərinin əksəriyyəti tərəfindən müsbət qarşılandı. Fərəcovun təyinatının şəhər sakinləri tərəfindən müsbət qarşılanması onun bu şəhərin yetirməsi olması, müxtəlif illərdə Sumqayıt şəhəri Mənzil Kommunal Təsərrufatı İstehsalat birliyində texnik, şöbə rəisi, baş direktorun müavini, baş direktor, sonradan Sumqayıt şəhər bələdiyyəsinin sədri kimi şəhərdəki fəaliyyəti ilə yanaşı 2005-2015-ci illərdə Abşeron Rayon İcra Hakimiyyətindəki nümunəvi fəaliyyəti də az rol oynamamışdı. Yeri gəlmişkən, Zakir Fərəcov dövlət başçısının 26 dekabr 2012-ci il tarixli Sərəncamına əsasən Abşeron rayonun sosial-iqtisadi inkişafındakı xidmətlərinə görə “Şöhrət” ordeni ilə təltif olunub.
Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətinin başçısı təyin olunduqdan sonra yol infrastrukturunun yenilənməsi istiqamətində tədbirlər görməyə başladı.
Yeni başçının ilk verdiyi göstərişlərdən biri də şəhərin əsas giriş yolunun – Sülh küçəsinin genişləndirilməsi ilə bağlı oldu. Hazırda şəhərin girişindən “Göyərçin” abidəsinə qədər avtomobil yolu 5 metr genişləndirilməsi prosesi həyata keçirilir. Sülh küçəsində mövcud asfalt örtüyü 48 000 kvadrat metr olduğu halda genişləndirmə işlərindən sonra şəhərin əsas küçəsində asfalt örtüyü 67 200 vadrat metr olacaq. Layihəyə əsasən Sülh küçəsində 6840 kvadrat metrlik səki salınacaq.
Sumqayıtda həllini gözləyən problemlərdən biri də məhəllədaxili yolların yararsız halda olması ilə bağlı idi. Şəhərin yol infrastrukturunun yenilənməsinin tərkib hissəsi olaraq 1, 3, 6, 9, 17 və 18-ci mikrorayonlarında, 47, 48-ci məhəllələrində daxili yolların yenilənməsinə başlanıldı. İllərdən bəri yararsız vəziyyətdə olan və təmir üzü görməyən Çerkasi küçəsinin asfalt örtüyü təzələndi. Bununla yanaşı bağlar massivinə gedən yolun asfalt örtüyü təmir olundu.
Hazırda bu proses davam etdirilərək digər mikorayon və məhəllədaxili yollar da mərhələli şəkildə təmir olunur.
Sumqayıt şəhərində başlanılan kompleks tikinti-quruculuq işlərinin bir hissəsini də ictimai yaşayış binalarının təmiri və yenidən qurulması təşkil edir. Heydər Əliyev, Azərbaycan prospektləri və 20 Yanvar küçəsi boyunca yaşayış binalarının fasad və dam örtüklərinin əsaslı təmiri, binaların müasir qaydada üzlənməsi işləri davam edir. Təmir olunan binaların memarlıq görünüşü saxlanılır, aşınmaya məruz qalmış və piyadalar üçün təhlükə yaradan elementlər yenilənir. Təqdirəlayiq haldır ki, fasadlama işləri zamanı binaların tarixi memarlıq elementlərinə, dizayn və naxışlarına toxunulmur. Şəhərdə prospekt və küçələr boyu 3 mərtəbəli 18 binada hazırda üzlənmə işləri sürətlə davam edir.
Şəhərin əsas prospektlərində yerləşən binalarla yanaşı 17 və 18-ci mikrorayonlarda da yaşayış binalarının dam örtüyünün dəyişdirilməsi, zirzəmilərin təmir olunmasına başlanıldı.
Sumqayıtda müasir üslubda yeni Heydər Əliyev Mərkəzinin tikintisinə başlanıldı. 4 mərtəbədən ibarət olacaq mərkəzdə 400 nəfərlik akt zalı, nikah mərasimlərinin keçiriləcəyi zal, gənclər üçün müzakirə və diskussiya zalları, elektron kitabxana yaradılacaq. Möhtəşəm görünüşü ilə hər kəsi heyran edəcək mərkəzdə linqafon, internet və rəssamlıq otaqları, fotostudiya və rəqs zalı da fəaliyyət göstərəcək.
“Şərq bazarı” yaxınlığında uzun illərdən bəri yarımçıq və yararsız qalmış tikili nəhayət ki söküldü və həmin ərazidə Müasir Musiqi Məktəbinin tikilməsi planlaşdırıldı. Məktəbin layihəsi də artıq hazırdır və yaxın zamanlarda inşasına başlanılacaq. Yeni tikiləcək Musiqi Məktəbində kitabxana, akt zalı, tədris otaqları və müəllimlər otağının yaradılması nəzərdə tutulub. Üçmərtəbəli binada ayrıca inzibati otaqlar da yerləşəcək.
Sumqayıt şəhərində müasir standartlara cavab verən şahmat məktəbinin tikintisinə başlanıldı. Şahmat Məktəbi hazırda təmir işləri aparılan, şəhərin 9-cu mikrorayon ərazisində yerləşən Heydər Əliyev parkında tikilir.
Sumqayıt şəhərində illərdən bəri həllini gözləyən məsələlərdən biri də məktəbəqədər təhsil müəssisələrinin vəziyyəti idi. Şəhərdə mövcud baxçaların dam örtüyünün dəyişdirilməsinə, istilik sizsteminin bərpa olunmasına ehtiyac duyulurdu. Zakir Fərəcov Sumqayıt şəhər İcra Hakimiyyətində fəaliyyətə başladığı ilk gündən şəhərdə fəaliyyət göstərən məktəbəqədər təhsil müəssisələrinin qısa müddətdə təmir olunması göstərişini verdi. Qarşıdan qış aylarının gəlməsini nəzərə alaraq şəhərdə mövcud baxçaların əksəriyyəti, 56 uşaq bağçasından 48-i qısa müddət ərzində əsaslı təmir olundu, dam örtükləri yenilənərək istilik sistemi bərpa olundu. Sözsüz ki, bütün bunlar burada çalışan kollektivin daha yaxşı işləməsinə və uşaqların təlim-tərbiyə işinin yaxşılaşdırılmasına, sağlam böyümələrinə xidmət kimi qiymətləndirmək olar.
Zakir Fərəcovun Sumqayıt şəhərinə və sumqayıtlılara etdiyi xidmətləri saymaqla qurtarmaz. Cənab başçımızı ad günü münasibəti ilə ürəkdən təbrik edir, ona uzun ömür can sağlığı arzulayıram. Arzu edirəm ki, cənab başçımız hər zaman belə gümrah, sağlam olsun. 100-ü aşırmaq onun tale payı olsun. Bir daha ad gününüz mübarək, cənab başçı.
Bölməyə aid digər xəbərlər
















