10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
İSTEDADLI YERAZ BALASI


YERAZ... Bu söz əvvəllər mənə o qədər pis təsir edirdi ki... Çox yerdə bu sözü eşitməmək üçün “Sumqayıtlıyam” deyirdim. Taleyə bax ki, indi həqiqətən də Sumqayıtlı olmuşuq.
O torpaqlara həsrət qaldığımızdan 35 il keçib. Artıq bu sözə o qədər alışmışam ki, eşitməyəndə darıxıram, hələ üstəlik özüm də şərəflə “Yerazam” deyirəm. Emil Ramazanlının “Yeraz” olduğunu eşidəndə isə çox sevindim, belə bir istedadlı gəncin həmyerlim olduğuna çox sevindim və onun haqqında balaca bir məqalə yazmağı qərara aldım. Əslində bütün “Yerazlar” mənə əzizdir, Emil isə başqa cür əzizdir. Çünki onun istedadına bələdəm və inanıram ki, Yerazların adını daha da ucaldacaqdır. Yeri gəlmişkən onu da deyim ki, Emilin gözəl səsi var və "Yeraz" nahnısını elə gözəl oxuyur ki, adam beş əllə onu alqışlamaq istəyir.
Sumqayıt şəhəri General Məhəmməd Əsədov adına İnteqrasiya Təlimli İnternat tipli Gim­naziyada təhsil alan Emil Rama­zanlı xüsusi istedada malikdir.  Dör­düncü sinif şagirdi olan Emil Ramazan­lının vətən­pərvərlik mövzusunda səs­lən­dir­diyi şeir sosial şəbə­kə­­lərdə maraqla qarşı­lanıb.  Emil xüsusi istedada malik bir gəncim balamızdır. 
Deyirlər, istedad Al­lah vergisidir. Bu vergi insa­nın düzgün seçimi, zəhməti, iradəsi ilə üst-üstə düşdük­də isə həmin istedadın sahibi az vaxt içərisində mil­yon­ların tanıdığı və sevdiyi şəxsə çevrilir. Zənnimcə, təkcə istedada güvənməklə məqsədə yetmək olmaz. İstedad zəhmət və iradə ilə birləşdikdə insan dolğun nəticəyə, davamlı müvəffəqiyyətə nail olur. Bundan sonra uğur zənciri yaranır. Mən inanıram ki, Emil malamızın da uğurları zəncir kimi uzanacaqdır. Çünki, zəhmətkeş bir ailədə dünyaya gəlib, nəyə nail olacaqsa və ya olubsa, bunların hamısına ancaq o, fitri istedadı ilə nail olub. Onun oxuduğu şeirlər təkcə oxuduğu məktəbdə deyil, eyni zamanda Azərbaycanın hər bir bölgəsində sevilərək dinlənilir. 
 Emil Ramazanlı..
Vaxt gələcək bu ad təkcə Yerazların deyil, bütün Azər­bay­can xalqının sevimlisi olacaqdır. Emil dərslərini də əla oxuyur. Onun çox gözəl şüir demək qa­biliy­yəti vardır. O, çeir deyəndə insan həqiqə­qən də xəyalların qana­dında baş alıb gedir.  
Emil, sənə elə gözəl sözlər demək istəyirəm ki... Ancaq söz tapa bilmirəm, kəlimələri ifadə edə bilmirəm.  Tək bir söz demək istəyirəm, gözəl oğlan, səni sevən Yerazların, səni tanıyan Yerazların hamısı sənə uğurlar arzulayır. Yeni dərs ilin də mübarək!









Tarix: 15-09-2024, 13:37 Oxunub: 100


Bölməyə aid digər xəbərlər
29-05-2021, 20:00 Allah rəhmət eyləsin