12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Xüsusi istedadı olan Emil Ramazanlı

 Sumqayıtlı şagirdin şeir qiraəti maraqla qarşılandı  

 
 
10 yaşlı istedad – Sumqayıtlı şagirdin şeir qiraəti maraqla qarşılandı (VİDEO)

İSTEDAD - bir və ya bir neçə fəaliyyətin müvəffəqiyyətli icrası üçün sərf olan qabi­liyyətlərin özünəməxsus birliyidir. Qabiliyyəti olan şagirdlərin istedadı asfaltda göyərə çiçəyə bənzəyir. Nə qədər o çiçəyin üstünü betonlasan da, hardansa bir yol tapıb üzə çıxacaqdır. Azərbaycanda xüsusi istedadı olan şagirdlərimiz çoxdur. Onlardan biri də General Məhəmməd Əsədov adına İnteqrasiya Təlimli İnternat tipli Gimnaziyada təhsil alan Emil Ramazanlıdır. Üçünücü sinif şagirdi olan Emil Ramazanlının vətənpərvərlik mövzusunda səsləndiridiyi şeir sosial şəbəkələrdə maraqla qarşılanıb.  
  Emil Ramazanlının şeiri peşəkar qiraətçilər kimi səsləndirməsi onun xüsusi istedada sahib olduğunu göstərir və Emilin şeiri necə həvəslə oxuduğunu duya bilirik. Təki bu həvəs həvəs olaraq qalmasın. Amma kim bilir: bəlkə də Emil sabahın pilotu, həkimi, mühəndisi olmaq qərarına gələcək. Amma biz bunu bilirik ki, Emil hansı sahəni seçirsə seçsin, uğur qazanacaq. Çünki onda zəhmətkeşlik, həvəs böyükdür. Hansı sahəni seçəcəyindən asılı olmayaraq sənə uğurlar arzulayırıq, Emil.
Omu da qeyd etmək istəyirəm ki, dərs əlaçısı olan Emil Ramazanlı ictimai işlərdə də xeyli fəaldır. Uğurlarım hər zaman bol olsun Emil...

 

Tarix: 22-02-2024, 14:13 Oxunub: 202


Bölməyə aid digər xəbərlər
18-05-2022, 12:45 TƏHSİL OLAN YERDƏ
19-04-2021, 09:00 Maqsud Maqsudov - 80
7-03-2021, 22:45 Təbrik edirəm!